Sumqayıtda gənc oğlan itkin düşüb - FotoSumqayıtda 2002-ci il təvəllüdlü Əliyev Tural Elçin oğlu itkin düşüb.

Bu barədə “Report”a onun yaxınları məlumat verib. Məlumata görə, T.Əliyev bir həftə əvvəl – mayın 9-da evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun yaxınları bu barədə polisə məlumat veriblər.

T.Əliyevi görənlərdən və ya onun barədə məlumatı olanlardan Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə və ya 050-776-97-49 telefon nömrəsinə zəng vurmaları xahiş olunur.

Rusların 2 helikopteri, 7 PUA-sı məhv edildiSon sutkada Rusiyanın 11 hava hədəfi məhv edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin HHQ komandanlığı məlumat yayıb.

Bildirilib ki, zenit-raket qüvvələri və quru qoşunlarının hava müdafiə qüvvələri 2 qanadlı raketi, 7 “Orlan-10” PUA-sını, Ka-52 və Mi-28 helikopterini məhv edib. Ukrayna qırıcı və bombardmançıları isə düşmənin qüvvələrinə zərbələr endirib.
Piyadanı öldürüb, hadisə yerindən qaçdıGəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1963-cü il təvəllüdlü Vəliyev İlyası vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

İlkin məlumata görə, piyadanı “Ford” markalı yük maşını vurub.

Qəzadan sonra sürücü hadisə yerini tərk edib.

Faktla bağlı araşdırma aparılır.