Səfərli ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürüldüLəğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərli saxlanıldığı Penitensiar Xidmətin Müalicə müəssisəsindən cəzaçəkmə müəssisəsinə köçürülüb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, V.Səfərli 2021-ci ilin yanvarında həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.
Azərbaycan regionda və dünyada davamlı sülhün və qarşılıqlı əməkdaşlığın tərəfdarıdırBu gün Azərbaycan regionda lider dövlətə çevrilməsi, günbəgün nüfuzunun artması əlbəttə digər dövlətlərin Azərbaycana daha çox yaxınlaşmasının zəruri edir. Xüsusən də həm 44 günlük müharibədən böyük zəfərlə çıxması, pademiya ilə bağlı çətinlikərə baxmayaraq duruş gətirməsi, iqtisadi inkişaf dinamikasını qoruyub saxlaması doğru düzgün siyasətin və balanslı münasibətlərin nəticəsidir. Uzun illərdir ki, Litva ilə strateji tərəfdaşıq. İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq bu əməkdaşlığın mahiyyətini əks etdirir və ölkələr arasındakı güclü siyasi əlaqələr siyasi dialoqun təzahürüdür.

May ayının 18-də Prezident İlham Əliyev verdiyi bəyənat zamanı bildirdi ki, Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir. Bunun üçün də buna tam imkan var. Təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının başlanmasına həvəs göstərmir.

Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul etmişdir. Və Azərbaycanın təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğundur

Ermənistanın həmin prinsipləri qəbul etməsi və ilkin mövqeyinə sadiq qalması sülh sazişinin imzalanması üçün əsas yaradır.

Cənab prezident bildirmişdir ki, artıq sərhədlərin delimitasiyası artıq başlanmıçdır. Təxminən 30 il ərzində Ermənistanla dövlət sərhədi, o cümlədən Azərbaycanın 20 faiz ərazisini təşkil edən digər rayonları işğal altında olub. Buna görə sərhədlərin delimitasiyası zərurəti aydındır.

Lakin Ermənistanın məsuliyyətsiz mövqeyi narahatlıq doğurur. Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Lakin, aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Ermənistan 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsindən də imtina etdi. İşə başlamaq üçün Ermənistandan hər hansı yeni tarixləri gözləyirik.

BMT Nizamnaməsinə əsasən ölkəmiz özünü müdafiə hüququndan tam yararlanaraq təxminən 30 il danışıqlara sadiq qaldı. Uzun müddət ərzində ölkəmiz Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməsinə çağırırdı. Əgər sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin, heç müharibə olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi. Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etdi. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini ölkəmiz özü icra etdi.

İşğal nəticəsində hər şey dağıdılmışdır və yerlə-yeksan edilmişdir. Beynəlxalq ekspertlər azad edilmiş şəhərlərdən biri olan Ağdamı “Qafqazın Hirosiması” adlandırırlar. İndi həmin ərazilərdə yenidənqurma işləri böyük vüsət alıb.

Avropa İttifaqı ilə Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir. Enerji, nəqliyyat təhlükəsizliyi, ticarət – perspektiv əməkdaşlıq istiqamətləridir. Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, cari ildə Avropa İttifaqı ilə ticarət dövriyyəsi artıb. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında razılıqlar imzalayıb. Bu, onu göstərir ki, Avropa İttifaqı da Azərbaycan qədər bu əməkdaşlıqda maraqlıdır.

Prezident İlham Əliyev eləcə də həmin tarixdə keçirilmiş Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı bildirdi ki, Ölkələr arasındakı güclü siyasi münasibətləri nəzərə alaraq, uzun illərdir ki, biz artıq strateji tərəfdaşlarıq. Litva Prezidentinin səfəri fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir. İqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq üçün əsl vaxtdır.

Bu səbəbdən də Biznes forum işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir. Birgə hökumətlərarası komissiya bizim işgüzar dairələrin səylərini əlaqələndirəcək, eyni zamanda, hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaqdır. Azərbaycanda biznes mühiti eləcə də investorlar üçün əlverişlidir. Ölkəmizə on milyardlarla birbaşa xarici investisiyalar qoyulur. Xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi çox vacibdir. Enerji sektoru ənənəvi olaraq iqtisadiyyatda aparıcı sektordur və bu, davam edəcəkdir. Azərbaycan qazını ilk dəfə 2021-ci ilin yanvarından başlayaraq Avropa İttifaqı da daxil olmaqla müxtəlif məntəqələrə nəql edən Cənub Qaz Dəhlizinin tikintisi, 3500 kilometr uzunluğunda birləşdirilmiş çoxsaylı boru kəməri sistemi yekunlaşıb.

Dövlət başçısı çıxışında onu da bildirdi ki, cari ilin dörd ayının nəticələri ümumi olaraq perspektivlidir. Ölkənin iqtisadiyyatı 7,2 faiz artmışdır. Qeyri-neft sektoru ilə bağlı daha yaxşı rəqəmlər vardır, burada artım 11,4 faizdir. İxrac 85 faiz artıb, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. İşsizlik səviyyəsi 5-6 faiz təşkil edir.

Azərbaycan əhalisinin sayı 10 milyona qədər artıb.
Ölkələrimiz arasında əməkdaşlıq üçün dayanıqlı nəqliyyat yollarının olması çox önəmlidir. Azərbaycanda nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zənciri yaradılıb. Coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq biz müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yolları yaratdıq. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilib.
Bu gün Azərbaycan öz enerji təhlükəsizliyi ilə yanaşı Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Azərbaycan neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyükdür.
Bu gün durum elədir ki, Avropa istehlakçılarına əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. Avropa istehlakçıları üçün bərpaolunan enerji mənbələri hesabına istehsal edilmiş enerji daha çox cəlbedici ola bilər.

Həmçinin artıq Azərbaycan artıq donor ölkəsinə çevrilib. Ölkəmiz özü kredit ayırır. Mövcud ehtiyatlar ölkənin xarici borclarını bir neçə ay ərzində sıfra endirilməsinə imkan verir. Bu, yaxşı iqtisadi vəziyyətdən xəbər verir. Bütün bunlaer əlbəttə ki, Azərbaycanın doğru yolda olduğunu, tam şəkildə Qafqazda və regionda dayanaqlı sülhün, qarşılıqlı əməkdaşlığın təmin edilməsində maraqlı tərəf olduğunu sübut edir.

Pənah İmanov
Siyasi şərhçi
QHT-lərlə bağlı vəziyyət qənaətbəxş deyil - Aygün ƏliyevQeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Birləşmiş Millətlər Təşkilatı arasında bu il iyunun 13-də memorandum imzalanacaq.

Avrasiya.net-in məlumatına görə, bunu Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

O bildirib ki, Agentlik bir ilə yaxındır ki, fəaliyyət göstərir.

"Biz artıq 6 aydır görüşlər keçiririk. Bu yaxınlarda Qubada regional konfrans keçirdik. Orada QHT-lərlə görüşlər oldu. Vəziyyət bizim istədiyimiz kimi deyil, qənaət bəxş sayılmır", - A.Əliyeva deyib.
Rüstəm Muradovun qohumu Ukraynada öldürüldüAzərbaycandakı rus sülhməramlı kontingentinin keçmiş komandanı, general-leytenant Rüstəm Muradovun qohumu Ukraynada öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumatb yayıb.

Məlumata görə, 27 yaşlı Salman Süleymanov tağım komandiri idi. Yanvar ayının əvvəlindən Ukrayna ilə sərhəddə xidmət edirdi. Salman aprelin sonunda döyüş əməliyyatları zamanı öldürülüb.

Həmin vaxt general-leytenant Rüstəm Muradov da aldığı yaralardan hospitalda müalicə olunurdu. Ona qohumunun ölümü barədə xəbər verəndə xahiş edib ki, basdırmaq üçün onun heç olmasa sümüyün tapsınlar.

Məlumatda qeyd olunub ki, Salmanın meyitinin qalıqları Dərbənd şəhərinə gətirilərək, orada dəfn olunub.
GMİ-nin şeyxi: "Gəncədə terror törədənlər dünya qarşısında cavab verməlidirlər""Gəncə şəhərində terror törədənlər dünya qarşısında cavab verməlidirlər".

"Report"un Qərb bürosunun məlumatına görə, bunu Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İğidov Gəncədə səfərdə olan zaman bildirib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə həyata keçirilən səfər çərçivəsində Gəncə şəhərində olan R.İgidov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisəsinin olduğu əraziyə baş çəkib, burada ermənilərin törətdiyi terror hadisəsinin dəhşətli olduğunu söyləyib.

"Burada, dinc sakinlərin yaşadığı bir şəhərdə vəhşilik törətmək yolverilməzdir. Burada gördüyümüz mənzərə ürəkaçmayandır. Döyüş bölgəsindən kənar bir yerə bombalar atıb, gecə yuxuda olan dinc sakinləri qətlə yetirmək düşmən vəhşiliyidir. Bu terroru törədənlər dünya qarşısında cavab verməlidirlər. Bütün dünya bu olaya səssiz qalmamalıdır, bunu törədənlər məsuliyyətə cəlb etməlidirlər", - R.İğidov bildirib.

Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə həyata keçirilən səfər çərçivəsində Gürcüstan Müsəlmanları İdarəsinin bir qrup nümayəndələri Gəncə şəhərində səfərdədirlər.
Bakıda Türkiyə qırıcı təyyarələrinin uçuşu həyata keçirilirBakıda baş tutacaq “Texnofest-2022” festivalına hazırlıqlar çərçivəsində qırıcı təyyarələrin uçuşu həyata keçirilir.

"Report"un xəbərinə görə, hazırda Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları - “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan təyyarələr Bakı səmasında məşq edir.

Qeyd edək ki, Bakıda “Texnofest-2022” festivalı mayın 26-29-da keçiriləcək.
Bakıda 13 yaşlı qız itkin düşdüBakıda yeniyetmə qız itkin düşüb.

Lent.az-ın məlumatına görə, paytaxtın Binəqədi rayonu, Ş. Rəhimov küçəsində yaşayan 13 yaşlı Balabəyli Leyla Elşad qızı mayın 20-i saat 18 radələrində yaşadıqları evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə onun anası S.Sultanova Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə ərizə müraciətində bildirib.

Onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qarabağ qazisinin intihar səbəbi MƏLUM OLDUVətən Müharibəsi qazisi Əlisahib Məmmədovun intihar etməsinin təfərrüatları bəlli olub.

Modern.az-ın əldə etdiyi məlumata görə, qazi ailə münaqişəsi zəminində canına qəsd edib.

Belə ki, son günlər Ə. Məmmədovun ailə qurduğu xanımla aralarında problem yaşanıb. Bundan xəbər tutan qayınatası qızını və nəvəsini ondan ayıraraq, öz evinə aparıb.

Biləsuvarda məskunlaşan Ə.Məmmədov ailəsinin Beyləqana aparılmasına etiraz etsə də, qayınatası buna məhəl qoymayıb. Tərəflər arasında narazılıq yaranıb.

Məlum hadisədən bir gün sonra qazi Ə.Məmmədov özünü asaraq intihar edib. Onun rəsmi nikahının olmadığı bildirilir.

Qeyd edək ki, ötən gün Cəbrayıl rayonunun Sarıcallı kənd sakini, Vətən Müharibəsinin qazisi Əlisahib Malik oğlu Məmmədov həyatına qəsd edib.

Hadisə müharibə iştirakçısının yaşadığı Bəlisəuvar rayonundakı 1 saylı Cəbrayıl köçkün qəsəbəsində baş verib.
İlham Əliyev Roma Papasını TƏBRİK etdiPrezident İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə məktub ünvanlayıb.

Avrasiya.net xəbər verir ki, məktubda deyilir:

“Zati-müqəddəsləri,

Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Sizi öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Biz Müqəddəs Taxt-Tac ilə əlaqələrimizə xüsusi önəm veririk. Məmnunluqla qeyd etmək istəyirəm ki, qarşılıqlı hörmət ilə səciyyələnən münasibətlərimiz otuz illik dövr ərzində böyük inkişaf yolu keçmişdir. 2002-ci ilin mayında Papa II İohann Pavelin və 2016-cı ilin oktyabrında Zati-müqəddəslərinizin Azərbaycana tarixi səfərləri həm ikitərəfli əlaqələrimiz, həm də sivilizasiyalararası dialoq baxımından mühüm əhəmiyyət kəsb etmişdi. Mən də Vatikana etdiyim üç rəsmi səfəri, Sizinlə həm Bakıda, həm də Vatikanda keçirdiyimiz görüşləri ən xoş təəssüratlarla xatırlayıram.

2008-ci ildə Bakıda Katolik Kilsəsinin açılışı münasibətlərimizin tarixində əlamətdar hadisələrdən biri olmuşdur. 2012-ci ildə isə Vatikanda ilk dəfə müsəlman ölkəsinə – Azərbaycana həsr olunmuş sərgi keçirilmişdir. Bütün bunlar dinlərarası və mədəniyyətlərarası anlaşmanın təşviqi, ümumbəşəri dəyərlərin qorunub saxlanması, insanlar arasında həmrəyliyin bərqərar olması istiqamətində əməkdaşlığımızın və birgə səylərimizin təzahürüdür.

Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında formalaşmış səmərəli əməkdaşlığı xüsusi vurğulamaq istərdim. Fond tərəfindən Vatikanda bir sıra bəşəri əhəmiyyət daşıyan tarixi abidələrin bərpası həyata keçirilmiş, mədəni irsin qorunması sahəsində böyük işlər görülmüşdür. Fondun reallaşdırdığı bu layihələr multikultural dəyərlərə sadiq olan və bu dəyərləri təşviq edən ölkə kimi Azərbaycanın ənənəvi rolunu bir daha təsdiq edir.

Zati-müqəddəsləri,

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələrin inkişafında, konstruktiv dialoqumuzun genişlənməsində Sizin böyük şəxsi töhfəniz var. Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə daim verdiyiniz yüksək qiymətə görə Sizə təşəkkürümü bildirirəm.

İnanıram ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı əməkdaşlıq bundan sonra da sivilizasiyalar və dinlərarası dialoqun, dünyada tolerantlığın təşviqinə xidmət edəcək.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, uzun ömür, müqəddəs amallar naminə ali missiyanızda uğurlar diləyirəm”.
İranda polkovnikin ardınca polis zabiti güllələndiİranın Sistan-Bəluçistan əyalətinin Gəluqah mahalında polis zabiti öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, baş leytenant Vəhid Nazeri Tiləno kəndində öz evinin qarşısında naməlum şəxslər tərəfindən güllələnib.

Hücum edən şəxslərin kimliyi barədə dəqiq məlumat yoxdur. Onların şəxsiyyətinin müəyyən edilməsi üçün axtarış-əməliyyat tədbirləri başlanıb.

Qeyd edək ki, ötən gün SEPAH polkovniki Tehranda evinin önündə güllələnərək qətlə yetirilmişdi.