Ersin Tatardan Avropa Birliyinə ÇAĞIRIŞ: "Bu qərəzli mövqeyinə son qoymalıdır"Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar 9 May - Avropa Günü münasibəti ilə açıqlama yayıb.

Avrasiya.net xəbər verir ki, Ersin Tatar, Avropa Birliyinin (AB) əsas prinsiplərindən uzaqlaşdığını, onlara qarşı fəaliyyətlərini davam etdirdiyini və Kıbrısla bağlı qərəzli mövqeyində israrlı olduğunu gördüyünə görə təəssüfləndiyini bildirib.

“Avropa Birliyinin Kıbrıs Türk xalqının hüquqlarını nəzərə almayan mövqeyi narahatlıq doğurmaqla yanaşı, həll səylərini də əngəlləyir. Avropa Birliyi bu qərəzli mövqeyinə son qoymalıdır”, - deyə o bildirib.

KKTC prezidenti qeyd edib ki, Avropa Birliyi Kıbrısla bağlı qərəzli mövqeyini davam etdirərkən, haqsız şəkildə AB-yə üzv qəbul edilən Cənubi Kipr bu üzvlükdən cəsarət və güc alır, bu üzvlükdən təhdid və şantaj kimi istifadə edir, barışmaz mövqeyini davam etdirir və reallaşa bilməyən federal əsaslara əsaslanan həll yolu tətbiq etməyə çalışır: "Federal əsasa söykənən həll yolu Kıbrıs türk xalqının dövlət və suveren hüquqlarını məhv etmək, xalqımızı azlıq etmək, Türkiyənin təsirli və faktiki qarantını aradan qaldırmaq və türk əsgərlərini Kıbrısdan çıxarmaq məqsədi daşıyır".

AB tərəfindən verilən sözlər yerinə yetirilməzkən, Kıbrıs Türk xalqının rum azlığı olmağa məcbur edildiyini, insan hüquqlarına zidd olan təcrid və embarqoların da hələ davam etdiyini bildirən Ersin Tatar bunları ifadə edib:

"Kıbrıs Türk xalqı adından Avropa Birliyinə çağırışım, Kıbrıs məsələsində birtərəfli mövqeyinə son qoyması və Annan Planı referendumu prosesində verdiyi vədləri yerinə gətirməsidir. Rum tərəfinə tövsiyəm isə gərginlik yaradan fəaliyyətlərinə və silahlanmaya son qoyması, dialoq çağırışlarımıza müsbət yanaşmalıdır".
Təbrizdə çıxan “Sorxab” qəzetində ulu öndər Heydər Əliyev haqqında məqalə dərc olunubTəbrizdə nəşr olunan “Sorxab” qəzetində “Azərbaycan Respublikasının intibah tarixində Heydər Əliyev fenomeni” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs olunur. Məqalədə qeyd olunub ki, may ayının 10-u ulu öndər Heydər Əliyevin anadan olduğu gündür. O, müstəqil Azərbaycan Respublikasının siyasi, iqtisadi əsaslarını yaradıb, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilib. Məhz dünya miqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin böyük əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulub və dünyada öz layiqli yerini tutub.

Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasının və 1993-2003-cü illərdə müstəqil Azərbaycan Respublikasının rəhbəri kimi gördüyü misilsiz işlər xalqının yaddaşında həmişəlik qalacaqdır. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edilmiş, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edilmiş, yeni yaşayış massivləri salınmış, yollar tikilmiş, ucqar rayonlara qaz xətləri çəkilmişdir.

Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycan Respublikasına rəhbərliyi isə dövlətçilik tariximizin ən şanlı səhifələrini təşkil edir. 1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycan Respublikasında siyasi hakimiyyətə qayıdışından sonra qısa zamanda dövlətçiliyin qorunması üçün həyati əhəmiyyətə malik olan ictimai-siyasi sabitlik təmin olundu, ölkənin potensial imkanları, milli mənafeləri, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bir çox digər amillər nəzərə alınmaqla Azərbaycan Respublikasının inkişaf strategiyası hazırlandı. Ümummilli Lider Azərbaycan Respublikasını böyük bəlalardan, müstəqilliyini itirməkdən və bir dövlət olaraq yox olmaq təhlükəsindən xilas etdi, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, iqtisadiyyatının yenidən qurulması və dirçəlməsinə, ölkənin beynəlxalq nüfuzunun artması və mövqelərinin möhkəmlənməsinə nail oldu.

Məlumdur ki, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətində Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması xüsusi yer tuturdu. Bu mühüm missiyanı onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev tamamladı. Ölkə başçısının həyata keçirdiyi qüdrətli dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi, vətənpərvərliyi sayəsində 44 gün davam edən Vətən müharibəsində torpaqlarımız erməni işğalçılarından təmizləndi, ölkəmizin ərazi bütövlüyü təmin olundu.

Torpaqlarımızın işğaldan azad olunması nəticəsində Azərbaycan-İran dövlət sərhədinin bərpası müxtəlif sahələrdəki mövcud potensialdan tam şəkildə yararlanmağa, nəqliyyat-kommunikasiya dəhlizlərinin gerçəkləşdirilməsində birgə iştiraka əlverişli şərait yaradıb. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ulu öndər Heydər Əliyevin siyasi kursunun davamının nəticəsidir.
DSX-nin giziri intihar edibDövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətinin Ağstafa rayonu ərazisində yerləşən şöbəsinin həqiqi hərbi xidmət hərbi qulluqçusu gizir Əlizadə Tərlan Rafiq oğlu yaşadığı xidməti mənzildə intihar edib.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.
Bakıda türk vətəndaşı arvadını və qayınanasını GİROV GÖTÜRDÜBakıda Türkiyə vətəndaşı tərəfindən hədələnərək girov saxlanılan 2 qadın xilas edilib.

Avrasiya.net qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən binada baş verib. Belə ki, 1971-ci il təvəllüdlü Arzu Rəsulova (ad-soyadlar şərti) polisə zəng edərək Türkiyə vətəndaşı olan kürəkəni, 1983-cü il təvəllüdlü M.Akbulut tərəfindən evdə bıçaqla hədələnməsi barədə məlumat verib.

Dərhal ərazi üzrə polis bölməsinin əməkdaşları həmin ünvana gediblər. Məlum olub ki, evdə bir neçə nəfər şəxs olsa da, qapı bağlıdır və polisin çağırışlarına baxmayaraq qapını açan olmayıb.

Bunu görən polis əməkdaşları Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinə müraciət ediblər və həmin binaya gələn xüsusi qrup mənzilin qapısını açıb. Bu zaman M.Akbulut bıçaqla özünə xəsarət yetirməyə cəhd göstərsə də, onun cəhdinin qarşısı alınıb. Həmin şəxsin bıçaqla hədələyib evdə girov saxladığı həyat yoldaşı, 1993-cü il təvəllüdlü Aysel Rəsulova və anası Arzu xilas edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.
Paşinyan Niderlandda etirazla qarşılandı - VİDEOErmənistanın baş naziri Nikol Paşinyan Niderlandda etirazla qarşılanıb.

Bir qrup erməni Niderlandda səfərdə olan Paşinyanın qaldığı otelin qarşısında toplaşaraq, ona etirazlarını bildirib.

Nümayişçilər "Satqın Nikol", "Qatil Paşinyan" və digər şüarlar səsləndiriblər.

Ermənistanda aprelin 25-dən etibarən paytaxt İrəvanda və digər ərazilərdə müxalifətin etiraz aksiyaları başlayıb. Xalqı iqtidara qarşı mübarizəyə səsləyən müxalifət liderləri kütləvi aksiyaları Nikol Paşinyan rejimi ilə “son döyüş” adlandırırlar.
Erməni general Xankəndidəki atışmaya görə saxlanıldıÖtən gün Xankəndi şəhərinin mərkəzində baş vermiş silahlı atışma ilə əlaqədar Qarabağ separatçılarının qanunsuz silahlı birləşməsinin keçmiş komandan müavini, general-mayor Samvel Karapetyan (Oqanovski) saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-lərinə Xankəndidəki separatçılar bildiriblər.

Xankəndinin mərkəzi meydanında baş vermiş atışmanın nəticələri barədə iki maddə ilə cinayət işinin açıldığı bildirilib.

Atışma mayın 10-da saat 19:10 radələrində baş verib.
Sumqayıtda ağır qəza - 7 nəfər yaralandıSumqayıtda "Hyundai" markalı mikroavtobus aşıb.

Hadisə Sumqayıt Texnologiyalar Parkının qarşısından keçən avtomobil yolunda qeydə alınıb.

Belə ki, şirkətə məxsus mikroavtobusun sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarına aşırıb. Qəza nəticəsində 7 nəfər xəsarət alıb. Onlara xəstəxanada tibbi yardım göstərildikdən sonra ambulator nəzarətə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.
Məzahir Süleymanzadə vəfat etdiAzərbaycanın tanınmış jurnalisti, AFFA-nın sabiq mətbuat katibi Məzahir Süleymanzadə 70 yaşında ikən vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə mərhumun qardaşı, beynəlxalq dərəcəli hakim Tahir Süleymanov məlumat verib.

Onun sözlərinə görə, M.Süleymanzadə şəkərli diabetdən dünyasını dəyişib.

Qeyd edək ki, Məzahir Süleymanzadə 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta məktəbi bitirib. Ötən əsrin 70-ci illərinin əvvələrində Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik etmiş jurnalist Zaqafqaziya Hərbi Dairəsinin Tiflisdəki Ali Hərbi Müxbirlər məktəbini, Lvov Ali Hərbi-Siyasi Məktəbinin jurnalistika fakultəsini bitirib. 1974-1979-cu illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.

Müxtəlif illərdə "Leninskoe znamya", "Krasnaya zvezda", "İdman" - "Sport" qəzetlərində, "Sovetskiy voin" jurnalında çalışıb. "Kommunist" qəzetində baş müxbir, məsul katib və redaktor müavini vəzifələrini tutub. 1989-cu ildə müstəqil Azərbaycan mətbuatının ilklərindən sayılan "Səhər" qəzetini təsis edib. 1990-cı ilin 20 yanvar qətliamından sonra Bakıda tətbiq edilən komendant saatı günlərində Azərbaycan Nəşriyyatının və qəzetlərin işinə imkan verilməyib. Buna baxmayaraq, "Səhər" qəzeti gizli yollarla dərc olunmağı bacarıb, faciə qurbanlarının fotoları və faciə haqda məlumatı yayan ilk nəşr olub.

M.Süleymanzadə həmçinin çoxsaylı kitablar müəllifidir.

1984-1994-cü illərdə "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Mirzə Cəlil", həmçinin "Araz" Ali mükafatına layiq görülüb, 1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. Jurnalist 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.

M.Süleymanzadə futbol sahəsində də fəaliyyət göstərib. O, "Neftçi" və AFFA-da mətbuat katibi, Bakı Futbol Federasiyasında prezident və vitse-prezident vəzifələrində çalışıb.
Putinin Donbas planı iflasa uğrayır - PentaqonRusiya qoşunlarının Donbasdakı hücumu plana uyğun getmir. Ruslar Prezident Vladimir Putinin ümid etdiyindən ən azı iki həftə geri qalırlar.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Məlumata görə, qoşunlar Donbasda cəmləşdikdən sonra belə Putin öz məqsədlərinə nail olmayıb:

"Mariupol hələ alınmayıb. O, 10 batalyon taktiki qruplarını şimala göndərib, amma hələ də Mariupolu bombalayır, çünki metallurgiya zavodunda müqavimət davam edir. Yəni o, hələ də alınmayıb”.
Putin sərt tədbirlərə əl atacaq – ABŞ kəşfiyyatıABŞ kəşfiyyat ictimaiyyəti hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibəsi yaxın aylarda daha ​​da gərginləşəcək.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Avril Hayns deyib.

Hayns bildirib ki, Putinin növbəti addımını proqnozlaşdırmaq çətin olacaq:

“Çünki Putin öz ambisiyaları ilə Rusiya ordusunun hazırkı imkanları arasında uyğunsuzluqla üzləşib. Bu vəziyyət Vladimir Putinin daha sərt tədbirlər görəcəyi ehtimalını artıra bilər. O cümlədən, hərbi vəziyyət, sənaye istehsalının istiqamətinin dəyişdirilməsi və ya potensial olaraq hərbi əməliyyatların eskalasiyası”.

O qeyd edib ki, Putinin nüvə silahından istifadə edəcəyi inandırıcı görünmür:

“Putinin məqsədləri Donbasdan çox-çox kənara çıxır. Onlar uğur qazansalar belə, Donbasdakı döyüşlərin faktiki olaraq müharibəni bitirəcəyinə əmin deyilik”.