Avropa Liqasının qalibi bəlli olduUEFA Avropa Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olub.

Avrasiya.net xəbər verir ki, turnirin final matçında Şotlandiya "Reyncers"ini məğlub edən Almaniya "Ayntraxt"ı titula sahib çıxıb.

İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda oynanılan qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. İlk qolu 57-ci dəqiqədə Qlazqo təmsilçisi vurub. Rəqib müdafiəçinin səhvindən yararlanan Co Aribo komandasını önə keçirib. Lakin "Reyncers"in üstünlüyü çox çəkməyib. 69-cu dəqiqədə Rafael Borre tarazlığı bərpa edib.

Əlavə vaxtda hesab dəyişmədiyindən qalibi müəyyənləşdirmək üçün penalti zərbələrindən istifadə olunub. Burada daha dəqiq oynayan "Ayntraxt" (5-4) Avropa Liqasının qalibi olub.
Tanınmış jurnalist intihara cəhd etdi, ağır vəziyyətdədirTanınmış jurnalist, 44 günlük Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan zabit, hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikilogiya şöbəsində müalicə alan Nəsimi Şərəfxanlının səhhəti sabit olsa da, kritik olaraq qalmaqdadır.

Avrasiya.net xəbər verir ki, bu barədə Moderator.az-a jurnalistin qardaşı Əliağa Şərəfxanlı məlumat verib.

Onun sözlərinə görə, qazi-jurnalist mayın 14-də özünəqəsd məqsədi ilə sirkə turşusu qəbul edib. Elə həmin gün zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən Nəsimi Şərəfxanlının müalicəsi istiqamətində bütün zəruri addımlar atılsa da, jurnalistin səhhəti kritik olaraq qalmaqdadır.

Məlumat üçün qeyd edək ki, Nəsimi Şərəfxanlı Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq zabit kimi hərbi əməliyyatlara qoşulub və dövlət başçısının müvafiq sərəncamları ilə Cəbrayıl və Qubadlının azad edilməsində göstərdiyi igidliklərə görə 3 medalla təltif edilib.

Jurnalistin intihar cəhdinin səbəbi açıqlanmayıb.
“Azəriqaz”ın vəzifəli şəxsləri həbs edilib? - Rəsmi açıqlama"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev qurumun məsul şəxslərinin həbsi barədə xəbərlərə aydınlıq gətirib.

Avrasiya.net xəbər verir ki, R.Əliyev bu barədə feysbuk səhifəsində yazıb.

“Bir neçə gündür bəzi saytlarda və sosial şəbəkələrdə guya SOCAR “Azəriqaz” İB-nin bir neçə məsul şəxsinin həbsi ilə bağlı məlumatlar yayılır. Əvvəla diqqətinizə çatdırım ki, “Azəriqaz” İB-nin fəaliyyəti göz qabağındadır. Kifayət qədər sosiallaşmış Birliyin bu istiqamətdə əsas məqsədi baş verən proseslərə, problemlərə dərhal və adekvat reaksiya verməkdir ki, bunun da müsbət nəticələri ən müxtəlif səviyyələrdə etiraf olunmaqdadır. Söz yox, insan faktoru olan yerdə yüz faizlik nəticədən danışmaq bütün hallarda absurddur. Ancaq nöqsanların aradan qaldırılması istiqamətində ciddi şəkildə cəhd etdiyimizə sizi əmin edirəm. İstehsalat Birliyinin qapıları hər zaman media, bloger və QHT nümayəndələrinin, eləcə də sadə vətəndaşların üzünə açıqdır. Yəni istənilən sualın cavabı özünü çox gözlətdirmir. Təəssüf ki, bütün bunlara baxmayaraq yenə də, dəqiqləşdirilməmiş, dedi-qodu motivli informasiyalar dövriyyəyə buraxılır ki, bu da ictimai rəyin çaşdırılmasına xidmət edir”, - qurum rəhbəri bildirib.

O, qeyd edib ki, bu da SOCAR “Azəriqaz” İB-nin işgüzar nüfuzuna təsirsiz ötüşmür: “Biz xidmət sahəsi olaraq ölkədə inhisarçı nüfuza malikik. Amma bu inhisarçılığın mahiyyətində diktə etmək, korporativ maraqlar əsla dayanmır. Biz xidmətimizi dövlət qurumu olaraq özümüzə borc və vəzifə bilirik. Odur ki, sizdən təvəqqe edirik, şayiələrə köklənməyək və yolumuza qarşılıqlı etimad əsasında davam edək".