Türkiyə NATO-dan çıxarıla bilər - Andelmanİsveç və Finlandiyanın NATO-ya üzvlüyünə mane olması Türkiyənin Alyansdan kənarlaşdırılması ilə nəticələnə bilər.

Axar.az xəbər verir ki, bunu CNN-in analitiki Devid Andelman deyib.

“Xüsusilə Ərdoğan üç il əvvəl Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini aldıqdan sonra Türkiyənin NATO-dan çıxarılması ilə bağlı artıq fikirlər səslənib. Amma bu addım NATO-nun strateji vacib regionda mövqelərini zəiflədə bilər. Çox az adam NATO-da ABŞ-dan sonra ən böyük, xüsusən də strateji Bosfor boğazına nəzarət edən və Qara dənizə çıxışı olan ən böyük ordunu itirmək riskinə razı olardı”, - Andelman bildirib.
Zelenski azərbaycanəsilli komandiri təltif etdiUkrayna Prezidenti Vladimir Zelenski azərbaycanəsilli hərbçinin təltif olunması barədə sərəncam imzalayıb.

Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Tviterdə yazıb.

Sərəncama əsasən, 92-ci əlahiddə mexanikləşdirilmiş briqadanın tağım komandiri, azərbaycanəsilli ukraynalı zabit, baş leytenant Ağasıyev Kirill Yaşar oğluna “Ukrayna Qəhrəmanı” fəxri adı verilib.

Qeyd edək ki, mayın 7-də Ukraynanın Ali Baş Komandanı Ukrayna vətəndaşları olan azərnaycanlılar Raqif Vaqif oğlu Əliyevi və Məcid Marlen oğlu Abdulqafarovu “İgidliyə görə” ordeni ilə təltif edib. Hər iki azərbaycanlı Ukrayna Silahlı Qüvvələrinin çavuşudur.
Təhsil müəssisələrində milli-mənəvi dəyərlərimiz necə təbliğ edilir?Baku News TV-nin efirində bu dəfə dini radikalizm və ekstremizmin törədə biləcəyi təhlükələrdən, təhsil müəssisələrində milli-mənəvi dəyərlərimizin təbliği və maarifləndirməsi işindən danışılıb. Verilişin qonağı Sumqayıt Dövlət Universitetinin müəllimi, şərqşünas Əli Hüseynzadə olub.

Qeyd edək ki, veriliş Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Dini radikalizm və ekstremizm – milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi” layihəsi çərçivəsində hazırlanıb

Diqqətə çatdıraq ki, layhiə çərçivəsində 6 veriliş nəzərdə tutulub. Layihənin icra müddəti 4 aydır!
Bu, Ukraynaya hücum imkanı verir - PentaqonABŞ-ın və digər ölkələrin Ukraynaya göndərdiyi 155 mm-lik M777 və digər tipli haubitsalar döyüş meydanında böyük üstünlüyə malikdirlər.

Axar.az xəbər verir ki, bu barədə Pentaqon rəsmilərindən biri brifinqdə deyib.

“Siz artıq görürsünüz ki, ukraynalılar Donbasda əks-hücuma keçməyə hazırlaşırlar. Onlar əvvəllər rusların ələ keçirdikləri şəhərləri qaytarırlar. Biz inanırıq ki, haubitsalar xüsusilə Xarkovda böyük təsirə malikdir. Təkcə ABŞ-ın deyil, həm də digər ölkələrin sistemləri onlara sürət qazanmağa və ərazilərinin bir hissəsini geri qaytarmağa tamamilə kömək edir”, - rəsmi bildirib.

Qeyd edək ki, Ukrayna ABŞ, Kanada və Avstraliyadan 15 mm-lik M777, Britaniyadan AS90 haubitsaları alıb.
“Rusiyanın Ukraynaya qarşı müharibəsi tez bir zamanda bitməyəcək”“Rusiyanın Ukraynaya qarşı müharibəsinin tez bir zamanda bitəcəyinə dair əlamət yoxdur”.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts yerli mətbuata müsahibəsində deyib.

O söyləyib ki, əgər belə davam etsə, daha çox insan həlak olacaq, daha çox dağıntı olacaq: “Buna görə də müharibə tez başa çatmalıdır. Amma bunun üçün Rusiya Ukrayna ilə razılaşmalıdır. Silahlar susmalı, Rusiya qoşunları Ukraynadan çıxmalıdır. Lakin belə bir ehtimal hələlik yoxdur. Çünki Rusiya tərəfi sülh sazişinin əldə olunması üçün addımlar atmır”.

Xatırladaq ki, bir müddət əvvəl O.Şolts bildirmişdi ki, Rusiyaya qarşı sanksiyaların ləğv olunmasının yeganə yolu Ukrayna ilə sülh sazişidir.
"Qafqaz regionunda su ehtiyatlarına görə, Azərbaycan ən kritik durumdadır""Əgər 2010-cu ildəki daşqınları nəzərə almasaq bu tarixdən etibarən Azərbaycanda şirin su ehtiyatları azalmağa başlayıb".

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət Şöbəsinin müdiri Firudin Tağıyev deyib.

F.Tağıyevin sözlərinə görə, Qafqaz regionunda su ehtiyatlarına görə, Azərbaycan ən kritik durumdadır:

"Su ehtiyatlarının azalması özünü kənd təsərrüfatı sektorunda da göstərməkdədir. Belə bir təzadlı məqam da yaranıb. Şirin su ehtiyatlarının azalmasına baxmayaraq kənd təsərrüfatı sektoru inkişaf edir. Nazirlik olaraq bizim məqsədimiz ərzaq təhlükəsizliyinin təmin edilməsi olduğu üçün, əhalinin qida ehtiyaclarına uyğun olaraq əkin sahələri mütəmadi olaraq subsidiyalar və digər vasitələrlə dəstəkləməklə məhsul istehsalının artırılmasıdır".

Onun sözlərinə görə, su balansına əsasən ölkəmizdə yerüstü su ehtiyatları 34-36 milyard kubmetr təşkil edir. Amma bundan cəmi 12 milyard kubmetri istehlakdır. Həmin ehtiyarların 6 milyard kubmetri suvarmaya və kənd təsərrüfatının təchizatına, 2 milyard kubmetri içməli su istehsalı və digər məqsədlərə, 3-4 milyard kubmetri isə nəqliyyat zamanı müəyyən məqsədlər sərf olunur.

"Bu onu göstərir ki, biz bu su ehtiyatını rezervuarlarda yığa bilsək bizim su problemlərimiz böyük ölçüdə həll oluna bilərdi. İstehlak edilən 12 milyard kubmetr suyun da təxminən 70-80 %-i kənd təsərrüfatı sahəsində, bilavasitə suvarmada istifadə olunur. Bu səbəbdən də biz suvarmada tətbiq olunacaq səmərəliliyi daha çox təşviq edirik və bu istiqamətdə də aidiyyəti qurumlarla iş aparılır", - F.Tağıyev bildirib.
Attestatsız direktor müavini işdən ÇIXARILIRBakı Şəhər Təhsil İdarəsi (BŞTİ) attestatı olmadan işləyən məktəb direktorunun müavini ilə bağlı məsələyə yenidən aydınlıq gətirib.

BŞTİ-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin hüquqlarına aiddir.

Təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışan işçilərlə bağlanmış əmək münasibətlərini tənzimləmək səlahiyyəti işəgötürən olaraq məktəb direktorunun səlahiyyətlərinə daxildir.

Qeyd edək ki, Bakıdakı 3 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini İsmət Yusifova indiyədək attestatı olmadan fəaliyyət göstərib.
Vergi Xidmətinin 2 əməkdaşı döyüldüMayın 14-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergi İdarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin rəisi Anar Məmmədli və Vergi ödəyicilərinin uçotu və Dövlət qeydiyyatı şöbəsinin baş hüquqşünası Emin Şirinovun təhqir olunmaları və onlara qarşı fiziki zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Şəmkir rayon prokurorluğundan verilən məlumata görə, Emin Şirinov və Anar Məmmədli sonuncunun idarə etdiyi avtomobillə Şəmkir şəhəri ərazisində hərəkətdə olan zaman Həbib Cəfərovun idarə etdiyi avtomobillə qəza şəraiti yaratması səbəbindən aralarında mübahisə baş verib.

Bu zaman Həbib Cəfərov və qohumu Ömər Həbibli heç bir əsaslı səbəb olmadan Anar Məmmədli və Elvin Şirinovu təhqir edərək döyüblər.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə cinayət işi başlanıb.

Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə istintaq davam edir.
İrəvanda 150-dən çox etirazçı SAXLANILDIBu gün səhər saatlarında Ermənistanda keçirilən etiraz aksiyalarında 155 nəfər saxlanılıb.

Bu barədə RİA-Novosti agentliyi məlumat yayıb.

Bildirilib ki, baş nazir Nikol Paşinyanın istefası tələbi ilə küçələri bağlayan etirazçılara polis müdaxilə edib. İlkin məlumata görə, İrəvan polisi 155 müxalifət fəalını saxlayıb.

Xatırladaq ki, İrəvanda etiraz aksiyaları, mitinqlər və yürüşlər aprelin sonunda başlayıb. Müxalif qüvvələr hökumətin istefasını tələb edir.