Kırşəhərdə keçirilən tədbirdə azərbaycanlı yazıçı iştirak edibKırşəhər Əsnaf və Sənətkarlar Odaları Birliyi və Kırşəhər Şəhər Şurası Şairlər və Ozanlar Çalışma Qrubunun birgə hazırladığı “İkinci beynəlxalq “Ahi Baba” sevgi və qardaşlıq şeir programı”nda azərbaycanlı tanınmış yazıçı və şairə Könül Ordubadi də iştirak edib.

Proqram çərçivəsində əvvəlcə Mustafa Karagüllünün Kumbətaltındakı məzarı ziyarət edilib. Qonaqpərvərliyi ilə seçilən, saza-sözə dəyər verən Kırşəhər sakinləri tədbirə böyük maraq göstəriblər.

Hər zaman təvazükarlığı ilə seçilən vilayətin rəsmi şəxsləri - Kırşəhər vali yardımcısı İsmail Çetinkaya, Bələdiyyə başkanı Selahattin Ekicioğlu, Mədəniyyət və Turizm Müdürü Halil Çalışır, Müdür Yardımcısı Eyüp Temur, Evrən qaymakamı Murat Akyüz, Əmlak müfəttişi Müzəffər Öztürk, Evrən Bələdiyyə başkanı Hüsməttin Ünsal, başkan yardımcısı Salih Topçuoğlu, həmçinin sosial, iqtisadi və humanitar sahələri əhatə edən qeyri-hökumət təşkilatlarının rəhbərləri proqramı izləyiblər. “Ahi Baba” ləqəbli Mustafa Karagüllünün xanımı İsmət Sevinç Karagüllü də izləyicilər arasında yer alıb.

Tədbirdə Türkiyənin bir-birindən dəyərli yazıçı və şairləri, həmçinin müxtəlif xarici ölkələrdən dəvət edilən tanınmış şairlər öz şeirlərini səsləndiriblər. Kırşəhərdən İbrahim Düğer, Zübeyde Gökbulut, Nevşəhərdən Ayşe Paslanmaz, Gümüşhanədən Talat Ülker, Denizlidən Şerif Kutludağ, Mersindən Faruk Gökbulut, Kastamonu’dan Hacer Alioğlu, Azerbaycandan Könül Ordubadi, Kütahyadan Züleyha Özbay Bilgiç, Çorumdan Leyla Yıldırım, Aksaray’dan Mehmet Çil, Adanadan Münevver Düver, Tokattan Semra Meral, Kırşəhərdən Canan Köksal, Somalidən Soadha İbrahim, Esam Muhammed Hossan Nor və Türk Xalq Musiqi sənətcisi Ümit Yaşar Apaydın qatıldı. Bu anlamlı proğramın aparıcısı Rıfat Çakır hər zamankı kimi sevgi coşqu dolu dinləyicilərin könlünü fəth etdi. Azərbaycanlı şairə Könül Ordubadi çıxışında əvvəlcə Türkiyə və Azərbaycanın sarsılmaz qardaşlığından, bütün sahələrdə, o cümlədən mədəniyyət və ədəbiyyat sahələrində sıx əməkdaşlıq əlaqələrindən bəhs edib. Bildirib ki, Azərbaycanın və Türkiyənin ədəbi mühiti daim qarşılıqlı olaraq bir-birinin inkişafına müsbət mənada öz təsirini göstərib, bu gün də həmin tarixi proses uğurla davam edir. Vurğulayıb ki, hər iki ölkənin yaradıcı insanlarının ərsəyə gətirdikləri əsərlərdə bu, özünü daha qabarıq şəkildə göstərir.

Könül Ordubadı çıxışında Yunus Əmrəyə yazdığı,, Aşqın qapısını bağlaram, Yunus “ adlı şeirini səsləndirib. Bütün şairlərin çıxışı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Şairə çıxışının sonunda bu gözəl proqrama dəvət aldığı üçün Kırşəhər Əsnaf və Sənətkarlar Odalar Birliyi Başkanı Bahaməttin Öztürk bəyə, Kırşəhər Şəhər Şurası Şairlər və Ozanlar Çalışma Qrubnun başkanı Zübeydə Gökbulut hanıma və başkan yardımcısı İbrahim Düğer bəyə, Odlar Yurdu Azərbaycanımız adından çox çox təşəkkür edib.
AMEA-nın 41 yaşlı əməkdaşı qəfildən vəfat edibAMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Emil İsgəndərli vəfat edib.

O, 41 yaşında qəfildən dünyasını dəyişib.

Qeyd edək ki, E.İsgəndərli 1981-ci il noyabrın 18-də anadan olub. Əhəmənilər dövrü arxeologiyası üzrə mütəxəssis Bakı Dövlət Universitetini bitirib.
“Taliban” Bakıdakı səfirliyə məktub GÖNDƏRDİÖtən ilin yay aylarında Əfqanıstanda hakimiyyətə gələn “Taliban” rejimi bu ölkənin Bakıdakı səfirliyi ilə əlaqələr qurmağa başlayıb.

Modern.az-ın əldə etdiyi məlumata görə, Əfqanıstanın Azərbaycanda fəaliyyət göstərən səfirliyi ilə Kabil arasında müxtəlif məktublaşmalar həyata keçirilib.

Hazırda diplomatik nümayəndəliklə yeni hakimiyyət nümayəndələri arasında təmaslar mövcuddur.

Lakin Əfqanıstanda hakimiyyət dəyişikliyinə baxmayaraq, “Taliban”ın tətbiq etdiyi yeni bayraq Bakıdakı səfirlikdə qaldırılmayıb.

Qeyd edək ki, bundan öncə Əfqanıstanın Azərbaycandakı səfirliyi səfir Amanullah Ceyhunun Bakıda olduğu və fəaliyyətinə davam etdiyini açıqlamışdı. Eyni zamanda, Azərbaycanda yaşayan Əfqanıstan vətəndaşları da səfirliyə problemləri barədə müraciət edə bilirlər.

Xatırladaq ki, ötən ilin avqustun 15-də “Taliban” hərəkatının üzvləri Əfqanıstanın paytaxtı Kabili ələ keçirib. Əfqanıstan prezidenti Əşrəf Qani ölkəni tərk etməyə məcbur olub. “Taliban” hakimiyyəti ələ aldıqdan sonra Əfqanıstan İslam Əmirliyinin yaradıldığını elan edib. İndiyədək bir çox ölkələr “Taliban” hakimiyyətini rəsmən qəbul etməyib.
SEPAH komandirinin qisası alınacaq - Rəisi söz verdiİran hakimiyyəti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) polkovniki Həsən Sayad Xodainin qətlinin qisasını alacaq.

Modern.az xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi deyib.

“Polkovnik Sayad Xodainin şəhadəti ilə bağlı başsağlığı verirəm. Əmin edirəm ki, təhlükəsizlik qüvvələri ciddi araşdırma aparacaq və şübhəsiz qəhrəmana görə cinayətkarların qisasını alacağıq”,- Prezident başsağlığı mesajında bildirib.

Rəisinin çıxışı İran dövlət televiziyası tərəfindən yayımlanıb.

Qeyd edək ki, mayın 22-də naməlum şəxslər Tehranın şərqindəki xiyabanlardan birində evinə gedən Sayad Xodainin avtomobilinə beş dəfə atəş açıb. Hücumu motosikletdə olan iki nəfər həyata keçirib. Hadisə zamanı polkovnik Həsən Sayad Xodain dünyasını dəyişib.
Rus ordusu bu istiqamətlərdə geri çəkildiUkrayna ordusu Xarkov vilayətinin İzyum rayonunun Dolqenkoye kəndinə düşmənin hücumunu dəf edib, işğalçılar itki verərək geri çəkiliblər.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

“Qərb Hərbi Dairəsinin ayrı-ayrı hissələri, Baltik donanmasının 11-ci ordu korpusu, Şərq və Mərkəzi Hərbi Dairələrin köməyi ilə düşmən Slavyansk istiqamətində hücumu bərpa etməyə hazırlaşır. O, Dolqenkoe ərazisində hücum müdafiə qüvvələrinin bölmələri tərəfindən dəf edilib, düşmən itki verərək geri çəkilib”, - məlumatda qeyd olunub.

Baş Qərargahdan bildirilib ki, Rusiya ordusu Baxmut istiqamətində artilleriya dəstəyi ilə Aleksandropolya rayonunda hücuma keçib, lakin itki verərək geri çəkilib.
ARB telekanalına gedən şəxs itkin düşdüTovuzdan ARB telekanalına gedən şəxs itkin düşüb.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Hunanlar kənd sakini, 1940-cı il təvəllüdlü Firuzə Yusifova may ayının 16-da yaşadığı evdən çıxaraq Bakı şəhərində yerləşən ARB telekanalına gedib və bir daha geri qayıtmayıb.

"Sonuncu dəfə həmin telekanalın inzibati binasının yaxınlığında görülən şəxsin əlamətləri belədir: Boyu 160 sm, saçları ağ rəngdədir, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli don və ağ rəngli köynək olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.
İrəvanda Paşinyana qarşı avtoyürüş başladıİrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə yenidən avtoyürüş başlayıb.

Aksiyaya paytaxtın kənarında start verilib. Azı 4 avtomobil karvanı aşağı sürətlə İrəvanın mərkəzinə doğru hərəkət edir.

İrəvanın mərkəzində keçirilən digər aksiya nəticəsində müxalifət tərəfdarları metro stansiyalarından birinin fəaliyyətini dayandırıblar.
Brüssel görüşü: Aİ Qafqaza niyə can atır?Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüş sülh danışıqları istiqamətində yeni bir addım idi.

Bu barədə iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov qeyd edib.

Onun sözlərinə görə, Mişelin açıqlamasından aydın olur ki, görüşdə yalnız sərhədlərin delimitasiyası, kommunikasiyaların bərpası və sülh danışıqları məsələləri deyil, həmçinin humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, itkin düşmüş insanların taleyi də müzakirə edilib:

“Göründüyü kimi, görüşdə Azərbaycan üçün strateji və humanitar əhəmiyyət kəsb edən məsələlər müzakirə olunub və bu da regionda daha dayanıqlı sülhün formalaşması üçün yeni imkanlar deməkdir”.

Ekspert bildirib ki, Avropa İttifaqı Cənubi Qafqaz ölkələrinin əsas ticarət tərəfdaşı olaraq qalmaqdadır:

“Aİ-nin ümumi ticarət dövriyyəsində payı Azərbaycanda 36.7, Gürcüstanda 23.9, Ermənistanda 18 faizdir. İttifaq pandemiyadan əvvəlki il, yəni 2019-cu ildə Azərbaycanda 2.6, Gürcüstan 1.2, Ermənistanda isə 1.0 milyard avro sərmayə qoyluşu həyata keçirib.

Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi ötən il 15 milyard dollaradək yüksəlib. Bütövlükdə ixracatımızın təxminən 48 faizə yaxını İtaliyaya yönəlib. Bu isə Avropa İttifaqının Azərbaycan üçün əsas ticarət və iqtisadi tərəfdaş olduğunu göstərir. Eyni zamanda Avropa İttifaqının Cənubi Qafqazda ticarət dövriyyəsinin 2/3-i Azərbaycanın payına düşür. Bu baxımdan Azərbaycan da Cənubi Qafqazda Avropa İttifaqının əsas ticarət tərəfdaşıdır.

Bölgədə və eləcə də dünyada formalaşan yeni düzən fonunda Avropa İttifaqının Azərbaycana dəstəyinin daha da artması müşahidə olunur. Qurum iqtisadi əlaqələri genişləndirməklə yanaşı, işğaldan azad olunmuş ərazilərin minalardan təmizləməsi, itkin düşmüş şəxslərin tapılması, o cümlədən bərpa və quruculuq işlərində ölkəmizə daha yaxından dəstək olmağı planlaşdırır”.

V.Bayramov qeyd edib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu da artmaqdadır:

“Ötən il ölkəmizdə 43,9 milyard kubmetr mavi qaz hasil olub. Bu, 2018-ci illə müqayisədə 1,5 dəfə çoxdur. Eyni zamanda 2018-ci illə müqayisədə Azərbaycan mavi qaz ixracatını da 2 dəfə artırıb. Artıq Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya mavi qaz nəqli həyata keçirilir. Ötən il Avropa İttifaqına 9 milyard kubmetrə yaxın mavi qaz nəqli həyata keçirilib. Bu il bu rəqəmin 10 milyard kubmetrdən artıq olacağı gözlənilir. Bu isə ondan xəbər verir ki, Azərbaycan da Avropa İttifaqının enerji təhlükəsizliyinin formalaşmasında artıq yeni alternativ mənbədir. Təbii ki, bu, tərəflər arasında əməkdaşlığın strateji xətlə inkişaf edəcəyindən xəbər verir. Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq strateji xarakter daşıyır.

Son görüşün nəticələri bir daha təsdiq etdi ki, Cənubi Qafqazda dayanıqlı sülh mümkündür. İrəvandakı revanşistlərin bunu tez-gec qəbul etdəcəkləri qaçılmazdır. Artıq nəinki dünya, region düzəni də dəyişib”.
Flora əsəbiləşdi: Sənin ölündən də əl çəkməyəcəm!Bir insana ya vətəndaşlığına görə hörmət edərsən, ya şəxsiyyətinə, ya analığına, ya insanlığına, ya qadınlığına… Və bir insan ki, qərəzli məqsəd üçün hər şeyindən keçir, vay onun halına! Afət, sənə sonuncu dəfə sözümü 2019-cu ildə dedim! Bu, daha bir son olsun!

Avrasiya.net Publika.az-a istinadən xəbər verir ki, bunu xalq artisti Flora Kərimova Afət Fərmanqızına açıq məktubunda yazıb.

Məktubun tam mətnini təqdim edirik:

“Bu zamana kimi mənim kimliyimin, düşüncəmin fərqində olmadan necə mənə savaş açırsan!? Necə məni özünlə eyni tərəziyə qoyursan?! Gülməli deyilmi?! Başqasının ağlına arxalanıb ümidlərlə bəslənən Afət! 81 ildə sənin ağlına gəlməyən sınaqlardan, bacara bilməyəcəyin şərlərdən keçib, savaşlardan nəinki qalib, yaralanmadan çıxmışam. Sən indiyə kimi başa düşmədin ki, sənə ağıl verənlərin buynuzları mənim əlimlə qırılıb? Hansı təffəkürlə düşünə bilirsən ki, mən kiminsə kölgəsində gizlənə biləcək kiçiklikdəyəm? Kiminsə kölgəsi ola bilərəm?! “Müxalifət Flora” deyib məqsədini “hesablayıb”, hansı nəticəni gözləyirsən? Kimlərisə öz məntiqinə görə şantaj edəcəksən və mən haqlı olduğum yolumdan yayınacam?! Bir gün birinə eyham vurursan, sabah başqasına... Budur yeganə çıxış yolun!? Əzbərlədiyin “Açıqlayacam”, “Mənə göndəriblər”, “Əlimdə faktlarım var” boş-boş hədələrdən əmələ nə vaxt keçəcəksən!? Nə gözləyirsən, nədir səni saxlayan!? Məni məhkəməyə “vermişəm” deyib, indiyə kimi sənə cinayət işi açılan məhkəməyə gələ bilməyəcək qədər cəsarətsizsən! Ad çəkmirəm deyib, ağlına görə Ruhi xanıma, Nazənin xanıma atmadığın böhtan qalmadı.

Bu hal hamilə qadının halından çox, “dövrdən” kəsilən qadınları xatırladır. Məndən öncə kiminlə ədavətin olub, kimlər səni çeynəyib, kimlər səni əzib - bunun mənə nə aidiyyəti var? Sən şükür elə ki, sənə yazıqları gəlib atdığın şərlərə görə məhkəməyə vermirlər. Bugünkü gülünc “səs-küyün”, Tiktokda, instaqramda SİFARİŞLİ paylaşımlar çarəsizliyinin və məğlubiyyətinin göstəricisidir. Bu xırdaçılığınla mənim adımdan hərf əskiləcək?!

İki il… Düz iki il susdum ki, bəlkə gəvəzəliyinə son qoyasan. Səninki kin deyildi, səninki susmağımı özünə qalibiyyət bilib, “zəfərinlə” öyünmək idi. Qadınlığına yazığım gəldi, oğluna yazığım gəldi ki, anasının düşməni MƏN olmayım. Hər kim olsan belə, anasısan! Mən də oğul anasıyam. Bunu sən başa düşməyəcək qədər sadəlövhsən. Sənin öz-özünə elədiyin pisliyi heç kim sənə etmədi. Adımdan özünə ad elədin, hörmətimdən özünə hörmət görə bildinmi? Yenə təkrar edirəm, sənin nə ölündən əl çəkənəm, nə də ölüm səndən əl çəkər! Tanrı möhlət verərsə, hər kəlmənin haqq-hesabını çürüdəcəm. Gizlənməyin, qaçmağın başqa sifəti var? Bir gün olmaramsa, mən BƏZİLƏRİ KİMİ sonsuz deyiləm. Oğlum var, qızım var, varislərim var! Onlar sənin şərlərini mənim üzərimdə saxlayan deyil! Sənin isə iki yolun var: ya Vətənə həsrət sürgün həyatı sürəcəksən, ya gəlib məhkəmədə mənim ünvanıma təhqir-böhtanlarına cavab verəcəksən!”
Gürcüstanın din xadimləri Gəncəyə getdiGürcüstanın din xadimlərindən ibarət nümayəndə heyəti Gəncə şəhərində səfərdədir.

Avrasiya.net xəbər verir ki, səfər çərçivəsində qonaqlar Ermənistan silahlı qüvvələri tərəfindən ballistik raketlərlə hədəf alınan yaşayış massivinə baş çəkib və burada həyatını itirənlərə hörmət və ehtiramlarını bildiriblər.

Bundan əlavə qonaqlar İmamzadə Dini Kompleksini də ziyarət edəcəklər.

Məlumat üçün bildirək ki, din ibarət nümayəndə heyyəti təxminən 40-nəfərdən ibarətdir.