Səfər Mehdiyev iranlı həmkarı ilə görüşdüMayın 10-da Azərbaycan Respublikası ilə İran İslam Respublikasının gömrük xidməti nümayəndələri arasında görüş keçirilib.

Avrasiya.net xəbər verir ki, görüşdən öncə İran İslam Respublikasının Culfa Gömrük İdarəsinə baxış olub. İkitərəfli görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev və Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli, İran İslam Respublikasının gömrük naziri Alirza Müqəddəsi, Şərqi Azərbaycan Vilayəti Gömrüyünün rəisi Leili Orangi, Culfa-Mərənd bölgəsi üzrə millət vəkili Məsumə Paşayi və digər şəxslər iştirak edib.

İran gömrük xidməti nümayəndə heyətinin rəhbəri, İran İslam Respublikasının Gömrük naziri Alirza Müqəddəsi ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin gömrük işi sahəsini də əhatə etdiyini, qarşılıqlı əlaqələrin gediş-gəlişin və ticarət həcminin artmasına, prosedurların sadələşdirilməsinə və sürətləndirilməsinə imkan yaratdığını önə çəkib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ölkələrimiz arasında tarixi-mədəni əlaqələrin, iqtisadi-ticari münasibətlərin önəmini qeyd edib. Həmçinin vurğulanıb ki, bu əlaqələr və ölkə prezidentlərinin ikitərəfli yaxşı münasibətləri gömrük-ticarət əlaqələrinin də inkişafına şərait yaradıb.

Görüşdə iki ölkənin ərazisindən keçən nəqliyyat vasitələrinə tətbiq edilən gömrük nəzarəti formalarının minimuma endirilməsi, yük nəqliyyat vasitələrinin sürətli keçidinin təmin olunması ilə bağlı qarşılıqlı fəaliyyətin həyata keçirilməsi və gömrük nəzarəti sahəsində nəticələrin qarşılıqlı tanınması istiqamətində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Tərəflər 11 mart 2022-ci il tarixli “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Höküməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu”nun icrasından irəli gələn aidiyyəti gömrük məsələlərinin həlli istiqamətində qarşılıqlı fəaliyyətin həyata keçirilməsi, idxal-ixrac əməliyyatlarının müqayisəli gömrük statistikasının aparılması üzrə tədbirlərin görülməsi, yeni gömrük buraxılış məntəqələrinin açılması və mövcud buraxılış məntəqələrində infrastrukturun təkmilləşdirilməsi istiqamətində danışıqlar aparıblar.

Sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə İran İslam Respublikası Gömrük İdarəsi arasında 2022-2023-cü illərdə gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardımın genişləndirilməsinə dair Tədbirlər Planı təsdiqlənib.
Yeni Zelandiya Konaşenkova da sanksiya tətbiq etdiYeni Zelandiya hökuməti səkkiz Rusiya təşkilatını və bir neçə Rusiya vətəndaşını sanksiyalar siyahısına əlavə edib.

Bu barədə məlumat Yeni Zelandiya Xarici İşlər və Ticarət Nazirliyinin saytında dərc olunub.

Məlumata görə, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov, Rusiya Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Oleq Dobrodeyev, "Krasnaya Zvezda" media holdinqinin prezidenti Aleksey Pimanov, “NyusFront” xəbər portalının həmtəsisçisi Mixail Sinelin sanksiyaya məruz qalıb.
Heydər Əliyev - Xalqı birləşdirən azərbaycançılıq məfkurəsiHər bir dövlətin milli maraqlarının dünyanın istənilən nöqtəsində layiqincə qorunması üçün həmin ölkənin güclü ideoloji bazası və bu fundament üzərində dayanan diasporu olmalıdır. Azərbaycanın bir əsrdən çox çar Rusiyasının tərkibində qalması xalqımızın bütövlüyünü təsdiqləyən ideologiyanın, milli mənlik şüurunun, hətta maraqlarının formalaşmasına mənfi təsir göstərirdi. Ötən əsrin əvvəllərində yaranmış kütləvi ideologiyalar atmosferində xalqımız türkçülük və islamçılıq arasında seçim edə bilmirdi. Hətta 1918-ci ildə müstəqilliyini elan etmiş AXC dövründə də dünya azərbaycanlılarını bir hədəf ətrafında birləşdirə biləcək, xalqımızın və dövlətimizin milli maraqlarını müdafiə edəcək ideoloji konsepsiya işlənib hazırlanmamışdı. Amma 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlmiş Ümummilli lider Heydər Əliyev bütün bu fikirləri təfəkkürlərdən birdəfəlik sildi.Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsidir. Məhz Heydər Əliyevin idarəçiliyi dövründə çoxsaylı azərbaycanlının dövlət işlərinə cəlb olunması nəticəsində xalqımızın ictimai, elmi, ziyalı elitar təbəqəsi formalaşdı.

Göründüyü kimi, Ümummilli lider Heydər Əliyev hələ sovet dönəmində xalqımızın, dövlətimizin bütövlüyünü təşkil edən ideologiyanın bünövrəsini qoymuşdu. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox,eyni zamanda,bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən,dünya azərbaycanlılarını vahid ideologiya ətrafənda birləşdirən milli məfkurəyə çevrildi. Azərbaycanın böyük tarixi şəxsiyyətlərinin hər biri azərbaycançılığı bir ideya olaraq görürdü. Heydər Əliyevin isə onlardan böyük fərqi ondan ibarət oldu ki, o azərbaycançılığı dövlət ideologiyasına çevirdi. O deyirdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir".

Qeyd edək ki, hal-hazırda dünyada 50 milyondan artıq azərbaycanlı yaşayır. Onların böyük bir hissəsi İranda, Türkiyədə, Rusiyada, Ukraynada, Almaniyada, ABŞ-da, Fransada, Hindistanda, Pakistanda və digər ölkələrdə məskunlaşıb. Məhz bu miqyasda bütün azərbaycanlıların vahid hədəf ətrafında birləşdirilməsi üçün xalq güclü iradəyə, rasional düşüncəyə malik liderə və ideologiyaya ehtiyac duyurdu. Milləti yeni geosiyasi şəraitdə dünya millətləri liqasına və siyasət arenasına çıxara biləcək yeganə şəxsiyyət isə ulu öndər Heydər Əliyev idi. 90-cı illərin əvvəllərindən etibarən ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri kimi SSRİ dönəmində başladığı işi davam etdirdi. Ümummilli lider Heydər Əliyev ilkin addım kimi 1991-ci il dekabrın 16-da dünya azərbaycanlılarını vahid məqsəd ətrafında birləşdirmək məqsədində stimul rolunu oynayacaq “Hər il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik və Milli Birlik gününün keçirilməsi haqqında” cəsarətli bir qərarı qəbul etdi. Ümummilli lider Heydər Əliyev zəruri vaxtda verdiyi xalqımızın gələcək perspektivlərinə hesablanmış mühüm tarixi qərarı ilə xaricdə yaşayan soydaşlarımızın müstəqil dövlətçiliyimizin inkişafında, dövlət quruculuğu prosesində iştirakını təmin etmiş oldu.

Ümummilli lider Heydər Əliyevin hər il dünya azərbaycanlılarına göndərdiyi tarixi müraciətlərində mühüm bir cəhət kimi xaricdə yaşayan soydaşlarımız arasında həmrəylik və milli birlik ideyalarının möhkəmlənməsini xüsusi vurğulanırdı. Heydər Əliyev özünəməxsus uzaqgörənliklə qloballaşan, köklü transformasiya dövrünü yaşayan dünyanın tələblərini öncədən görür və bu səbəbdən xaricdə yaşayan soydaşlarımız arasında möhkəm həmrəyliyi həyati məsələ kimi ortaya qoyurdu. Xaricdə yaşayan soydaşlarımız arasında milli birlik ideyalarının gücləndirilməsi məsələsi dünya azərbaycanlılarının 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş birinci qurultayında da Ümummillilider Heydər Əliyevin diqqət mərkəzində olmuşdu. Qurultayda proqram xarakterli nitq söyləyən dünya azərbaycanlılarının lideri Heydər Əliyev haqlı olaraq bu tədbirin təşkil edilməsini müstəqil dövlətçiliyimizin böyük tarixi nailiyyəti hesab etdiyini bildirmişdi. Tarixdə ilk dəfə olaraq, dünya azərbaycanlılarının vətənimizin paytaxtı Bakı şəhərində belə bir mötəbər qurultaya toplanması məhz ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə əlaqələndirilməlidir. Diasporumuzun inkişafına təsir edən mühüm amillərdən biri də aidiyyatı təşkilatların işinin vahid bir mərkəzdən – Xarici Ölkələrdə Yaşayan
Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi tərəfindən əlaqələndirilməsi olub. Ümummillilider Heydər Əliyevin 5 iyul 2002-ci il tarixli fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlalarla İş üzrə Dövlət Komitəsinin yaradılması ilə dövlət-diaspor əlaqələrinin daha da möhkəmlənməsi üçün ideya-nəzəri və təşkilati şəraitin hazırlanması işi başa çatdı. Bu tədbirlər yetərincə hazırlıqlı olan milyonlarla soydaşımızı “Vahid Azərbaycan dövləti və Azərbaycançılıq” ideologiyası ətrafında sıx birləşdirdi.Azərbaycançılıq ideologiyası milli dövlətçiliyimizin inkişafında mühüm rola malikdir.Bu ideya dünya azərbaycanlılarını milli maraqlarımız ətrafında birləşdirməklə yanaşı,milli-mənəvi dəyərlərimizin qorunması və inkişafında əsas amil kim çıxış edir.

Xalqı birləşdirən azərbaycançılıq məfkurəsi bu gün özünü daha bariz şəkildə göstərdi.44 günlük Vətən müharibəsində bütün azərbaycanlılar bir amal uğrunda mübarizə aparırdılar.Torpaqlarımızı erməni faşistlərindən azad etmək! Vətən müharibəsində qazanılmış parlaq qələbəni həm Silahlı Qüvvələrimizin, həm də həmvətənlərimiz və soydaşlarımızın birliyinin və həmrəyliyinin məntiqi nəticəsi kimi dəyərləndirmək olar. Bu milli həmrəylik, birlik və bərabərlik Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşərək torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda apardığımız haqq savaşının qələbə ilə başa çatmasında müstəsna rol oynayıb.

Təsadüfü deyil ki,Dünya Azərbaycanlılarının V qurultayı Azırbaycanın mədəniyyət mərkəzi olan Şuşada keçirildi.Aprelin 22-də başlayan qurultayı giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi:”Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “Bu qələbədən sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.”

Artıq bütün dünya azərbaycanlıları ulu öndər Heydər Əliyevi xalqımızın Ümummilli lideri hesab edir, Ümummilli liderimizin diasporumuzun qarşısında qoyduğu vəzifələri yerinə yetirirlər”Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürür mənbəyidir.Mən həmişə fəxr etmişəm,bu gün də fəxr edirəm ki,mən azərbaycanlıyam!”-Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.

Mehriban Mustafayeva,
191 nömrəli məktəbin direktoru
Müxalifət İrəvanda etiraz aksiyalarını bu gün də davam etdirəcəkBu gün saat 12:00-da İrəvanın müxtəlif istiqamətlərində avtoyürüşlər təşkil olunacaq.

Ermənistan KİV xəbər verir ki, bunu Müqavimət Hərəkatının mitinqində parlamentin müxalifətdən olan vitse-spikeri, “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan deyib.

O, vətəndaşları 2-3 maşında avtomobil yürüşləri təşkil etməyə çağırıb.

İşxan Saqatelyan paralel olaraq itaətsizlik aksiyalarının davam edəcəyini deyib. O bildirib ki, saat 16:00-da müxalifət yenidən Fransa meydanına toplaşacaq.
Azərbaycandan Ukraynaya növbəti yardımUkraynanın Dnep şəhərinə Azərbaycandan göndərilən 20 ton humanitar yardım çatdırılıb. Humanitar yardım uzun müddət saxlanıla bilən məhsullar və dərman vasitələrindən ibarət olub.

Bu barədə şəhərin meri Boris Filatov bildirib.

Mer dəstəyə görə Azərbaycan xalqına minnətdarlığını bildirib. O, həmçinin Dneprin azərbaycanlı icmasının yaşadığı şəhər kimi bu yardımı həmişə xatırlayacağını qeyd edib.
Draqi: Putin bizi parçalamaq istəyirdiUkraynadakı hadisələr Avropanı kökündən dəyişir və ABŞ-İtaliya əlaqələrini daha da gücləndirir.

Axar.az xəbər verir ki, bu sözləri İtaliyanın Baş naziri Mario Draqi deyib.

"Ölkələrimiz arasında münasibətlər həmişə yaxın olub. Ukraynadakı bu müharibə onları daha da gücləndirib. Putin bizi bölmək istədi, amma bacarmadı”, - Draqi bildirib.

O, sanksiya siyasətinin davam etdirilməsinin vacibliyini də vurğulayıb:

"İtaliyada və Avropada insanlar bu zorakılığa son qoymaq istəyirlər".
Fərhad Əhmədovun 400 milyonluq yaxtasına HƏBS QOYULDUAlmaniyanın Hamburq limanında Azərbaycan əsilli oliqarx Fərhad Əhmədova məxsus “Luna” yaxtasına həbs qoyulub.

Avrasiya.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, Almaniya Federal Kriminal Polis İdarəsi Rusiyada yaşayan Fərhad Əhmədovun dəbdəbəli gəminin sahibi olan Lixtenşteyn trestinin əsas benefisiarının olduğunu müəyyən edib.

Qeyd edək ki, yaxtanın 400 milyon dollar dəyərində olduğu bildirilir.
Polis bölməsində intihara CƏHDBakının Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Abbasov Təbriz Elbrus oğlu saxlanılaraq polis bölməsinə gətirilib. O, bölmənin ikinci mərtəbəsində özünü pilləkəndən yerə atıb. T.Abbasov müxtəlif bədən xəsarətləri ilə bölmənin polis əməkdaşlarının nəzarəti altında 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.