Zelenski-Putin görüşünə hazırlıq gedirUkrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar aprelin 1-də bərpa olunacaq.

Bu barədə Ukrayna nümayəndə heyətinin rəhbəri, deputat David Araxamiya yerli mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, prezidentlərin üzbəüz görüşündə müzakirə obyektinə çevriləcək sənədlər paketi bir həftə sonra hazır olmalıdır.

"O ki qaldı üzbəüz görüşə, Rusiya tərəfinin cavabını gözləyirik. Onlar iki-üç gün təklifimizə necə cavab verəcəkləri barədə düşünəcəklər. Biz onlara iki ölkə liderlərinin görüşünün keçirilməsi vaxtının yetişdiyini bildirdik. Düşünürəm ki, bir həftə ərzində bizdən asılı olduğumuzun üzərində işləyəcəyik, daha mandatımız olmayacaq. Bundan sonra isə prezidentlərin görüşünü gözləyəcəyik”, - Araxamiya bildirib.

O, həmçinin vurğulayıb ki, Ukrayna tərəfi prezidentlərin Rusiya və ya Belarusda görüşünün keçirilməsinin əleyhinədir. Ukrayna nümayəndə heyətinin rəhbərinin fikrincə, ən yaxşı yer Türkiyə ola bilər.
Londonda rus oliqarxın yaxtası əlindən alındıLondonda rusiyalı iş adamına məxsus olduğu bildirilən yaxta müsadirə olunub.

Londonun şərqindəki Kanari Varf limanında adı gizli saxlanılan oliqarxa aid 58,5 metr uzunluğundakı “Phi” superyaxtası Nəqliyyat Nazirliyi tərəfindən müsadirə edilib.

Üzgüçülük hovuzu və böyük şərab zirzəmisi olan yaxtanın təxminən 38 milyon funt sterlinq dəyərində olduğu qeyd olunub. Bu, Britaniyanın müsadirə etdiyi ilk yaxtadır.

Qeyd edək ki, bundan əvvəl İtaliya hökuməti rusiyalı oliqarx Aleksey Mordaşova məxsus “Lady M” yaxtasını, Andrey Melniçenkoya məxsus yaxtanı, Fransa hökuməti isə rusiyalı oliqarx İqor Seçinin 86 metr uzunluğundakı “Amore Vero” yaxtasını müsadirə etdiklərini açıqlayıb.
İsrailin Baş naziri mülki şəxsləri silahlanmağa çağırıbİsrailin Baş naziri Naftali Bennet son günlər davam edən terror dalğası fonunda ölkə vətəndaşlarını maksimum sayıqlıq və məsuliyyət göstərməyə, silah gəzdirmək icazəsi olanları isə özləri ilə silah daşımağa çağırıb.

Bu barədə “Report” İsrail mətbuatına istinadən xəbər verir.

"Kimin lisenziyası varsa, tapançaları çıxarmağın vaxtıdır", - Bennet deyib.

O, qeyd edib ki, ölkənin təhlükəsizlik qüvvələri terror aktları törətməyi planlaşdıranları müəyyən etmək üçün kəşfiyyat işlərini kəskin şəkildə artırıb.

Hökumət başçısı terror aktları ilə bağlı istintaq çərçivəsində artıq 200 şübhəli şəxsin saxlanıldığını bildirib.

“Mənim əmrim İŞİD-lə əlaqəli olan bütün insanları ələ keçirməkdən ibarətdir. Ərəb sektorunda qeyri-qanuni silahların ələ keçirilməsi əməliyyatını da sürətləndiririk. İllər ərzində orada çoxlu silah toplanıb. İndi onu təmizləmək vaxtıdır. Bundan sonra çağırışçılar və müqaviləli əsgərlər ehtiyatda olan əsgərlər kimi bazalardan evlərinə silahla gedəcəklər. Biz həmçinin kömək edə biləcək mülki könüllülərdən istifadə imkanlarını yoxlayırıq”, - Baş nazir əlavə edib.

Martın 29-da Bney Brak şəhərində naməlum silahlının həyata keçirdiyi hücumda beş nəfər həlak olub. Bu, İsraildə bir həftə ərzində üçüncü terror aktıdır. Martın 27-də İsrailin Hadera şəhərində odlu silahdan istifadə edilən hücum zamanı iki sərhəd polisi həlak olub, daha 12 sakin müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Martın 22-də isə İsrailin cənubundakı Beer Şeva şəhərində İŞİD-in bıçaqlı əməliyyatçısının həyata keçirdiyi hücum nəticəsində dörd nəfər həlak olub.
Cənubi Osetiya Rusiyaya birləşir: Qarabağa uzanan təhlükəGürcüstanda separatçı “Cənubi Osetiya respublikası”nın qondarma “prezidenti” Anatoli Bibilov Rusiyaya birləşmək üçün yaxın vaxtlarda “hüquqi prosesə” başlayacaqlarını elan edib (Mətbuat katibi vaxtı da açıqlayıb: 10 aprel "prezident seçkisi"ndən sonra - red.). Bibilovun bu açıqlamasının öz qərarından çox, Kremlin sifarişi olduğu məlumdur.

Ukrayna üzərindən yaşanan geosiyasi qarşıdurmanın Gürcüstan üzərindən Cənubi Qafqaza da köçürülməsi gözləniləndir: rusların Ukraynaya hücumundan sonra rəsmi Tiflis maksimum ehtiyatlı mövqe sərgiləsə də, Avropa İttifaqına üzv olmaq istiqamətində fəaliyyətini intensivləşdirir; mümkündür ki, Rusiya Ukraynadan sonra Gürcüstana təzyiqi artıracaq - Abxaziyanın da Cənubi Osetiyanın yolu ilə gedəcəyi istisna deyil.

Kreml Cənubi Osetiya və Abxaziyanın Rusiyaya birləşdirilməsi məsələsindən ilk dövrdə Tiflisin siyasi xəttinə təsir etmək məqsədilə istifadə edə bilər, yekun qərar hadisələrin inkişafına uyğun olacaq.

Rusiyanın Gürcüstana qarşı Cavaxetiya ermənilərini də aktivləşdirməsi real versiyalardandır. Bibilovun birləşmə istəyini açıqladığı gün Kremlin təbliğatçıları Marqarita Simonyanla əri Tiqran Keosayanın Abxaziyaya gəlişi, qondarma “prezident” Aslan Bjaniya ilə görüşü də, xüsusilə Rusiyada Simonyanın da daxil olduğu erməni lobbisinin Cavaxetiyada erməni separatizminin inkişafındakı rolu fonunda diqqət çəkir.

Cavaxetiyada erməni separatizminin alovlandırılması Gürcüstana qarşı “daxildən zərbə” vurmaqla yanaşı, Azərbaycanın neft-qaz kəmərlərinin bu bölgənin yanından keçən hissəsinə də risklər yarada bilər: Moskvanın “enerji müharibəsi”ndə mövqelərini qorumaq üçün Qərbin alternativ kimi gördüyü layihələrə qarşı Cavaxetiyadakı ermənilərin sabotaj addımlarından istifadə etməsi mümkün ssenaridir.

Ukraynada separatçı bölgələrin Rusiyaya birləşmək istəyinin ardından Cənubi Osetiyanın da bu yola düşməsi ermənilərin iştahını daha da artırıb və bunu Rusiyanın post-sovet məkanındakı tanınmamış “respublikalar”la bağlı qərar verdiyi, Qarabağla bağlı da “tanınma” ssenarinin mümkünlüyü kimi dəyərləndirirlər.

Qarabağda Donbas ssenarisi post-sovet məkanındakı digər separat bölgələrlə müqayisədə daha çətindir:

Birincisi, Türkiyənin təhlükəsizlik qarantiyası var və Ankara ilə üz-üzə gəlmək Moskvanın ən son istəyəcəyi haldır;

İkincisi, Azərbaycanın Rusiya ilə imzaladığı bəyannamə bu ssenarini sıradan çıxarır: Əliyevin Moskva ilə belə bir razılaşma əldə etməsinin əsas səbəblərindən biri də Qarabağda Donbas ssenarisinin qarşısını almaq idi.

Hərçənd, təhlükə hələ də aktual olaraq qalır. Donbas ssenarisinin təkrarlanması riskini yaradan “rus icması” planının, o cümlədən, son proseslərlə Xankəndidəki separatçıların bu istiqamətdə aktivləşməsinin qarşısı ilk mərhələdə alınsa da, məsələnin həlli deyil. Türkiyə faktoru və Moskva ilə məlum anlaşmaya rəğmən, problemin qısa müddətdə həlli separatizmin ləğvindən keçir və mövcud geosiyasi qarşıdurma fonunda ən unikal zamanın yetişdiyi aydın görünür.

Asif Nərimanlı
Cənubi Osetiya "referendum"a hazırlaşır - Rusiyaya birləşirCənubi Osetiyanın (qondarma qurum nəzərdə tutulur - red.) Rusiyanın tərkibinə daxil olması ilə bağlı referendum 10 apreldə baş tutacaq “prezident seçkiləri”ndən sonra keçiriləcək.

Avrasiya.net xəbər verir ki, bu barədə Cənubi Osetiya “prezidenti”nin “mətbuat katibi” Dina Qassiyeva deyib.

O bildirib ki, “seçki”lərdən sonra bütün prosedurlar yekunlaşacaq.

Bu gün azərbaycanlıların soyqırımı günüdür31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.

Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırım da tarixin açılmamış səhifələrindən biridir.

1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi həyata keçirildi. Soyqırım Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.

İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazilərində məskunlaşdırılan ermənilərin orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə əslində azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına bəraət qazandırmaq məqsədilə erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqaz tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi.

"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarlar 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki qədim Azərbaycan torpaqlarını əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün siyasi-hüquqi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişdilər.

Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edildi. Ermənilər evlərə od vurub insanları diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb Bakının böyük bir hissəsini xarabalığa çevirdilər.



Axar.azAZRUENآذ

Bu gün azərbaycanlıların soyqırımı günüdür
12 Punto 14 Punto 16 Punto 18 Punto
31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.

Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırım da tarixin açılmamış səhifələrindən biridir.

1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi həyata keçirildi. Soyqırım Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.

İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazilərində məskunlaşdırılan ermənilərin orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə əslində azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına bəraət qazandırmaq məqsədilə erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqaz tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi.

"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarlar 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki qədim Azərbaycan torpaqlarını əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün siyasi-hüquqi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişdilər.

Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edildi. Ermənilər evlərə od vurub insanları diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb Bakının böyük bir hissəsini xarabalığa çevirdilər.

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət ayrıldı. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə istintaq komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci il mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ümummilli Matəm Günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırım və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.

Erməni millətçilər öz havadarlarının köməyi ilə 1950-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda, onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq cəhdləri də güclənirdi. "Yazıq, məzlum erməni xalqı"nın surətini yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi.

XX əsrin əvvəlində əhalisinin əksəriyyəti azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-nin digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulurdu. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilirdi. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməmiş qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verirdi.

Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılırdı. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalırdı.

Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradırdı. Xalqımıza qarşı aparılan soyqırım siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılırdı. Ermənilərin sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 1980-ci illərin ortalarında daha da güclənən anti-Azərbaycan təbliğatına Azərbaycan Respublikasının rəhbərliyi vaxtında lazımi qiyməti vermədi.

1988-ci ildən ortaya atılan Dağlıq Qarabağ münaqişəsinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada keçirilən mitinqlər zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də, Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qaldı.

1992-ci ilin fevral ayında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməmiş divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə qurtardı.

Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkatın nəticəsi olaraq, bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarlar tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınıb çadırlarda yaşamağa məhkum edilmişdi. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid oldu, xəsarət aldı.

Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqların zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilib. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq, soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir.