Bakıda oğul atasını bıçaqlayıb öldürdü - Qətlin təfərrüatıBakıda atasını qətlə yetirməkdə təqsirli bilinən Cahangir Şükürlünün cinayət işi üzrə təfərrüatlar məlum olub.

2021-ci il fevralın 13-də Balaxanı qəsəbəsi, Şəfqət küçəsi, 85-də yerləşən evin həyətində üzərində zorakılıq əlamətləri ilə 1971-ci il təvəllüdlü Cavanşir Şükürovun meyitinin aşkar edilməsi barədə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindən rayon prokurorluğuna məlumat daxil olub
Aparılan araşdırmalarla 2000-ci il təvəllüdlü Cahangir Şükürlünün ailə münaqişəsi zəminində atasına bıçaqla çoxsaylı xəsarətlər yetirib, qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində o, bir neçə saatdan sonra Ziya Bünyadov prospektində saxlanılaraq, istintaqa təhvil verilib.
  
İş üzrə təqsirləndirilən şəxs qismində Cahangir Şükürlü bildirib ki, Ağsu rayonunun, Qaraqaşlı kəndində anadan olub. Ailədə 4 övladdırlar. İki bacısı və bir qardaşı var.

3-cü sinfə qədər kənd orta məktəbində oxuyub. Sonra isə 5-ci sinfə qədər təhsilini Bakıda yerləşən 215 saylı orta məktəbdə davam etdirib. Uşaqlıq illərindən etibarən atası Cavanşir Şükürov mütəmadi spirtli içki qəbul edib, ailə üzvlərini incidib, anasını döyüb.
Bu səbəbdən anası çıxıb nənəsinin evinə gedib, atası fürsətdən istifadə edib ailə üzlərinə qarşı qarşı əxlaqsız hərəkət edib. Bu barədə Ağsu rayon Polis Şöbəsinə müraciət etsələr də, sonradan şikayət ərizələrini geri götürüblər.

Təxminən 10 il əvvəl atası yol-nəqliyyat hadisəsi törədib, qəza vaxtı bir sərnişin ölüb. Atası barəsində cinayət işi başlanılıb, məhkəmənin hökmü ilə o, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Bu hadisələrdən sonra Cahangir təhsilini yarımçıq qoyaraq işləməyə başlayıb. Bakıda yerləşən şadlıq saraylarından birində operator köməkçisi kimi çalışıb. 

"Həmin ərəfədə biz Sabunçu qəsəbəsinə, nənəmin yaşadığı evə köçdük. Atası azadlığa çıxdıqdan sonra anam onu bağışlayıb. Atam Qaraçuxur qəsəbəsində kirayə ev tutub. Qaraçuxurda yaşadığımız müddətdə atam köhnə vərdişlərindən əl çəkməyərək mütəmadi spirtli içki içərək, bizə əl qaldırıb. 2020-ci ilin may ayında Ağsu rayonundakı baba evimizi satıb, əldə etdiyimiz pula Balaxanı qəsəbəsində ev almışdıq. Atam Cavanşir hər xırda məsələyə görə evdə mübahisə yaradıb, təhqiredici sözlər işlədib, bizi evdən qovub. Atamın illərlə bizə qarşı etdiyi hərəkətlərindən artıq yorulub, onu cəzalandırmaq istədim. Əxlaqsız hərəkətləri yadıma düşdüyü üçün, ona nifrət edirdim".

Hadisədən 20 gün əvvəl Balaxanı qəsəbəsində yerləşən mağazadan mətbəx bıçağı alaraq, evlərinin yanında, dalandakı borunun içərisində gizlədib. Evdə atası ilə üz-üzə gələndə, hiddətlənib.

Fevralın 10-da atası içkili vəziyyətdə evdə qardaşı Cavidanla mübahisə edib, daha sonra onları evdən qovmaq məqsədi polisə zəng vurub. Növbəti 3 gün nənəsinin evində qalıblar.
Artıq dözə bilmədiyini düşünərək, qərara gəlib ki, atasına layiqincə cavab verməlidi.

Ayın 13-ü saat 20 radələrində Sabunçu qəsəbəsindən Balaxanı qəsəbəsinə gəlib, borudan bıçağı götürərək, qapının zəngini basıb. Bir neçə saniyədən sonra atası qapını açaraq çölə çıxıb, onun sərxoş olmasını hiss edi. Darvazanın yanında, sağ əlində saxladığı bıçağla boynuna ilk zərbəni vurub. Sözlərinə məhəl qoymayaraq, ardıcıl, başına, boynuna və bədənini digər nahiyələrinə xəsarətlər yetirməkdə davam edib.

 
Cahangir Şükürlü ifadəsinin davamında bildirib ki, təxminən 5-6 zərbədən sonra atası Cavanşir Şükürov huşunu itirərək yerə yıxılıb. Cahangir onun öldüyünü görüb hadisə yerindən uzaqlaşıb. Balaxanı qəbiristanlığında bıçağı qəbirlərdən birinin arxasında, torpaqda gizlədib. Sabunçuya qayıtdıqda, nənəsi artıq hadisədən xəbəri olduğunu və polisə təslim olmağını deyib. Əl-üzünü yuyaraq Xırdalan şəhərinə, bacısının evinə gedib. Bacısına hadisəni danışandan sonra qərara gəliblər ki, 12-ci Polis Şöbəsinə getsinlər. Cahangir Şükürlü qeyd edib ki, hadisə vaxtı ətrafda heç kəs olmayıb. O, xəsarət yetirərkən atası müqavimət göstərməyib və köməyə heç kimi çağırmayıb.

Zərərçəkmiş şəxsin hüquqi varisi Mehman Şükürov ifadəsində göstərib ki, qardaşı Cavanşir spirtli içki aludəçisi olub:
 
“Ailə üzvlərimin qardaşımgilə get-gəlişləri az olub, bacardıqca onunla ünsiyyət saxlamamışıq. Qardaşım illərlə arvadına, uşaqlarına əzab-əziyyət verərək, onları döyürdü. Ümumiyyətlə, Cavanşir aqressiv xasiyyətə malik olub. 

Qardaşım oğlunu qınamıram, bütün günahlar qardaşımdadır. Cahangir xasiyyətcə sakit, təmkinli və tərbiyəli oğlandır. Baş vermiş hadisənin səbəbi - Cavanşirin bütün ailə üzvlərini bezdirməsi, onlara əzab-əziyyət və zülm verməsi olub”.

Məhkəmə iclasında Cahagir Şükürlü ittihamıar üzrə özünü təqsirli bilməyib. 

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsi bağışladığını bildirərək ona mümkün qədər yüngül cəza təyin edilməsini xahiş edib. 

Məhkəmə hesab edib ki, Cahangir Şükürlünün əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu ( köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə düzgün tövsif edilib.

Sonda məhkəmənin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Cahangir Şükürlü 14 il müddətinə azadlıqdan məhrum olunub.

olkə.az
Bakıda şizofren xəstəsi mübahisə etdiyi şəxsin başını kəsdi: Azadlığa buraxıldı - FOTOBakının Xəzər rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən Heydər İbrahimovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

"Ölkə.Az" xəbər verir ki, ötən il fevralın 11-də Gürcüstan Respublikasının vətəndaşı, Xəzər rayonu, Südçülük sovxozu ərazisində yaşayan 1966-cı il təvəllüdlü Canpolad Məmmədovun öldürülməsi barədə Xəzər rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1978-ci il təvəllüdlü Heydər İbrahimovun aralarında yaranmış mübahisə zamanı soyuq silahdan istifadə etməklə Canpolad Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Heydər İbrahimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İstintaq orqanı tərəfindən Heydər İbrahimovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Heydər İbrahimov ifadəsində bildirib ki, hərbi xidmətdən qayıtdıqdan sonra atası onu xəstəxanaya yerləşdirib. Çünki o, şizofreniya xəstəliyindən əziyyət çəkib. Həmin vaxtdan mütəmadi olaraq 1 Saylı Psixatriya Xəstəxanasında müalicə alıb. Axırıncı dəfə 2020-ci ilin yay aylarında qardaşı onu xəstəxanaya yerləşdirib. Xəstəxanada olduğu aylar ərzində yanına heç kim gəlməyib.

Yayda xəstəxanadan çıxdıqdan sonra yenə özünü pis hiss edib. Dəfələrlə xəstəxanaya gedib orda qalmaq istədiyini bildirsə də, onu qəbul etməyiblər.

Heydər İbrahimov bidirib ki, xəstəxanadan çıxdıqdan sonra evinin qabağında göyərti satmaqla məşğul olub.

Həmin günlərin birində evinin qabağında göyərti satan vaxt üzünü tanıdığı, amma adını bilmədiyi bir nəfər şəxs ora gələrək şəhidlərin abidəsini silməyə başlayıb. Amma İbrahimovun fikrincə, o, təmizləmək əvəzinə əksinə abidəni çirkləndirib. Onun hərəkətini şəhidlərin xatirəsinə hörmətsizlik kimi qəbul edib və həmin şəxsdən ərazidən uzaqlaşmasını tələb edib.

"Səhər-səhər göyərti satırdım. Gördüm bir nəfər üzdən tanıyıram, amma adın bilmirəm, gəldi mənim yanımda başladı şəhidlərin abidəsini silməyə. Mən də gördüm, bu silmək əvəzinə, daha da çirkləndirir. Dedim, eləmə, əl dəymə, çıx get buradan. Bu da mənə cavab qaytardı. Aramız da dava baş verdi. Bir-iki dənə də yurmuq vurdum buna uzaqlaşdı".

İbrahimov ifadəsinin davamında bildirib ki, daha sonra göyərti təmizləmək üçün istifadə etdiyi bıçağı götürüb onun dalınca qaçıb. Çatıb Canpolad Məmmədova bıçaqla xəsarətlər yetirəndən sonra o, arxası üstə yerə yıxılıb. Dəqiq neçə zərbə vurduğunu xatırlamır. Yadındadır ki, zərərçəkmiş bir az tərpəndiyinə görə hirsi soyumayıb. Bıçaqla başını kəsib kənara atıb.

Polis bölməsində olanda bilib ki, öldürdüyü şəxsin adı Canpoladdır.

Heydər ibrahimovun qardaşı Məcid bilridib ki, qardaşı hər il psixatrik xəstəxanada müalicə alıb. Vəziyyəti yaxşılaşdığı halda evə buraxılıb. Anası 1999-cu ildə dünyasını dəyişəndən sonra Heydərdə davranış pozuntuları başlayıb. Hərbi xidmətdən sonra vəziyyəti daha da pisləşib. Həmin anlar onu idarə etmək mümkün olmayıb.

Mərhumun hüquqi varisi, həyat yoldaşı Güləndam Kazımova da ifadə verərək bildirib ki, hadisənin hansı səbəbdən baş verdiyini bilməyib. Hadisədən sonra onu polisə çağırıblar:

"Mən elə bildim ki, ərimin pasportla bağlı problemi var. Çünki Gürcüstan vətəndaşı olduğu üçün sənəd işləri qaydasında deyildi. Polisə getdim, oradan da morqa".

Məhkəmə Heydər İbrahimovun CM-nin 120.2.2-ci cə 2.4-cü ( xuliqanlıq niyyəti ilə və xüsusi amanzıslıqla qəsdən adam öldürmə) maddələrində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsini sübuta yetirilmiş hesab edərək nəticəyə gəlib ki, o, qeyd olunan maddələrlə cinayət məsuliyyətindən azad olunmalıdı.

Ekspert rəyinə və CM-nin 95-ci maddəsinin tələblərinə uyğun olaraq ona ixtisaslaşdırılmış psixatriya xəstəxanasında tibbi xarakterli məcburi tədbirlər təyin olunmalıdır.

Sonda məhkəmənin qərarı ilə Heydər İbrahimov cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən və cəzadan azad edilib.

Barəsində tibbi xarakterli məcburi tədbirlər təyin olunub.
İran parlamentinin sədr müavini Azərbaycana gəlibİran İslam Şurası Məclisinin (parlament) sədr müavini Əli Nikzadın rəhbərlik etdiyi nümayəndə heyəti mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfər edib.

"Report"un xəbərinə görə, səfər zamanı İranın vitse-spikeri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovla görüşəcək. Görüşdə qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə ediləcək.

Daha sonra Əli Nikzad və nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) Parlament Assambleyasının 3-cü sessiyasında iştirak etmək üçün Naxçıvandan Bakıya yola düşəcək.

İran parlamentinin sədr müavini Azərbaycana 2 günlük səfəri zamanı bir sıra ikitərəfli görüşlər də keçirəcək.
"Polis istənilən təxribatın qarşısını qətiyyətlə alacaq""Bakının Səbail rayonunun Fəvvarələr meydanında feministlər və onların dostları olan bəzi “Facebook” fəalları birlikdə icazəsiz aksiya təşkil etməyə cəhd göstərmişdir. Əslində, hər bir ölkə vətəndaşının etiraz etmək və sərbəst toplaşmaq hüququ var, ancaq əlbəttə ki, qanun və qayda ilə".

Bu fikirləri Lent.az-a politoloq Ramiz Alıyev bildirib.

Ramiz Alıyev təəssüflə qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən bəzi feminist komandasının nümayəndələri və onların dostları olan bəzi “Facebook” fəalları icazəsiz bu aksiyanı keçirməyə cəhd etməklə hüquq-mühafizə orqanlarının əməkdaşlarını təxribata sürükləmək istəyiblər:

“Maraqlı məsələlərdən biri də odur ki, aksiya təşkilatçıları sanki hazırda Ermənistanda baş verən aksiyaların davamını burada etmək niyyətində idilər. Qəribədir ki, erməni müxalifəti öz dövlətini müharibədə məğlub olmaqda ittiham edərək və ona əsaslanaraq aksiyalar keçirdir və hazırkı Ermənistan dövlətini istefaya səsləyirlər, bizim ölkə qalibdir və bu cür aksiyaların keçirilməsinə səbəb yoxdur. Biz hazırda xalq olaraq öz qalibiyyətimizi dünyaya nümayiş etdirməliyik və onun təbliğatı ilə məşğul olmalıyıq. Bunu özünü azərbaycanlı sayan hər bir vətəndaşımızın etməli olduğunu düşünürəm. Təxribatla məşğul olub, ölkəmizin imicinə zərər vurmağa cəhd göstərənlər isə hesab edirəm ki, dövlətimizin qalibiyyətini həzm edə bilməyən dairələrin sifarişlərini yerinə yetirən, onların alətinə çevrilən bir qurub vətən xainidir!

Əslində, Ermənistanda baş verən aksiyaların da əsil səbəbini və kimlər tərəfindən idarə olunmasını, sifarişlərin hansı dairələrdən gəlməsini çox gözəl bilirik. Eyni ssenarini ölkəmizdə tətbiq etmək istəyən dairələr və onların ölkəmizdə olan əlaltıları bu cür aksiyalar keçirtməklə ölkələrdə qarışıqlıq yaratmaq niyyətindədir. Aksiya zamanı dövlətimizə və onun hüquq-mühafizə orqanlarına qarşı səsləndirilən təhqirlər dolu şüarlar isə həmin aksiyada olan feminist və onların dostlarına uyğun ifadələr idi".

Politoloq hesab edir ki, bu cür aksiyaların təşkil olunması və aksiya iştirakçılarının məhz feministlərdən və onları arxasına alaraq hay-küy salan “Facebook” fəallarından ibarət olması, artıq onların sifarişi haradan almasını göstərir: "Bir məqamı da diqqətə çatdırmaq istəyirəm ki, kimliyindən asılı olmayaraq, hər kəs anlamalıdır ki, hansı dairələrdən sifarişlər alırlar alsınlar, nə ölkəmizin qalibiyyətinə ləkə vura biləcəklər, nə də xalq-dövlət birliyinə əngəl ola biləcəklər! Dövlətimizə qarşı yönəlmiş istənilən təxribatın qarşısını polisin qətiyyətlə alacağından heç kimin şübhəsi olmasın!"
Paşinyan MoskvadadırErmənistanın baş naziri Nikol Paşinyan Moskvaya işgüzar səfərə gedib.

Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Ermənistanın Baş naziri Rusiya paytaxtında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iştirakçısı olan ölkələrin liderlərinin növbəti sammitində iştirak edəcək.

Abutalıbovun kadrı Türkiyədə HƏBS OLUNDUAzərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs tutulub.

Lent.az xəbər verir ki, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 312-ci (rüşvət vermə) maddələri ilə axtarışda olan Cəlal Bağırov Türkiyədə saxlanılıb.

C.Bağırov Azərbaycana ekstradisiya edilərək istintaqa təhvil verilib. O, Bakı İstintaq Təcridxanasına köçürülüb.

Qeyd edək ki, Cəlal Bağırov Hacıbala Abutalıbovun rəhbər olduğu dövrlərdə Bakı Şəhər İcra Hakimiyyətində hüquqşünas-məsləhətçi vəzifəsində çalışıb.
“Azərsu” sədrinin müavini vətəndaşlarla görüşə gedirMayın 17-də “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Göygöl şəhərində Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə qurumdan bildirilib.

Qəbul saat 10:00-dan başlayaraq Göygöl Şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.

Qəbulda COVID-19 xəstəliyinə qarşı 3-cü doza (buster doza) ilə peyvənd olunmuş, birinci və ikinci dozadan tələb olunan müddət keçməmiş, peyvəndləməyə əks göstərişi olan, xəstəliyə yoluxaraq immunitet sertifikatına malik vətəndaşlar iştirak edə bilər.

Vətəndaşlar qəbul üçün Göygöl və Daşkəsən Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu”ya müraciət edə bilərlər.
İranda unun qiyməti 10 dəfə ARTIBİranda çörəyin qiyməti kəskin bahalaşıb.

Qiymət artımı çörəyin satışının və istehlakın azalmasına səbəb olub.

Tehranın Çörək İstehsalçıları Birliyinin sədri Məhəmməd Cavad Kərəm bildirib ki, unun qiyməti birdən-birə 10 dəfə artıb. Bu səbəbdən mağazalarda satılan bütün növ çörəklərin qiyməti bahalaşıb.

Onun sözlərinə görə, paytaxt Tehranda çörək satışı 50 faiz azalıb.
Bu ölkə Rusiyanın hücumuna hazırlaşır – ABŞ generalıBirincisi, Rusiyanın İsveçi və ya Finlandiyanı işğal etmək imkanı yoxdur. Onsuz da Ukraynanın öhdəsindən çətinliklə gəlirlər. Hətta Rusiya Ukraynada məğlub olacaq.

Axar.az xəbər verir ki, bunu ABŞ ordusunun Avropadakı keçmiş komandanı, general Ben Hoces deyib.

“Yazın sonunda, sentyabra qədər Ukrayna ordusunun Rusiya qüvvələrini 23 fevral xəttinə geri oturdacağını proqnozlaşdırıram. Bundan sonra biz uzunmüddətli perspektivdə Ukrayna torpaqlarının, o cümlədən Krımın və Donbasın tamamilə geri alınmasına diqqət yetirməliyik”, - Hoces vurğulayıb.

O bildirib ki, Türkiyənin Rusiyanın Krımı ilhaqını tanımaması çox vacibdir:

“Bu, Türkiyənin regionda göstərdiyi liderliyin mühüm nümunəsidir. Beləliklə, təbii ki, Rusiya Finlandiya və İsveçi hədələyəcək. Onlar nüvə silahlarına sahib olduqlarını xatırlatmaq üçün paradda nümayiş etdirdilər. Amma əminəm ki, hücum etməyəcəklər. Lakin Böyük Britaniya artıq iki ölkə ilə qarşılıqlı müdafiə sazişləri imzalayıb. Düşünürəm ki, problem yaranarsa, ABŞ və başqaları da dəstək verməyə hazırdır. Finlandiya onilliklər ərzində Rusiyanın mümkün işğalına hazırlaşır. Dünyanın ən yaxşı səfərbərlik sisteminə sahibdirlər. Onların çox güclü daimi ordusu var. Düşünürəm ki, Rusiya təhdid edə bilər, amma onu da bilir ki, bu prosesi dayandıra bilməz”.
Rusiya Finlandiya və İsveçi hədələyib"Finlandiya və İsveçin NATO-ya daxil olması çox böyük fəsadları olan səhv olardı”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “RİA Novosti”yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İsveç və Finlandiyanın Alyansa daxil olmasından sonra hər iki ölkənin təhlükəsizliyi güclənməyəcək.

“Heç kimdə Rusiyanın vəziyyətlə barışacağına dair illüziyası olmamalıdır. Moskvanın reaksiyası isə Stokholm və Helsinki tərəfindən atılan konkret addımlardan asılı olacaq”, - XİN başçısının müavini söyləyib.