Rusiyanın daha bir hərbi gəmisi sıradan çıxdıRusiya Sərhəd Xidmətinin Sahil Mühafizəsinə məxsus 22460 layihəli "Rəsul Həmzətov" patrul gəmisi sıradan çıxıb.

Bu barədə “Defense Express” məlumat yayıb.

Məlumata görə, gəmi Volqa-Don kanalı vasitəsilə Xəzər dənizindən Azov dənizinə keçən zaman zədələnib. Bildirilib ki, yedək gəmisi kanaldan çıxaran zaman gəminin sükan və vint hissələrini zədələyib. Ehtiyat hissələri olmadığı üçün gəmini təmir etmək hələ mümkün deyil.
"Təkcə Donbas istiqamətində Rusiyanın 13 tankı məhv edilib"Təkcə Donetsk və Luqansk vilayətləri ərazisində son sutkada Rusiya qüvvələrinin yeddi hücumu dəf edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının gündəlik operativ məlumatında qeyd olunub.

“On üç tank, üç artilleriya sistemi, on yeddi zirehli texnika, dörd zirehli döyüş maşını və on səkkiz avtomobil və dörd yanacaqdaşıyan məhv edilib. Hava hücumundan müdafiə bölmələri sözügedən ərazidə “Orlan-10” tipli üç pilotsuz uçuş aparatını vurub”, - məlumatda vurğulanıb.
Hərbi xərclərə görə dünyada beşinciyikAzərbaycan ÜDM-də hərbi xərclərin payına görə dünyada beşinci yerdə qərarlaşıb.

Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) “Dünya hərbi xərclərinin tendensiyaları” adlı yeni hesabatında məlumat yer alıb.

Hesabata əsasən, 2021-ci ildə ÜDM baxımından hərbi xərclərin həcminə görə Oman, Küveyt, Səudiyyə Ərəbistanı və Əlcəzairdən sonra Azərbaycan beşinci yeri tutub. Belə ki, ötən il Azərbaycanın hərbi xərcləri ölkə ümumi daxili məhsulunun 5,3 faizini təşkil edib.

Siyahıda Azərbaycandan sonra ÜDM-in 5,2 faizini hərbi məqsədlər üçün ayıran İsrail yer alıb. Bundan əlavə, Ermənistan ÜDM-in 4,4 faizini hərbi xərclərə yönəltməklə doqquzuncu yerdə qeyd olunub.


Modern.az
Arestoviç: Düşmən uğur əldə edə bilmir!Düşmən Luqansk vilayətinə hücum edir, Donetsk vilayətində irəliləməyə çalışır.

Bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

Arestoviçin sözlərinə görə, rus ordusunun əsas məqsədi Xarkov vilayətinin İzyum şəhərindən uzaqlaşaraq Donetsk vilayətinin Slavyansk və Kramatorsk şəhərlərinə getməkdir:

"Onlar Luqansk vilayətinə hücum etməyə davam edir. Ruslar Popasnaya, Rubijne və Severodonetsk şəhərləri ərazisində hücum aksiyaları keçirməyə çalışır, lakin heç bir uğur əldə edə bilmir”.

O, həmçinin Mariupolda ukraynalı müdafiəçilərin son dərəcə çətin vəziyyətdə olduğunu xatırladıb:

"Mülki əhalinin və hərbçilərin yerləşdiyi "Azovstal" zavoduna işğalçılar ağır bombalar atır, onu artilleriyadan atəşə tutur və hücum üçün qüvvə və texnika cəmləşdirir".
Makron prezident seçildikdən sonra ilk onunla danışdıFransa Prezidenti Emmanuel Makron və Almaniyanın kansleri Olaf Şolts arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Bildirilib ki, bu, E.Makronun yenidən prezident seçildikdən sonra ilk telefon danışığıdır. Almaniya kansleri onu prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.
Ağ Ev: "ABŞ tezliklə Ukraynaya yeni yardımı elan edəcək"ABŞ gələn həftə Ukraynaya yeni yardımı elan etməyə hazırlaşır.

"Report" CNN-ə istinadən xəbər verir ki, məlumatı Ağ Evin Milli Təhlükəsizlik müşavirinin müavini Con Fayner təsdiqləyib.

Eyni zamanda o qeyd edib ki, ABŞ hazırda Rusiyanın cəzalandırılması ilə bağlı əlavə addımlar atmağı düşünür.

"Biz Rusiyanın hərbi imkanları inkişaf etdikcə yardımımızı və yanaşmamızı tənzimləmək üçün çevikliyimizi nümayiş etdiririk. Hadisələrin döyüş meydanında necə cərəyan etməsindən asılı olaraq, bundan sonra da yardımları davam etdirəcəyik", - Ağ Evin sözçüsü bildirib.
Fransada seçkilər: etirazlar başladıFransanın Renn şəhərində etirazçılar prezident seçkisinin ilk nəticələrinin açıqlanmasından sonra şəhərin mərkəzində barrikadalar qurublar.

Avrasiya.net xəbər verir ki, bu barədə "France Bleu" radiostansiyası məlumat yayıb.

Məlumata görə, bu gün keçirilən etiraz aksiyalarında təxminən 250 nəfər iştirak edir.

Polislə etirazçılar arasında qarşıdurma baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçilərdən birini saxlayıb.

***

Paytaxt Parisdə radikallarla polis arasında toqquşma başlayıb. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edir.
Conson rus helikopterinə minməkdən imtina etdiBöyük Britaniyanın Baş naziri Boris Conson Hindistana səfəri zamanı Rusiya istehsalı olan helikopterə minməkdən imtina edib.

"Ölkə.az" xəbər verir ki, bu barədə Hindistanın "Tayms" qəzeti məlumat yayıb.

Məlumata görə, səfərdən 3 gün əvvəl Britaniyadan Hindistana gələn xüsusi qrup Consonun minəcəyi Rusiya istehsalı Mi-19 helikopterinin ABŞ istehsalı olan "Chinook"la əvəzlənməsini tələb edib.

Hindistan Hərbi Hava Qüvvələrinin Çandiqarh şəhərindəki bazasından tələb olunan helikopter gətirilib.
Fransada seçki: bülletenlərin 70%-i sayıldıFransada 24 apreldə keçirilən prezident seçkilərinin ikinci turu üçün ilkin rəsmi rəqəmlər açıqlanıb.

Artıq bülletenlərin 70%-dən çoxu sayılıb.

Hazırkı nəticələrə görə, Emmanuel Makron 53,91%-lə liderdir, Marin Le Pen isə 46,09% səs toplayıb.

Qeyd edək ki, ekzitt-poll nəticələrinə görə Makron 55-58 faiz səslə seçkilərin qalıbdır.