Dodon həbsdən çağırış etdi: Hökuməti devirin!Moldovanın keçmiş prezidenti İqor Dodon vəkilləri vasitəsilə müxalif həmkarlarını hökuməti devirmək üçün xalqın hökumət əleyhinə etirazlarını dəstəkləməyə çağırıb.

Axar.az xəbər verir ki, Dodon vətəndaşların yaşanan böhranlardan dolayı hiddətləndiyini bildirib.

“Vətəndaşlar Moldovanın hərbi münaqişənin iştirakçısına çevrilməsini istəmir və bu “anormal dövrə” son qoymaq və vəziyyəti düzgün istiqamətə qaytarmağı tələb etmək üçün kütləvi şəkildə etiraz etməyə hazırdırlar. Əminəm ki, Sosialist Partiyasındakı həmkarlarım vətəndaşların tələblərini və hiddətini dəstəkləyə biləcəklər”, - Dodonun Teleqram hesabında bildirilib.

Qeyd edək ki, Dodon 72 saat müddətinə həbs edilib. Onu, passiv korrupsiyada və vətənə xəyanətdə şübhəli bilinir.
ABŞ-da məktəbdə atışma: ölənlərin sayı 21-ə çatdıABŞ-ın Texas ştatının Yuvald şəhərindəki ibtidai məktəbdə atışma baş verib.

Avrasiya.net xəbər verir ki, atışma nəticəsində ölənlərin sayı 21-ə çatıb.

Məlumata görə, ölənlərdən 18-i uşaq və 3-ü böyükdür. Atəş açan Yuvalda liseyinin 18 yaşlı şagirdi Salvador Ramos olub. Çox güman ki, Ramos zabit tərəfindən öldürülüb.

Texas ştatının qubernatoru Qreq Ebbott hadisə ilə bağlı tam araşdırma aparılmasını tapşırıb.