Nəsimi Şərəfxanlının son durumu açıqlandıHazırda tanınmış jurnalist, 44 günlük Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan zabit Nəsimi Şərəfxanlının vəziyyəti qənaətbəxşdir.

Bu barədə Axar.az-a açıqlamasında TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova deyib.

“Mayın 14-də kritik ağır vəziyyətdə 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikilogiya şöbəsinə qəbul olunan Nəsimi Şərəfxanlının hazırda müalicəsi davam etdirilir və həyati təhlükəsi yoxdur”, - Z.Əbilova bildirib.

Qeyd edək ki, mayın 14-ü qazi-jurnalist N.Şərəfxanlı sirkə turşusu içərək, intihara cəhd edib.
Bəhram Bağırzadə tənqiddən sonra videonu sildi - AçıqlamaƏməkdar artist Bəhram Bağırzadə sosial şəbəkə hesabındakı tənqid edilən paylaşımına münasibət bildirib.

Kult.az xəbər verir ki, Bəhram Bağırzadə Teleqraf.com-a açıqlamasında həmin şəxsə kömək etdiyini açıqlayıb: “Özü çəkilişə razı idi, çəkiliş etdim və hallalığını alıb paylaşdım. Həmin şəxs məhəllə adamıdır və hər axşam kömək edirəm. Videonu şişirtdilər və bəzi insanlar nəsə axtarırlar. Bu, mənim Tiktok platformasında layihəmdir”.

Belə ki, əməkdar artist küçədə duran bir şəxsə “Camaata məsləhətin nədir?” sualı ilə yaxınlaşıb.

Həmin şəxs isə əməkdar artistə “Sənə qurban olum, çəkmə. Camaata ancaq cansağlığı arzu edirəm. Nə deyim…Həyatda ancaq xeyir iş qalır. Allah hamıya xeyir işı qismət etsin”, - deyə cavab verib.

Bəhram Bağırzadə tənqidi fikirlərdən sonra videonu silib.
Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etdiBeynəlxalq təşkilatlar Azərbaycanla qarşılıqlı əlaqələrdə daim ikili standart tətbiq ediblər. İstər BMT, istərsə də ATƏT-in 30 ilə yaxındır həyata keçirdiyi fəaliyyət göz qabağındadır. İndi isə reallıq dəyişib.

BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrə əməl olunmaması bir sıra suallar yaradır. Qurumun qəbul etdiyi bəzi qətnamələr qısa müddət ərzində icra olunur, lakin Ermənistanın işğalçılıq siyasəti ilə bağlı qəbul olunan qətnamələr 30 ilə yaxındır ki, ümumiyyətlə, icra olunmadı, yalnız kağız üzərində qaldı. Ermənistan beynəlxalq hüququ və TŞ qətnamələrini ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazisindən çıxardı, əksinə, işğalı möhkəmləndirmək və Azərbaycan torpaqlarını ilhaq etmək xəttini tutdu. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri başda olmaqla, BMT və beynəlxalq ictimaiyyət tərəfindən işğalçı Ermənistana heç bir təzyiq göstərilmədi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə Ermənistana sanksiyaların tətbiq olunmasının vacibliyini vurğulamışdı. Ancaq Ermənistana qarşı təzyiqlərin olmaması bu ölkənin özünü cəzasızlıq mühitində hiss etməsinə gətirib çıxardı.

Lakin Azərbaycan heç vaxt torpaqlarının işğaldan qalması ilə razılaşmadı, BMT-nin Nizamnaməsini rəhbər tutaraq beynəlxalq hüququ özü təmin etdi. Dövlət başçısının da vurğuladığı kimi 51-ci maddə hər bir ölkənin özünümüdafiə hüququnu tanıyır. İndi isə BMT-nin ölkəmizlə qarşılıqlı münasibətdə yeni yanaşması dəyişən reallığa uyğun həyata keçiriləcək.

Zərbalı Yusifov
Siyəzən şəhər M.Müşfiq adına 2 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi
“Ermənilərin törətdiyi dağıntıları öz gözləri ilə görsünlər” - Prezident"Azərbaycan uzun illər ISESCO ilə səmərəli və uğurlu əməkdaşlıq həyata keçirir".

Avrasiya.net-in xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edərkən deyib.

Prezident İlham Əliyev Azərbaycanın uzun illər ISESCO ilə səmərəli və uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq, torpaqlarımızın ermənilər tərəfindən işğal olunduğu, eləcə də 44 günlük müharibə dövründə ISESCO-nun ölkəmizin ədalətli mövqeyini davamlı dəstəklədiyinə görə minnətdarlığını bildirib.

Dövlət başçısı qeyd edbi ki, biz istərdik, UNESCO-nun nümayəndələri də işğaldan azad olunmuş ərazilərə səfər edərək ermənilərin törətdikləri dağıntıları öz gözləri ilə görsünlər:

"Lakin əfsuslar olsun ki, müharibənin bitməsindən il yarımdan artıq vaxt keçməsinə baxmayaraq, bu təşkilatın nümayəndələri həmin ərazilərə səfər etməyiblər".

Prezident İlham Əliyev qeyd edib ki, ermənilər tərəfindən ölkəmizə vurulan maddi ziyanın qiymətləndirilməsində və bunun beynəlxalq ictimaiyyətə çatdırılmasında ISESCO-nun fəaliyyəti və onun ekspertlərinin iştirakı önəmli rol oynaya bilər.
Türkiyə Pakistanla birgə inşa etdiyi daha bir döyüş gəmisini suya endirib“Müdafiə sənayesi sahəsində nailiyyətlərimizi dostlarımızla bölüşmək iradəmizin əlaməti olan “Pakistan MİLGEM” layihəsini daha böyük əməkdaşlığın müjdəçisi kimi qəbul edirəm”.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “MİLGEM” (“Milli gəmi”) hərbi döyüş gəmisinin üçüncüsünün suya endirilməsi tədbirinə göndərdiyi videomüraciətdə bildirib.

Türkiyə lideri Pakistanla ölkəsi arasındakı əlaqələrin daha dərin köklərinin olduğunu vurğulayıb: “Pakistan və Pakistan xalqının millətimiz və dövlətimizdə ayrı yeri var. Təhlükəsizliyini, sabitliyini və rifahını özümüzünkü qədər istədiyimiz Pakistanın hərbi infrastrukturunun gücləndirilməsinə hər cür töhfə verməyi qardaşlıq qanunumuzun tələbi kimi görürük”.

Ərdoğan deyib ki, Pakistan Hərbi Dəniz Qüvvələri üçün 4 “MİLGEM” kateqoriyasına aid döyüş gəmilərinin tikintisi pandemya dövrü olmasına baxmayaraq, gecikmə olmadan davam edib: “İkisi Pakistanda, ikisi Türkiyədə inşa edilən gəmilərin tikintisi mərhələ-mərhələ tamamlanır. Ötən il İstanbulda Pakistan Prezidenti Arif Alvi ilə birlikdə babur gəmisinin suya endirmə tədbirində iştirak etmişik. Bu gün Pakistanın Karaçi şəhərində “Badr gəmisi”nin suya endirilmə tədbirinin sevincini yaşayırıq. Bu gəminin Pakistan Hərbi Dəniz Qüvvələrinə xeyirli olmasını arzulayıram. Sentyabrda isə İstanbulda “Keybar gəmisi”ni suya endirəcəyik”.
“Aztelekom”un əməkdaşı faciəvi şəkildə öldüMayın 19-u saat 10 radələrində Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində 1969-cu il təvəllüdlü Cahangir Tanrıverdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Avrasiya.net-ə Şamaxı rayon prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Aztelekom MMC-nin Dağlıq Şirvan Regional Telekommunikasiya Qovşağının Şamaxı şöbəsinin Çuxuryurd məntəqəsində elektrik təmirçisi vəzifəsində işləyən Cahangir Tanrıverdiyev qeyd edilən tarixdə telefon xəttinin çəkilişini həyata keçirən zaman telefon naqilinin yüksək gərginlikli elektrik naqilinə toxunaraq elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda araşdırma aparılır.
DTX terrorçulara qoşulan azərbaycanlını həbs etdiDövlət Təhlükəsizliyi (DTX) Xidməti tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində həyata keçirilən kompleks əməliyyat-istintaq tədbirləri çərçivəsində daha əvvəl silahlı terror təşkilatının Türkiyə Respublikası ərazisində fəaliyyət göstərən birliklərinə üzv olma şübhəsi ilə Türkiyə ərazisində saxta pasportla Özbəkistan vətəndaşı İlyorjon İsanov kimi saxlanılaraq həbs edilib, lakin təqsiri sübuta yetirilmədiyi üçün azad edilən Azərbaycan vətəndaşı, 1977-ci il təvəllüdlü Osmanov Akif Aydın oğlunun dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda terror aktlarının törədildiyi silahlı münaqişələrdə iştirakına əsaslı şübhələr müəyyən olunub.

Avrasiya.net xəbər verir ki, bu barədə DTX məlumat yayıb.

Başlanılan cinayət işi üzrə aparılmış araşdırmalar nəticəsində Akif Osmanovun Suriya Ərəb Respublikasının Atma şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlər keçərək, odlu silah və partlayıcı maddələrdən istifadə qaydalarını mənimsəməklə dini radikalizm və dini düşmənçilik zəminində “Azəri Camaatı” adlı qanunsuz silahlı qruplaşmanın fəaliyyətində iştirak etməsi, qrup üzvləri ilə birlikdə “Şeyx Süleyman” qəsəbəsi uğrunda gedən döyüşlərə qoşularaq qəlpə yarası alması, habelə terror təşkilatı tərəfindən digər ölkələrin ərazisində sərbəst hərəkət edib cinayət məsuliyyətindən yayına bilməsi məqsədilə Özbəkistan vətəndaşının adına saxta pasport ilə təmin olunması və həmin pasportla müxtəlif ölkələrdə olmasına dair mötəbər dəlillər əldə edilib.

Akif Osmanov şübhəli şəxs qismində tutularaq Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Rusiyanın bu günə olan itkiləriUkrayna müharibənin 86-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında yaydığı məlumatda deyilir:

- Rusiya indiyə qədər 28 700 hərbçi, 1263 ədəd tank, 3090 ədəd zirehli döyüş maşını, 596 ədəd artilleriya sistemi, 200 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 204 ədəd hərbi təyyarə, 168 ədəd helikopter, 2162 ədəd avtomobil texnikası, 13 ədəd gəmi/kater, 76 ədəd yanacaq sisterni, 460 ədəd PUA, 43 ədəd xüsusi texnika, 103 qanadlı raket itirib.

Bakıda müəmmalı hadisə: Oynamaq üçün həyətə düşən üç bacı itkin düşübBakıda üç uşaq itkin düşüb.

Lent.az-ın məlumatına görə, hadisə mayın 17-i paytaxtın Sabunçu rayonu Q.Vəzirov küçəsində qeydə alınıb.

14 yaşlı S.R., onun bacıları, 10 yaşlı Ş. və 7 yaşlı X. oynamaq məqsədilə evin qarşısına çıxaraq, bir daha geri qayıtmayıblar.

Bu barədə onların anası M.Salmanova Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onların hər üçü tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı həmin bölmədə araşdırma aparılır.