
Bunu Ukrayna Birləşmiş Qüvvələri məlumat yayıb.
“Ukraynalı müdafiəçilər bu gün düşmənin 14 hücumunu dəf ediblər. İki yerdə döyüş hələ də davam edir. Cəsur döyüşçülərimiz canlı qüvvə və texnika ilə işğalçıları itki verməyə məruz qoyurlar”, - məlumatda bildirilib.
Bundan əlavə, Ukraynanın Donbas səmasında hava hücumundan müdafiə bölmələri “Orlan-10” tipli bir pilotsuz uçuş aparatını vurub.
Xüsusilə, Ukrayna müdafiəçiləri şərqdə bir gün ərzində 40 işğalçını məhv ediblər.