Şəhid statusunun verilməsi bu qurumlara aiddirŞəhid statusunun verilməsi səlahiyyəti güc strukturlarına aiddir.

Avrasiya.net-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, həlak olan əsgər heyətinə şəhid statusunun verilməsi səlahiyyəti Səfərbərlik Xidmətinə, zabit heyətinə şəhid statusu verilməsi Müdafiə Naziriyinə aiddir:

“Status verildikdən sonra imtiyazların həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şamil olunub”.
QHT layihəyə yekun vurub"Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə" ictimai birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstək Agentliyinin maliyyələşdirdiyi "Dini radikalizm və ekstremizm – milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi" layihəsini yekunlaşdırıb.

QHT-dən verilən məlumata görə, 4 aylıq (01.02.2022-01.05.2022) layihə çərçivəsində dini radikalizm və ekstremizmlə mübarizə ilə bağlı yerli mediada 12 maarifləndirici yazı dərc edilib. İnternt tv-də 6 veriliş hazırlanıb.

Maarifləndirici layihə çərçivəsində gənclərimizə elmi, hüquqi və islamı baxımdan düzgün məlumatlar verilib, radikalizm və ekstremizmin təhlükələrindən, radikalizm və ekstremizmin bütün dünya ölkələri və insanları üçün təhlükəli olduğu faktlarla, elmi əsaslarla ictimailəşdirilib, Azərbaycanın tolerant, multikultural, mədəni müxtəliflik bir ölkə olduğunu çatdırılıb, din-dövlət anlayışını elmi əsaslar, qanunlarla izah edilib.
Əsgərimiz Ağdamda minaya düşdüDaxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbçisi, çavuş Əzizağa Umarov Ağdam rayonunda minaya düşüb.

Bu barədə Avrasiya.net-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ə.Umarov Çəmənli kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşərək xəsarət alıb.

Faktla bağlı Ağdam Rayon Prokurluğunda araşdırma aparılır.
Prezident Zəngilan sakinləri ilə görüşdüMayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər və burada yaradılan şəraitlə tanış olublar.

Sonra dövlətimizin başçısı və birinci xanım Ağalı kənd sakinləri ilə görüşüblər.
Bu gün əfv sərəncamı imzalanacaqBu gün 28 May - Müstəqillik Günü münasibətilə əfv sərəncamı imzalanacaq.

Bu günə qədər Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının keçirdiyi iclaslar başa çatıb.

Ümumilikdə iclaslarda 600-dən çox müraciətə baxılıb. Yekun siyahı Prezident İlham Əliyevə təqdim olunub.

Dövlət başçısı 28 May - Müstəqillik Günü münasibətilə bayram ərəfəsində əfv sərəncamı imzalayacaq.
Bakı sakini döyüb, 2000 manatını əlindən aldılarYasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə mayın 25-də saat 3 radələrində üç nəfərin paytaxt sakini E.Məmmədovu döyərək 2000 manatını almaları barədə müraciət daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ü.Hacıyev, Lənkəran rayon sakini R.Əhmədzadə və Cəlilabad rayon sakini S.Əsgərov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.
Sosial şəbəkədə yalan məlumat yayanlar həbs olunacaqTürkiyədə sosial mediaya nəzarət tədbirləri gücləndirilir.

Sosial şəbəkələrə hüquqi nəzarətin təmin edilməsi ilə bağlı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyətçi Hərəkat Partiyası (MHP) tərəfindən hazırlanan 40 maddəlik təkliflər paketi parlamentə təqdim olunub.

Dezinformasiya ilə mübarizə tədbirlərinin əks olunduğu təkliflər rəsmən qəbul olunarsa, insanlar arasında təşviş, yalan məlumat yayan şəxslər 1 ildən 3 ilədək həbs cəzasına məhkum olunacaqlar.

Bundan əlavə, təkliflər paketində saxta hesablar açaraq insanların şərəf və ləyaqətini alçaldan, yalan məlumatlar yayan şəxslərin cəzalandırılması ilə bağlı müddəalar yer alıb.
Conson Zelenski ilə AB kimi yeni birlik yaratmaq istəyirBritaniyanın Baş naziri Boris Conson Ukrayna Prezidenti Vladimir Zelenskiyə Rusiyaya qarşı yeni beynəlxalq alyans yaratmağı təklif edib.

Axar.az xəbər verir ki, bu barədə “Corriere Della Sera” qəzeti məlumat yayıb.

Bildirilib ki, London Brüssel və Almaniyanın Moskvaya qarşı siyasətindən narazı olan ölkələri AB-yə alternativ olacaq yeni siyasi, iqtisadi və hərbi ittifaqda birləşdirməyi təklif edib:

“Baş nazir bu təşəbbüsü ilk dəfə Vladimir Zelenski ilə aprelin 9-da Kiyevdə görüşərkən irəli sürüb. Boris Consonun modeli Böyük Britaniyanın rəhbərlik etdiyi yeni Avropa Birliyinin yaradılmasını nəzərdə tutur. Bura Ukrayna, Polşa, Estoniya, Latviya və Litva ilə yanaşı, sonradan Türkiyə də daxil ola bilər”.

Qəzet iddia edir ki, Kiyev Britaniya liderinin təklifi ilə bağlı hələ də mövqe bildirməyib:

“Zelenski yəqin ki, Ukraynanın təşkilata üzvlüyə namizəd kimi tanınması ilə bağlı qərar verəcək AB ölkələrinin sammitini gözləyir. Avropa liderlərinin hökmü Kiyevin gələcək addımlarına təsir edə bilər”.