II Dünya müharibəsi iştirakçılarına 1500 manat veriləcəkPrezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1 500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Sərəncama əsasən, 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 3,5 milyon manat ayrılıb.
Ukrayna ordusu rusların sursat anbarını məhv etdi - VideoUkrayna Silahlı Qüvvələrinin 10-cu dağ-hücum briqadası rus ordusunun sursat anbarını məhv edib.

Bu barədə briqadanın Feysbuk səhifəsində məlumat yerləşdirilib.

“Rusiyanın dağıdılmış sursat anbarı indi belə görünür. Bu, “Edelveys” artilleriyasının işidir. Çağırılmamış qonaqların maskalanma əməliyyatı başlamamış başa çatdı”, - məlumatda qeyd olunub.
KKTC-də pandemiya ilə bağlı bəzi qaydalar ləğv edildiQuzey Kıbrıs Türk Cümhuriyyətinin Səhiyyə Nazirliyi, Yoluxucu Xəstəliklər Ali Komitəsinin COVID-19 pandemiyası ilə əlaqədar qüvvədə olan bəzi qaydaları ləğv etdiyini açıqlayıb.

Müvafiq olaraq, ölkəyə girərkən "güvəndə qal" tətbiqi axtarılmayacaq. Xaricdən gələnlər peyvənd kartını və ya peyvənd olunmadıqda PCR-dən 72 saat əvvəl və ya antigen testinin nəticələrindən 24 saat əvvəl ölkəyə daxil ola biləcəklər.

Komitə adadaxili keçidlərdə epidemioloji vəziyyətin qiymətləndirilməsi nəticəsində tətbiq edilən qaydaların ləğv edilməsi və insanların COVID-19 üçün test öhdəliyi olmadan keçə bilməsi barədə qərar qəbul edib.

Qapalı əyləncə mərkəzlərinin girişində peyvənd olunmamış insanların son 24 saat ərzində antigen testləri ilə Adapass sorğuları davam edəcək.

COVID-19-a yoluxmuş təhsil işçiləri və ya tələbələr təcrid müddətinin sonunda mənfi antigen testi ilə məktəbə qayıda biləcəklər.
İtkin düşən tələbə qız tapıldı - Sevgilisi ilə qaçıbmışBakı Mühəndislik Universitetinin itkin düşən III kurs tələbəsi Lamiyə Binnətova tapılıb.

Avrasiya.net xəbər verir ki, modern.az-ın əldə etdiyi məlumata görə, tələbə qız aprelin 1-də sevdiyi oğlana qoşularaq rayonlardan birinə gedib. Onun bu gün Masallı rayonunda aşkar edildiyi deyilir.

Qızın yaxınlarının bildirdiyinə görə, Lamiyənin ailəsi onun kiminlə qaçmasından xəbərdar olub:

"Lamiyənin əvvəldən sevdiyi oğlan olub. Ailəsinin də bundan məlumatı var idi, amma qızın anası münasibətlərinə qarşı çıxırdı. Bu səbəbdən Lamiyə sevdiyi oğlanla gedib. Hazırda onların Masallı rayonunda olduğu deyilir. Ailə Lamiyə və onun sevdiyi oğlanın münasibətini qəbul etmir".

Lamiyə Binnətova tapıldıqdan sonra anası axtarış müraciətini geri çəkib.

Bakı Mühəndislik Universitetinin sözçüsü Elman Babayev isə Lamiyənin aprelin 1-i saat 16:50-də müəllimdən icazə alaraq dərsdən çıxdığını və geri qayıtmadığını bildirib.
Gəncədə məktəbli qız sinif yoldaşını bıçaqladıGəncə şəhər Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbdə insident baş verib. Belə ki, məktəbin 8-ci sinif şagirdi həmcinsi olan sinif yoldaşını bıçaqlayıb.

İlkin məlumata görə, 2007-ci il təvəllüdlü 9-cu sinif şagirdi həmcinsi olan sinif yoldaşına bıçaqla xəsarət yetirib. 15 yaşlı qızın sinif yoldaşına boyun və kürək nahiyəsindən 2 zərbə vurduğu bildirilir.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub:

“Polis əməkdaşları dərhal hadisə yerinə gedərək araşdırmalara başlayıblar. Məktəbliyə öz sinif yoldaşı olan digər qız şagird tərəfindən xəsarət yetirilməsi məlum olub. Hazırda araşdırma aparılır. Nəticədən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, xəstəxanaya yerləşdirilən məktəblinin vəziyyəti orta ağır qiymətləndirilir.
Rusiya gəmilərini Ukrayna sahillərindən geri çəkdiQara dəniz əməliyyat zonasında olan Rusiya hərbi gəmiləri Ukrayna sahillərindən təxminən 200 km geri çəkilib.

Bu barədə “Cənub” əməliyyat Komandanlığı məlumat yayıb.

“Qara dəniz əməliyyat zonasında düşmən dəniz qüvvələrinin raket və desant gəmiləri qrupu Ukrayna sahillərindən təxminən 200 km geri çəkilib. Lakin gəmilərin blokada və raket zərbələri təhlükəsi hələ də qalmaqdadır”, - məlumatda qeyd olunub.
Sabiq başçı baş həkimlərdən pul aldığını etiraf etdiKürdəmir Rayon İcra Hakimiyyətinin (RİN) həbsdə olan sabiq başçısı Ceyhun Cəfərovun ibtidai istintaq və məhkəməyə verdiyi ifadəsi məlum olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, o, dindirilən zaman elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.

Ceyhun Cəfərov ifadəsində deyib ki, 16 aprel 2014-cü il tarixdən Kürdəmir RİH-in başçısı vəzifəsində işləyib, buna qədər isə (2011-2014) Tərtər RİH-in başçısı olub:

“Birinci müavinim Tacəddin Novruzov, yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində isə Natiq Kərimov işləyirdi. İttihamları qəbul etmirəm”.

Lakin ibtidai istintaq zamanı Ceyhun Cəfərov özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, Kürdəmir RİH-in başçısı vəzifəsində işlədiyi müddətdə Rayon Mərkəzi Xəstəxanasının müxtəlif vaxtlarda baş həkimi olmuş Məhəmməd Musayev və Eynulla Novruzovdan rayon tədbirlərinə xərclənməsi üçün pul alınıb.

Belə ki, 2015-ci ilin iyun ayından etibarən Tacəddin Novruzov göstərişim əsasında həmin vaxt baş həkim işləmiş Məhəmməd Musayevdən ildə iki dəfə olmaqla 1 000 manat pul tələb edərək alıb. Həmin pulu rayon ərazisində keçiirlən “ölkəmizi tanıyaq” layihəsinə sərf etmişəm. Məhəmməd Musayev baş həkim işlədiyi 3 il ərzində ildə iki dəfə olmaqla ondan 6 dəfə, hər dəfəsində isə 1 000 manat pul alınıb.

Bundan sonra Tacəddin Novruzov baş həkim təyin edilən Eynulla Novruzovdan da göstərişim əsasında ildə iki dəfə olaraq hər dəfə 1 000 manat pul tələb edərək alıb. Həmin pul vəsaitləri də “ölkəmizi tanıyaq” layihəsinə sərf olunub.

Ümumilikdə Məhəmməd Musayevdən 3 il ərzində 6 dəfə olaraq, cəmi 6 000 manat, Eynulla Novruzovdan isə iki dəfə olaraq 2 000 manat məbləğində pulu birinci müavinim vasitəsilə almışam”.

Qeyd edək ki, Ceyhun Cəfərov və digərlər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Cəfərov, Tacəddin Novruzov və Natiq Kərimovun hər biri 8 il 6 ay, Eynulla Novruzov, Məhəmməd Musayevin hər biri isə 8 il üç ay müddətinə azadlıqdan məhrum edilib.
Tələbə itkin düşübBakı Mühəndislik Universitetinin (BMU) tələbəsi itkin düşüb.

Bu barədə BMU-nun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat yayıb.

Onun sözlərinə görə, Memarlıq və inşaat fakültəsinin 3-cü kurs tələbəsi Lamiyə Nizami qızı Binnətova aprelin 1-dən sonra universitetə gəlməyib.

E.Babayev bildirib ki, L.Binnətova nümunəvi tələbə olub:

"Həmin gün saat 16:50 radələrində müəllimdən icazə alıb və universitetdən çıxıb. Sonrakı günlər isə dərslərə gəlməyib. Məsələ ilə bağlı onun valideynləri ilə əlaqə saxlanılıb. Onun ailəsi Daxili İşlər Nazirliyinə məlumat verib. Hüquq-mühafizə orqanları axtarır”.
Azərbaycanda iftarda 10 nəfər zəhərləndiGöyçay rayonunda iftar süfrəsində kütləvi zəhərlənmə qeydə alınıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis baş leytenantı Mahir Mənsimov deyib.

O bildirib ki, hadisə aprelin 18-də rayonun Çərəkə kəndində qeydə alınıb.

Belə ki, iftar süfrəsinə toplaşan 10 nəfər zəhərlənib.

"Bu barədə Göyçay Rayon Polis Şöbəsinə Rayon Mərkəzi Xəstəxanasından məlumat daxil olub. Şöbədə ilkin araşdırma aparılıb. İlkin ehtimala görə, həmin şəxslər pomidordan zəhərlənib. Hazırda zəhərlənən şəxslər ambulator şəraitdə müalicə alırlar. İş üzrə toplanan materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib", - DİN rəsmisi vurğulayıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb: "Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".

Rusiyanın dəniz donanması döyüşdən imtina edirUkrayna ordusu ilə döyüşlər nəticəsində əhəmiyyətli itkilərdən sonra Qara dəniz donanmasının hərbçiləri arasında döyüşdən kütləvi imtina halları baş verib.

Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

“Qara dəniz donanmasının sahil mühafizəsinin 126-cı briqadasının itkiləri 75 faiz təşkil edir. Qara dəniz donanmasının 810-cu Əlahiddə Dəniz Briqadası 158 hərbçisini itirib, 500-ə yaxın hərbçi yaralanıb, 70 nəfər isə itkin düşüb”, - məlumatda qeyd olunub.