Xersonda rusların 70 hərbçisi məhv edildiXerson vilayətinin Velikiy Aleksandrovka rayonunda Ukrayna hərbçiləri düşmənin 70 canlı qüvvəsini və sursat anbarını məhv edib.

Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

“Bundan başqa düşmən Novodmitrovka və Belousov yaşayış məntəqələri rayonunda da canlı qüvvə itkisinə məruz qalıb”, - məlumatda qeyd olunub.
Prezident Aleksey Overçuku qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

Dövlətimizin başçısı ölkələrimiz arasında ticari-iqtisadi sahədə qarşılıqlı fəaliyyətin yaxşı səviyyədə olduğunu qeyd edərək daha əvvəl əldə edilmiş razılıqların yerinə yetirilməsindən məmnunluğunu bildirib.

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətinə toxunub və komissiyanın iclasında görülmüş işlərin nəzərdən keçiriləcəyinə, həmçinin ənənəvi əməkdaşlıq sahələrindən başqa potensial istiqamətlərin, o cümlədən ticarət və xidmətlərin həcminin daha da genişləndirilməsi məsələlərinin müzakirə ediləcəyinə, əməkdaşlıq üçün yeni sahələrin müəyyənləşdiriləcəyinə ümidvar olduğunu bildirib.

Dövlət başçısı Aleksey Overçukun ölkəmizə səfəri zamanı Rusiya-Azərbaycan-Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli komissiyanın fəaliyyətinin və ilk növbədə, nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələlərinin müzakirə ediləcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev bununla əlaqədar dəmir yolunun Azərbaycan ərazisində artıq 60 kilometrlik hissəsinin tikildiyini və gələn il tikintinin tamamlanacağını bildirib. Avtomobil yolu ilə də bağlı Azərbaycan tərəfindən işlər qrafikə tam uyğun şəkildə aparılır. Əfsuslar olsun ki, Ermənistan tərəfindən bunlarla bağlı heç bir işə başlanılmayıb, Ermənistan öz ərazisindən keçməsi nəzərdə tutulan avtomobil yolu marşrutunun coğrafi koordinatlarını belə qeyd etməyib. Azərbaycanın bu məsələni dəfələrlə qaldırmasına baxmayaraq, Ermənistan tərəfindən bununla bağlı heç bir cavab gəlməyib.

Aleksey Overçuk Rusiya ilə Azərbaycan arasında bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyini məmnunluqla xatırladıb. Qonaq Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin önəmini vurğulayıb.

Görüşdə ticari-iqtisadi, nəqliyyat, tranzit, logistika, maliyyə, bank, energetika, neft-qaz sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
Əl-Qaidə xeyli sayda vaqnerçini əsir götürdüƏl-Qaidə terror təşkilatının “Sahel” bölməsi Malidə Rusiyanın “Vaqner” qruplaşmasının xeyli döyüşçüsünü əsir götürüb.

Axar.az xəbər verir ki, bu barədə Əl Qaidəyə məxsus “Əl Zəllak” qəzeti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, “Vaqner” döyüşçüləri aprelin birinci həftəsində Moura kəndində Mali ordusu ilə birgə həyata keçirdikləri əməliyyat nəticəsində çoxlu sayda dinc sakin öldürüblər.

Bununla da Əl-Qaidə ilk dəfə olaraq Malidə vaqnerçilərin olması ilə bağlı açıqlama verib.

Malidəki hərbi administrasiya isə hərbçilərin “Vaqner” qrupu ilə əməkdaşlıq etdiyinə dair iddiaları qəti şəkildə rədd edib.
DİN vəzifəli şəxsi cərimələdiAzərbaycanda bələdiyyə sədrinin müavini cərimələnib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 25-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Abşeron rayonu ərazisində keçirdikləri tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsinə əməl edilməməsi aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Hökməli bələdiyyəsinin sədr müavini Z.Buğumov barəsində inzibati protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.
Məmurun sürücünü döyməsi: yol kimindir? – VideoÖtən gündən sosial şəbəkələrdə və mediada “leksus”lu məmurun motosiklet sürücüsünü döyməsi videosu səs-küyə səbəb olub. Hər kəs yüksək vəzifə daşıdığı iddia edilən Sultan Dadaşovun motosiklet sürücüsünü döyməsini tənqid edir. Ancaq maraqlıdır: məmuru özündən çıxaran nədir? O, niyə əsəbiləşib, motosikletçini döyməyə qədər qalxır? Bəlkə, “hüququları” pozulub?

Videonun təhlili onu göstərir ki, hadisə Mikayıl Müşfiq küçəsi ilə İzzət Nəbiyev küçəsinin kəsişməsində - “Qurd qapısından” 20 nömrəli məktəbə düşən yolda, FHN-nə çatmamış, dairəyə girişdən öncə - baş verib.

Burada baş yol motosiklet sürücüsünün hərəkət etdiyi Mikayıl Müşfiq küçəsidir, “Leksus”un gəldiyi istiqamət isə - İzzət Nəbiyev küçəsi – ikinci dərəcəli yoldur. Yəni “Leksus” nə qədər böyük qabaritli avtomobil olsa da, nə qədər güclü mühərriki olsa, hətta sükan arxasında yekə məmur otursa belə, o, “balaca” motosikletə yol verməyə borcludur. Motosiklet sürücüsü yolun tıxac olmasını nəzərə alıb, videodan göründüyü kimi, qarşısına çıxan “Prius”a yol da verir. Amma yoluna davam etmək istədikdə “Leksus” özü kimi nəhəng sürücüsünün “qazı” ilə yola çıxmağa çalışır.

Yəni burada məmur Sultan Dadaşov həm suçlu, həm də güclüdür – o, həm qayda pozur, motosiklet sürücüsünün yoluna çıxmaq istəyir və yol vermədiyi üçün motosikletçiyə “siqnal” göndərir (sürücülər bilir bu anda “siqnal” nə deməkdir – Ə.M.), daha sonra isə motosikletçini maşınla əzib, sonra da söyüb-şillələyir...

Videonu bir daha təqdim edirik, diqqətlə baxın:
MN-dən itkin düşən hərbçilərlə bağlı açıqlamaAzərbaycan Ordusunun Laçın rayonunda itkin düşən 2 hərbi qulluqçusunun axtarışları davam edir.

Müdafiə Nazirliyindən bildirilib ki, martın 4-də Laçın rayonu ərazisində yolu azaraq itkin düşən müddətli həqiqi hərbi xidmət qulluqçuları - əsgər Fərid Əjdər oğlu Məmmədov və əsgər Firdovsi Mais oğlu Abdullayevin axtarışı davam edir.

Bildirilir ki, yüksək dağlıq və çətin relyefli ərazidə hərbi qulluqçularımızın tapılması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
İşğaldan azad olmuş bütün ərazilər Erməni vandalizminin canlı şahidləridirlərİnternet məlumatlarından, qəzet və s. informasiya verən digər şərhçilər tərəfindən əldə etdiyim məlumatları eşitdikcə inam bu və ya başqa formada öz təsdiqini tapdıqca məndə Erməni cəlladlarına qarşı nifrət hissi artmaqda davam edir.Belə ədalətsiz işğala, insanlara yəni Azərbaycan xalqına qarşı amansızcasına törədilən cinayət hər bir azərbaycanlı kimi mənimdə erməmilərə qarşı nifrətimi artırırdı.

Dərs dediyim şagirdlərə ermənilərin Qarabağ ərazisində ayrı-ayrı rayon və kəndlərinində törətdikləri vandalizm vəhşilikləri barədə izahat verir. Ermənilərə qarşı nifrət hissinin gücləndirilməsinə nail olmağa çalışırdım.
Cəbhə yanı ərazilərdə ermənilərin qəflətən ordumuzun yerləşdiyi ərazilərə hücumu və bu hücumun ordumuz tərəfindən qarşısının alınması həmişə məndə qürur hissini artırmış, Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin uzaq görən siyasətindən şagirdlərimə danışmış, Siyəzən rayon şagirdlərinin keçdiyi məğrur yolu xatırlatmışam.1994-cü il tarixində Ulu Öndər Heydər Əliyev tərəfindən atəşkəsə nail olundusada, ermənilərin ikiüzlü, bir daha insanlığa layiq olmayan sifətləri, əməlləri ayrı-ayrı illərdə də ordumuz şəhidlər verirdi. 2016-cı il aprel döyüşləri xalqımızda oyanış yaratdı. Artıq Respublikamızın hər yerində olduğu kimi Siyəzənlilərində düşməndən intiqm almaq hissi güclənmişdi.Axı şəhid olan əsgərlərimiz bir-birimizin qohumu, qonşusu və qardaşı idi.

2020-ci il 27 sentyabrın ermənilərin başlatdığı müharibə məni də ehtiyyatda olan zabit kimi bu müharibəyə qoşulmada vadar etdi. Dövlətin çağırışına səs verdim. Arıq sınıf şəraitində dərs dediyim şagirdlərim cəbhədə yanımda idi. Füzuli rayonundan başladığımız müharibə müzəffər ordumuzun fədakarlığı ilə ard-ardınca düşmən üzərində qələbə hamımızı ruhlandırır, 30 il ərzində ermənilərin törətdikləri vandallıq rəhbərlik etdiyim əsgərlərin daha da nifrətini artırır, hər bir əsgər böyük coşqu lə döyüşür.Özümün və şəhid yoldaşımızın əvəzinə döyüşürük deyə hücuma keçirdilər.

Ərazilərimizi düşməndən təmizlədikcə adama elə gəlirdi ki, ayaq altında tapdalanan torpaqda üzümüzə gülür, dərələr, təpələt hər yer gözümüzdə düm-düz idi. Dağılan kəndlər, viran qoyulan ərazilər düşmənə nifrət hissini artırırdı. Döyüşdüyüm 42 gün ərzində nə qədər şəhidimiz o,cümlədən Siyəzən rayonundan da şəhidlərimiz oldu. Qürurla demək olar ki, şəhidlərimizin qanı yerdə qalmadı.Azərbaycan xalqının ordumuzla birgə vəhdəsi bir yumruq ətrafında birləşməsi əsgərlərimizin düşmən üzərində zəfər qazanması ilə başa çatdı.

Qazanılan zəfər siyasi təfəkkür nəhəngi, əsl xalq rəhbəri, Azərbaycan Respublikasının Prezidenti ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və xalqın yekdil birliyi olmuşdur.

Siyəzən şəhər M.Müşfiq adına 2 saylı tam orta məktəbin hərbi müəllimi
Azərbaycanda 15 idmançı xəstəxanalıq olduAprelin 25-i saat 12 radələrində Göygöl Rayon Mərkəzi Xəstəxanasından 15 şəxsin dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu ilə müraciət etməsi barədə Göygöl Rayon Prokurorluğuna məlumat daxil olub.

Göygöl Rayon Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, cüdo idman növü üzrə Azərbaycan çempionatına hazırlıq məqsədilə Göygöl Rayon Olimpiya İdman Kompleksində təşkil olunmuş təlim-məşq toplanışında iştirak edən müxtəlif bölgələrdən olan 15 nəfər gənc idmançı qeyd edilən tarixdə ürəkbulanma, hərarət və qusma əlamətləri ilə xəstəxanaya müraciət edib, həmin şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Zəhərlənmənin hansı səbəbdən baş verməsini müəyyən etmək məqsədilə müvafiq nümunələr götürülərək laborator müayinəsinə göndərilib.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.
Zaretska Premyer Liqada qazandığı pulu Ukrayna ordusuna bağışlayırAzərbaycan karateçisi İrina Zaretska Portuqaliyanın Matozinyuş şəhərindəki Karate1 Premyer Liqa turnirində qazandığı məbləği Ukrayna ordusuna bağışlayacaq.

"Report"un məlumatına görə, 68 kq çəki dərəcəsində çıxış edən 26 yaşlı idmançı bu barədə Dünya Karate Federasiyasının (WKF) rəsmi saytına açıqlamasında bildirib.

Zaretska Portuqaliyadakı turnirdə Ukrayna üçün çıxış etdiyini söyləyib: "Bu turnirdə nə özüm, nə də ölkəm Azərbaycan üçün mübarizə aparmışam. Mən həm də doğulduğum Ukrayna üçün döyüşmüşəm. Buna görə də burada qazandığım pulun hamısını Ukrayna ordusunun müharibədə vuruşmasına kömək üçün verəcəyəm. Hər töhfə yardımçı olur".

Qeyd edək ki, İrina Zaretska yarışın finalında italiyalı Silvia Semeraroya uduzaraq gümüş medal qazanıb. Nəticədə Zaretska 500 avro pul mükafatına sahib çıxıb.
Çempionlar Liqasında yarımfinal BAŞLAYIRBu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.

İlk oyun günündə bir qarşılaşma keçiriləcək.

Belə ki, İngiltərənin “Mançester Siti” komandası doğma azarkeşləri önündə Madridin “Real” klubunu qəbul edəcək. Qarşılaşma Bakı vaxtilə saat 23:00-da başlayacaq.

Komandaların cavab qarşılaşması mayın 4-də baş tutacaq.

UEFA Çempionlar Liqasında yarımfinal, ilk oyun

26 aprel

23:00. “Mançester Siti” - “Real”

Baş hakim: İştvan Kovaç (Rumıniya)

Mançester, “Etihad ”stadionu