Ukrayna daha bir rus təyyarəsi vurduUkrayna hərbçiləri daha bir Rusiya təyyarəsini vurublar.

Bu barədə Ataman Kostya Qordienko adına 57-ci əlahiddə mexanikləşdirilmiş briqadanın mətbuat xidməti məlumat yayıb.

“Mayın 18-də Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin bölməsi Rusiyanın hərbi təyayrəsini vurub”, - məlumatda qeyd olunub.
“Duruşumuzu həmişə qoruyacağıq. Atdığımız hər addım kimi, xaricdəki bütün siyasətimizi bu anlayışla tətbiq edirik”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Balkanlardan Afrikayadək, hər yerdə olduğu kimi, Suriyada, İraqda, Liviyada, Şərqi Aralıq dənizində, Qarabağda, Ukraynadakı böhranlarda da həmişə bu yanaşma ilə hərəkət etmişik, hərəkət edəcəyik”, - dövlət başçısı bildirib.

R.T.Ərdoğan NATO-nu fəaliyyətinə də toxunub. O vurğulayıb ki, indi NATO müxtəlif vasitələrlə Şərq sərhədlərini gücləndirməyə çalışır: “Ukrayna böhranının ardından atılan addımları təbəssümlə izləyirik. Çünki biz illərlə NATO müttəfiqi olaraq belə mənzərə ilə qarşılaşmadıq. Bizim uzun illər NATO-dan yeganə istəyimiz Türkiyənin də öz sərhədlərini müdafiə etməsinə eyni münasibət göstərməsi idi. Biz sərhədlərimizi terrorçulardan qorumaq istəyirik. Amma, demək olar, bu məsələyə heç bir müttəfiqimiz istədiyimiz münasibəti göstərmədi”.
84-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladıMüharibənin 84-cü günü üçün Rusiya MN Ukraynanın itkiləri haqda məlumatı yeniləyib.

Bu barədə Rusiya MN rəsmisi general-mayor İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 172 təyyarəsi, 125 helikopteri, 927 PUA-sı, 311 zenit-raket kompleksi, 3139 tank və digər zirehli texnikası, 389 reaktiv yaylım atəş sistemi, 1548 artilleriya və minaatanı, 2997 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
İranda silahlı qarşıdurma: 4 ölü, 5 yaralıİranda Əmlakın İdarə Edilməsi Təşkilatının işdən çıxarılmış silahlı işçisi sözügedən idarəyə hücum edərək digər işçiləri girov götürüb.

Bu barədə İRNA agentliyi məlumat yayıb.

Məlumata görə, polis qüvvələrinin hadisə yerinə gəlməsindən sonra silahlı atışma baş verib və nəticədə 4 nəfər öldürülüb, 5 nəfər isə yaralanıb. Girov götürən şəxsin intihar etdiyi, bir neçə nəfərin öldüyü və yaralandığı, hadisə yerinə çox sayda təcili yardım cəlb edildiyi bildirilir.
Paşinyan 44 günlük müharibəyə görə dindiriləcəkErmənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibə ilə bağlı cinayət işi üzrə istintaq çərçivəsində dindiriləcək, lakin dəqiq vaxt hələ məlum deyil.

Bu barədə çərşənbə günü Ermənistan İstintaq Komitəsinin xüsusilə mühüm işlər üzrə idarəsinin rəisi Rafael Vardanyan döyüşdə həlak olan erməni hərbçilərin valideynləri ilə görüşdə bildirib.

Mayın 17-də 44 günlük müharibə zamanı ölən hərbçilərin valideynləri Böyük Britaniyanın Apellyasiya Məhkəməsi, Baş Prokurorluğu və Hərbi Departamenti qarşısında etiraz aksiyası keçirərək, müharibə işinin dərhal araşdırılmasını tələb ediblər.

"Baş Prokurorluğun cinayət işi çərçivəsində verdiyi göstərişlər yerinə yetiriləcək. Siz artıq İstintaq Komitəsinin rəhbəri ilə görüş təyin etmisiniz və bu görüşdə şərtlər müzakirə olunacaq", - deyə Vardanyan etirazçı valideynlərə söz verib.
Azərbaycan-İran sərhədində atışmaDövlət Sərhəd Xidmətinin (DSX) “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən ümumi çəkisi 106 kiloqram 495 qram narkotik vasitəyə bənzər maddələrin və 4 000 ədəd psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə Avrasiya.net-ə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, may ayının 12-də saat 00:30 radələrində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılmışdır.

Həyata keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhədboyu ərazidə kolluqların arasında gizlədilmiş 1 ədəd qara rəngli bağlamanın içərisində təxmini çəkisi 9 kiloqram 400 qram narkotik vasitə “marixuana”ya bənzər maddələr aşkar olunaraq götürülmüşdür.

May ayının 15-də saat 02:20 radələrində “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Abasallı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı 4 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə etmişdir.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapa­­­dılmış, sərhəd pozucularının təqibinə başlanılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra qaçaqmalçılar əllərindəki bağlamaları yerə ataraq relyefin mürəkkəb, ərazinin sıx kolluq olmasından istifadə edərək geriyə İİR istiqamətinə qaçmışlar.

Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 4 ədəd bağlamanın içərisində ümumi çəkisi 79 kiloqram 595 qram narkotik vasitəyə (45 kq 580 qr “heroin”, 27 kq 940 qr “marixuana”, 3 kq 665 qr “metamfetamin”, 2 kq 410 qr “tiryək”) bənzər maddələr vəpsixotrop tərkibli 4000 ədəd “metadon-40” həbləriaşkar olunaraq götürülmüşdür.

May ayının 17-də saat 01:40 radələrində “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Alçabulaq kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunmuşdur.

Axar.azAZRUENآذ

Azərbaycan-İran sərhədində atışma
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət Sərhəd Xidmətinin (DSX) “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən ümumi çəkisi 106 kiloqram 495 qram narkotik vasitəyə bənzər maddələrin və 4 000 ədəd psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə Axar.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, may ayının 12-də saat 00:30 radələrində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılmışdır.

Həyata keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhədboyu ərazidə kolluqların arasında gizlədilmiş 1 ədəd qara rəngli bağlamanın içərisində təxmini çəkisi 9 kiloqram 400 qram narkotik vasitə “marixuana”ya bənzər maddələr aşkar olunaraq götürülmüşdür.

May ayının 15-də saat 02:20 radələrində “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Abasallı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı 4 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə etmişdir.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapa­­­dılmış, sərhəd pozucularının təqibinə başlanılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra qaçaqmalçılar əllərindəki bağlamaları yerə ataraq relyefin mürəkkəb, ərazinin sıx kolluq olmasından istifadə edərək geriyə İİR istiqamətinə qaçmışlar.

Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 4 ədəd bağlamanın içərisində ümumi çəkisi 79 kiloqram 595 qram narkotik vasitəyə (45 kq 580 qr “heroin”, 27 kq 940 qr “marixuana”, 3 kq 665 qr “metamfetamin”, 2 kq 410 qr “tiryək”) bənzər maddələr vəpsixotrop tərkibli 4000 ədəd “metadon-40” həbləriaşkar olunaraq götürülmüşdür.

May ayının 17-də saat 01:40 radələrində “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Alçabulaq kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunmuşdur.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmış, xidməti itlər cəlb edilməklə sərhəd pozucularının axtarışı həyata keçirilmiş, hadisə yeri və yaxın ərazilər nəzarətə götürülmüşdür.

Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşi açılmasına baxmayaraq, cinayətkarlar əmrə tabe olmayaraq silahlı müqa­vimət göstərmiş və avtomat silahdan atəş açaraq sərhədçilərin həyatına qəsdə cəhd etmişlər.

Sərhəd pozucularının təqibi zamanı sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq olunmuş, qaçaqmalçılar əllərindəki bağlamaları yerə ataraq ərazinin sıx meşəlik, dağlıq və hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri İran ərazisinə qaçmışlar.

Ərazidə aparılmış axtarış tədbirləri zamanı qaçaqmalçılar tərəfindən atılmış 3 ədəd bağlamanın içərisində ümumi çəkisi 17 kiloqram 500 qram narkotik vasitə “marixuana”yabənzər maddələr, 1 ədəd atışa hazır vəziyyətdə olan AKM-74 markalı silah, 20 ədəd patron, 1 ədəd gecəgörmə cihazı və 40 qutu “KENT” markalı siqaret aşkar olunaraq götürülmüşdür.

Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində hadisə yerinə yaxın ərazidə 1 nəfər Azərbaycan vətəndaşı şübhəli şəxs qismində saxlanılmış, hal-hazırda şəxsiyyəti müəyyənləşdirilir.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Maşından küçəyə "100-lük" səpdi - Polislər tutduBakıda avtomobilin pəncərəsindən küçələrə saxta 100 manatlıq əsginaslar səpən şəxs tutulub.

Avrasiya.net Qafqazinfo-ya istinadən xəbər verir ki, Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü S.Sadıqov Sübhan adlı dostuna məxsus “Opel” markalı avtomobillə Bakı-Sumqayıt yolu ilə hərəkətdə olarkən pəncərədən küçəyə yüz manatlıqlar səpməyə başlayıb. Bunu görən polis əməkdaşları onu saxlamağa çalışıb. Lakin S.Sadıqov və dostu polisin qanuni tələbinə məhəl qoymayaraq avtomobillə uzaqlaşmağa cəhd ediblər.

Polislərin təqibindən sonra onları Səbail rayonu Lermantov küçəsində yaxalamaq mümkün olub. Bu zaman Sübhan maşından düşərək qaçsa da, S.Sadıqov yaxalanıb. Avtomobildə xeyli miqdarda saxta manatlıq və dollar əsginaslar aşkar edilib.

Saxlanılan şəxs bildirib ki, saxta pulları "Tarqovı"da 150 ədədinə 15 manat verərək alıb.

Onun barəsində Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol açılıb və məhkəməyə göndərilib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə S.Sadıqova 8 sutka inzibati həbs cəzası verilib.
Jirinovskinin partiyasına yeni sədr seçildiRusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski Rusiya Liberal Demokrat Partiyası fraksiyasının sədri seçilib.

“RİA Novosti” xəbər verir ki, bu barədə fraksiyanın mətbuat katibi Aleksandr Dyupin bildirib.

Qeyd edək ki, partiyanın mərhum sədri Vladimir Jirinovski aprelin 6-da uzun sürən xəstəlikdən sonra 76 yaşında dünyasını dəyişib, aprelin 8-də Novodeviçi qəbiristanlığında dəfn edilib.
Yeni qütbün adı Avrasiyadır: Rusiyanın arzusu reallaşa biləcəkmi?Bu günlərdə Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderlərinin sammiti keçirildi. Yerli və dünya siyasətşünaslarının əsas diqqəti bu sammitdə Ukrayna müstəvisində Qərblə bağlı qərarlarının hansı şəkildə olacağına dair şərhlər üzərində qurulmuşdu. Əslində də yanılmamışdılar, KTMT-nin bəyanatında əsas xətt Ukrayna və burada aparılan hərbi əməliyyatlara özünəməxsus şəkildə haqq qazandırmaq oldu. Müşahidələrim göstərdi ki, hərbi icmalçılar, politoloqlar, siyasətşünaslar bu sammitdə bir məqamı diqqətdən qaçırdılar.

Bunu Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi-siyasi şərhçi Ramil Məmmədli deyib.

O. qeyd edib ki, bu dünyada yeni hərbi-siyasi ideologiyanın rəsmi şəkildə və yüksək tribunadan açıqlanması idi. Hələ 1990-cı illərin sonlarına yaxın Qazaxıstanın keçmiş prezidenti, türk dünyasının liderlərindən olan Nursultan Abış oğlu Nazarbayev SSRİ-nin süqutundan sonra postsovet məkanında yeni iqtisadi formatın yaradılması təşəbbüsü ilə çıxış etdi. Bu, Avrasiya iqtisadi zonası idi. Təbii ki, Nursultan Nazarbayev bu ideyanı yenicə müstəqillik qazanmış, qazax dövləti ilə reallaşdıra bilməzdi: “Ona bu məsələnin icrasında daha güclü və sabit siyasi-ideoloji sütunları olan müttəfiq lazım idi. Həmin illərdə isə postsovet məkanında belə bir müttəfiqin tapılmasının mümkünsüzlüyünü hər birimiz yaxşı bilirik. Təbii ki, Nazarbayev üçün bu müttəfiq yalnız və yalnız Rusiya ola bilərdi. Nəhayət bu da reallaşdı. Vladimir Putinin Rusiya “taxt-tacı”na yiyələnməsindən sonra Avrasiya iqtisadi zonasının formalaşmasında yeni dövr başladı. Bu missiyanı isə öz üzərinə Rusiya götürdü. Avrasiya İqtisadi Birliyinin rəsmi yaradılması tarixi isə xüsusi araşdırılmalı mövzudur. Lakin qısaca bu məqama da toxunmaq istəyirəm. Kiyevdəki “Maydan” hərəkatının qələbəsindən, yəni Qərbin Ukrayna zəfərindən bir neçə ay sonra postsovet məkanında bölgə üçün daha cəlbedici bir formatın təməli qoyuldu”.

Avrasiya İqtisadi Birliyi - 29 may 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə rəsmi şəkildə fəaliyyətə başladı. Tarixə diqqət yetirin, 2013-cü ilin oktyabr-dekabr ayları Ukraynada Qərbin zəfər yürüşü, 2014-cü ilin yanvar-mart aylarında Rusiyanın Krım və Donbas həmləsi, ardınca isə yəni həmin ilin may ayında qurulan siyasi və iqtisadi təşkilat - Avrasiya İqtisadi Birliyi. Bu SSRİ dağıldıqdan sonra Rusiya və onun müttəfiqlərinin açıq güc nümayişi idi. Əlbəttə ötən 8 ildə - 2014-2022-ci illərdə Avrasiya İqtisadi Birliyi adından da göründüyü kimi iqtisadi əməkdaşlıq formatında özünün varlığını nümayiş etdirməyə çalışdı. Lakin bu yalnız 8 il çəkə bildi. Nəhayət, 2022-ci ilin mayın 16-da bu Birlik öz xitin (bəzi canlılarda qoruyucu və ya təhlükəsizlik funksiyasını yerinə yetirən qoruycu dəri qatı) örtüyünü açdı və siyasi iddiasını ortaya qoydu: “Bu iddia isə KTMT formatında meydana çıxarıldı. Məhz, mayın 16-da KTMT-yə üzv ölkələrin liderlərinin sammitinin bəyanatında açıq şəkildə bəyan olundu. KTMT-nin bəyanatının bu hissəsində qeyd olunur: “Avrasiya regionunda davamlı sülhün təmin edilməsində öz məsuliyyətimizi dərk edərək, biz qitədə gərginliyin azaldılmasının vacibliyini vurğulayır və NATO ilə əməli əməkdaşlıq qurmağa hazır olduğumuzu bir daha təsdiqləyirik”. Bu uzun illərdən sonra (SSRİ-nin süqutundan) Rusiyanın Avrasiya məkanına hərbi-siyasi iddiasının açıq təzahürüdür. Əslində sirr deyildi ki, Putin Rusiyası bölgədə Avrasiyaçılıq ideologiyasının siyasi ixracına çoxdan start verib. Türk-slavyan (rus) birliyinin regionun xilası kimi təqdim etməklə, dünyada yeni qütbün bünövrəsini qoymağa çalışır. Məhz, “Böyük Tartariya” dövlətinin ortaq türk və slavyan ölkəsi kimi təbliği, bu haqda fundamental elmi əsərlərin yazılmasını həyata keçirməklə, tarixi meşə (slavyan) – çöl (türk) mübarizəsinə son qoymaq və bu hərbi birliyi yenidən reallaşdırmaq istəyir. Türkiyənin əvvəlcə Avrasiya İqtisadi Birliyinə, bu günlər də isə KTMT-yə dəvət olunması haqda yayılan xəbərlərə də məhz bu konteksdə yanaşmaq lazımdır”.

Coğrafi baxımdan Avrasiya məkanının tərkib hissəsi olan Azərbaycanın bu qütbləşmədə tutduğu mövqe isə ayrıca araşdırma mövzusudur. Dünya dəyişir və bunun hər birimiz fərqindəyik. Lakin bu dəyişlikdə dalğanın üstündə qalmağı kimin bacaracağı isə böyük sualdır. Yalnız görünən odur ki, artıq hər kəs açıq oynayır və digər tərəfdən də mövqe nümayiş etdirməsini tələb edir.