Putin hər gün bu sözdən istifadə edir - TrampABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinin nüvə təhdidlərinə sərt cavab verməlidir.

Avrasiya.net xəbər verir ki, bu barədə ABŞ-ın sabiq prezidenti Donald Tramp deyib.

“Putin həmişə “N” (nüvə) sözündən istifadə edir. Lakin bu, sadəcə işləmir. O, bu sözü hər gün işlədir”, - deyə Tramp bildirib.
Salyanda cinayət: kişi keçmiş qaynatasını öldürdüSalyanda baş verən qətlin bəzi təfərrüatları məlum olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə ötən gün gecə saatlarında rayonun Qarabağlı kəndində qeydə alınıb.

Belə ki, 70 yaşlı Məlikağa Əliyevin qızı Rəvanə Əliyeva bir neçə il əvvəl qonşu Gomuşçu kəndinin sakini, 1985-ci il təvvəllüdlü Faiq Mətləb oğlu Məlikov ilə ailə həyatı qurub. Cütlüyün bu nikahdan iki övladı dünyaya gəlib. Amma son vaxtlar cütlük arasında mübahisələr baş verdiyindən onlar 6 ay əvvəl onlar məhkəmə qaydasında boşanıblar. Kənddəki şadlıq evlərindən birində aşpaz işləyən Faiq Məlikov ötən axşam saat 23:30 radələrində iri mətbəx bıçağı götürərək uşaqlarını görmək bəhanəsi ilə keçmiş qaynatasının evinə gəlib. Bu zaman M.Əliyev evdə tək olub.

M.Əliyevlə keçmiş kürəkəni arasında mübahisə yaranıb. M.Əliyev F.Məlikovun əlindəki bıçağı alaraq ona 4 xəsarət yetirib. F.Məlikov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. M.Əliyev hüquq-mühafizə orqanlarına zəng edərək hadisə barədə məlumat verib. O, polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinyət işi açılıb, araşdırma aparılır.
Ukraynaya hücumdan sonra 20 ölkə 400 rusiyalı diplomatı ərazisindən çıxarıbRusiyanın Ukraynaya hücumundan sonra 20 ölkədən 400-dən çox rusiyalı diplomat öz vəzifəsini tərk edib.

“Report” xəbər verir ki, bu barədə “The Washington Post” yazır.

Nəşrin məlumatına görə, Rusiyanı Ukraynaya hücumuna və xaricdəki təxribat fəaliyyətinə görə cəzalandırma strategiyasının bir hissəsi olaraq onlarla ölkə rusiyalı diplomatları və səfirlik rəsmilərini ərazilərindən çıxarıb.

Bəzi ölkələr Rusiya səfirliyinin rəsmilərini casusluqda ittiham edib. Digər ölkələr buna əsas kimi 1961-ci ilin diplomatik münasibətlər haqqında Vyana Konvensiyasının pozulmasını əsas gətiriblər. Bir qism ölkələr isə Rusiya hərbçilərinin Kiyev vilayətində törətdiyi qəddarlıqlara görə diplomatların ölkədən çıxarılmasını elan ediblər.

Ümumilikdə, nəşrin hesablamalarına görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra 20-yə yaxın ölkədən 400-dən çox rusiyalı diplomat öz vəzifələrini tərk etmək məcburiyyətində qalıb.

Siyahıda adı ən çox qeyd edilən ölkə ABŞ-dır. ABŞ beynəlxalq arenadakı əsas rəqibinə qarşı sanksiyalar da tətbiq edib.

Martın 4-də Monteneqro Rusiyanın Podqoritsadakı səfirliyinin bir əməkdaşının diplomatik normaları pozduğunu əsas gətirərək “persona non-qrata” elan edib. Martın 14-də Slovakiya Rusiya səfirliyinin üç əməkdaşını ərazisindən çıxarıb və səfirliyi əməkdaşlarının diplomatik konvensiyalara əməl etmələrini təmin etməyə çağırıb.

Latviya, Litva, Estoniya, Bolqarıstan da siyahıda yer alıb. Martın 18-də Latviya, Litva və Estoniya birlikdə “diplomatik statuslarına zidd hərəkətlər və Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar” ümumilikdə 10 rusiyalı diplomatı ərazilərindən çıxarıb. Həmin gün Bolqarıstan 10 rusiyalı diplomatı geri göndərəcəyini açıqlayıb.

Martın 23-də məlum olub ki, Polşa “özünü diplomat kimi təqdim edən rusiyalı 45 casusu” ərazisindən çıxarıb.

Belçika, Niderland, Çexiya, İrlandiya da bu ölkələrə qoşulublar. Martın 29-da Belçika 21 rusiyalı diplomata casusluq və ya digər qanunsuz fəaliyyətə görə ərazisini tərk etməyi əmr edib. Niderland da kəşfiyyatçı kimi təqdim etdiyi 17 rusiyalını ərazisindən çıxardığını bildirib. Çexiya da bir diplomatı ölkədən çıxarıb. İrlandiya dörd yüksək rütbəli rusiyalı məmura "beynəlxalq diplomatik davranış standartlarına uyğun gəlməyən" hərəkətlərə görə ərazisini tərk etməli olacaqlarını bildirib.

Aprelin 4-də Almaniyanın xarici işlər naziri Annalena Burbok Berlinin 40 rusiyalı diplomatı “arzuolunmaz şəxslər” elan etdiyini bildirib.

Danimarka, İtaliya, Sloveniya, Portuqaliya, İspaniya, İsveç və Avropa Birliyi (AB) də həmin siyahıda yer alıb. Ukraynanın Buça şəhərində mülki əhalinin öldürülməsinin nəticələri ortaya çıxmağa davam etdikcə, AB-nin diplomatik xidməti ilə birlikdə daha çox Avropa ölkəsi rusiyalı diplomatları və əməkdaşlarını ərazilərindən çıxarmağa başlayıb.

Aprelin 6-da Norveç üç rusiyalı diplomatı diplomatik statusları ilə "uyğunsuz" fəaliyyət göstərdiyini əsas gətirərək “persona non-qrata” elan edib.

Yunanıstan Rusiyanın ərazisindəki diplomatik və konsulluq nümayəndəliklərinin 12 əməkdaşının “persona-non-qrata” olduğunu açıqlayıb.

Aprelin 8-də rəsmi Tokio səkkiz rusiyalı diplomatı ölkədən çıxardığını elan edib. Xarici İşlər Nazirliyinin nümayəndələri bildiriblər ki, bu qərar Rusiya səfiri Mixail Qaluzinə yox, bir neçə ticarət nümayəndəsinə aiddir.
Ulu öndərin 21 il əvvəl söylədiyi sözlər bu gün gerçək olduAprelin 22 si Qarabağda, mədəniyyətimizin paytaxtı Şuşada Dünya Azərbaycanlılarının V ZƏFƏR qurultayında 65 ölkədən 400 ə yaxın diaspor nümayəndəsi iştirak etmişdir.

Tarixi Zəfərdən sonra keçirilən ilk qurultay tarixə Zəfər qurultayı kimi daxil oldu .Bu zəfərin müəllifi bu torpaq uğrunda canlarını fəda edən qəhrəman əsgərlərimiz,bir vəhdət şəklində bir olan xalqımız və Ali Baş Komandanımızdır.

Zəfər yolu ilə Zəfər qurultayına gələnlər haqlı olaraq böyük qürur yaşadılar.

Hazırda işğaldan azad olan ərazilərdə ,həmçinin ölkəmizin müxtəlif yerlərində Zəfər muzeyləri inşa edilir.Bu zəfər bütün azərbaycanlıların qələbəsi , xoşbəxtliyidir.

Bütün xarici media bu qurultay haqqında əsas məqamları işıqlandırmış və Şuşada keçirilən qurultayın tarixi mənası olduğunu vurğulamışdır.Eyni zamanda Azərbaycandakı yeni vəziyyət və sülhsevər siyasətimizdən bəhs olunmuşdur.

Möhtərəm prezidentimiz erməni işğalından bəhs etmiş,yeni quruculuq, dirçəliş sahəsindəki uğurlarımızdan bəhs etmişdir. Bu qurultayın tarixi əhəmiyyətindən bəhs edərkən 21 il əvvəl Ulu Öndərin Respublika sarayından söylədiyi fikirləri qurultay iştirakçılarının diqqətinə çatdırdı." Bir gün gələcək ,biz qurultaya Şuşaya yığışacağıq." Bu gün həmin gündür.Biz uzun yol keçərək ,şəhidlərimizin qanıyla suvarılan Zəfər yolu ilə Şuşaya gəldik.

Diaspor fəalları Azərbaycanın paytaxtında Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda edən şəhidlərimizin məzarlarını, Ulu Öndərin məzarını ziyarət etdikdən sonra Zəfər yolu ilə Zəfərin yazıldığı qəhrəman Şuşaya gəldilər. Diaspor qarşısında Zəfər qurultayı yeni vəzifələr müəyyənləşdirdi. Bu istiqamətdə görüləcək işlər planlaşdırıldı.

Möhtərəm prezidentimiz İlham Əliyev qurultayda Ermənistana və onun havadarlarına səsləndi,eyni zamanda bildirdi ki, bu Qələbə həm erməni diasporu ilə həm də xaricdə yaşayan erməni havadarları ilə apardığımız müharıbədə şəxsi qələbəmizdir.

Rəşad Rəhmanov
Siyəzən şəhər M.Müşfiq adına 2 saylı tam orta məktəbin direktoru
Rusiyanın 2 təyyarəsi, 4 tankı məhv edildiDonbasda Ukrayna ordusu son sutka ərzində rus işğalçılarının 6 hücumunu dəf edib, 2 təyyarə və 3 PUA-nı vurub.

Bu barədə Ukrayna Birləşmiş Qüvvələr Əməliyyatı Feysbuk sosial şəbəkəsində məlumat yayıb.

O cümlədən, ukraynalı müdafiəçilər 4 tank, 5 artilleriya sistemi, 13 zirehli maşın, 15 texnika, iki tanker və bir zenit sistemini məhv ediblər.