Britaniya Ukraynaya 500 milyon dollar kredit ayırırBöyük Britaniya Ukraynaya 500 milyon dollar məbləğində kredit şəklində maliyyə yardımı göstərmək qərarına gəlib.

"Report" "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukraynanın maliyyə naziri Sergey Marçenko deyib.

Onun sözlərinə görə, Britaniya xəzinədarlığının rəhbəri müharibə şəraitində dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün tərəfdaş ölkələrin resurslarının bir hissəsinin təcili olaraq Ukraynaya verilməsi çağırışını dəstəkləyib.

Marçenko, həmçinin qeyd edib ki, Britaniya Ukraynaya digər ölkələrin və maliyyə təşkilatlarının cəlb edilməsinə çağırıb.

Bundan əvvəl Britaniya Ukraynaya 521 milyon dollar ayırıb və Dünya Bankından 1 milyard dollarlıq kreditin təminatçısı kimi çıxış edib.
Rusiya Ukraynada daha bir “respublika” yaradırXerson vilayətində işğalçılar “xalq respublikası” yaratmaq üçün aktiv fəaliyyətə başlayıblar.

Bu barədə Ukraynanın “Cənub” operativ komandanlığı məlumat yayıb.

Bildirilib ki, artıq “referendum” keçirmək üçün hazırlıqlar gedir. İddiaya görə, “referendum”u 27 apreldə keçirmək planlaşdırılıb.

Ombudsman Lüdmila Denisova isə qondarma referendumun 1-10 may arasında keçiriləcəyinə cəhd ediləcəyi haqda məlumat aldığını deyib. Qeyd edib ki, 2014-cü ildə Luqansk və Donetskdə keçirilən qondarma referendum ssenarisini Xersonda tətbiq etməyə çalışırlar.

Xerson şəhər meri İqor Kolıxayev onda “referendumun tarixi” ilə bağlı hər hansı dəqiq məlumat olmadığını deyib.

İ.Kolıxayev hazırda işğal altında olan şəhərdə fəaliyyətini davam etdirdiyini, insanlara xidmət etdiyini də bildirib.
Estoniya və Latviya Rusiyanın Ukraynadakı cinayətlərini soyqırımı kimi tanıyıbEstoniya və Latviya parlamentləri Rusiyanın Ukraynadakı cinayətlərini soyqırımı kimi tanıyıb.

Bu barədə Latviya Seyminin saytında məlumat verilib.

Öz növbəsində Ukraynanın “Xalqın xidmətçisi” partiyasının sədri Yelena Şulyak bəyan edib ki, Estoniya parlamentinin Rusiyanın Ukrayna ərazisində törətdiyi müharibə cinayətlərini soyqırımı kimi tanımasını əlamətdar hesab edir.

“Axı məhz Estoniya parlamentinin üzvləri 1933-cü ildə Stalinin təşkil etdiyi Qolodomoru Ukrayna xalqına qarşı törədilmiş soyqırımı kimi tanıyıb”, – deyə Yelena Şulyak xatırladıb.
Şarl Mişel: “Avropa İttifaqı Ukrayna üçün ağır silahlar alacaq”Avropa Birliyi Rusiyaya qarşı müharibədə dəstək olmaq üçün ağır silahlar alıb Ukraynaya pulsuz təhvil verməyə razılaşıb.

“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “European Pravda” qəzetinə müsahibəsində bildirib.

“Təhlükəsizlik baxımından bununla bağlı çox xəbər olmayacaq. Amma biz Ukraynanı bu silahlarla təmin etmək öhdəliyimizə sadiqik. Mən çox yaxşı xatırlayıram ki, müharibə başlayandan iki gün sonra prezident Zelenski mənə zəng edərək Ukraynaya silah verilməsini koordinasiya etməyi xahiş etdi. Aİ üçün çox çətin qərar idi, biz bunu əvvəllər etməmişdik. Ancaq biz bunu bir neçə saat ərzində etdik!”, - Mişel bildirib.

Onun sözlərinə görə, o vaxtdan keçən iki ay ərzində Aİ “European Peace facility” (Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını ödəmək üçün satınalmalarda istifadə olunur - Red) vasitəsilə artıq 1,5 milyard avro ayırıb.

“Bu, bir çox Aİ-yə üzv dövlətlərin ikitərəfli səviyyədə gələn dəstəyinə əlavədir. Lakin bu yardım kifayət deyil, biz daha çox etməliyik və edəcəyik”.
Tayson təyyarədə sərnişini döydü - VideoABŞ-ın əfsanəvi boksçusu Mayk Tayson uçuşdan əvvəl təyyarədə sərnişini döyüb.

Avrasiya.net Axar.az-a istinadən xəbər verir ki, 55 yaşlı idmançı San-Fransiskodan Floridaya uçduğu vaxt arxa oturacaqdakı kişi içkinin təsiri altında onunla söhbətə cəhd edib. Tayson isə həmin şəxsə bir neçə dəfə xəbərdarlıq etdikdən sonra sifətinə zərbələr endirməyə başlayıb.

Zərərçəkən sərnişinə tibbi yardım göstərilib. O, polisə müraciət edib. Tayson isə təyyarədən çıxıb.
Kreml məğlub oldu - PodolyakHazırda Rusiya tam siyasi və iqtisadi təcrid vəziyyətindədir.

Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

O, Ukraynaya qarşı iki aya yaxın müharibənin nəticələrindən sonra Rusiyanın dünyada mövqelərinin aşağı düşdüyünü bildirib.

Podolyak qeyd edib ki, iki aylıq hərbi əməliyyatlarda Kreml xarici arenada məğlubiyyətə uğrayıb.
Ukrayna dağıntılar nəticəsində 550 milyard dollar itiribRusiyanın xüsusi hərbi əməliyyatı nəticəsində Ukraynaya dəyən ziyan açıqlanıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“İlkin hesablamalara görə, Ukrayna dağıntılar nəticəsində 550 milyard dollar itirib”, - dövlət başçısı deyib. Zelenski qeyd edib ki, Ukrayna iqtisadiyyatını bərpa etmək üçün ayda 7 milyard dollara qədər vəsait lazımdır.
ABŞ Rusiya ilə sanksiyaların ləğvini müzakirə etmirABŞ hakimiyyəti hazırda Rusiya ilə bu ölkəyə qarşı qoyulan məhdudiyyətlərin yumşaldılması imkanını müzakirə etmir.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Duleep Singh bildirib. O bildirib ki, Ukraynanın iştirakı olmadan belə bir dialoq mümkün deyil.

"Düşünürəm ki, bu, tezdir. Bizim hələ ki, açıq ünsiyyət kanallarımız var. Amma biz sanksiyaların yumşaldılmasından danışmaq mərhələsində deyilik. Çünki Rusiya təcavüzü artmaqda davam edir. Bunun dayandırılmasına dair heç bir dəlil yoxdur", - deyə Sinq bildirib.
ABŞ Çini növbəti dəfə hədələdiABŞ Çini geniş sanksiyalar və ixrac nəzarəti ilə hədələyib.

Bu barədə ABŞ Dövlət katibinin müavini Vendi Şerman deyib.

“Mən özüm bir neçə Çin rəsmisi ilə danışmışam. Biz birbaşa dedik ki, onlar bizim Rusiyaya qarşı sanksiyalar, ixrac nəzarəti baxımından nə etdiyimizi gördülər, bu, onlara Çinin Rusiyaya həqiqətən maddi dəstək göstərdiyi təqdirdə nə edə biləcəyimiz barədə təsəvvür yaratmalıdır. Çin artıq işləri yaxşılaşdırmayan işlər görür. Pekin qalib gələn sistemi sarsıtmağa çalışır”, - Şerman qeyd edib.


Axar.az
Bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayırBu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayır.

Zəfər qurultayı aprelin 23-dək davam edəcək.

Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edəcək.

Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşüdür.

Zəfər Qurultayında bundan sonra diasporun fəaliyyətini müəyyənləşdirəcək mühüm qərarların qəbul ediləcəyi gözlənilir.

Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat veriləcək, “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələr təşkil ediləcək.