İran xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcəkAzərbaycanın Tehrandakı səfiri İranın xarici işlər nazirinin müavininin Azərbaycana gözlənilən səfəri və İƏT-ə üzv ölkələrin parlament iclasının Bakıda keçiriləcəyi haqda məlumat verib.

“Azad İran” “Telegram” kanalının İSNA-ya istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə jurnalistlərə bildirib ki, bu həftə İran xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Mehdi Səfəri Azərbaycana səfər edəcək.

Ə.Əlizadənin sözlərinə görə, Azərbaycan İranla əlaqələrə xüsusi önəm verir. O, gələn ay ikitərəfli görüşlərin keçiriləcəyini də açıqlayıb.

Səfir habelə qeyd edib ki, Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev gələn ay İrana səfər edəcək. Bundan əlavə, may ayında Bakıda İƏT parlament nümayəndə heyətinin görüşü keçiriləcək. İclasa İƏT-ə üzv ölkələrin parlament sədrləri dəvət olunub. İclasda İranın parlament sədrinin və parlament nümayəndə heyətinin iştirakı gözlənilir.
Xankəndi əhalisinə şok xəbərdarlıq: Əhali təxliyə olunurSosial şəbəkənin erməni seqmentində Xankəndi ilə bağlı informasiya sürətlə yayılır.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, separatçıların adından yayılan məlumatda Xankəndi şəhərinin əhalisinə xəbərdarlıq edilir. Bildirilir ki, buradakı ermənilər aprelin 30-na qədər təxliyə olunacaqlar.

Sözügedən informasiya sosial şəbəkənin erməni seqmentində şok effekti yaradıb və böyük təşvişə səbəb olub.
YAŞAT Fondu: "Türkiyədə 35 Vətən müharibəsi qazisinin müalicəsi davam etdirilir""Hazırda Türkiyədə 35 Vətən müharibəsi qazisinin müalicəsi davam etdirilir".

"Report"un xəbərinə görə, bunu YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov deyib.

Onun sözlərinə görə, ümumilikdə, YAŞAT Fondunun maliyyə dəstəyi ilə 167 Vətən müharibəsi qazisi Türkiyədə müalicəyə göndərilib:

"Onlardan 132 nəfərinin müalicəsi tamamlanaraq türkiyəli mütəxəssislərin rəyi əsasında ölkəmizə qaytarılıb. Hazırda isə 35 qazimizin müalicəsi Türkiyədə davam etdirilir".
Məhkəmə əməkdaşına cinayət işi AÇILIBZərdab rayon məhkəməsinin vəzifəli şəxsinin vətəndaşı rüşvət verməyə təhrik edib pulunu ələ keçirməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumatda bildirilib.

İstintaqla Zərdab rayon məhkəməsində böyük məsləhətçi vəzifəsində işləmiş Elçin Səmədovun vəzifədə işləyərkən özünü məhkəmədə mülki iş üzrə qərar qəbul etmək səlahiyyəti olan hakimlə guya yaxın əlaqəyə malik olan şəxs kimi təqdim edib.

O, yaratmış olduğu inam və etibardan sui-istifadə edərək, həmin məhkəmənin icraatında olan mülki iş üzrə müraciət etmiş vətəndaşa köməklik edəcəyinə dair yalan vəd verib. Bu yolla da onun 2021-ci ilin may ayında xidməti otağında sonuncunun 5 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə, həmçinin həmin hərəkətləri ilə vətəndaşı rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Elçin Səmədova Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

İstintaq zamanı cinayət işi üzrə vurulmuş maddi ziyanın ödənilməsi təmin edilib.
"Diaspor təşkilatlarımız daha da aktiv olmalıdırlar"“V Qurultaydan sonra diaspor təşkilatlarımız daha da aktiv olmalıdırlar”.

Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev Zəfər qurultayı ilə bağlı açıqlamasında bildirib.

Nizami Verdiyevin fikirincə, V Qurultayın bu il Şuşada keçirilməsinin siyasi əhəmiyyəti var:

“Şuşa mədəniyyət paytaxtı kimi tanınır. Şuşa Zəfər qurultayı və Şuşa bəyannaməsindən sonra həm də siyasi mərkəzə çevrilir. Bununla da reqionun sabitliyinə təkan verəcək”.

“Bəzi diaspor təşkilatların fəaliyyətində həmişə narazı olmuşuq. Məlum məsələdir ki, erməni diaspor təşkilatları yüz illərdir ki, fəaliyyət göstəriblər. Bizdən fərqli olaraq Ermənistan dövlətindən dəstək almayıblar. Əksinə, Ermənistanı daimə dəstəkləyiblər. Bizim isə diaspor təşkilatların yaranması heç otuz il eləmir. Amma buna baxmayaraq onlara dövlət dəstəyi var. Bu dəstəyi səmərəli istifadə etmək lazımdır, öz şəxsi maraqları kənara qoymaq lazımdır”- Nizami Verdiyev qeyd etdi.

Onun sözlərinə qörə, Vətən müharibəsindən sonra diaspor təşkilatlarımız daha da aktiv olmalıdırlar:

“Hesab edirəm ki, V Qurultaydan sonra, diaspor təşkilatlarımız daha da aktiv olmalıdırlar. Vətən müharibəsi dövründə azərbaycanlılar həmrəyliyini bütün dünyaya göstərdilər. Müharibə bitib, amma indi informasiya müharibəsi dövrüdür. Bu informasiya müharibəsində diaspor təşkilatlarımız ön “cəbhə” xəttindədirlər və öz işlərində möhkəm olmalıdırlar”.
16 yaşlı oğlan AXTARILIRŞabran rayon sakini, 2006-cı il təvəllüdlü Samuray Qasımov aprelin 15-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, S.Qasımovun boyu 160 santimetrdir, orta bədən quruluşludur.

Evdən çıxarkən əynində qara gödəkcə, qara şalvar və qara ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya (055) 650-20-44 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
Həftə sonu 4 gün iş olmayacaqBu həftəsonundan etibarən Azərbaycanda bayram tətili başlayır.

Nazirlər Kabinetinin qərarına əsasən, mayın 2 və 3-ü Ramazan bayramı kimi qeyd ediləcək.

Bununla da, vətəndaşlar bu həftəsonundan etibarən dörd gün ərzində istirahət edə biləcəklər.

Bayram günləri həftənin bazar ertəsi və çərşənbə axşamına düşdüyündən növbəti iş günü çərşənbə, yəni üçüncü gün olacaq.
Rusiyaya gedəcək 8 min maşın Belçikada qaldıRusiyaya göndərilən təxminən 8 min dəbdəbəli avtomobil Belçikanın Zebruqe limanında saxlanılır. Moskvaya tətbiq edilən sanksiyalara görə avtomobilləri ölkəyə çatdırmaq mümkün olmur.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

Məlumata görə, aralarında son model “Leksus”, “Kadillak” və “Mersedes” markaları da olan avtomobillər Asiyadan gətirilib. Onların Rusiyaya daşınması nəzərdə tutulurdu, lakin dəyəri nəqliyyat vasitələri sanksiyalara görə Belçika limanında qalıb.
Erməni “soyqırımı” yalanını ABŞ bu cür hazırlayıb - FotoBu xəritə 1813-1914-cü illər arası Osmanlı imperiyasında yaşayan ermənilərin məskunlaşdığı yerlərdir. 1 milyon 20 min qriqorian, 60 mindən bir az çox katolik ermənilərin yaşadıqları böyük bir ərazidə 1.5 milyon erməninin öldürülməsi nə dərəcədə real ola bilər? Ümumiyətlə o dövrdə Osmanlı imperiyasında 1.5 milyon erməni yox idi və bu sualı ermənilərə verəndə susurlar.

Kult.az xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev qondarma erməni soyqırımı haqda qeyd edib.

O bildirib ki, 1.5 milyon erməninin guya öldürülməsi söhbəti ABŞ-da yaranıb:

“Məhz Amerika bu qondarma rəqəmləri dünyaya yayıb. Çünki artıq 1914-cü ildə Amerika rəsmləri Osmanlı ərazisində bu prosesi hazırlayırdılar.

Osmanlı dövləti 1914-cü ildə ABŞ-a səfir təyin edir - bu Əhməd Rüstəm bəy idi və onun 24 iyun 1914-cü ildə vəzifəsinə başlayan kimi nəzərdən keçirdiyi ABŞ qəzetləri artıq müsəlman türklərin xristian erməniləri qılıncdan keçirdiyini yazırdı; türklər təhqir olunur, Amerika prezidentindən Osmanlının dənizlərinə döyüş gəmilərini göndərmək tələb edirdilər. 1914-cü ildə soyqırım söhbəti belə yox idi, amma Amerika mediası bunu yazırdı.

Amerika rəsmləri səfirə ciddi təzyiqlər edirdilər, onu persona non qrata elan etmək üçün səbəb axtarırdılar. 1914-cü ildə ABŞ-da erməni soyqırımı təbliğatına qarşı mübarizə aparan, ABŞ Prezidenti Vilsona “Sən əvvəl öz qanlı əllərini təmizlə” deyən səfir Prezident Vilsonun təkidi ilə Amerikanı tərk edir.

Bu, hadisələrin başlanğıcı idi. Amerika xüsusi missionerləri Osmanlı torpaqlarında üsyan layihəsi hazırlayırdılar və Osmanlı kəşfiyyatı bu barədə məlumatlı idilər. Köçürülmə qərarından sonra 13 vilayətdə yaşayan (300 min) erməni onlara dəyən zərəri ödəməklə digər ərazilərə köçürülməsi başlandı. Amerika və ona o zaman dəstək verən Fransa və Rusiya ermənilərin o ərazidən köçürülməsi ilə razılaşa bilmirdilər və bu hadisədən sonra dünyada Osmanlını sıxmağa başladılar. Ölən 250 min ölən erməninin sayı 1.5 milyona “qaldırıldı”. Amerika bu günə qədər də Türkiyəyə uydurma soyqırım vasitəsilə təzyiq etməyə çalışır”.

Dosent sonda bir daha vurğulayıb ki, Osmanlı torpaqlarında erməniləri üsyan etməyə təhrik edən Amerika, bu layihənin rəhbəri Vudro Vilson idi.
Bakıda attestatsız şəxs direktor müavini təyin olunub?Bakıda attestatsız şəxsin direktor müavini vəzifəsinə təyin edilməsilə bağlı araşdırma aparılır.

Avrasiya.net xəbər verir ki, bu barədə Report-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, paytaxtdakı 3 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini İsmət Qədir qızı Yusifova 01.09.2004-cü ildə işə qəbul edilib:

"2004-cü ildə 3 nömrəli tam orta məktəb Binəqədi Rayon Təhsil Şöbəsinin tabeliyində olub. 2006-cı ildə Bakı şəhərində rayon təhsil şöbələri ləğv edilərək Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradılıb. Həmin məsələ ilə bağlı araşdırma aparılıb. Bununla bağlı müvafiq tədbir görülməsi üçün aidiyyəti orqanlara müraciət olunub".