Prezident: "Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq""Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün böyük xoşbəxtlikdir".

Bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

“Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Şuşada qurultay başladı: Prezident çıxış edir - FotoAprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı işə başlayıb.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

Xatırladaq ki, Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay isə 2016-cı ildə keçirilib.
Azərbaycanın bank sektorunun aktivləri 22% artıbBu il aprelin 1-nə Azərbaycanın bank sektorunun aktivləri 39 673,2 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankına istinadən xəbər veririk ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 22 % çoxdur.

Bankların aktivlərinin 16 350,0 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 24 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 40,6 %-dən 41,2 %-ə yüksəlib.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 25,5 % artaraq 34 731,7 milyon manata, o cümlədən depozit portfeli 34,2 % artaraq 28 259,2 milyon manata çatıb. Bunun 10 200,8 milyon manatı fiziki, 18 058,4 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 27,3 %, şirkətlərin banklardakı vəsaitləri isə 38,5 % artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 14,6% azalaraq 317,2 milyon manat olub.

Sektorun balans kapitalı isə 1,9 % artaraq 4 941,5 milyon manat təşkil edib.

Avrasiya.net
Kadırov “Zelenskini öldürmək” xəbərindən danışdıÇeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna prezidenti Vladimir Zelenskini öldürmək istəməsi ilə bağlı yayılan xəbərləri şayiə adlandırıb və məsxərəyə qoyub.

Ramzan Kadırov özünün Telegram kanalında Zelenskini ələ salan açıqlama yayıb.

"Mətbuatdan bu cəfəngiyyatı oxuyuram. Guya, Zelenskini öldürməyi öz öhdəmə götürmüşəm. Mən və ya mənim qrupum haqda belə yazırlar. Zelenski, qaç, qaç! Çünki axırın çatıb, səni özününkülər aradan götürəcək.
Sən bizi narahat etmirsən, çünki sadəcə, KVN komandasının yaxşı oyunçususan... Hadi, gözün hara baxırsa, qaç”, - Kadırov bildirib.

O, əlavə edib ki, bu cür söz-söhbətlərə öyrəşib və artıq onlara fikir vermir.
Məscidin nəzir qutusundan pul oğurlandıZaqatalada məsciddən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinə aprelin 13-dən 15-dək olan müddətdə Göyəm kəndi ərazisindəki məscidin nəzir qutusundan 300 manatın oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qandax kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Anar Osmanov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.
Ruslar şərqdə ciddi itkilər verir: 300 ölü, 220 yaralı“Şərq” əməliyyat cəbhəsindəki döyüşlər nəticəsində işğalçılar böyük itkilər verir.

Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

“Düşmən ciddi itki verməyə davam edir. Aprelin 20-də Novoaydardakı xəstəxanaya Rusiya ordusunun 220-yə yaxın yaralı hərbçisi yerləşdirilib. İşğalçıların 50-dən çox hərbçisi isə ölüb. Bundan əlavə, Kuraxovski istiqamətində Cənub Hərb Dairəsinin 58-ci Əlahiddə Ümumqoşun Ordusunun 136-cı əlahiddə motoatıcı briqadasının batalyon taktiki qrupu 250 nəfərə yaxın itki verib və 10 ədəd texnika itirib”, - məlumatda qeyd olunub.
Putin üçün ən pis ssenari - ABŞBayden administrasiyasının yüksək rütbəli rəsmiləri bildiriblər ki, qarşıdakı dörd həftə Rusiya-Ukrayna müharibəsinin yekun nəticəsini müəyyənləşdirəcək və Avropanın xəritəsinə ciddi təsir edəcək.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.

Rəsmilərin fikrincə, əgər Rusiya şərqə nəzarəti ələ alsa, Putinin xüsusi hərbi əməliyyatı uğur kimi təqdim etmək və Ukraynanın rusiyapərəst azlığını müdafiə etdiyini iddia etmək üçün daha yaxşı şansı olacaq.

“Ukrayna hərbçiləri Rusiyanın Donbasdakı hücumunu dayandıra bilsələr, Rusiya prezidenti çətin seçim qarşısında qalacaq: ya illərlə davam edə biləcək müharibəyə daha çox hərbi güc vermək, ya da ciddi şəkildə sülh danışıqları aparmaq. Birinci variant tam milli səfərbərlik demək ola bilər və Kreml rəhbəri üçün siyasi baxımdan təhlükəlidir.

Düzgün silah, yüksək əhval-ruhiyyə və motivasiya ilə Ukrayna qüvvələri nəinki Rusiyanın irəliləyişini dayandıra, həm də onu geri çəkilməyə məcbur edə bilərlər”, - məlumatda deyilir.
"Son sutkada Rusiyanın 10 yerüstü, 15 hava hədəfi məhv edilib"“Ukraynanın Donetsk və Luqansk vilayətləri ərazisində Rusiya işğalçılarının 10 hücumunun dəf olunması nəticəsində 6 tank, 8 zirehli texnika, 15 avtomobil texnikası və 4 artilleriya sistemi məhv edilib”.

Bu məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Bildirilib ki son sutkada Rusiyanın 15 hədəfini - 9 PUA-sını ("Orlan-10"), 3 təyyarəsini ("Su-34", "Su-35", "Su-25") və 3 helikopterini (2 "Mi-8" və bir "Ka-52") məhv edib.