Rusiya dinc sakinləri hədəf alır: 20 nəfər öldüRusiya ordusunun sutka ərzində Donetsk və Luqansk istiqamətində mülki infrastrukturu atəşə tutması nəticəsində 20 dinc sakin həlak olub. Onların arasında azyaşlı da var.

Bu barədə Ukrayna Birləşmiş Əməliyyat Qüvvələri Komandanlığı məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 25 yaşayış məntəqəsi atəşə tutulub və 42 ev, məktəblər, bir ali təhsil ocağı, bir otel və 6 müəssisə zərər görüb.
İradə Cəlilin ölüm xəbəri təkzib edildiTanınmış jurnalist İradə Cəlilin xərçəng xəstəliyindən dünyasını dəyişməsi barədə sosial şəbəkələrdə yayılan xəbər təkzib edilib.

Axar.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Qeyd edək ki, 1982-ci il təvəllüdlü İradə Cəlil Türkiyə mediası ilə də əməkdaşlıq edir.