Siyəzəndə yük və minik maşını toqquşdu: ölən varSiyəzəndə yük maşını ilə minik avtomobili toqquşub, ölən var.

Bu barədə Avrasiya.net-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, hadisə mayın 11-i saat 23 radələrində Bakı-Quba yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şabran rayon sakini, 1988-ci il təvəllüdlü Elçin Yaşar oğlu Hacıyevin idarə etdiyi BMV markalı minik avtomobili ilə Quba rayon sakini, 1959-cu il təvəllüdlü Məhiyyədin Əliyevin idarə etdiyi “KamAz” markalı yük maşını toqquşub. Nəticədə BMV markalı minik avtomobilinin sürücüsü E.Hacıyev hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
78-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladıMüharibənin 78-ci günü üçün Rusiya MN Ukraynanın itkiləri haqda məlumatı yeniləyib.

Bu barədə Rusiya MN rəsmisi general-mayor İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 164 təyyarəsi, 125 helikopteri, 821 PUA-sı, 303 zenit-raket kompleksi, 3013 tank və digər zirehli texnikası, 364 reaktiv yaylım atəş sistemi, 1471 artilleriya və minaatanı, 2824 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Rusiya açıqladı: Ukraynanın 320 hərbçisi öldürüldüRusiya aviasiyası yüksək dəqiqlikli raketlər vasitisəilə Ukrayna ordusunun mövqelərinə ciddi zərbələr endiriblər.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov məlumat verib.

“Yüksək dəqiqlikli raketlər vasitəsilə sutka ərzində Ukrayna ordusunun canlı qüvvə və hərbi texnikasının cəmləşdiyi 34 ərazi, eləcə də Çerniqov vilayətindəki Novqorod-Severski rayonlarında iki sursat anbarı vurulub. Raket zərbələri nəticəsində Ukrayna ordusunun 320 hərbçisi və 72 ədəd texnikası sıradan çıxarılıb”, - Konaşenkov bildirib.
Gizli müharibə: İran İsrail gəmilərini hədəfə alıbİsrail İran gəmilərinin hədəfə alınması ilə bağlı məxfi sənədlərin sızdırıldığı faktları araşdıracaq.

Axar.az xəbər verir ki, İsrail İctimai Yayım Təşkilatı (KAN) iki ildir davam edən gizli müharibənin ortaya çıxdığını, beləliklə də İranın israillilərə məxsus gəmiləri hədəf aldığını açıqlayıb.

Ədliyyə katibinin müşaviri İsrail hökumətindən bu mövzuda araşdırma başlatmasını və MOSSAD və ŞABAK-dan məsələ ilə bağlı məsləhət almasını tələb edib.
"AzerGold”un rəhbəri Ankarada işgüzar səfərdə olubEkologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimovun başçılıq etdikləri nümayəndə heyətləri Türkiyənin Ankara şəhərində işgüzar səfərdə olub.

Ötən ilin sonlarında Azərbaycanda təşkil olunmuş Enerji Forumu çərçivəsində iki ölkə arasında mədənçilik sahəsində əməkdaşlığa dair imzalanan dördtərəfli anlaşma memorandumu çərçivəsində həyata keçirilən səfərin ilk günündə nümayəndə heyətləri ümummilli lider Heydər Əliyevin Ankara şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
10 may tarixində Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsində (MTA) keçirilən görüşlərdə iki qardaş ölkə arasında geologiyanın bütün sahələri üzrə əməkdaşlıq, eləcə də yeraltı sərvətlərin axtarışı, onların dəyərləndirilməsi və işlənilməsi, həmçinin geofiziki xəritələrin hazırlanması məsələləri ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Görüşlərdə birgə geoloji məlumat bazası mərkəzinin qurulması, Azərbaycanın işğaldan azad edilmiş əraziləri də daxil olmaqla faydalı qazıntı yataqları üzrə geofiziki anomaliyaların rəqəmsal xəritəsinin hazırlanması, ehtiyatların dəqiqləşdirilməsi üçün birgə fəaliyyətin təşkili, mülti və hiperspektral platformaların tətbiqi, qeyri-invaziv texnologiyaların mənimsənilməsi, həmçinin digər texniki məsələlər və növbəti mərhələlərdə atılacaq addımlar müzakirə edilib.

11 may tarixində nümayəndə heyəti MTA-nın Mineralların Analizi və Texnologiyası şöbəsinin metallurgiya, minerallar, qeyri-filiz və tikinti materiallarının tədqiq edildiyi analitik kimya və metallurji sınaq laboratoriyasını ziyarət edib, müəssisənin işi ilə yaxından tanış olub. Görüşdə Azərbaycanın filiz ehtiyatları ilə zəngin olan bölgələrindən birində analoji laboratoriya mərkəzinin yaradılması, mərkəzin təsis edilmə formatı və texnoloji imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.


Müharibə bu halda bitəcək - ZelenskiUkrayna xalqı üçün Rusiya ilə müharibə yalnız özümüzə məxsus olan hər şeyi geri alanda bitəcək.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Müharibə Ukrayna xalqı üçün yalnız biz özümüzə məxsus olanı qaytardıqda bitəcək. Açığını deyirəm: bizim çoxa ehtiyacımız yoxdur. Biz dövlətimizə, torpağımıza sülh gətirmək istəyirik. Rusiya bizim bütün hüquqlarımızı əlimizdən aldı, zəbt etdi: torpaq haqqımızı, seçmək hüququmuzu və nəhayət, yaşamaq hüququmuzu...” - Zelenski vurğulayıb.
"Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalidir!” mövzusunda yığıncaq keçirilibAzərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, Azərbaycan Respublikasının Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu 11 may 2022-ci il tarixində, “Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalidir!” layihəsində nəzərdə tutulmuş “Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalidir!” mövzusunda adiyyəti olan Dövlət qrumlarının, QHT, KİV-nin nümayəndələrinin birgə iştirakı ilə Dəyirmi Masa yığıncağı keçirildi.

Dəyirmi massa yığlncağını, Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda Şəhid olmuşlarln xatirəsi yad edilərək öz işinə başladı.

Sonra, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti, «Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi»nin direktoru Sərraf Orucov bildirdi ki, Şəhid ailələrinin və müharibə əlillərinin sosial-tibbi-təhsil problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını artırmaq və onların sosial rifahlarını yaxşılaşdırmaq məqsədi ilə, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Silahlı Qüvələrinin Müzəffər Ali Baş Komandanı Cənap İlham Əliyev tərəfindən müxtəlif Fərman və Sərəncamlar imzalanaraq davam etdirilir. Bu gün şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial problemlərinin həlli dövlətin daim diqqət mərkəzindədir.

Cənap Pezident İlham Əliyev keçirtiyi dövlət tədbirlərində dəfələrlə hökumət işçilərinə tapşırıq verərək bildirmişdir ki, aidiyyati olan hökümət təşkilatları və vətəndaşlarımız dərk etməlidirlər ki, bu gün daha çox şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarımızln xalqın mənəvi dəstəyinə və sayğısına ehtiyacları vardır. Onlar həm dövlətin, həm də cəmiyyətin daim diqqət mərkəzində olmalıdırlar. Şəhid ailələrinin, müharibə əlillərinin və vetranlarımızın problemləri yalnız onların problemləri deyil, bütün cəmiyyətin problemi sayılmalıdır.

Əfqanstan və I-ci Qarabağ müharibələrini veteranları bayram və tarixi günlərində döyüş bölgələrinə gedərək, Vətənimizin keşiyində duran əsgərlərimizin döyüş ruhunu qaldıraraq onlara öz bilik və bacarıqlarını öyrədirlər. Onlar həmçinin Respublikamızın Ümumtəhsil məktəblər ilə yaxından əməkdaşlıq edərək, yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhda tərbiyə olunmaları istiqamətində təbliğqat aparırlar.

27 sentyabr–8 noyabr 2020-ci il tarixlərində, 44 günlük davam etmiş Vətən müharibəsi zamanı, Azərbaycan Prezidenti və Azərbaycan Silahlı Qüvələrinin Müzzəfər Ali Baş Komandanı kimi, Xalqa etdiyi müraciyyəti zamanı, Əfqanstan və I-ci Qarabağ müharibələrini Fədakar veteranları təcrübəli döyüşçülər kimi könüllü olaraq yenidən ordu sıralarına səfərbər olaraq silaha sarılıb, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə fədakarcasına iştirak etdilər. Amma bu gün müharibə veteranlarının əksər hissəsi yerlərdə müəyyən sosial-tibbi-təhsil problemlərlə üzləşirlər.

Həyata keçirilən, “Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalidir!” layihəsinin icrası zamanı, ayrı–ayrı regionlarda şəhid ailələri, müharibə əlilləri və veteranlarla keçirtdiyimiz görüşlərdə, adları qeyd olunan vətəndaşlarımız tərəfindən sosial-tibbi-təhsil problemləri ilə əlaqədar bizə təklifilərlə müraciətlər etdilər.

Daha sonra Dəyirmi Masa iştirakçılarından, Azərbaycan Respublikasi Əmək və Silahlı Qüvvələrin Veteranlar Təşkilatın məsül işçisi Rasim Mirzəyev, Azərbaycan Silahlı Qüvvələrin və Qarabağ müharibəsinin veteranları, Ehtiyatda olan polkovniklərər Hikmət Ağayev, Xətai Baxışov, Muxtar Fərəcov, Bəhrəm Atakişiyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiyə Fondunun şöbə müdürü Mətin Əsgərov, Dövlət Tibbi-Sosial Ekspert və Riablitasiya Adaptasiya şöbəsinin müdürü Elxan Əzizov, 20 yanvar Cəmiyyəti ictimai birliyini sədri Soltan Əzimzadə, Layihənin rəhbəri Ənvər Qarayev, Qrabağ müharibəsi Veteranları Şəhid Ailləri və Əlillərinə Sosial Yardım İctimai birliyin sədr müavini Almaz Əhmədova, Dünya Xəbər saytının rəhbəri Dünyaxanım Əliyeva və iclasa dəvət olunmuş şəhid ailələri, müharibə əlilləri, veteranlar çıxış edərək, Azərbaycan Respublikasının Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun həyata keçirilən, “Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalidir!” layihəsində qaldırılmış Vətən müharibəsində döyüşərək səhid olmuşların ailələrinin, müharibə əlillərinin və veteranlarının tibbi-reabilitasiyası, sosial və müharibə veteranlarının sosial-tibbi-təhsil problemləri ilə əlaqədar fikir və təkliflərini bildiərdilər və layihə sayəsində görülən işləri müsbət qiymətləndirdilər.

Tədbirin sonunda, Şəhid ailələrinin, müharibə əlillərinin, veteranların müraciətlərini və xahişlərini nəzərə alaraq, Dəyirmi Massa yığıncağının iştirakçıları adından, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Azərbaycan Respublikası Milli Məclisininə, Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarlarin ən aktual sosial-tibbi-təhsil problemlərinin həll olunması üçün təkllifləri hazlanaraq göndərilməsi qərara alındı.

Dəyirmi Massa yığıncağının yekun olaraq, Ehtiyatda olan polkovnik Hikmət Ağayev bildirdi ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuşların, müharibə əlillərinin və veteranlarının daimi qəlbimizdədir! Onların xatirəsi bizim üçün əzizdir, onlar bizim qəlbimizdən çıxmaz, unudulmaz! Nəqədər Azərbaycan Xalqı, Azərbaycan dövləti var, bu qəhramanlarlmız yaşayırlar və yaşayacaqlar!

Cənab Prezidentə xahiş edilən təklifləri ictimayyətin diqqədinə çatdırırıq:

1.Veteranlar haqqında Azərbaycan Respublikasinin Qanunununa əsasən müvafiq icra hakimiyyəti orqanları, dövlət qurumları və digər idarə, təşkilatlarda, müəsissələrdə işçilərin 25 % müharibə vetranların olması ilə bağlı müəyyən olunmuş kvotaya əməl edilərək, vetranların işlə təmin olunmaları;

2. “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrasının qərarına əsasən “Müharibə veteranlarına verlən 80 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdü”, son illər ölkəmizdə komunal xərclərin artmasını və bütün ərzaq məhsullarının qiymətlərinin qalxmasınını nəzərə alaraq, 80 manat heç olmasa 100 % - qalxaraq 160 civarında olunsun;

3. Müharibə veteranların və ailə üzvləri dövlət ali, orta ixtisas və peşə təhsili müəsissələrində ödənişli formada təhsil aldıqda heç olmasa 50 %- təhsil haqqını ödəməkdən azad olunsunlar;

4. Müharibə veteranların və ailə üzvləri dövlət tibb-müəsissələrində tibbi-sığorta və müainə olanda ödəniş ödəməkdən azad olunsunlar;

5. Qeyd edək ki, şəhid adlarının məktəblərə və küçələrə verilməsi Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə, yəni “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında qərarla təmin olunur. Həmin qərarın 3-cü bəndinin 3-cü müddəasında isə göstərilir ki, şəhid statusuna malik şəxsin adının küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün yerli icra hakimiyyəti orqanları Nazirlər Kabineti qarşısında vəsatət qaldırmalıdır. Bundan əlavə, həmin şəhid ya Azərbaycanın Milli Qəhrəmanı olmalı, ya da Vətən uğrunda döyüşlərə görə ən azı iki ordenlə təltif olunmalıdır. Bu 3-cü müddəsidə göstərilmiş şərt, şəhid aillərini bərk narahat edir və onlar arasında fərq qoyulduğu üçün müəyyən inçikliklər yaradır. Buna görə şəhid ailləri xahiş edərək, təklif edirlərki, onların övladlarının adının əbədiləşdirilməsi üçün, şəhidlərin adlarının Azərbaycanın hər hansı rayon və qəsəbələrində küşə, ümumtəhsil məktəbləri, və ya hər hansı bir müəssələrə verilsin;

6. “Vətən Uğrunda” medalının bütün Qarabağ və Vətən müharibəsi şəhid aillərinə, müharibə əlillərinə və veteranlarına verilməsi təmin edilsin.
Dünya mətbuatı: Azərbaycanda COVID-19-a yoluxmalar davamlı azalırBu ilin mart ayından etibarən Azərbaycanda COVID-19-a yoluxanların və ölüm hallarının gündəlik sayında davamlı azalma müşahidə olunur.

“Report” xəbər verir ki, bu barədə Çinin “China.org” portalı yazıb.

Portal qeyd edib ki, çərşənbə günü Azərbaycanda koronavirusa cəmi 13 yeni yoluxma halı qeydə alınıb və bununla da ümumi yoluxma sayı 792 651 nəfərə çatıb.

Son 24 saat ərzində daha 3 nəfər müalicə olunaraq sağaldığını, sağalananların ümumi sayının 782 872 nəfərə çatdığını vurğulayan mətbu orqan son 24 saat ərzində ölüm faktının qeydə alınmadığını əlavə edib.

Portal Azərbaycanda vaksinasiya ilə bağlı statiskanı təqdim edərək prosesin uğurla davam etdiyini diqqətə çatdırıb.

“Aprel ayında ölkə rəsmiləri bəyan etmişdilər ki, Azərbaycana gələn tam peyvənd olunmuş insanlar artıq PCR testlərindən keçməli olmayacaq, həmçinin bütün daxili reyslər üçün səyahət məhdudiyyətləri aradan qaldırılıb, səyahət edənlər artıq yola düşməzdən əvvəl testlərdən keçməli deyillər”, - portal qeyd edib.

Öz növbəsində ANİ agentliyi də Azərbaycanda koronavirusa yoluxma və ölüm hallarının azaldığını, bir sıra məhdudiyyətlərin aradan qaldırıldığını vurğulayıb.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.