Milli Məclisə yeni Aparat rəhbəri TƏYİN OLUNDUMilli Məclisin Aparat rəhbəri vəzifəsinə təyinat olub.

Bu vəzifəyə Fərid Hacıyev təyin edilib.

Ötən ilin fevral ayında spiker Sahibə Qafarovanın müvafiq əmri ilə Fərid Hacıyev Milli Məclisin Dövlət qulluğu və kadr məsələləri şöbəsinə müdir təyin etmişdi.

Qeyd edək ki, bu barədə xəbəri ilk olaraq APA yayıb.
Makronlar, Putinə rəğbət bəsləyənlər hərəkətə keçdiRusiya Prezidenti Vladimir Putin hələ də ümid edir ki, Ukrayna ilə müharibədən sonra əvvəlki simasını qoruyacaq. Ona görə də o, Kiyevlə sülh sazişi imzalamaq üçün xaricdəki agentlərini səfərbər edib.

Bu fikri rusiyalı publisist Andrey Piontkovski deyib.

O bildirib ki, Putinin mayın 9-dakı çıxışı onun Ukraynaya genişmiqyaslı işğalın fəlakətli səhvini dərk etdiyini göstərir:

“Mayın 9-dan dərhal sonra Rusiyanın Qərbə, o cümlədən ABŞ-a qarşı təbliğat hücumu görünməmiş intensivliklə başladı. Makrondan başlayaraq bütün agentlər, Kremlə rəğbət bəsləyənlər səfərbər oldular. Onlar Putinin simasını itirməməsinə çalışırlar”.

Piontkovskinin sözlərinə görə, Rusiyanın təzyiqi həm də ABŞ-dan Ukraynaya silah axınını azaltmağa yönəlib:

“Kreml üçün ən azı Ukrayna ərazisinin bir hissəsini dişlərində saxlamaq çox vacibdir - “qələbəni” öz xalqına “satmaq” üçün deyil, simasını qorumaq üçün. Moskvanın diplomatik və siyasi mövqeyi də bu istiqamətdədir”.
83-cü gün: Rusiyanın itkiləri açıqlandıUkrayna müharibənin 83-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, Rusiya indiyə qədər 27 900 hərbçi, 1235 ədəd tank, 3009 ədəd zirehli döyüş maşını, 578 ədəd artilleriya sistemi, 198 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 90 hava hücumundan müdafiə sistemi, 201 ədəd hərbi təyyarə, 167 ədəd helikopter, 2109 ədəd avtomobil texnikası, 13 ədəd gəmi/kater, 76 ədəd yanacaq sisterni, 436 ədəd PUA, 43 ədəd xüsusi texnika, 97 qanadlı raket itirib.
Şöbədə arvadını güllələyən polis şikayət verdiBakının Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində arvadını öldürməkdə təqsirləndirilən sabiq polis əməkdaşı İsmayıl Məmmədov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

 Report xəbər verir ki, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib.

İ.Məmmədov cəzasının yüngülləşdirilməsini istəyir.

Məhkəmənin ilkin baxış iclası yaxın günlərdə məlum olacaq.

Xatırladaq ki, İ.Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qeydə alınıb. Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İ.Məmmədov həyat yoldaşı Xanım Məmmədovanı qətlə yetirib.

İstintaqla müəyyən edilib ki, İ.Məmmədov xidmətdə olarkən həmin vaxt 24-cü Polis Şöbəsinin inzibati binasında arvadı Xanım Məmmədovanı onun tərəfindən döyülməsi ilə əlaqədar müraciəti əsasında aparılan araşdırma gedişində izahatı alınarkən azyaşlı övladlarının gözü qarşısında üzərində gəzdirdiyi xidməti silahla 15 dəfə atəş açaraq qəsdən öldürüb.

İstintaq dövründə İ.Məmmədov barəsində Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.
Rusiyanı bu müddətdə məğlub edəcəyik - GeraşenkoUkrayna Rusiyanı döyüş meydanında məğlub edə, işğalçıları 3-5 aya sərhədlərinə sıxışdıra bilər. Bunun üçün daha çox silah lazımdır.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib.

Onun sözlərinə görə, Rusiyanı məğlub etmək üçün Ukraynada "Patriot" hava hücumundan müdafiə sistemləri çatışmır:

“De-fakto olaraq biz artıq NATO-dayıq. Çünki NATO silahları artıq bizə verilir - biz bütün çaplı silahlar alırıq. Bəli, NATO əsgərləri bizim üçün döyüşməyəcək, amma biz NATO silahı ilə vuruşuruq. Ukraynanın Rusiya üzərində gələcək qələbəsində ABŞ Konqresinin 40 milyard dollar məbləğində yardım ayrılması qərarı böyük rol oynayacaq. Qərbin silahları Ukraynaya nə qədər tez və çox gəlsə, biz rusları bir o qədər tez və daha güclü məğlub edəcəyik. Ukrayna yeni silahların köməyi ilə cəmi 3-5 aya Rusiya Federasiyasını məğlub edə biləcək”.
Zakir Qaralovun şirkətlərinin külli miqdarda vegi borcu üzə çıxdı"Akkord” şirkətlər qrupuna daxil olan “Akkord Hydrotechnical Construction Company” MMC-nin dövlət qarşısında külli miqdarda vergi borcunun olduğu məlum olub.

Avrasiya.net “Qafqazinfo”ya istinadən məlumat verir, Bakının Nərimanov rayonu, Teymur Əliyev küçəsi k 59. (İndiki Məmməd Araz) ünvanında qeydiyyatda olan şirkətin hazırda vergi borcu 2 122 041.59 manat təşkil edir.

Şirkətin əsas fəaliyyət dairəsinə su və kanalizasiya sistemlərinin çəkilməsi, içməli və çirkab su təmizləyici qurğuların, inzibati binaların, su anbarlarının və yardımçı binaların tikilməsi daxildir.

Şirkət 2010–cu ildən başlayaraq bir sıra rayonlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində tikinti – quraşdırma işlərini həyata keçirir.

Eyni zamanda şirkətlər qrupuna daxil olan “Akkord Tekstil” MMC-nin 103 400.06 manat, “Körpü-Tünel Tikinti” MMC-nin də 269 274.31 manat vergi borcu mövcuddur.

Bundan başqa, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin özü də məhkəməlik olub. Belə ki, sözügedən qurum Nərimanov Rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ittiham olunur.

Sözgedən maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Porsesə hakim Vüsal Qurbanov sədrlik edəcək.

Qeyd edək ki, Akkord Şirkətlər Qrupu sabiq Baş prokuror Zakir Qaralova məxsusdur.
Belarus ordusu Ukrayna sərhədində fəallaşdıUkrayna-Belarus sərhədi boyunca Belarus hərbçilərinin fəallığı müşahidə olunur.

Axar.az xəbər verir ki, bu barədə "Azadlıq" radiosu məlumat yayıb.

Belarus Baş Qərargahı bildirib ki, bu cür hərəkətlər ukraynalılardan və NATO qoşunlarından qorunmaq məqsədi daşıyır.

Qeyd olunub ki, Qomel vilayətinin sakinləri sərhəd yaxınlığında beton bloklar və maneələrə diqqət yetiriblər. Onlar Qomel-Çerniqov magistralında, Ukrayna ilə sərhəddən iki kilometr aralıda quraşdırılıb. Zirehli transportyorlar da var.

Yol polisi sərhədə və Belarusla sərhəd kəndlərinə gedən insanların sənədlərini və maşınlarını yoxlayır.

Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini İqor Korol isə Ukrayna və NATO ölkələrindən mümkün təhlükələrdən danışaraq, sərhəddə təxribatların ola biləcəyini vurğulayıb:

“Aralıq dənizi və Baltik dənizində qanadlı raketlərdən ibarət zərbə qrupu yaradılıb. Təəssüf ki, qanadlı raketlər müdafiə deyil, hücum silahıdır. Bu raketlərin uçuş məsafəsi onlara ölkəmizin ərazisini atəşə tutmağa imkan verir”.
Ermənistan müxalifəti bu gün İrəvanı iflic edəcəkErmənistan müxalifəti bu gün paytaxt İrəvanı iflic vəziyyətə salacaq.

“Report” xəbər verir ki, bu barədə ölkə parlamentinin vitse-spikeri, müxalif “Ermənistan” fraksiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib.

“Saat 8:00-dan biz bütün şəhərdə kütləvi itaətsizlik və etiraz aksiyalarına başlayacağıq. Küçələri bağlayacağıq, nəqliyyatı bağlayacağıq. Səhər bütün şəhər iflic vəziyyətinə düşməlidir”, - o deyib.

Saqatelyan dövlət qulluqçularına, işə gedəcək bütün vətəndaşlara müraciət edib: “İşəgötürənlərinizə sabah işə gəlməmək üçün qanuni hüququnuz olduğunu bildirin, çünki şəhər mahiyyətcə iflic olacaq".

Müxalifətçi tələbələri dərsə getməməyə, mübarizəyə qoşulmağa çağırıb.

O, sürücüləri də küçələrdə siqnal siqnalı verməyə və bununla da etirazlara qoşulmağa dəvət edib.
Bakıda kütləvi DAVA: Yaralı və saxlananlar varBakının Binəqədi rayonunda dava zamanı 3 nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə avtomobil ehtiyat hissələri bazarında qeydə alınıb.

Avtomobil ehtiyat hissəsi mağazasının satıcıları - 1994-cü il təvəllüdlü Zöhrabov Elnur Əziz oğlu, 1997-ci il təvəllüdlü Əliyev Fikrət Əziz oğlu və onun əkizi Əli mağazanın müştəriləri tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb. Hər üç yaralı müxtəlif bədən xəsarətləri aldığından 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Qarşıdurma ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları iki nəfəri saxlayıb.

Faktla bağlı cinayət işi başlanılıb.
Rus ordusu Luqanskda geri çəkildiUkraynanın Luqansk vilayətinin Qorski rayonunda rus ordusu itki verərək geri çəkilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

“Baxmut istiqamətində düşmən Toşkovka və Pilipçatino yaşayış məntəqələri ərazilərində hərbi əməliyyatlar aparır. Qorski bölgəsində rus işğalçıları itki verərək geri çəkildilər”, - Baş Qərargah bildirib.