Komitə sədri Avrasiya.net-i təbrik edibAvrasiya.net saytının baş redaktoru Cavid Şahverdiyevə

Hörmətli Cavid müəlim,

Söz və mətbuat azadlığının təmin olunması Azərbaycan dövlətinin əsas prioritetlərindəndir. Ümummilli Lider Heydər Əliyev tərəfindən həmişə jurnalistlərə qayğı göstərilmiş, məhz onun təşəbbüsü ilə 6 avqust 1998-ci il tarixində mətbuatda senzuranı ləğv edilərək Azərbaycanda söz və mətbuat azadlığı üçün hüquqi təminatlar yaradılmışdır. Eyni zamanda Heydər Əliyev tərəfindən qəzetlərin nəşriyyata olan borcları silinməklə onların fəaliyyətinə böyük dəstək olmuşdur. Mətbuat və söz azadlığına yönəlik siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirlmişdir.

Təsadüfi deyil ki, Heydər Əliyev söz azadlığını bizim milli sərvətimiz adlandırmışdır. Qeyd etməliyəm ki, bu gün 10 yaşı tamam olan Avrasiya.net saytının ictimai rəyin düzgün formalaşmasıında özünəməxsus yeri vardır. Yubiley münasibəti ilə Sizi ürəkdən təbrik edir və işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar,
energetika və ekologiya komitəsinin sədri

MİT PKK-nın iki komandirini məhv etdiMİT Suriyanın Eyn əl-Ərəb (Kobani) bölgəsində fəaliyyət göstərən PKK/YPG-nin rəhbərlərindən Rodin Abdulqadir Məhəmməd və Ranya Henan adlı şəxsləri zərərsizləşdirib.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Türkiyə Milli Müdafiə Nazirliyi açıqlamasında “Pəncə Qıfıl” əməliyyatı çərçivəsində 42 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
Rusiya bu ölkəyə də girəcək - General ağzından qaçırdıRusiya ordusu xüsusi əməliyyatın ikinci mərhələsində Donbas üzərində tam nəzarəti bərqərar etməlidir.

Axar.az xəbər verir ki, bunu Rusiya Mərkəzi Hərb Dairəsinin komandan müavini, general-mayor Rüstəm Minnekayev deyib.

“Xüsusi əməliyyatın ikinci mərhələsində Rusiya ordusunun vəzifələrindən biri Donbas və Ukraynanın cənubuna tam nəzarət etməkdir. Rusiya ordusunun Donbas üzərində nəzarəti Krıma quru dəhlizi yaradacaq, həmçinin Ukrayna hərbi qüvvələrinin həyati əhəmiyyətli obyektlərinə, digər ölkələrə kənd təsərrüfatı və metallurgiya məhsullarının çatdırıldığı Qara dəniz limanlarına təsir göstərəcək. Ukraynanın cənubuna nəzarət Dnestryanıya çıxış yoludur, burada da rusdilli əhalinin sıxışdırılması faktları mövcuddur. Göründüyü kimi, biz indi bütün dünya ilə müharibə vəziyyətindəyik, Böyük Vətən müharibəsi illərində olduğu kimi, bütün Avropa, bütün dünya bizə qarşı idi. İndi də belədir, heç vaxt Rusiyanı sevməyiblər”, - general bildirib.

Minnekayev qeyd edib ki, Rusiya ordusunun Ukrayna Silahlı Qüvvələri üzərində quruda, havada və suda açıq-aşkar üstünlüyü var.
"Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olub""Vasitəçilərə gəldikdə deyə bilərəm ki, əfsuslar olsun ki, bu gün hələ də Minsk qrupu haqqında Ermənistanda yüksək vəzifəli şəxslər sözlər deyirlər".

Avrasiya.net xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

"Hesab edirəm ki, bu, əbəsdir və bunun heç bir mənası yoxdur. Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olub", - dövlət başçısı bildirib.

Prezident deyib: "1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış bu qrup faktiki olaraq heç bir nəticə əldə etməyib. İndi bu qrupun tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, bu qrup məsələni həll etmək üçün yaranmayıb. Sadəcə olaraq biz o vaxt bir qədər sadəlövh idik. Bu qrup məsələni həll etmək üçün yox, işğalı əbədiləşdirmək üçün yaradılmışdır. Minsk Qrupunun həmsədr ölkələrində erməni lobbi qrupları çox təsirlidir. Məhz buna görə 28 il bu qrupun heç bir nəticəsi olmamışdır.

2019-cu ildə isə qrupun fəaliyyəti demək olar ki, dayanmışdır. Bunun da səbəbi Ermənistanın yeni rəhbərliyinin çox qəribə davranışı olmuşdur.

Çünki Ermənistanın yeni rəhbərliyi 2018-ci ildə hakimiyyətə gələndə həm Minsk Qrupunda, həm - onu da açıq deməliyəm ki, bizdə də bəzi ümidlər var idi ki, indi kriminal xunta rejim artıq devrildi, hakimiyyətə gələn yeni nəsil siyasətçilər reallığı dərk edəcəklər. Anlayacaqlar ki, Azərbaycanla mübarizə aparmaq, müharibə aparmaq onların iqtidarında deyil. Demək olar ki, bir il ərzində aparılan fəal danışıqlar bu fikri daha da gücləndirirdi. Ancaq 2019-cu ildə Ermənistan rəhbərliyi tam fərqli mövqe sərgiləməyə başlamışdır. Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən cəfəng fikirlər faktiki olaraq danışıqlar prosesinə son qoymuşdur. "Qarabağ Ermənistandır və nöqtə" deməklə danışıqlar prosesinə son qoyuldu. Bu açıqlamadan sonra mənimlə görüşə gələn Minsk Qrupu, demək olar ki, çox qeyri-müəyyən vəziyyətdə idi. Çünki bu bəyanatdan sonra hər hansı bir danışıqların aparılması qeyri-mümkündür. Çünki danışıqların mahiyyəti ondan ibarət idi ki, işğal altında olan torpaqlar azad olunacaq. Faktiki olaraq Minsk Qrupu ondan sonra hər hansı bir, hətta görüntü naminə fəaliyyət göstərə bilmədi".
"Çox vacibdir ki, tarixi məqamlar daim diaspor təşkilatlarının gündəliyində olsun""1980-ci illərin sonlarında başlamış separatizm meyilləri faktiki olaraq Qarabağın böyük hissəsini Azərbaycandan qopardı. Hələ Sovet İttifaqı dövründə bunu etdilər. Xüsusi idarəetmə komitəsi yaradıldı və Moskvadan bir ermənipərəst adam təyin olundu".

Bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

“Ondan sonrakı tarix də bəllidir. Bax, bizim xalqımız iki əsr ərzində bütün bu iztirablardan keçib və nəhayət, öz sözünü deyib. Nəhayət, “dəmir yumruq”la düşmənin başını əzib, tarixi ədaləti və milli ləyaqəti bərpa edib. Ona görə, bax, çox vacibdir ki, bu tarixi məqamlar daim diaspor təşkilatlarının gündəliyində olsun”, - dövlət başçısı vurğulayıb.
Ağdamda məktəbli qız intihar etdiAğdamda 17 yaşlı qız intihar edib.

Hadisə rayonun Üçoğlan kəndində baş verib.

Kənd sakini 2005-ci il təvəllüdlü Gültac Oruc qızı Əhmədova yaşadığı evdə özünü asaraq intihar edib. G.Əhmədova Ağdam rayon Bəxtiyar Musayev adına Üçoğlan kənd tam orta məktəbinin 11-ci sinifində oxuyub.

Faktla bağlı cinayət işi açılıb araşdırma aparılır
Biz təkcə Ermənistanla müharibə aparmamışıq - PrezidentOtuz ilə yaxın davam edən danışıqlar, sadəcə olaraq, bu işğalı əbədiləşdirmək, Ermənistanın işğalçılıq siyasətini pərdələmək və bizi bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Əlbəttə, biz heç vaxt buna razı ola bilməzdik və Vətən müharibəsindəki göstərdiyimiz iradə, qətiyyət, döyüş meydanındakı qəhrəmanlıq bunu bir daha göstərdi.

Avrasiya.net xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı deyib.

“Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Biz sübut etmişik ki, ölümə getməyə hazırıq. Öldü var, döndü yoxdur və müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərimiz ölümə gedirdilər, Vətən uğrunda bilərəkdən ölümə gedirdilər”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Mariupolda 4 azərbaycanlı həlak oldu, 1-i itkin düşdüUkraynanın Mariupol şəhərində müharibə nəticəsində daha 4 azərbaycanlı həlak olub, 1 nəfər isə itkin düşüb.

Bu barədə Report-a Mariupol Azərbaycanlıları Konqresinin (MAK) sədri Afaq Həmidova məlumat verib.

Onun sözlərinə görə, ölənlər Mariupol şəhər sakinləri Əli Qarayev, Mansur Bəşirov, İlqar Məmmədov və Kifayət adlı xanımdır:

"Kifayət xanım döyüşlər zamanı sığınacaqda ürək dayanmasından ölüb, digərləri isə Rusiya ordusunun şəhəri artilleriya atəşinə tutması nəticəsində mərmilərə tuş gələrək həlak olub".

A.Həmidova bildirib ki, Azərbaycan vətəndaşı, əslən Tovuz rayonundan olan Mariupol sakini Mahir İslamov isə itkin düşüb.
"Ölü bir qurumu diriltmək məntiqsizlikdir"Keçmiş “Dağlıq Qarabağ münaqişəsi” 10 noyabr 2020-ci il tarixli razılaşma ilə sona çatdıqdan sonra de-fakto ATƏT-in Minsk qrupu səlahiyyətlərini itirmiş vəziyyətdədir. Prezident İlham Əliyev Mİnsk qrupunun fəaliyyətinin nəticəsini sıfır adlandırmaqla 28 il davam edən və münaqişənin hüquqi əsaslarla həll olunması missiyasını üzərinə götürmüş təşkilatın ən dolğun qiymətini verib.

Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında politoloq Vasif Əfəndi deyib.

O, qeyd edib ki, hazırda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və qonşuluq prinsipi ilə əlaqələrin qurulması istiqamətində görülən işlərdə Avrop İttifaqının səylərinə köklənmək daha doğu seçimdir ki, bunu da hər iki dövlətin başçıları isti yanaşırlar: "Brüssel görüşü isə demək olar ki, dönüş nöqtəsidir. Bu yaxınlarda Laçın şəhərindən yan keçməklə inşa edilən yeni yolun görüntülərinin yayılması əslində bu istiqamətdə işlərin daha öncədən aparıldığının göstəricisidir. Hesab edirəm ki, aprel ayının sonlarına qədər işçi komissiyasının yaradılması yekunlaşacaq və əlaqələrin qurulması istiqamətində işlər daha da sürətləndiriləcək. Minsk qrupunun yenidən fəallaşması mükünlüyü barədə Ermənistan tərəfinin iddiaları olsa da hələlik bunun üçün heç bir lüzum yoxdur. Müharibənin bitməsindən 18 ay ötməsinə baxmayaraq bu təşkilat tərəfindən bir təklif irəli sürülmədiyi halda ölü bir qurumu diriltmək məntiqsizlikdir. Hətta vəziyyəti elə həddə çatdırmalıyıq ki, hər iki dövlət başçıları kənarda deyil, vasitəçisiz olaraq Bakı və Yerevanda danışıqları davam etdirməlidirlər".
"Fransa tarixdə insan qətliamlarında əli olanların ilk sırasında dayanır"Əminliklə deyə bilərəm ki, Fransa tarixdə insan qətliamlarında əli olanların ilk sırasında dayanır. Hər bir dövlət üçün birinci olaraq onun maraqları dayanır. Maraqları naminə soyqırımı da, deyə bilər, adi insan ölümü kimi də baxa bilər.

Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında politoloq Elman Vəliyev deyib.

Politoloqun fikrincə, Fransa XVI əsrdən müstəmləkəliyə başlayıb. Bu yolda ona maneə olanların əksəriyyətini "qılıncdan" keçirdib: "Bunların içərisində Afrika öndə dayanır. Əlcəzair 1954-1962-ci illərdə dekolonizasiya yolunda mübarizə apararkən minlərlə insan Fransa gücləri tərəfindən öldürüldü. 1994-cü ildə Ruandada öldürülən 800 min insanın qanında Fransa əli vardıd. Bu faciədən 4 il sonra Sabiq prezident Mitteran bu hadisəni adi bir vəziyyət olduğunu dilə gətirdi. Bu gün Makronun Buçada olan vəhşilikləri gözardı etməsi gözlənilən hal idi. Diqqət etmək lazımdır ki, Fransa prezidentlərinin əksəriyyəti Rusiya yanlısı olur. Amerika və Britaniya ağır sanksiyaları tətbiq edərkən və Rusiya işğalını pisləyərəkən Fransa tərəfi ifrat təzyiqlər göstərmədi".

E.Vəliyev deyib ki, qondarma erməni soyqırımı Fransa rəhbərləri tərəfindən öz legitimlikləri üçün məharətlə istifadə etdikləri bir siyasi kartdır: "Buçada, Xocalıda, Bakıda, Ruandada olanlara hüquqşünaslar qiymət verməlidir ki? Niyə bu faciələri öz boyunlarından hüquq müstəvisinə yıxırlar. İndi güya, hüquqi cəhətdən bu soyqırımı sayılmır düşüncəsi mövcuddur. Soyqırımı bir millətin, xalqın məhv edilməsi ilə eyniləşdirilir. Bu heç də düzgün bir tendensiya deyildir. "Erməni" etnik qrupunun soykökü məhv edilib ki, bunu soyqırımı kimi qiymətləndirirlər, əlbəttə ki yox. Bu etnik tayfa güclərin maraqlarına xidmət etmək üçün vardır. Amerika, Fransa prezidentləri seçkiqabağı reytinq qazanmaq üçün bu qrupdan istifadə edirlər, yoxsa bu tayfaya canı yandıqlarından deyil. Həmçinin Rusiya da bu kukla dövlətdən istifadə edənlərdəndir. Bu kartdan hələ bir xeyli müddət istifadə edəcəklər".