Ağsuda 39 yaşlı kişi intihar edibAğsuda intihar hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə Padar kəndi yaxınlığında qeydə alınıb.

Ağsu sakini, 39 yaşlı Yusifov Rüfət İsmət oğlu özünü asaraq intihar edib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə aparılıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələ məlum deyil.

Faktla bağlı Ağsu rayon Prokurorluğunda araşdırma aparılır.
İran ordusunun baş qərargah rəisi: “Azərbaycanla əlaqələrin inkişafında maraqlıyıq”İran Azərbaycanla əlaqələrin inkişafında hər zaman maraqlıdır.

Avrasiya.net xəbər verir ki, Azərbaycanın İrandakı səfirliyindən “Report”a verilən məlumata görə, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri bu ökədə səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev ilə görüşündə deyib.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycan ərazilərinin işğaldan azad olunması münasibətilə təbriklərini çatdırıb.

Görüşdə Azərbaycan ilə İran arasında dostluq münasibətlərinin xeyli inkişaf etdiyi və yeni mərhələyə qədəm qoyduğu vurğulanaraq, müdafiə və hərbi-texniki sahədə əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Həmçinin Azərbaycan ilə İran arasında ikitərəfli, regional və beynəlxalq səviyyədə də müsbət əməkdaşlıq təcrübəsi üzrə əlaqələrin daha da inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.
Litva prezidentindən azərbaycanlı biznesmenlərə DƏVƏT“Mən ölkələrimiz arasında biznes əlaqələrini daha da möhkəmləndirmək üçün Azərbaycanın işgüzar dairələrini bu ilin ikinci yarısında Litvaya səfərə dəvət edirəm”.

Avrasiya.net xəbər verir ki, bunu Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycan-Litva biznes forumunun açılışında deyib.

“İqtisadi əməkdaşlıq üçün istifadə olunmamış geniş imkanlarımız var. Görürəm ki, Azərbaycanın qlobal iqtisadiyyatda oynadığı rolu daha da artacaq və əslində, ölkə artıq çoxsaylı nailiyyətlərə imza atıb. Ukraynadakı müharibə qlobal ticarəti yenidən nizamlayır. Asiya ilə Avropanın kəsişdiyi məkanda yerləşən Azərbaycan qlobal ticarətdə ən mühüm rollardan birini oynayır və oynayacaqdır. Yaşıl iqtisadiyyat və innovasiyalarla bağlı məqsədlər sizin gələcək iqtisadi perspektivlərinizi və gücünüzü şərtləndirən əsas meyarlardır.

Mənim ölkəmin – Litvanın çox saylı təklifləri var. Litvada geniş maliyyə və vergi imtiyazlarına malik yeddi azad iqtisadi zona var. Rəqəmsal infrastrukturumuz sürətlidir və münasib tariflərə əsaslanır. O, Avropa İttifaqında ən yaxşılar sırasındadır. Lazımi şəkildə inkişaf etmiş şose və dəmir yolu xətləri, hava və dəniz nəqliyyatı ölkəmin digər üstünlüklərini təşkil edir" - deyə Gitanas Nauseda vurğulayıb.
Türkiyənin nümayəndə heyəti QHT Agentliyində olubTürkiyənin müxtəlif QHT-lərinin təmsil olunduğu 15 nəfərlik nümayəndə heyəti QHT Agentliyində olublar.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 15-20 may 2022-ci ildə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə əlaqələr baş idarəsi, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi və Türkiyənin müxtəlif QHT-lərinin təmsil olunduğu 15 nəfərlik nümayəndə heyəti Agentliydə olublar.

Qonaqlar öncə Agentliyin iş fəaliyyəti ilə tanış olublar və daha sonra nümayəndə heyəti Agentliyin icraçı direktoru Aygün Əliyeva ilə görüşüblər.

Nümayəndə heyətini salamlayan A.Əliyeva bildirib ki, başlanan bu səfər 2022-ci il “Şuşa ili” çərçivəsində Azərbaycan - Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun ərsəyə gəlməsinə gözəl nümunədir. A.Əliyeva Azərbaycan – Türkiyə əlaqələrinə toxunaraq bildirib ki, Azərbaycanla Türkiyənin dostluq əlaqələrinin qədim tarixi vardır. Tarix boyu Azərbaycanın problemi Türkiyənin problemi, Türkiyənin dərdi Azərbaycanın dərdi olub. Biz həmişə Türkiyənin bütün sahələr üzrə beynəlxalq aləmdə qazandığı uğurlara sevinmişik, bu nailiyyətlərlə fəxr etmişik, qürur hissi keçirmişik. O cümlədən, Azərbaycan xalqının da uğurları, qələbələri Türkiyə üçün qürur mənbəyi olmuşdur.

Daha sonra Agentliyin əməkdaşlarına Departament müdiri Adnan Zengin “QHT-lər haqqında Türkiyə qanunvericiliyi”, Departament müdiri Gülseren Zaimoğlu “Yardım toplama və ianə məsələləri”,

Departament müdiri M.Fatih Günay “Layihələrin idarəedilməsi”, Departament müdiri Fahrettin Kaya və M.Fatih Günay “DERBİS elektron sisteminin təqdimatı” mövzularında təlimlər keçiblər.
Təlimlər qarşılıqlı fikir mübadiləsi əsasında davam edibdir.




#QhtAgentliyi #AzerbaijanTurkey #NGOcooperation
Rus ordusu ölkəmizi tərk etməlidir - SanduRusiya hərbçiləri Dnestryanı bölgədən çıxarılmalıdırlar, çünki onların orada olması Moldovanın neytrallığını pozur.

Bunu Moldova Prezidenti Maya Sandu deyib.

O qeyd edib ki, hökumət Dnestryanı münaqişənin Moldovanın suverenliyi və ərazi bütövlüyünü nəzərə alacaq dinc siyasi həll yolunu axtarır.
Tanınmış meyxanaçı HƏBS EDİLDİ - 7 il 6 ayNarkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Cavid Babaşovun (Sumqayıtlı) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasan, Cavid Babaşov narkotik satışında təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Prokuror ittiham olunan şəxsə 9 il həbs cəzası istəmişdi.

Xatırladaq ki, Cavid Babaşov bir il əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, meyxanaçının üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib.

Cavid Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin dövriyyəsi qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham elan edilərək, barəsində həbs qətimkan tədbiri seçilib.

Onu da əlavə edək ki, ittiham olunan şəxs Cavid Sumqayıtlı tanınmış meyxanaçıdır.
Rusların komanda məntəqəsi məhv edildiUkrayna artilleriyası Rusiyanın Qara dəniz Donanmasının komanda məntəqəsini məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

“İlkin məlumata görə, artilleriya atəşi nəticəsində Qara dəniz donanmasının Sevastopolda yerləşən 810-cu əlahiddə dəniz piyadaları briqadasının komanda məntəqəsi məhv edilib”, - məlumatda qeyd olunub.

Məlumata görə, zərbə nəticəsində 3 zabit ölüb, 14 nəfər isə yaralanıb.
Ukrayna yenə Rusiya ərazisini vurduBelqorod vilayətinin Soloxi kəndi Ukrayna ərazisindən atəşə tutulub, bir nəfər yaralanıb.

Axar.az RİA-ya istinadla xəbər verir ki, bu barədə qubernator Vyaçeslav Qladkov deyib.

“Qəsəbə başçısı yerindədir, rayon rəhbəri Vladimir Pertsev onun yanına getdi. Dağıntı var. Əməliyyat xidmətləri artıq işləyir”, - o bildirib.

Qeyd edək ki, mayın 11-də də Soloxi kəndi Ukrayna tərəfindən atəşə tutulmuş, nəticədə 1 nəfər ölmüş, 7 nəfər yaralanmışdı.
“”Ağ ölüm”lə mübarizə daha da genişlənməlidir” – Dövlət Komissiyasının üzvü/VİDEOAXC TV-nin “Azad meydan” verilişində müxtəlif nazirlik və qurumlar yanında yaradılmış ictimai şuraların narkomaniya ilə mübarizədə iştirakı məsələsi müzakirə olunub.

Sualları Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuranın üzvü, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü, Milli QHT Forumunun prezidenti Rauf Zeyni cavablandırıb.

Qeyd edək ki, sayca 5-ci veriliş Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi tərəfindən icra olunan “Narkomaniya aludəçiliyinin qarşısının alınması istiqamətində təşəbbüslərin dəstəklənməsi” adlı layihə çərçivəsində hazırlanıb.

Layihənin icra müddəti 4 aydır.