Gədəbəydə 3 nəfər zəhərləndi: ölən varGədəbəy rayonunda dəm qazından zəhərlənmə hadisəsi olub.

Hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb.

Kənd sakini, 1936-cı il təvəllüdlü Nəcəf İsmayılov və onun həyat yoldaşı, 1938-ci il təvəllüdlü Müşginaz Pirverdiyeva yaşadıqları evdə dəm qazından zəhərləniblər. Nəticədə N.İsmayılov dünyasını dəyişib. M.Pirverdiyeva isə reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, onlara köməyə gedən qonşuluqda olan qohumları, 1974-cü il təvəllüdlü V.Məmmədova da zəhərlənib. Ona isə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.
"ABŞ Azərbaycandan bəhrələnmək istəyir"Azərbaycanın Ermənistanın işğalı altında olan torpaqlarını azad etmək və bu ərazilərdə öz dövlət suverenliyini, ərazi butövlüyünü bərpa etmək məqsədi ilə iki il əvvəl apardığı 44 günlük savaşın nəticəsində Cənubi Qafqaz bölgəsində yeni geosiyasi reallıqlar yaranmışdır və ABŞ təbii ki, bölgədə maraqları olan digər dövlətlər kimi bu realliqların mahiyyətinə vara bilir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Elşən Manafov bildirib.

O, qeyd edib ki, bölgənin UDM-nin 75%nə malik olan Azərbaycanla münasibətlərin bu mənada qarşılıqlı maraqlar müstəvisi üzərində qurulması hətta ABŞ kimi fövqəl dövlət üçün belə prioritet əhəmiyyət kəsb edir: "ABŞ siyasi elitasi onu da anlayır ki, bu iqtisadi gücə, maliyyə imkanlarına və hərbi qüvvə faktoruna malik dövlətlə münasibətləri məhz bu zəmində qurmaqdan bölgə ilə geoiqtisadi və geosiyasi layihələri həyata keçirmək prinsip etibari ilə mümkün deyil. Azərbaycanın geocografi baxımindan əlverişli və mühüm bir ərazidə yerləşməsi, Qərbdən Şərqə, Şimaldan Cənuba gedən tranzit yol və dəhlizlərin üzərində nəzarət imkanlarına malik olmasi, ölkəmizin loqistika sahəsindəki durumu, nəqliyyat kommunikasiya dəhlizlərinə olan çıxişları da onun regional dövlət olaraq rolunun və nüfuzunun artmasına xidmət edir".

Nəhayət, Azərbaycanın Xəzərdəki nəhəng neft və qaz ehtiyatları enerji istehsali və onun paylaşdirilmasi, istehlakçılara çatdırılmasi ilə məşgul olan dünyanin, o cumlədən ABŞ-ın nəhəng Transmilli korporasiyalarının bir qayda olaraq diqqət mərkəzində olub və bu gün də belədir. Hal hazırda yeni dünya nizamının muəyyən edilməsi uğrunda Qərb, onun hərbi, siyasi, iqtisadi guc birliklərinin Rusiya ilə yeni və daha kəskin qarşıdurma mərhələsinə daxil olduğu şəraitdə Azərbaycana olan maraq və ehtiyac əvvəlki dövrlərlə müqayisədə bizim uçun əhəmiyyətli şəkildə artib: "Bəllidir ki, Avropa özünün enerjiyə olan tələbatının əhəmiyyətli hissəsini məhz Rusiya nefti və qazı hesabına təmin edir, lakin Rusiyaya Qərbdə olan münasibət, ona qarşı tətbiq edilən iqtisadi sanksiyalar şəraitində Rusiyadan olan enerji asılılığı AB-nə yaxşı heç nə vəd etmir, zira iqtisadi sanksiyalar avropalı istehlakçıların özləri üçün ciddi problemlər yaradib, bu ölkələrdə yanacagın, habelə ərzaq məhsullarını, bir sıra sahələrdə xidmətin səviyyələrində qiymətlər kəskin şəkildə artib. Bəllidir ki, Azərbaycan məlum neft və qaz kəmərləri ilə Mərkəzi, Cənubi və Şərqi Avropa ölkələrinə neft və qaz nəqlinə malik ölkədir və bu baxımdan Avropanın enerji təhlukəsizliyinin təminatında bizim özumüzə məxsus payımız və yerimiz var, lakin o da məlumdur ki, Azərbaycan bu istehlak bazarında Rusiyani büsbütün əvəz etməyə imkani olan dövlətlərdən də deyil və əslində buna heç can atmir da. Nəzərə almaq lazimdir ki, ABŞ-ın özünün də siyasətində Azərbaycana munasibətdə ikili standartlar olub və bu gün də mövcuddur. Azərbaycan Ermənistan müharibəsinin gedişində və ümumiyyətlə okeanın o tayında Qarabag münaqişəsinin mövcud oldugu bütün bu dövr ərzində ABŞ-ın Minsk Qrupunun həmsədr dövlətlərindən biri olaraq Azərbaycana münasibətdə sərgilədiyi mövqe ictimaiyyətin yadindan çixmayib".

Hələ 1992-ci ildə Azadligi müdafiə akti adı altinda ABŞ konqresinin qəbul etdiyi məlum akt antiazərbaycan xarakterində idi və bu gün də quvvədədir və ya müstəqil Azərbaycanin başi uzərindən ABŞ-ın uzun illər Qarabağdakı seperatçi rejimə humanitar yardim adi altinda dəstək verməsi də uzaq tarixə aid deyil. ABŞ-ın beynəlxalq terrorizmə qarşi mübarizədə Azərbaycana önəm verməsi də onun fövqəl dövlət kimi maraqlarindan irəli gəlib, zira Əfqanıstandakı NATO qüvvələrinin təchizatında Qərbin Azərbaycanin səma məkaninindan istifadə etməsi bəllidir, halbuki Azərbaycan uzun illər Ermənistanin dövlət terrorizmindən əziyyət çəkib və ABŞ da bunu görməməzlikdən gəliblər uzun muddət. Qərbin enerji təhlukəsizliyində ABŞ Azərbaycandan sadəcə bəhrələnmək istəyir və məqsəd burada Azərbaycan dolayisi yolla olsa da Rusiya ilə uzbəuz qoymaqdır, hərçənd Azərbaycan hakimiyyəti cox böyuk məharət və uzaqgörənliklə bloklara qoşulmamaq siyasətinin verdiyi imkanlardan istifadə edir və xarici siyasətdə olduğu kimi enerji siyasətində də çoxvektorluluq mövqeyindən çixiş edir, qarşı duran güc mərkəzlərinin hər hansi biri ilə xüsusi, əlahiddə munasibətlərə getmir, özunun milli Təhlukəsizlik maraqlarindan çixiş edərək subardinasiya kordinatlarinin dəyişməsində maraqli olmadigini göstərir, fürsət düşdükdə isə qarşıdurmanın fərqli qütb lərində yer alan tərəflərə özunun vasitəçilik imkanlarini təklif edir: "Qərb və Rusiya arasinda Ukraynada yaşanan gərginliyin fonunda biz beynəlxalq hüququn yanında yer alaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, lakin Rusiya ilə ikitərəfli faydalı münasibətlərimizin, Qarabag probleminin perspektiv həlli yollarını, habelə milli təhlukəsizlik maraqlarımızın kontekstindən çixiş edərək Rusiyaya qarşi iqtisadi sanksiyalara qoşulmur, onu təcavuzə ittiham etmirik. İrana munasibətdə də bizim mövqeyimiz Qərbin bu münasibətləri görmək istədiyi geosiyasi müstəvi üzərində deyil, bütövlükdə isə ABŞ prezidentinin Azərbaycanin dövlət başçisina olan məktubu ABŞ Azərbaycan munasibətlərinin perspektiv inkişaf imkanları, bölgədə təhlükəsizliyin və qarşılıqlı faydalı əməkdaşlığın imkanları rakursunda ciddi geosiyasi əhəmiyyətə malik doktrina kimi qiymətləndirilə bilər".

Rusiya bu istiqamətlərdə hücuma keçdiDonetsk istiqamətində rus işğalçıları Limanski, Severodonetski və Baxmut istiqamətlərində aktiv hərbi əməliyyatlar aparmağa çalışırlar.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

“Baxmut istiqamətində artilleriya dəstəyi ilə işğalçılar hücuma keçərək Popasnaya qəsəbəsi ərazisində yeni sərhədləri ələ keçirməyə çalışırlar, lakin buna nail ola bilmirlər. Kuraxovski istiqamətində artilleriya və hücum aviasiyasının dəstəyi ilə düşmən Novomikhailovka qəsəbəsi (Maryinkadan 10 km cənubda) istiqamətində hücuma keçsə də, uğur qazana bilməyib”, - Baş Qərargah bildirib.
"Ölkəmiz Avroatlantika strukturları üçün böyük maraq kəsb edir"ABŞ müstəqil Azərbaycana həmişə önəm verib, xüsusilə həm ümummili lider, həm də Prezident İlham Əliyevin hakimiyyəti dönəmində. 44 günlük İkinci Qarabağ müharibəsində əldə edilən möhtəşəm qələbədən sonra Vaşinqton Bakının gücünü gördü, eyni zamanda sülhün əldə olunması ilə bağlı təşəbbüslərini dəstəklədi. Bu ABŞ kimi hegemon bir dövlətin Azərbaycana verdiyi önəm, göstərdiyi diqqətdir.

Bunu "Xalq Cəbhəsi"nə ALDP sədri Fuad Əliyev ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə məktubuna münasibətində deyib.

ALDP sədri qeyd edib ki, Vaşinqton Azərbaycanın enerji təhlükəsizliyi sahəsində təşəbbüs və nəhəng layihələrini də dəstəkləyib: "Bu məktubda da ABŞ prezidentinin 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycanla əməkdaşlığa verdiyi yüksək dəyər özünü göstərir. Eyni zamanda Azərbaycanın enerji resurslarının Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynamasıa verilən mühüm əhəmiyyətdir".

F.Əliyev qeyd edib ki, ABŞ Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə rolunu da həmişə yüksək dəyərləndirib: "Ölkəmizin İraq, Əfqanıstan və Kosovada sülhməramlı missiyası bunun bariz nümunəsidir. Bundan başqa ölkəmiz NATO ilə terror təhlükəsi ilə bağlı kəşfiyyat mübadiləsi aparır, siyasi müzakirələrdə iştirak edir, milli qabiliyyətlərin inkişaf etdirilməsi sahəsində əməkdaşlığı həyata keçirir. Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb".

F.Əliyevin fikrincə, Azərbaycanın yerləşdiyi geostrateji bölgə də münasibətlərin inkişafına təkan verir. Rəsmi Bakı ilə sıx təmasların həyata keçirilməsi bunu deməyə əsas verir. Hazırki proseslər fonunda NATO-nun Baş katibi Yens Stoltenberq, ABŞ-ın Dövlət Katibi Entoni Blinken və nəhayət ABŞ Prezidenti Co Baydenin Azərbaycanla təmaslar qurması onu göstərir ki, ölkəmiz Avroatlantika strukturları üçün böyük maraq kəsb edir.

Özünü Novxanıda dənizə atdıAbşeron rayonu, Novxanı kəndi ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 700 m aralı, nəzarətsiz ərazidə) bir nəfər intihar məqsədilə özünü dənizə atıb.

Avrasiya.net xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub.

Onların müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Cozef Bayden İlham Əliyevi təbrik edibAmerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Cozef R.Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Avrasiya.net xəbər verir ki, mətndə deyilir:

"Hörmətli cənab Prezident.

Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə Amerika xalqı adından təbrik edirəm.

Biz bu il Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız tarixin mühüm anında öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır. Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı vacib ismarış verir. Biz, həmçinin Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik.

İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır. Biz Azərbaycanı bütün azərbaycanlıların hüquq və fundamental azadlıqlarını qoruyan demokratik idarəetmə və islahatlar istiqamətində məqsədyönlü addımlar atmağa dəvət edirik.

Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir. Biz qarşıdan gələn illər və onilliklərdə münasibətlərimizi daha da genişləndirmək arzusundayıq.

Müstəqillik Günündə Azərbaycan xalqına ən xoş arzularımı ifadə edirəm".
“Şəhidlər ölməz, Vətən bölünməz" kitabının təqdimatı yüksək səviyyədə keçirildi Zəfər tariximizin yaratdığı reallıqlar və müasir dövrün çağrışlarına uyğun olaraq gördüyümüz bu işlərin nəticəsində çap olunmuş, Xəzər rayonunun Şəhidlərindən bəhs edən “Şəhidlər ölməz, Vətən bölünməz" kitabının təqdimatı 20 may saat 14-də Xəzər rayonunda Gənclər evində keçirildi.
Tanınmış ictimai xadim, şair, puplisist Fəxrəddin Meydanlı tədbiri açaraq, şəhidlərimizlə bağlı belə tədbirlərin keçirilməsi zərurətindən danışdı və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra çıxış edən kitabın müəllifi Əkrəm Bəydəmirli bildirdi ki, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Zəfər tariximizə postmüharibə dövründə Vətəndaş Cəmiyyətinin töhfəsi” layihəsi çərçivəsində 33 Şəhidimizdən bəhs edən “Şəhidlər ölməz, Vətən bölünməz" kitabını çap etdirmək qürurvericidir. Belə layihələr gələcəkdə davamlı olaraq həyata keçirilməlidir.

Tədbirə qatılan Xəzər rayon icra hakimiyyətinin şöbə müdiri Teymur Həşimov “Şəhidlər ölməz, Vətən bölünməz" kitabının çap olunmasını və belə geniş təqdimatının keçirilməsini müsbət dəyərləndirərək bildirdi ki, Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan addımlar cəmiyyətdə vətənpərvərlik əhval-ruhiyyəsinin yüksəlməsinə xidmət edir. Belə kitablar davamlı olaraq nəşr olunmalıdır.

Digər çıxış edənlərdə belə layihələri və nəşrləri müsbət dəyərləndirdilər. Şəhid Ramil Yusifzadənin anası Reyhan xanım orta məktəbdə işlədiyini, istər məktəb daxilində, istərsə də digər məkanlarda bu kitabın geniş yayılmasına çalışacağını bildirdi. Şəhid anası daha sonra qeyd etdi ki, bu kitab Şəhid anaları üçün əvəzsizdir. Mənim kitabxanamın ən dəyərli kitabı olacaq.

Tədbir zamanı Şəhidlərimizə həsr olunan gənc istedadlıların ifasında musiqi və şeirlərdən ibarət kompazisiya təqdim olundu.
“Əziz Şuşa, sən azadsan!” mövzusunda şeir müsabiqəsi keçirilibYeniyetmə və gənclər arasında “Şuşa ili”nə həsr olunmuş “Əziz Şuşa, sən azadsan!” mövzusunda şeir müsabiqəsi keçirilib.

Siyəzən Rayon Gənclər və İdman İdarəsi, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən sektoru və Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə mayın 20-də Mədəniyyət Evində baş tutan müsabiqədə 60-dan çox yeniyetmə və gənc iştirak edib. Tədbirin açılış mərasimində müsabiqə haqqında iştirakçılara məlumat verilib.

Qeyd olunub ki, müsabiqə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin “Şuşa ili” elan olunması ilə bağlı Sərəncamından irəli gələn vəzifələrin icrasının təmin edilməsi, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda formalaşmasına təkan verilməsi, Vətən müharibəsinin tarixi əhəmiyyətinin gənc nəsil arasında təbliği, onların şeirə marağının artırılması, yaradıcılıq qabiliyyətlərinin inkişafına dəstək olunması, xüsusi istedada malik şagirdlərin aşkara çıxarılması məqsədi daşıyır.

Münsiflər heyətinin qiymətləndirməsinə əsasən müsabiqədə yeniyetmələr arasında şəhər 3 saylı tam orta məktəbin şagirdi Xoşbəxt Muradlı birinci, şəhər 2 saylı tam orta məktəbin şagirdi Hüseyn Əliyev ikinci, şəhər 1 saylı tam orta məktəbin şagirdi Nuray Bayramova üçüncü yeri tutub. Gənclər arasında isə şəhər 6 saylı məktəb-liseyin şagirdi Ləman Babayeva birinci, İnternat tipli İnteqrasiya təlimli Gimnaziyanın şagirdi Nabat Səmədova ikinci, Balaca Həmyə kənd tam orta məktəbin şagirdi Nərmin Şərifova üçüncü olub.

Şəhər 2 saylı tam orta məktəbin şagirdləri Fatimə Ağayeva və Əli İbrahimov, şəhər 4 saylı tam orta məktəbin şagirdi Nigar Cabbarova, şəhər 5 saylı tam orta məktəbin şagirdləri Nərmin Eyvazova və Gülvər Süleymanova, şəhər 6 saylı məktəb-liseyin şagirdi Nuray Ağarəşidova isə həvəsləndirici yerlərə layiq görülüblər.

Müsabiqədə yer tutan və fərqlənən iştirakçılara fəxri fərmanlar təqdim edilib.

#Şuşaİli #Şuşa2022 #VətənMüharibəsi #Zəfər #QarabağAzərbaycandır #SiyəzənGİİ #AZEyouth #AZEgənc #Gənclərİdman
"Azərbaycan artıq donor ölkəyə çevrilib"Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən inkişaf strategiyasının reallaşması nəticəsində bu gün Azərbaycanda sosial-iqtisadi inkişafın bütün istiqamətlərində tarixi nailiyyətlər əldə olunub. Son illər ölkəmizin sürətli inkişafı nəticəsində əvvəllər beynəlxalq yardımların ünvanı olmuş Azərbaycan artıq donor ölkəyə çevrilib. Bu status ölkəmiz qarşısında beynəlxalq arenada yeni perspektivlər və imkanlar açır. Eyni zamanda biz uzun illər müharibə şəraitində yaşayan ölkə olaraq humanitar yardımın nə demək olduğunu, nə qədər mühüm vəzifə daşıdığını çoxlarından daha yaxşı dərk edirik.

Belə ki, müstəqillik dövrünə müharibənin dəhşətlərini yaşayaraq qədəm qoyan, ərazisinin böyük hissəsi işğal edilən, bir milyon qaçqın və məcburi köçkünün problemləri ilə üz-üzə qalan gənc dövlətimiz təbii ki, kənar yardımlara möhtac vəziyyətə düşmüşdü. Ölkənin müxtəlif bölgələrində tələm-tələsik qurulan qaçqın düşərgələrini həmin çətin dövrdə yerli imkanlarımızla saxlamaq qeyri-mümkün idi. Bir sıra ölkələrdən humanitar yardımlar gəlirdi. O keşməkeşli illərə nəzər saldıqda həmin mürəkkəb dövrün bizə çox qiymətli təcrübə qazandırdığını cəsarətlə söyləyə bilərik. Müstəqilliyi bərpa olunandan ilk illərdə bir çox çətinliklərlə qarşılaşan Azərbaycan bu gün artıq firavan, müasir ölkəyə çevrilib. Dünənədək başqalarından humanitar yardımlar qəbul etmiş Azərbaycan özü möhtac ölkələrə humanitar yardımlar göstərən, əl tutan donor ölkədir. Belə ki, hazırda Azərbaycan böhranlı vəziyyətlərlə üzləşən ölkələrə mütəmadi olaraq yardım əlini uzadır. Asiya, Afrika, Latın Amerikası ölkələrinin bir çoxuna göstərilib.

Bu gün elə bir inkişaf səviyyəsinə çatmışıq ki, artıq nəinki irimiqyaslı regional investisiya layihələri hazırlayıb həyata keçirmək, həm də kasıb, inkişafdan geri qalmış ölkələrə yardım da göstərə bilərik. Bu da hazırda ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir. Xarici ölkələrə yardımların məqsədi də bütün sahələrdə beynəlxalq əməkdaşlığı daha da genişləndirməkdir. Yəni Azərbaycan bu gün beynəlxalq humantiar aksiyalara həvəskar şəkildə deyil, özünün Xarici siyasətinin əsas, davamlı istiqamətlərindən biri kimi baxır.

2011-ci ildən etibarən Asiya, Afrika, Latın Amerikasının 100-dən çox ölkəsinə ərzaq, dərman, təhsil yönümlü və digər humnitar sahələrdə yardımlar göstərilib. Məsələn, bəzi ölkələrdə xüsusi proqram çərçivəsində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimlərinin pulsuz müayinələr aparmalarına, zəruri hallarda katarakta və qlaukomaya qarşı pulsuz əməliyyatlar aparmalarına dəstək verildi.

Eyni zamanda qürurla deyə bilərik ki, dünyanı cənginə alan COVID-19 pandemiyasına qarşı mübarizə zamanı nəinki COVID-19 pandemiyasının yayılmasının qarşısının alınmasında, ümumiyyətlə, bu sahədə Azərbaycan dünyaya örnək göstərilən dövlətlərdən birinə çevrildi, hansı səbəbdən olursa-olsun humanitar yardıma ehtiyac duyan ölkələrə dərhal təmənnasız kömək əlini uzatdı. Pandemiya dövründə dövlətimiz 29-dan çox ölkəyə 100 tonlarla humanitar yardım göndərib. Bu yardımlar öz növbəsində çoxlu sayda insanın həyatının xilasına yönəlib. Beləliklə Azərbaycan beynəlxalq donor statusunun öhdəsindən layiqincə gəlir və etibarlı siyasi, iqtisadi tərəfdaş olmaqla yanaşı, çətin günün dostu olduğunu da uğurla nümayiş etdirir.

Azərbaycan bu mövqeyə gəlib çıxmaq üçün uzunmüddətli iqtisadi quruculuq yolu keçmiş və bütün bu işləri mütərəqqi beynəlxalq təcrübə əsasında həyata keçirmək üçün beynəlxalq maliyyə-kredit institutları, xüsusilə, Dünya Bankı (DB) ilə sıx əməkdaşlıq etmişdir. Struktur islahatlarının dərinləşdirilməsi, sosial-iqtisadi infrastrukturun bərpası və inkişafı, yoxsulluğun azaldılması, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması bu dövrdə Azərbaycanla DB arasında əməkdaşlığın başlıca istiqamətləri olmuşdur.

Fəridə Ağayeva
Siyəzən şəhər M.Müşfiq adına 2 №-li tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini
Azərbaycan Cənubi Qafqazı sülh əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirAzərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin 18 may 2022 ci ildə Litva Respublikasının Prezidenti Gitanas Nanseda ilə geniş tərkibdə görüşü olmuşdur. Azərbaycan Respublikasının Prezidenti çıxışında bir çox məqamlara toxunub. Litva Azərbaycanın uzun illərdir ki,strateji tərəfdaşıdır. Müzakirələrdə Azərbaycan-Ermənistan arasındakı münasibətlərdən , eyni zamanda işğaldan azad olunmuş ərazilərdə başlatdığımız geniş quruculuq işlərindən bəhs edilmişdir.

Çıxış zamanı ikitərəfli əməkdaşlığın mühüm məsələləri müzakirə edildi ,Avropa Ittifaqı Azərbaycan əməkdaşlığı ilə bağlı geniş müzakirələr ,iqtisadi sektorda ümidverici sahələr haqqında danışıq lar aparıldı.İkitərəfli əlaqələrin inkişafı məsələsi ümidvericidir. Burada informasiya texnologiyalarından tutmuş ,kənd təsərrüfatı ,enerji mənbələri ,nəqliyyat və bir çox sahələr haqqında fikir mübadiləsi aparılmışdır. Azərbaycan_Litva münasibətlərinin çox yaxşı siyasi təməli olduğu vurğulanmışdır.Litva Prezidentinin rəsmi səfəri ikitərəfli əlaqələrdə mühüm rol oynayır.Avropa Ittifaqı ilə sıx əlaqələrdə Litva dövlətinin bizi dəstəkləməsindən söhbət açılmışdır. Bu səfər zamanı Ermənistan la münasibət məsələləri də müzakirə edilmişdir. Azərbaycan dəfələrlə sülh sazişi imzalamaq istədiyini dilə gətirmişdir. Biz münasibətlərin normallaşması üçün hər şeyi edirik.

Litva Prezidenti də öz çıxışında bildirdi ki,regionda təhlükəsizliklə bağlı vəziyyət ,bir çox sahələrdə əməkdaşlıqla əlaqədar məsələlər mühüm əhəmiyyət kəsb edir. Hər iki ölkə arasında ticarət dövriyyəsinin artmasına nail olmağa çalışacayıq.

Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olmasını , iqtisadi əməkdaşlığın inkişafını istəyir.Lakin təəssüf ki ,Ermənistan indiyə qədər Cənubi Qafqazda qarşılıqlı fəaliyyət formasının ilkin olaraq başlanmasına həvəs göstərmir. Azərbaycan Cənubi Qafqazda sülhün ,sabitliyin nümayiş etdirilməsində maraqlıdır.Bunun üçün əlindən gələni edir. Ikinci Qarabağ müharibəsindən sonra Azərbaycan sülh müqaviləsinin bağlanmasını və sərhədlərin müəyyənləşdirilməsini istəsə də ,bu məsələ Ermənistan tərəfindən müsbət qarşılanmışdır. Biz mövqeyimizi ,beş prinsipi dəqiqləşdirdik.Emənistanı da dəfələrlə sülhə dəvət etdik. Ərazilərimiz 30 il ərzində Ermənistan işğalı altında qalmış və sərhədlərimizi pozmuşdur. Aprelin 6 da Brüsseldə görüş zamanı razılıq əldə olunmuşvə işçi qrupu yaradılmışdı. Azərbaycan işçi qrupu yaratsa da ,aprelin 29 u Ermənistan tərəfi bunu ləğv etmişdi.7_11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifimizi də Ermənistanın imtina etməsi məsuliyyətsiz mövqe tutduğunu göstərir və narahatlıq doğurur.

Hal-hazırda Azərbaycan əraziləri yenidən qurulur.Işğal nəticəsində hər şey dağılmış ,yerlə-yeksan olmuşdur .
Avropa Ittifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır.Azərbaycan donor ölkəsinə çevrilmiş,şərq qərb və şimal cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilmişdir. Azərbaycan Avropa Ittifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir.

Rəşad Rəhmanov
Siyəzən şəhər M.Müşfiq adına 2 saylı tam orta məktəbin direktoru