Bakıda məktəbdə şagird bıçaqlandıBakıda orta məktəbdə şagirdlər arasında bıçaqlanma olub.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə baş verib.

Məktəbin 9-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü oğlan şəxsi münaqişə zəminində 8-ci sinif şagirdi, 2008-ci il təvəllüdlü oğlanı bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə müdiri, polis mayoru Elşad Hacıyev bildirib ki, hadisə barədə polisə məlumat daxil olub.

"Müvafiq ekspertizalar təyin olunub. Şəxsi münasibətlər zəminində baş verən hadisədə xəsarət alan şagir xəstəxanaya yerləşdirilib. Fakt üzrə araşdırma aparılır", - E.Hacıyev bildirib.
İnstitut direktoru faciəli şəkildə öldüAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədov faciəli şəkildə dünyasını dəyişib.

Avrasiya.net xəbər verir ki, o, bu gün səhər saatlarında işlə bağlı Xızı rayonuna gedib.

Direktor yolda istirahət etmək üçün avtomobilini saxlayaraq maşından düşüb. Bu zaman həmin yolda iki avtomobil toqquşub və onlardan biri yoldan çıxaraq T. Məmmədovu vurub.

Xatırladaq ki, T.Məmmədov 1957-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan olub, 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaatçı mühəndis diplomu ilə bitirib. O, 1982-1986-ci illərdə müxtəlif təşkilatlarda çalışıb, 1986-cı ildə AMEA-nın Botanika İnstitutunda direktor müavini vəzifəsinə işə qəbul olunub, 1996-cı ildən isə Dendrologiya İnstitutuna direktor təyin edilib.

2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə T.Məmmədov "Şöhrət" ordeni ilə təltif olunub.

Ailəli idi, 2 övladı var.

Allah rəhmət eləsin!
Bakıda çörək almağa gedən 15 yaşlı qız yoxa çıxdıBakıda yeniyetmə qız itkin düşüb.

Avrasiya.net-in Lent.az-a istinadən məlumatına görə, hadisə mayın 18-i saat 11:00 radələrində paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində baş verib.

Kirayə yaşadığı evdən çörək almaq adı ilə çıxan 15 yaşlı Muğurova Sehri Nəcməddin qızı bir daha geri qayıtmayıb.

Bu barədə onun anası Balakən rayon sakini G. Muğurova Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə müraciətində bildirib.

Faktla bağlı araşdırma aparılır.
Putin məğlubiyyətin heyfini generallardan çıxırRusiya Ukraynaya hücumda yarıtmaz fəaliyyət göstərdiyinə görə yüksəkrütbəli hərbçilərini işdən çıxarıb.

Bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq bəyan edib.

"Birinci olaraq, Elit Qvardiya Tank Ordusuna komandanlıq edən general-leytenant Sergey Kisel Xarkovu ələ keçirə bilmədiyi üçün vəzifəsindən uzaqlaşdırılıb. Rusiyanın Qara Dəniz Donanmasına komandanlıq edən vitse-admiral İqor Osipovun da aprel ayında “Moskva” kreyserinin batmasından sonra işdən çıxarılıb.

Rusiya Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov, çox güman ki, vəzifəsində qalacaq, lakin onun Prezident Vladimir Putinin etimadını qoruyub saxlayacağı bəlli deyil. Ehtimal ki, Rusiya hərbi və təhlükəsizlik sistemində səhvləri ört-basdır etmək və günah keçisi axtarmaq mədəniyyəti qalır”, - kəşfiyyat məlumatında qeyd olunub.
Bakıda kütləvi dava: xəsarət alan varBakıda kütləvi dava olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

B.Çobanzadə küçəsində bir neçə nəfər arasında baş verən hadisə zamanı 1966-cı il təvəllüdlü Eldəniz Elman oğlu Abbasov müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Türkiyə Finlandiya və İsveçin NATO-ya müraciəti ilə bağlı danışıqlar üçün şərtini irəli sürübFinlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı danışıqlar prosesi Türkiyənin hər iki ölkədən bütün gözləntilərinin yerinə yetiriləcəyi təqdirdə başlayacaq.

“Report”un “The Guardian”a istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

"Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı irəliləyiş yalnız Türkiyənin milli təhlükəsizlik problemlərinin həlli üçün konkret addımların atılması ilə mümkün olacaq", - Kalın İsveç, Finlandiya, Böyük Britaniya və ABŞ-dan olan həmkarları ilə görüşündə deyib.

Eyni zamanda o vurğulayıb ki, əgər ölkələr Türkiyənin şərtlərini yerinə yetirməkdən imtina etsələr, o zaman İsveç və Finlandiyanın müraciətləri üzrə danışıqlarda irəliləyiş mümkün olmayacaq.
Əfv Komissiyası yenidən toplanırBu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

Avrasiya.net xəbər verir ki, iclasda komissiyaya daxil olan müraciətlərə baxılacaq.

Əfv Məsələləri Komissiyasının bundan öncə keçirilən iclaslarında ümumilikdə 400-dən çox müraciətə baxılıb.

Qeyd edək ki, 28 May Müstəqillik günü münasibəti ilə Azərbaycanda əfv sərəncamının imzalanması gözlənilir.

Xatırladaq ki, Azərbaycanda sonuncu əfv sərəncamı ötən il martın 18-də imzalanıb. Sərəncama əsasən, azadlıqdan məhrum edilmiş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
"Poz-qazan" lotereyalarını oğurlayan şəxs TUTULDUİsmayıllı Rayon Polis Şöbəsinə İvanovka kəndində yerləşən mağazaların birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Gecə saatlarında obyektə daxil olan naməlum şəxs oradan nəğd pul, tütün məmulatları, müşahidə kameralarının yaddaş qurğusunu, kassa aparatını,100 manat dəyərində “Poz, qazan” lotereyalarını və digər ərzaq məhsullarını oğurlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən şəxsin Göyçay şəhər sakini, əvvəllər də narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün məhkum olunmuş İlqar Mustafayev olduğu müəyyən edilib.O, şübhəli şəxs qismində saxlanılıb və əməlini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.İlqar Mustafayev barəsində də məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib
ABŞ-ın Filadelfiya ştatındakı Templ Universitetinin şəhərciyi yaxınlığında baş verən atışmada beş nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “CBS Philly” polisə istinadən məlumat verib.

Məlumata görə, yaralılardan üçünün vəziyyəti ağırdır.

Qeyd olunur ki, 28 yaşlı kişi 14, 20 yaşlı qadın isə yeddi güllə yarası alıb. 50 yaşlı kişi sinəsindən güllə yarası alıb.

Digər zərərçəkənlərin vəziyyəti sabitdir.