Rusiya Donesk istiqamətində hücuma keçdiRusiya Donesk istiqamətində hücum əməliyyatlarını gücləndirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Rusiya təmas xəttinin bütün istiqamətlərindən minaatan, top artilleriyası, reaktiv yaylım atəş sistemləri və operativ-taktiki aviasiya vasitəsilə çoxsaylı zərbələr endirir.

Qeyd edək ki, Donetsk vilayət administrasiyasının rəhbəri Pavel Kirilyenko Ukrayna ordusunun Donetsk vilayətindəki yaşayış məntəqələrinin birini rus ordusundan azad etməsi barədə məlumat yaymışdı.
Qadir İbrahimli vəfat etdiTanınmış jurnalist Qadir İbrahimli vəfat edib.

Avrasiya.net xəbər verir ki, bu barədə onun dostları məlumat yayıb.

Mərhumun dostu Niyaz Niftiyev deyib ki, Q.İbrahimlinin nəşi doğulduğu Lənkəran şəhərinə aparılacaq.

Xatırladaq ki, Q.İbrahimli mayın 18-də qaraciyər serrozu diaqnozu ilə Respubılika Kliniki Xəstəxanasına yerləşdirilmişdi. O, həm də şəkər xəstəliyindən əziyyət çəkirdi.

Mərhum jurnalistin bir qız və bir oğul övladı yadigar qalıb.

Allah rəhmət eləsin!
Bakıda ümumşəhər iməcliyi keçiriləcəkYaz mövsümü ilə əlaqədar sabah, may ayının 21-də Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda ümumşəhər daxili iməcliyinin keçirilməsi qərara alınıb.

BŞİH-dən Avrasiya.net-ə bildirilib ki, daxili iməclik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, koşklər və dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları yuyulacaq, ağaclar budanacaq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görüləcək.

BŞİH müəssisə, idarə və təşkilatların kollektivlərini, paytaxt sakinlərini bu iməclikdə fəal olmağa çağırıb.

Həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edib.
Məktəbdə şagirdlərin zarafatı qanla bitdi - VİDEOBakıda məktəblilərin bir-birilə zarafatı qanla bitib.

Avrasiya.net xəbər verir ki, 9-cu sinif şagirdi özündən bir sinif aşağı pillədə təhsil alan şagirdə kəsici alətlə xəsarət yetirib. Hadisə mayın 17-də Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 nömrəli tam orta məktəbdə qeydə alınıb.

İnsident zamanı xəsarət alan məktəbli dərhal xəstəxanaya aparılıb.

Məktəbin direktoru Əbülfət Bağırov deyib ki, mayın 17-də hadisəni törədən məktəbli dərsə gəlməyib. O, sinif otağına pəncərədən daxil olaraq xəsarət yetirdiyi şagirdlə zarafatlaşıb. Daha sonra məlum hadisə baş verib.

Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən məktəbli ilə bağlı bundan əvvəl polisə müraciət edilib. Hazırda fakt üzrə polisdə araşdırma aparılır.
Makron: "Müharibə Ukrayna ilə qonşu ölkələrə də yayıla bilər"Rusiyanın Ukraynadakı müharibəsi qonşu ölkələrə də yayıla bilər.

“Report” xəbər verir ki, bununla bağlı Fransa Prezidenti Emmanuel Makron moldovalı həmkarı Maia Sanduya xəbərdarlıq edib.

Fransa lideri bildirib ki, ölkəsi Moldovada regional təhlükəsizlik vəziyyətinin inkişafını izləyəcək.

“Dnestryanıda baş verən son hadisələr göstərir ki, münaqişənin qonşu ölkələrə yayılması istisna oluna bilməz”, - Makron bildirib.

O əlavə edib ki, Fransa regional təhlükəsizliklə bağlı vəziyyətə və Moldovanın suverenliyinə və ərazi bütövlüyünə hər hansı mümkün qəsd halına xüsusi diqqət yetirmək niyyətindədir.
Xoşqədəm Hidayətqızı məhkəməyə verildiARB telekanalında yayımlanan "Səni axtarıram" proqramının aparıcısı Xoşqədəm Hidayətqızı və verliş iştirakçılarından biri - Bərdə rayon Piyadalar kənd sakini Sadıqova Gözəl Aslan qızı barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət edilib.

Avrasiya.net xəbər verir ki, şikayətçi Arif Muradovun vəkili Bəhruz Bayramov azpolitika.info-ya açıqlamasında bildirib ki, buna səbəb teleaparıcı və Bərdə sakininin 11, 16, 17-si may 2022-ci il tarixlərində yayımlanan verlişlərdə müvəkkilini, onun ailə üzvlərini qətl törətməkdə ittiham etmələridir.

"İnsanların şəxsi toxunulmazlıq hüququ pozulur, istintaq sirri yayılır. Ona görə də A.Muradov Cinayət Məcəlləsinin 147-ci maddəsinin 2-ci (böhtan) bəndi ilə Nərimanov rayon Məhkəməsinə şikayət edib" -deyə, vəkli bildirib.

Qeyd edək ki, sözügedən cinayət hadisəsi 2016-cı ilin mayında Bərdə rayonunun Piyadalar kənində baş verib. Kənd sakini, telefon təmiri, fotoqraflıqla məşğul olan Bayramov Tahir Salman oğlu avtomobilində qətlə yetirildikdən sonra yandırılıb. Hazırda cinayətin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi tərəfindən davam etdirilir.

Arif Muradov şikayət ərizəsində bildirib ki, mərhum telefonlarını təmir etdiyi qadınların fotolarını öz şəxsi telefonuna köçürərək saxlayıb: "Onların arasında mənim ailə üzvlərimə məxsus şəkillər də olub. İstintaq zamanı ailə üzvlərimiz, habelə telefonda fotoları olan başqa qadınlar şahid qismində dindiriliblər. Kənd sakinləri mənim ailəminin əxlaqına bələtdirlər..."

A.Muradovun sözlərinə görə, "Səni axtarıram" verilişinin yuxarıda qeyd edilən tarixlərdə yayımlanan hissəsində mərhumun anası Sadıqova Gözəl Aslan qızı və teleaparıcı onu açıq formada qətlin təşkilatçısı və icraçısı kimi ittiham ediblər.

Vəkil Bəhruz Bayramov bildirib ki, şikayət ərizəsi bu gün Nərimanov rayon Məhkəməsinə təqdim edilib.

Bürclərə görə orta ömür müddəti – Kim neçə yaşında öləcək?Amerikalı alimlər və astroloqların dünyanın bir sıra ölkələrində 60 min insan arasında apardığı tədqiqatlar bürclərin orta yaşam müddətini ortaya çıxarıb.

Avrasiya.net bizim.media-ya istinadən xəbər verir ki, araşdırmalar zamanı bürclərin hansı xəstəliklərdən daha çox əziyyət çəkdikləri və sağlamlıqlarına nə dərəcədə diqqət ayırdıqları da nəzərə alınıb.

Nəticələri diqqətinizə təqdim edirik:

Qoç

Bürc bürcü həm qadınlar, həm də kişilər üçün uzun ömür sürürlər. Qadınlar ən azı 78 il, kişilər isə 79 il ömür gözləyə bilərlər. Qoçların səhhətləri ilə bağlı əsas problemlər yuxusuzluq, miqren və ürək xəstəliklərinə səbəb olan stressdir.

Buğa

Buğalar ən uzun ömürlü şəxslər hesab olunurlar. Bu bürcün qadınları üçün orta ömür müddəti 80, kişiləri üçün isə 82 yaşdır. Bununla belə, piylənmə, sidik-cinsiyyət sistemi və oynaq xəstəlikləri, buğaların ömrünü əhəmiyyətli dərəcədə qısalda bilər.

Əkizlər

Kişilər üçün orta ömür uzunluğu 78 il, qadınlar üçün - 85 ildir. Əkizlər həyatlarında məna axtarmağa və onun zəifliyi haqqında düşünməyə meyllidirlər. Pessimizim və ümidsizlik onları tez-tez depressiyaya salır. Nəticədə əkizlərdə tənəffüs sistemində problemlər, çəki və əzaların xəstəlikləri yarana bilər.

Xərçəng

Qadınların həyat müddəti 73 yaşa, kişilərdə isə 68-ə çatır. Sağlam həyat tərzi qaydalarına məhəl qoymayan və həkimlərə baş çəkməyən bu bürcün nümayəndələri ömürlərini erkən başa vururlar. Xərçənglər tez-tez damar xəstəliklərindən, miyopiyadan və mədə-bağırsaq traktının pozğunluğundan əziyyət çəkirlər.

Şir

Bu bürcün əksər qadın və kişiləri üçün ciddi xəstəliklər həyəcan təbili çalsa da 74 yaşa qədər yaşaya bilirlər. Onların özəlliyi, bütün problemləri gizlətmələri və şikayət etməmələridir. Zəif ürək-damar sistemini, göz xəstəlikləri aslanlarda tez-tez müşahidə olunur.

Qız

Qadınlar üçün 81, kişilər üçün 77 il bu bürcün nümayəndələri üçün orta ömür müddətidir. Qızlar səhhətləri ilə bağlı ciddi narahatlıqlar yaşamasalar da, onların əksəriyyəti həssas həzm sisteminə malikdir və işlə əlaqəli stres pozğunluqlardan əziyyət çəkirlər.

Tərəzi

Tərəzi qadınları 77 yaşa qədər, kişilər 73 yaşa qədər yaşayırlar. Lakin bu bürcün nümayəndələri sağlamlıqlarına daha çox diqqət yetirsələr, ömür müddətlərini bir xeyli uzada bilərlər.Tərəzilər üçün potensial risklər dəri, bel və böyrək xəstəlikləridir.

Əqrəb

Əqrəblər nisbətən qısa ömür sürür - orta hesabla qadınlar 62 yaşa qədər, kişilər 63 yaşa qədər. Astroloqlar bunu əqrəblərin müalicə və müayinələrdən yayınmaları ilə əlaqələndirirlər. Onlar həkim müdaxiləsindənsə, ömürlərini erkən başa vurmağı seçirlər.

Oxatan

Oxatanların səhhətinin pis olması onların ömrünə təsir edir. Xroniki xəstəliklərin tam buketi olan əzələ-skelet sistemi və ürək-damar sistemindəki problemlər oxatan bürcünün ömrünü sözün əsl mənasında qısaldır. Qadınlar 73 yaş həddini, kişilər isə 69 yaş həddini nadir hallarda keçirlər.

Oğlaq

Oğlaqlar çox dözümlüdürlər. Onlar qocalığa qədər amansızlıqla onları təqib edən çoxsaylı xəstəliklərə cəsarətlə dözürlər. Onların bəziləri həyatları boyu nəinki çoxsaylı xəstəlikdən əziyyət çəkir, eləcə də yüksək zədələrə meyllidir. Sağlamlıqları ilə bağlı onları qarabaqara izləyən problemlər Oğlaq qadınlarına 80 ildən, kişilərə isə 77 ildən çox yaşamağa imkan vermir.

Dolça

Orta hesabla bütün Dolçalar 72 yaşa qədər yaşayırlar. Həm kişi, həm də qadın dolçanın sağlamlığını tibbi məntiqlə izah etmək çətindir. Onlar isti yay günlərində pnevmoniyaya yoluxa bildikləri kimi, bütün qışı heç bir tədbir görmədən xəstəliksiz başa vura bilirlər. Qan dövranı və streslə bağlı problemlərlə tez-tez rastlaşırlar.

Balıqlar

Bu bürcün qadınları üçün orta ömür müddəti 75, kişilər üçün isə 71 ildir. Balıqlar da oğlaqlar kimi həyatları boyunca saysız-hesabsız problemlərdən əziyyət çəkirlər. Ağciyər, dəri və oynaq xəstəlikləri bu bürcün nümayəndələrində tez-tez görülür.
Lukaşenko: “Rusiyadan kifayət qədər “İsgəndər” və “S-400” almışıq”Belarus Rusiyadan lazımi miqdarda “İsgəndər” və “S-400” kompleksləri alıb.

“Report” BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Federasiyasının Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitinlə görüşdə bildirib.

“Sizdən “İsgəndər”lərdən, “S-400”lərdən bizə lazım olan qədər aldıq, ordumuzu silahlandırdıq. Bu cür silahlarla artıq tamam başqa ordumuz var. Ən azı, bu silahlar böyük zərər vura bilər”, - A.Lukaşenko deyib.
Ermənistanda hərbçi ilə polis əməkdaşları arasında dava olubErmənistanda hərbçi ilə polis əməkdaşları arasında dava olub.

“Report” xəbər verir ki, bu barədə “Shamshyan.com” məlumat yayıb.

Məlumata görə, müddətdən artıq hərbi qulluqçu Gevork P. avtomobillə bir qrup şəxslə polis əməkdaşlarının yanından keçərkən asayiş keşikçilərinin ünvanına təhqirlər səsləndirib, sonra maşından düşərək polislərdən birini vurub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onu saxlamaq istəyəndə digər üç nəfərlə polislər arasında dava olub. Hadisəni törədən hərbçi və daha bir neçə nəfər saxlanılıb.
Bakıda kütləvi dava: yaralılar varBakıda kütləvi dava olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Sabunçu qəsəbəsində baş verən hadisə zamanı 1992-ci il təvəllüdlü Nicat Qalib oğlu Ədilov və Elçin Hidayət oğlu Süleymanov bıçaqlanıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.