Şəmkirdə 19 yaşlı gənc bıçaqlanıbŞəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini 2003-cü il təvəllüdlü H.Əkbərov mübahisə zəminində bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Hadisəni törətməkdə onun qonşusu şübhəli bilinir.

Faktla bağlı araşdırmalara başlanılıb.
Çində təyyarə yandı - 40 nəfər xəsarət aldıÇinin cənub-qərbindəki Çonqinq şəhərinin hava limanında göyərtəsində 122 nəfərin olduğu "Tibet Airlines" şirkətinə məxsus təyyarə uçuş-enmə zolağından çıxaraq alovlanıb.

Xarici KİV xəbər verir ki, "Airbus A319" model təyyarənin göyərtəsində 113 sərnişin və 9 ekipaj üzvü olub.

Hadisənin baş verdiyi Jiangbei Beynəlxalq Hava Limanından bildirilib ki, təyyarənin göyərtəsində olan 122 nəfər təxliyə edilib. Onların arasına 40 nəfərdən çoxunun yüngül xəsarət aldığı qeyd edilib.
ABŞ-ın Ukraynaya yardımı şok rəqəmə qalxdıUkraynaya demokratiyaya dəstək proqramı çərçivəsində “Lend-liz” aktı əsasında ayrılan vəsait 40 milyard dollaradək artırılıb. Bu məqsədlər üçün Prezident Co Bayden Konqresdən 33 milyard dollar istəsə də, qanunvericilər hərbi yardım və humanitar məsələlər üçün ayrı-ayrılıqda daha 3,4 milyard dollar ayırmaq haqqında qərar qəbul edib.

Avrasiya.net xəbər verir ki, bu sözləri iqtisadçı Qubad İbadoğlu qeyd edib. Onun sözlərinə görə, sözügedən vəsaitin aşağıdakı sahələrdə Ukraynaya yardım üçün sərf ediləcək:

“ABŞ-ın ayırdığı vəsaitin 23,8 milyard dolları hərbi, 8,5 milyard dolları iqtisadi, 6,4 milyard dolları humanitar və qlobal ərzaq təhlükəsizliyi problemlərinin həllinə, yerdə qalan vəsait isə şair xərclər üçün istifadə olunacaq. Məlumat üçün qeyd edim ki, ayrılan vəsait ABŞ-ın hazırki büdcə ili üçündür və 30 sentyabradək təyinatı üzrə xərclənməlidir. Eyni zamanda onu da əlavə edim ki, son 3 ayda ABŞ-dan Ukraynaya edilən birbaşa yardım 15 milyard dolları ötüb. Beləliklə, cari büdcə ilində, yəni 30 sentyabradək ABŞ -ın Ukraynaya yardımı ümumilikdə 55 milyard dollara çatacaq. Bu Ukraynanın ötən ilki büdcə gəlirlərindən 130 faiz çoxdur”.

Qubad İbadoğlu AB və İngiltərənin də Ukraynaya yardımlarından bəhs edib:

“ABŞ-dan başqa Avropa Birliyi və Böyük Britaniya da daxil olmaqla, G-7 ölkələrinin birlikdə Ukraynaya göstərdiyi yardım isə 10 milyard dollara çatır. Belə ki, AB üzv dövlətlərə Ukraynadakı müharibədən qaçan insanların öz ölkələrində saxlamaları üçün 3,5 milyard avrodan çox avans ödəyib. Müqayisə üçün bildirim ki, 2021-ci il üçün Rusiyanın dövlət büdcəsinin gəlirləri 256 milyard dollar, xərcləri isə 293 milyard dollar olaraq təsdiq edilib. ABŞ-ın isə 2022-ci il üçün müdafiə büdcəsi 753.5 milyard dollardır. Bu da bütün dünya üzrə hərbi xərclərin 37,6 faizini təşkil edir”.
Ukrayna ordusu Rusiya sərhədinə çatdıXarkov vilayəti ərazisində şiddətli döyüşlər davam edir. Rusiya qoşunları Xarkovdan geri oturdulub və bəzi yerlərdə sərhədə çəkilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

"Ukrayna Silahlı Qüvvələri yaxınlaşıb, deyirlər artıq hardasa sərhədə gəlib çatıblar. Onlar məğlub olan qoşunların bir hissəsini Rusiya ərazisinə apardılar”, - deyə o bildirib.
Saakaşvili Tiflisdə mülki xəstəxanaya köçürülürGürcüstanın eks-prezidenti Mixail Saakaşvili həbsxanadan Tiflisdəki “Vivamedi” klinikasına köçürülür.

Avrasiya.net xəbər verir ki, Saakaşvili hazırda təcili tibbi yardım maşını ilə Rustavi şəhərində saxlanıldığı 12 saylı cəzaçəkmə müəssisəsindən Tiflisdə yerləşən özəl “Vivamedi” klinikasına gətirilir.

Xəstəxanada təhlükəsizlik tədbirlərinin gücləndirildiyi və eks-prezidentin yerləşdiriləcəyi palatanın olduğu mərtəbənin tam boşaldıldığı bildirilir.

Qeyd edək ki, M.Saakaşvilinin hazırkı sağlamlıq durumunun ağır olduğu və çətinliklə yeridiyi bildirilir. Yaxınları siyasətçinin müalicə üçün xaricə göndərilməsini tələb ediblər.