Vüqar Səfərli müalicə müəssəsinə köçürüldüLəğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərlinin səhhətində problemlər yaranıb.

Bu barədə Report-a onun vəkili Hikmət Əliyev deyib.

O bildirib ki, müvəkkili Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssəsinə köçürülüb.

V.Səfərlinin səhhətində konkret hansı problemin olduğu açıqlanmayıb.

"Müdafiə etdiyim şəxs bir neçə gün əvvəl müalicə müəssəsinə köçürülüb. Vüqar Səfərli hazırda müalicəsini orada davam etdirir", - vurğulayıb.

Qeyd edək ki, V.Səfərli 2021-ci ilin yanvarında həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.
Kadırov: Mariupolun 95%-i ələ keçirilibMariupol artıq 90-95% azad edilib, Ukrayna ordusunun gizləndiyi sonuncu dayağı “Azovstal” iri metallurgiya zavodudur.

Bunu Çeçenistanın rəhbəri Ramzan Kadırov deyib.

“Mariupol artıq 90-95 faiz bandera zalımlarından, nasistlərdən və çeçendilli şeytanlardan azad edilib. İnsanlar sığınacaqlarından küçələrə axışır, partlayışlardan və aclıqdan beziblər. Bəziləri hətta maşınlarını sürür, Rostov-Dona getmək fikrindən danışır. Şəxsi nəqliyyatla Mariupola qayıdanlar da var”, - Kadırov bildirib.
Samir Adıgözəlli Türkiyənin nüfuzlu media qurumunun Azərbaycan təmsilçisi təyin edilibİctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) sədri, eyni zamanda, "Böyükmillət.com" media portalının Baş redaktoru Samir Adıgözəlli Bursa şəhərinin bu il Türkiyənin mədəniyyət paytaxtı elan edilməsi münasibəti ilə keçirilən tədbirə dəvət olunub.

İSBAM-dan Avrasiya.net-ə verilən məlumata görə, Samir Adıgözəlli səfər çərçivəsində bir çox rəsmi görüşlər keçirinb. O, Türkiyənin bır sıra siyasi, ictimai və media təmsilçiləri görüşcərək müzakirələr aoarıb.

Belə görüşlərdən biri də Türkiyə İnternet Qəzeteçiləri Federasiyasının (İGF) rəhbərliyi ilə baş tutib.

Görüşdə Azərbaycan-Türkiyə jurnalistləri arasında əlaqələrin daha da möhkəmləndirilməsi, iki ölkə arasında informasiya mübadiləsinin artırılması, həmçinin qarşılıqlı səfərlər və digər bır sıra layihələrin reallaşdırılması müzakirə olunub: "Bütün bunlarla yanaşı, Samir Adıgözəlli ilə iGF rəhbərliyi bundan əvvəlki görüşlərində qaldırılan Türkiyə İnternet Qəzeteçiləri Federasiyasının Azərbaycan təmsilçiliyinin yaradılması məsələsini də təkrar müzakirə ediblər. Hər iki tərəfin qənaətinə görə, belə bir təmsilçilik iki ölkə jurnalistləri arasında əlaqələrin daha da dərinləşməsinə kömək edəcək. Müzakirələrin sonunda Azərbaycan təmsilçiliyinə rəhbərlik Samir Adıgözəlliyə həvalə olunub".

Qeyd edək ki, İGF Türkiyə və dünyanın bir çox başqa ölkələrində fəaliyyət göstərən 1200-dən artıq saytı öz ətrafında birləşdirir. Qurumun Türkiyənin bütün şəhərlərində, eləcə də dünyanın: Böyük Britaniya, Almaniya, Belçika, Kipr kimi ölkələrdə yerli büroları var.
Litva Rusiyanı “düşmən ölkə” kimi rəsmiləşdirdiRusiya və Belarus Litva hökumətinin hazırladığı düşmən dövlətlərin siyahısına daxil edilib.

Axar.az xəbər verir ki, bu barədə Litva hökuməti məlumat yayıb.

Məlumata görə, Litva bu dövlətlərə məxsus şirkətləri dövlət satınalmaları tenderlərindən kənarlaşdıra və ya onlarla artıq bağlanmış müqavilələrə xitam verə biləcək.

Qeyd edək ki, Litva hökumətinin təsdiqlədiyi düşmən dövlətlər və ərazilər siyahısına Rusiya, Belarus, Rusiya tərəfindən işğal olunmuş Ukrayna Krımı, Moldova hökumətinin nəzarətində olmayan Dnestryanı ərazi, Gürcüstan hökumətinin nəzarətində olmayan Abxaziya və Cənubi Osetiya əraziləri daxildir.
İstanbul görüşü Türkiyə diplomatiyasının uğurudurİlyas Hüseynov: “Danışıqlar ən müsbət tərəfi bundan ibarətdir ki, Rusiya Kiyev və Çerniqovda hərbi əməliyyatları kəskin şəkildə azaldıb”

Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda görüşünün mühüm siyasi nəticələri olub. Görüşlə bağlı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Rusiya-Ukrayna dialoqunun başladığı gündən bu yana ən mənalı irəliləyiş bu gün İstanbulda əldə edildi. Tərəflər arasında mövqelərdə kəskin ziddiyyət, barışmaz prinsipiallıq və müharibənin ağır fəsadları konstruktiv dialoq elementlərini istisna edirdi.

Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

O, qeyd edib ki, Qara dəniz hövzəsində Rusiya və Ukrayna ilə həmsərhəd olan Türkiyənin bu xüsusda təbii vasitəçilik imkanları genişlənirdi. Belorusiyada keçirilən danışıqlar raundu heç bir nəticə verməyib: “Eyni zamanda nəzərə almaq lazımdır ki, Türkiyə Ukraynanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı və müstəqilliyini müdafiə etməklə yanaşı, Rusiyaya qarşı iqtisadi sanksiyalar paketində yer almayıb. Hər iki dövlətlə iqtisadi, siyasi, enerji və müdafiə sənayesi sahəsində yaxşı münasibətləri olan Türkiyə dövləti geosiyasi aktor kimi beynəlxalq nüfuz qazanmaq üçün İstanbul görüşünə böyük ümid bəsləyirdi. Digər tərəfdən, Antalya Diplomatik Forumunda Türkiyənin XİN rəbəri Mövlud Çavuşoğlu Lavrov-Kuleba görüşünün keçirilməsinə də nail olub. İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarında Rusiyalı iş adamı Roman Abramoviç iştirakından tutmuş barış masasının başında olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğanın çıxışında olan incə detallara qədər İstanbul görüşü maraqlı məqamlarla yadda qaldı”.

İ.Hüseynov onu da bildirib ki, Ukraynanın nüvəsiz və neytral dövlət olması haqqında tezis artıq tərəflər arasında razılaşdırılıb. “Delimilitarizasiya” və “denasifikasiya” yalnız Rusiyanın daxili auditoriyası üçün işləyən ideoloji təbliğat vasitəsinə bənzəyir və danışıqların predmeti deyil: “Görüşlə bağlı Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna Rusiya ilə danışıqlar prosesini davam etdirəcək və onların effektivliyinə ümid edir, lakin eyni zamanda Kiyev real təhlükəsizlik zəmanəti almaq istəyir. Rəsmi Kiyev əldə olunan razılaşmaların böyük güclər tərəfindən möhürlənməsini və daha sonra xalq arasında referendum keçirməyi planlaşdırır. Zelenskinin fikrincə, suverenlik və ərazi bütövlüyü ilə bağlı heç bir kompromis ola bilməz, olmayacaq, bunlar aydın prinsiplərdir, mümkün nəticəyə aydın baxışdır. Danışıqlar ən müsbət tərəfi bundan ibarətdir ki, Rusiya Müdafiə Nazirliyi Kiyev və Çerniqovda hərbi əməliyyatları kəskin şəkildə azaltdığını bəyan edib. Bunun nə qədər doğru olduğu yaxın zaman kəsiyində məlum olacaq. Danışıqların keçirilməsi enerji daşıyıcılarının qiymətinə də müsbət təsir göstərib. Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbuldakı görüşündən sonra dünya birjalarında neftin qiyməti 6.5% aşağı düşüb. Ümumilikdə hərbi-siyasi müstəviyə müsbət təsir edən İstanbul görüşünü Türkiyə diplomatiyasının uğuru kimi qiymətləndirmək olar”.
Ruslar Ukraynada öz təyyarələrini vurdularRuslar Ukraynada öz təyyarələrindən birini təsadüfən vurublar.

Axar.az xəbər verir ki, bu barədə Britaniya elektron kəşfiyyatının rəhbəri Ceremi Fleminq deyib.

Fleminq bildirib ki, Ukraynadakı bəzi rus əsgərləri əmrləri yerinə yetirməkdən imtina edir:

“Onlar ruhdan düşüb və zəif təchiz olunub. Rusiya Prezidenti Vladimir Putin vəziyyəti dəyərləndirərkən səhv edib, həm Ukrayna xalqının müqavimətini, həm də Moskvanı sanksiyalarla cəzalandıran Qərbin qətiyyətini aşağı qiymətləndirib. Putinin müşavirləri ona həqiqəti söyləməkdən qorxurlar”.

Daha əvvəl ABŞ da bildirilmişdi ki, məsləhətçilər Putinə Rusiya ordusunun necə pis fəaliyyət göstərdiyi və sanksiyaların Rusiya iqtisadiyyatını necə çökdürdüyü barədə yanlış məlumat verirlər. Çünki ona həqiqəti söyləməkdən çox qorxurlar.
Fərrux kəndinin nəzarətə götürülməsi düzgün və cəsarətli addımdırMəlum olduğu kimi, bu günlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri 10 noyabr 2020-ci il tarixli Bəyanatın ruhuna uyğun mövqe dəqiqləşdirmələri həyata keçirərək, uzun illərdən bəri işğal altında olan çox mühüm, strateji əhəmiyyətli Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqeləri öz nəzarətinə keçiribdir. Bu xəbər ölkə ictimaiyyəti tərəfindən dərin razılıq hissi ilə qarşılanmışdır.

Azərbaycan işğaldan azad edilmiş torpaqlarda, o cümlədən Ağdam rayo­nu ərazisində geniş tikinti-quruculuq işləri həyata keçirir. Qeyd etmək la­zımdır ki, Fərrux kəndi və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarətində olmadığı halda, faktiki olaraq, Ağdamda müəyyən layihələri reallaşdırmaq, iş görmək çətin idi. Bu baxımdan Fərrux kəndinin tam nəzarətə götürülməsi tarixi uğur kimi qiymətləndirilir.

Sevindirici haldır ki, bu gün Azərbaycanın daha bir ərazisində dövlət bayrağı dalğalanır. Xatırladaq ki, 1988-ci ildə Qarabağ hadisələri başlanandan İrəvan, Livan və Su­riyadan gətirilərək Fərrux kəndində yerləşdirilmiş erməni silahlıları, muzdluları ətraf kəndləri atəşə tutub, dinc azərbaycanlı əhalini qətlə yetirib, yaralayıblar. Fərrux yüksəkliyindən ermənilər dəfələrlə hücumlar təşkil ediblər. 1992-ci il yanvarın 31-də Milli Qəhrəman Şirin Mirzəyevin başçılıq etdiyi tabor və yerli özünümüdafiə qüvvələri Fərrux kəndinin erməni quldurlarından azad edib. Lakin sonradan işğalçılar oranı yenidən ələ keçiriblər. Kənd 2020-ci ilə kimi işğal altında olub. İndi isə üçtərəfli 10 no­yabr Bəyanatına uyğun olaraq Fərrux kəndi müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçsə də, erməni yaraqlıları orada təxribatlar törədirdilər.

Birinci Qarabağ müharibəsinin veteranı kimi hesab edirəm ki, Azərbaycan Ordusunun su­veren ərazilərdə dislokasiya dəqiqləşdirmələri pozulmuş tarixi ədalətin bərpası kimi böyük missiyanı reallaşdırmaq ölkəmizin haqq işidir, 10 noyabr 2020-ci il tarixli məlum üçtərəfli Bəyanatda öz əksini tapmış müddəalardandır və Ermənistan rəhbərliyi bu reallıqla hesablaşmağa borcludur.

Bu yerdə bir məqamı da vurğu­lamaq istərdim. Azərbaycan Res­publkası Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin dövlətimizin möv­qeyini göstərən bəyanatları vəziyyətlə bağlı əsl həqiqəti əks etdirir. Xocalı rayonu ərazisindəki Fərrux kəndinin düşməndən azad edilməsi və bütün bu proseslər milli maraqlarımıza tamamilə uyğundur. Haqq-ədalət Azərbaycan tərəfindədir.

Sərraf ORUCOV,

Birinci Qarabağ müharibəsi veteranı,
Beynəlxalq Döyüşçülər Fondunun prezidenti
Bakıda şagird imtahana görə intihar etdiBakıda 15 yaşlı qız imtahana görə intihar edib.

Avrasiya.net Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında paytaxtın Yasamal rayonunda baş verib.

Yeni Yasamal qəsəbəsində yaşayan 15 yaşlı Z.C qonşuluqdakı binanın doqquzuncu mərtəbəsinə çıxaraq blokun pəncərəsindən özünü yerə atıb. O, hadisə yerində vəfat edib.

İlkin məlumata görə, Z.C qarşıda gözlənilən imtahandan az bal yığacağına, zəif nəticə göstərəcəyini ehtimal edərək stress keçirib. Bundan öncə də sınaq imtahanlarında istədiyi qədər bal toplaya bilməyən şagird imtahandan da keçə bilməyəcəyini düşünürmüş. Onun buna görə psixoloji gərginlik altında intihar etdiyi bildirilir.
Bu gün Qətərin paytaxtı Dohada FIFA-nın 72-ci Konqresi keçiriləcək.

"Report"un məlumatına görə, iclasın gündəliyinə 12 məsələ daxil edilib. Onların böyük hissəsi protokol xarakteri daşıyır. Ən maraqlı bənd "Təşkilat üzvlüyünün dayandırılması və ya kənarlaşdırılma"dır.

Fevralın sonlarında FIFA və UEFA Rusiya klubları ilə yığmalarını Ukraynaya hərbi müdaxilə səbəbindən beynəlxalq yarışlardan müvəqqəti uzaqlaşdırıb. Rusiya Futbol İttifaqı (RFS) qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya verib. Məsələyə aprel-mayda baxılacağı gözlənilir.

Bugünkü FIFA Konqresində RFS-in ali futbol qurumundakı gələcək taleyinə aydınlıq gələcəyi də güman olunur. Lakin gündəlikdəki müvafiq bənd Zimbabve və Keniya milli assosiasiyalarına şamil edilə bilər. Onların üzvlüyü fəaliyyətlərinə kənar müdaxilələrlə əlaqədar iki ay əvvəl dayandırılıb.

Bununla yanaşı, Konqresdə FIFA-nın rəsmi dilləri sırasına rus dilinin də daxil edilməsinin mümkünlüyü bildirilir. Hazırda təşkilatın sənədləşmə və ünsiyyətlərində ingilis, ispan, fransız və alman dillərindən istifadə olunur. FIFA rəhbərliyinin bu siyahıya rus, portuqal və ərəb dillərini də əlavə edəcəyi gözlənilir.

Qeyd edək ki, FIFA Konqresində AFFA rəhbərliyi də təmsil olunacaq.
Ukrayna ordusu bu yaşayış məntəqələrini azad etdiUkrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müxtəlif bölgələrdə yaşayış məntəqələrinin Rusiya hərbçilərindən azad edildiyini bildirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Feysbuk səhifəsində məlumat yayıb.

Qeyd edilir ki, Ukrayna müdafiə qüvvələrinin bölmələri Orlovo (Zaporojye vilayəti), Zaqradovka, Koçubeyev (hər ikisi Xerson vilayəti) yaşayış məntəqələrinə nəzarəti bərpa edib.

"Düşmən əvvəllər itirdiyi mövqeni bərpa etmək üçün Aleksandrovka istiqamətində hücum əməliyyatları keçirməyə çalışır", - məlumatda deyilir.

Həmçinin qeyd olunur ki, Ukrayna hərbçiləri Xarkov vilayətinin Malaya Roqan kəndini də işğalçılardan azad edib.