Bakıda taksi sürücüləri boykota başlayırMayın 27-də saat 17:00-dan 19:00-dək “Bolt” şirkətində çalışan taksi sürücüləri tətbiqi bağlayıb, şirkəti boykot edəcəklər.

Axar.az xəbər verir ki, bu barədə “Bolt” şirkətində çalışan taksi sürücüsü Nicat Məmmədov sosial şəbəkələrdə məlumat yayıb.

O bildirib ki, bu, boykotun “1-ci mərhələsidir”.

“Boykota qoşulan taksi sürücülərinin tələbləri bunlardır:

1. Komissiya 20%-dən 10%-ə endirilsin;

2. Minimal qiymət 2.40 manatdan başlasın;

3. Gedilən ünvan, qiymət, ödəniş üsulu sürücüyə göstərilsin. Sürücü fərdi sahibkar kimi fəaliyyət göstərir, sizin işçiniz olsaydı sürücülərlə işçi müqaviləniz olardı;

4. Kartla olan sifarişləri nağdlaşdırmaqda sürücülərə çətinlik yaradılmasın. 1-2 gün ərzində sürücünün hesabına avtomatik köçsün və ya gündəlik yanacaq talonu verilsin;

5. Gözləmə vaxtına görə hər dəqiqə ən azı 10 qəpik kimi hesablansın (hazırda 2 qəpikdi).

6. Müştəri sifariş verdiyi ünvandan əlavə sürdürsə, onun ödənişi proqramda avtomatik hesablansın;

7. Sürücülər səbəbsiz yerə bloklanmasın, nəsə problem varsa, ədalətli şəkildə araşdırılsın;

8. Sürücülərə verilən sifarişlər hava məsafəsiylə hesablanmasın;

9. Məsafəyə görə məbləğlər düzgün hesablansın. Bəzən yol olmayan yerlərdən məsafə hesablanır. Bu, əsasən mərkəzdən kənar yerlərdə olur;

10. Sürücülərin pulunu verməyib qaçan müştərilərin ödənişi “Bolt” tərəfindən tam olaraq kompensasiya olunsun;

11. Ləğv edilən sifarişlərə görə sürücülərə kompensasiya ödənilsin. Sürücü müştəriyə qədər boşuna yol sürmüş olur”.
İranın neft naziri Azərbaycana gəlirİranın neft naziri Cavad Ovci iyunun əvvəlində Azərbaycana səfər edəcək.

İranlı nazir iyunun 2-3-də Bakıda keçiriləcək Bakı Enerji Forumunda iştirak edəcək.

Forumda “Energetika keçid dövründə - Transformasiya olunan dünyada yeni imkanlar və çağırışlar”, “Qlobal enerjinin inkişafı icmalı”, “Xalis sıfıra aparan yol”, “Enerji sektorunda az karbonlu gələcəyə keçid üçün kadr potensialı” adlı plenar sessiyalar keçiriləcək. Forumda Xəzər regionunda yeni hasilat imkanları, qaz marşrutları, neft emalı və neft-kimya layihələrinin maliyyələşdirilməsi də nəzərdən keçiriləcək.
Qərb hələ bilmir biz kimik – Lavrov meydan oxuduRusiyanın döyüş meydanında məğlubiyyətinin qaçılmazlığını bəyan edən Qərb siyasətçiləri, görünür, orta məktəbdə pis oxuyublar və Rusiyanı tanımırlar.

Bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.

“Deyirlər ki, Rusiya məğlubiyyətə dözməlidir, onlar Rusiyaya qalib gələcəklər, Rusiyanı döyüş meydanında məğlub edəcəklər. Əminəm ki, siz onlardan tarixi daha yaxşı bilirsiniz. Görünür, onlar orta məktəbdə pis oxuyublar, Rusiyanı tanımırlar və keçmişdən düzgün nəticə çıxarmırlar”, - Lavrov Yevgeni Primakov adına Gimnaziyada çıxış edərkən bildirib.

O qeyd edib ki, Qərbdə rusofobiya Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlayan kimi dərhal özünü göstərdi:

“Bu isə o deməkdir ki, rusofobiya 16-cı, 17-ci, 18-ci əsrlərdə necə idisə, elə də qalıb”.
Pandemiya dövründə dünyada hər 30 saatda yeni milyarder ortaya çıxırKoronavirus pandemiyasının başladığı 2020-ci ildən bu günə kimi dünyada 573 yeni milyarder peyda olub və onların ümumi sərvəti bu müddət ərzində 3,78 trilyon ABŞ dolları artaraq 12,7 trilyon dollar və ya qlobal ÜDM-in 13,9 %-ni təşkil edir. Beləliklə, hər 30 saatdan bir dünyada yeni milyarder ortaya çıxır.

“Report”un məlumatına görə, bu göstəricilər “Oxfam” xeyriyyə təşkilatının hesabatında yer alıb.

Qeyd edilir ki, hazırda dünyada milyarderlərin ümumi sayı 2 668 nəfərdir. Eyni zamanda, hər 33 saatdan bir milyon insan həddindən artıq yoxsulluq kateqoriyasına düşür, yəni gündə 1,9 dollardan az pulla dolanır.

Bəşəriyyətin ən zəngin 10 adamının sərvəti dünya əhalisinin ən yoxsul 40 %-nin, yəni 3,1 milyard insanın sərvətinə bərabərdir.

Hesabat müəllifləri hesab edirlər ki, qida və enerji sektorunda aktivləri olan milyarderlərin ümumi sərvəti hər iki gündə 1 milyard dollar artıb, son iki ildə isə bu rəqəm 453 milyard dollar çoxalıb. Dünyanın beş ən böyük enerji şirkəti (BP, “Shell”, “TotalEnergies”, “Exxon” və “Chevron”) saniyədə 2,6 min dollar xalis mənfəət əldə edir.

Pandemiya zamanı qida sektorunda 62, əczaçılıq sektorunda isə 40 yeni milyarder peyda olub.
Meymunçiçəyinə yoluxma halları ARTIRBöyük Britaniyada meymunçiçəyi xəstəliyinə təsdiqlənmiş yoluxma hallarının sayı 56-ya yüksəlib.

Bu barədə Birləşmiş Krallığın Səhiyyə Sahəsində Təhlükəsizlik Agentliyinin saytında məlumat yerləşdirilib.

Məlumata əsasən, mayın 21-i üçün ölkədə 20 yoluxma halı qeydə alınıb. Son 2 gün ərzində daha 36 yoluxma halı aşkarlanıb.
Müharibə belə başa çatacaq - ZelenskiRusiyanın Ukraynaya qarşı müharibəsi çox sayda insan itkisi və çox ukraynalı ailənin iztirabları ilə başa çatacaq.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Başa düşürəm ki, istənilən müharibə diplomatiya ilə sona çatır. Diplomatiya sülhə gətirib çıxara bilər. Sülh hər bir normal insanın arzusudur və inanın ki, cəbhədə olan və divanda oturan hər kəsin istəyi budur. Bəzən doğrudan da divanda, sosial şəbəkələrdə olan qaynar adamlar, düşündükləri kimi, bizi cəbhədə qoruyanlardan daha güclü döyüşürlər”, - Zelenski qeyd edib.
Rusiya Dnepropetrovskda dəmir yolunu vurduRus işğalçıları Dnepropetrovsk vilayətinə raket hücumu həyata keçirib.

Bunu Dnepropetrovsk vilayət hərbi administrasiyasının sədri Valentin Rezniçenko bildirib.

“Raketlər Pavloqrad və Sinelnikovski rayonlarında dəmir yolu infrastrukturuna düşüb. Dəmir yolu xəttinin və təmas şəbəkəsinin ciddi şəkildə dağıdılması məlumdur”, - Rezniçenko qeyd edib.

O bildirib ki, zərbə nəticəsində 12 evin dam örtüyü zədələnib, pəncərələr sınıb. Xəsarət alan olmayıb.

Lotu Qulinin adından istifadə edib 12 milyon aldıBakıda yaxın qohumuna qarşı dələduzluq etməkdə təqsiləndirilən Vüsal Axundova hökm oxunub və o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, ittihama əsasən, V.Axundov əmisi oğlu, sahibkar Emin Axundova Lotu Quli ləqəbli kriminal avtoritet Nadir Səlifovun adından istifadə edərək hədə-qorxu gəlib, onun 12 milyon manatlıq pul və əmlakını ələ keçirib.

Xatırladaq ki, N.Səlifov 2020-ci ilin avqustun 19-dan 20-ə keçən gecə Türkiyənin Antalya şəhərində yerləşən otellərin birində başından 4 güllə ilə vurularaq öldürülüb.