“Avroviziya”nın qalibi olacağıma inanıram - NadirAvroviziya-2022 mahnı müsabiqəsində Azərbaycanla yanaşı, bütün türk dünyasını təmsil edirəm. Müxtəlif ölkələrdə yaşayan soydaşlarımızdan, eləcə də dünya türklərindən dəstək gözləyirəm.

Kult.az xəbər verir ki, bu sözləri dünyanın ən böyük canlı musiqi tədbiri olan “Avroviziya” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Nadir Rüstəmli deyib.

“Avroviziya” mahnı müsabiqəsinin qalibi olacağıma inanıram. Arzu edirəm ki, “Avroviziya” gələn il bütün türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada keçirilsin”, - deyə Azərbaycan təmsilçisi vurğulayıb.

Qeyd edək ki, bu gün 66-cı “Avroviziya” mahnı müsabiqəsinin finalı keçiriləcək (Bakı vaxtı ilə 23:00-da). Turin şəhərinin ev sahibliyi etdiyi və İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da baş tutacaq böyük finalda 25 ölkənin təmsilçiləri öz performanslarını nümayiş etdirəcəklər. Azərbaycan təmsilçisi Nadir Rüstəmli “Fade To Black” mahnısı ilə 15-ci nömrə altında çıxış edəcək.
"Türkiyə nəinki orta doğuda demək olar ki, bütün qitələrdə varlığını göstərməyə başladı"Türkiyə müasir tarixinin ən yüksək tərəqqi dövrünü yaşamaqdadır. Atatürkdən sonra Türkiyədə ənənəvi olaraq demokratik dəyərlərə və Qərbə meyillik istiqamətində kurs götürmüş olsalar da iqtisadi və hərbi sahədə böyük nailiyyətlər əldə edə bilməmişdilər. Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlişindən sonra Türkiyə siyasi həyatında ciddi dönüş yarandı.Türk tarixində ilk dəfə olaraq hakimiyyət bütünlüklə bir siyasi təşkilatın yönətiminə keçdi.

Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında politoloq Vasif Əfəndi deyib.

Politoloqun fikrincə, hər iki ildən bir hökuməti formalaşdırmaq üçün razılığa gələ bilməyən siyasi qüvvələr parlamenti burxmaq məcburiyyətində qalırdılar: "Bu isə öz növbəsində ciddi siyasi və iqtisadi nailiyyətlərin qazanılmasına əngəl törədirdi. Ərdoğanın çox vektorlu siyasəti nəticəsində ordunu NATO-nun təsir dairəsindən çıxararaq hökumətə tam tabe etdirməsi Türkiyədə yeni eranın qapısını açdı. Türkiyə hərbi sənayesində bir sıçrayış baş verdi. Türkiyə nəinki orta doğuda demək olar ki, bütün qitələrdə varlığını göstərməyə başladı. Ərdoğanın son illər Türk dövlətlərini bir araya gətirmək üçün çalışmaları üçün Azərbaycanla münasibətlər xüsusi rol oynayır. Məhz bu iki dövlətin qardaşlıq münasibətləri və bir-birinə qarşı tam etibarlılıq nümayiş etdirilməsi digər türk dövlətləri ilə münsibətlərin qurulmasına yol açdı. Hazırda Türkiyə Orta Asiya dövlətləri ilə çox ciddi əməkdaşlıq qurulması istiqamətdə işlər aparılır".

Politoloq deyib ki, bu gün Türkiyədə Rize Artvin hava limanının açılışında İham Əliyevin inamla "Biz qardaşıq, müttəfiqik və bu qardaşlıq bizə atalarımızdan qalıb" deməsi iki ölkə arasında münasibətlərin hansı səviyyədə olduğunun bir daha sübutudur.
Bakıda polkovnik-leytenant iş başında öldü - FOTOBakıda polis polkovnik-leytenantı iş başında vəfat edib.

Avrasiya.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu gün Xətai Rayon Polis İdarəsinin inzibati binasında baş verib.

İdarənin Cinayət Axtarış Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zəka Anar oğlu Səfərov xidməti otağında olarkən halı qəfil pisləşib. Dərhal təcili tibbi yardım xidmətinə müraciət edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, vəfat edən polis zabiti 1990-1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədrinin müavini olmuş Anar Səfərovun oğludur. O, həmçinin Naxçıvan MR Ali Məclisinin üçüncü çağırış deputatı olub.
Kadırov daha 600 döyüşçünü Ukraynaya göndərdi600-dən çox döyüşçü Ukraynaya göndərilmək üçün Qroznı Beynəlxalq Hava Limanına toplaşıb.

Bunu Çeçenistan rəhbəri Ramzan Kadırov Telegram hesabında bildirib.

“Bütün Ukraynanı quldurlardan təmizləmək arzusu ilə 600-dən çox əsgər toplandı. Onların arasında təkcə Çeçenistan Respublikasının hüquq-mühafizə orqanlarının nümayəndələri və onun sakinləri deyil, həm də Rusiyanın digər regionlarından olan könüllülər də var”, – Çeçenistan rəhbəri yazıb.

Kadırov bildirib ki, heç kəsin qələbənin Rusiya tərəfində olacağına şübhəsi yoxdur.

Çeçenistan rəhbərinin sözlərinə görə, buna ABŞ və Avropanın Ukraynaya yardım göstərmək və ölkəni silahla təchiz etmək üzrə hərəkətləri mane olmayacaq.

Qeyd edək ki, mayın 12-də Kadırov Donbasa yeni könüllülər qrupunun göndərildiyini açıqlamışdı.
Xaçmazda oğul atasını öldürdüXaçmazda oğul 59 yaşlı atasını öldürüb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə rayonun Niyazoba kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1963-cü il təvəllüdlü Hacıkərim Münsaha oğlu Neymətov ailə münaqişəsi zəminində öz oğlu Pərvin Neymətov tərəfindən bıçaqlanıb. Müxtəlif dərəcəli bıçaq xəsarətləri alan H.Neymətov hadisə yerində ölüb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Ermənilər Kəlbəcəri atəşə tutduMayın 14-ü saat 11:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Bu barədə Avrasiya.net-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.
"Dünyada Azərbaycan və Türkiyənin mövqeyi çox güclənib"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə şənbə günü – mayın 14-də Rize-Artvin hava limanının açılışını edəcəklərini bildirib. Sözsüz ki, Azərbaycan və Türkiyə bir- birləri ilə strateji iqtisadi partnyor və siyasi-hərbi müttəfiq olaraq münasibətlərini dostluq və qardaşlıq prinsipləri üzərində inkişaf etdirir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Vüqar Dadaşov deyib.

Politoloqun fikrincə, genetik münasibətlərimizin və Şuşa bəyannaməsinin mahiyyətinə uyğun olaraq Azərbaycan və Türkiyənin sürətli inkişafı birmənalı olaraq dövlətlərimizin daha da qüdrətli olmasına gətirəcək: "Bir neçə gün öncə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu növbəti açıqlamasında Türkiyənin regional deyil, qlobal güc olduğunu bəyan etdi. Digər tərəfdən Rusiya-Ukrayna (Qərb) müharibəsi fonunda gərgin beynəlxalq siyasi-hərbi böhran vəziyyətində söz sahibi olan Türkiyə və Azərbaycanın siyasi, iqtisadi və hərbi manevr imkanları çox yüksəlib. Təkcə bir fakt: Finlandiya və İsveçrənin NATO-ya üzvlük məsələsində Türkiyə həm Qərbə, həm də Rusiyaya təsir imkanları genişləndirib və hər iki tərəfdən istədiyini şəkildə ala biləcək vəziyyətdədir. Nəzərə alsaq ki, Türkiyə-Azərbaycan arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsinə görə ölkələrimiz xarici və ümimiyyətlə siyasi, iqtisadi xəttini uyğunlaşdırmalı, Milli Təhlükəsizlik Şuralarının birgə məsləhıtləşmısindən sonra hərəkət etməlidir.

Əsas məqamlardan biri də, Avropanın Rusiya enerji daşıyıcılarına alternativ məsələsidir hansı ki, bu məsələdə Azərbaycanın və Türkiyənin mövqeyi çox güclənib. Qara dəniz hövzəsində Türkiyənin böyük ehtiyatda neft, qaz yatağı kəşf etməsi və sənaye istehsalının 2023-2024-cü illərə planlaşdırılması Avropanın enerji təhlükəsizliyi məsələsində bu iki dövləti vacib oyunçuya çevirib. Ona görə də Azərbaycan və Türkiyə birliyinin, birgə lahiyələrin işə salınması, yeni tranzit, infrastruktur və loqistikanın qurulması bu iki dövlətin uğurlu gələcəyinə təminat verir".
Bakı Şəhər İcra Hakimiyyətinə yeni Aparat rəhbəri təyin olunubBakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) yeni Aparat rəhbəri təyin olunub.

“Report” xəbər verir ki, bu barədə paytaxtın icra başçısı Eldar Əzizov əmr imzalayıb.

Əmrə əsasən, Ayaz İmaməliyev BŞİH-nin Aparat rəhbəri təyin edilib.

Qeyd edək ki, A.İmaməliyev bundan əvvəl BŞİH Aparatının ümumi şöbəsinin və İcra Hakimiyyətinin tabeliyində olan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin rəisi olub.

Xatırladaq ki, keçmiş BŞİH-nin keçmiş Aparat rəhbəri Elgin Həbibullayev Prezident İlham Əliyevin sərəncamı ilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qüdrət Həsənquliyevin “topdaşıyan” dediyi nazir kimdir?Deputat Qüdrət Həsənquliyevin “unikal”a müsahibəsində nazirlər haqqında dediyi sözlər müzakirələrə səbəb olub. Hazırda nazir vəzifəsində çalışan bir məmurun vaxtilə deputatların “topdaşıyanı” olduğu deyən parlamentari ad çəkməsə də, sosial şəbəkələrdə həmin şəxsin kimliyi ilə bağlı müxtəlif fikirlər və iddialar səsləndirilir.

Deputat müsahibəsində bunları deyib: "Milli Məclisin komandası var idi, futbol oynayırdıq. Deputat həmkarlarımızdan biri həmin şəxsi qapının arxasına qoyurdu ki, gedən topları gətirsin. Yəni, vaxtilə futbol zamanı “topdaşıyan” adam indi nazir olub. Bəzən deputatları da saymırlar. Dediyim islahatlar aparılsa, belə təsadüfi adamların orada yüksək vəzifələrə təyin olunması mümkün olmayacaq”.

Deputatın “topdaşıyan” dediyi nazir əslində kimdir?

Modern.az mövzunun aktuallığını nəzərə alaraq, bu suala cavab tapmaq üçün Qüdrət Həsənquliyevin özü ilə əlaqə saxlayıb. O, həmin nazirin adının çəkilməsini istəmədiyini söyləyib.

"Bu məsələ ona görə gündəmə gətirilib ki, bəzi hallarda yüksək vəzifə tutmağa layiq olmayan şəxslər təyinat alırlar. Bu da hansısa təqdimatların nəticəsidir. Həmin insanlar daşıdıqları vəzifənin məsuliyyətini dərk etmirlər. Millət vəkilləri, parlamentlə əməkdaşlıq əlaqələri qura bilmirlər. Sadə insanlar da məhz bundan əziyyət çəkirlər. Söhbət kimisə aşağılamaq deyil, problemi gündəmə gətirməkdir", - deyə deputat fikirlərinə aydınlıq gətirib.