ABŞ: Rusiyaya getməyin, saxlanıla bilərsinizRusiyaya getməyin, orda hakimiyyət amerikalıları həbs edə bilər.

Bu barədə ABŞ-ın Moskvadakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiyaya gedən ABŞ vətəndaşlarının təqib olunması istisna deyil:

“Amerikalıları Rusiyaya getməməyə və ya oranı dərhal tərk etməyə çağırırıq. Rusiya təhlükəsizlik xidmətləri ABŞ vətəndaşlarını saxta ittihamlarla həbs edəcək, onlara qarşı ədalətli davranmayacaq, gizli məhkəmələrdə və ya etibarlı sübutlar təqdim etmədən mühakimə edəcək”, - məlumatda deyilir.
Əsgər Ailələrinə Dəstək İB “Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin icrasını davam etdirirƏsgər Ailələrinə Dəstək ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin icra edir.

“Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin növbəti tədbiri 2 aprel 2022-ci ildə Bakı şəhərində keçiriləcək. İctimai Birlik buna qədər layihəni bölgələrdə, Ağdam,Tərtər rayonlarında, Mingəçevir şəhərində icra edib. Ağdam rayonunda şəhid Orxan Dadaşovun xatirə lövhəsinin açılışı olub.Tərtər rayonunda gənclərlə, təhsil işçilər və qazilərlə iki tədbir keçirilib. Vətən Müharibəsi qazisinin xahişi ilə Əsgər Ailələrinə Dəstək ictimai birliyi yolasalma mərasimində iştirak edib. Tərtərdəki tədbirdə Vətən Müharibəsi qazisi Elnur Qurbanlının müraciətinə əsasən iş məsələsi ilə əlaqədar aidiyyəti qurumlara müraciət edib.Mingəçevir şəhərində Əsgər Ailələrinə Dəstək ictimai birliyinin yerli şöbəsi yaradılaraq orada Psixoloq kabineti təşkil olunub. Məqsəd həssas qrupları müharibədən yaranan stresslərdən bir qədər azad edib , cəmiyyətin aktiv üzvlərinə çevirməkdir. Bakı şəhərində 2 aprel 2022-ci ildə keçiriləcək “Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin 2 apreldə keçirilməsi də təsadüfü deyil. Məhz 2016-cı il şanlı aprel döyüşlərinin il dönümündə qəhrəmanlar yad ediləcək. Şanlı Zəfər tariximiz də danışılacaq.

Həm də iki ay ərzində layihə çərçivəsində görülən işlərin yesabatı veriləcək,tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının və ordusunun,onun Müzəffər Ali Baş Komandanının zəfər tariximizdə rolundan danışılacak.Tədbirə şəhid ailələri,müharibə veteranlar, qazilər,QHT və media nümayəndələri dəvətlidilər.
Ağ Ev Bayden-Putin görüşü üçün şərtləri açıqlayıbABŞ Prezidenti Cozef Baydenlə Rusiya lideri Vladimir Putin arasında istənilən təmas Ukraynadakı vəziyyətin deeskalasiyasını və Rusiya Federasiyasının diplomatiyaya həqiqi hazırlığını tələb edəcək.

“Report”un məlumatına görə, bu barədə çərşənbə axşamı, Ağ Evin kommunikasiyalar üzrə direktoru Keyt Bedinqfild deyib.

"Biz açıq şəkildə deyirik, Prezident Bayden açıq şəkildə bildirdi ki, Rusiya tərəfindən ciddi deeskalasiya və Prezidentin bu cür söhbətə başlamazdan əvvəl diplomatiyaya aydın, həqiqi öhdəliyi lazımdır", - o deyib.

Qeyd edək ki, Cozef Bayden də rusiyalı həmkarı Vladimir Putinlə təmasları istisna etməyib. O bildirib ki, bu, Rusiya Prezidentinin nəyi müzakirə etmək istəməsindən asılıdır.
BMT: Ukrayna müharibəsində 1 180 nəfərədək mülki şəxs həlak olubRusiya-Ukrayna müharibəsi başlayandan indiyədək azı 1 179 ukraynalı mülki şəxs həlak olub, daha 1 860 nəfər yaralanıb.

Bu barədə BMT Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) məlumat yayıb.

Məlumata görə, fevralın 24-dən martın 29-dək 3 milyon 901 min 713 ukraynalı Ukrayna ilə qonşu dövlətlərin sərhədlərini keçib.

Eyni zamanda, ukraynalı qaçqınların yarıdan çoxu (2 314 623 nəfər) Polşaya gedib. Ondan sonra Rumıniya (602 461), Moldova (385 222), Macarıstan (359 197) və Slovakiya (278 238) gəlir.

Fevralın 18-dən fevralın 23-dək olan müddətdə Ukraynanın Donetsk və Luqansk vilayətlərindən 113 min nəfər Rusiyaya keçib.
Zelenski Ukrayna xalqının sağ qalmasının yeganə təminatçısını açıqlayıbUkrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyası ilə danışıqlar prosesini şərh edib. Dövlət başçısı qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri bu gün sağ qalmağın yeganə təminatçısıdır.

"Report" xəbər verir ki, o, bu barədə videomüraciətində bildirib.

"Ukraynanın müdafiəsi indi birinci dərəcəli vəzifədir və qalan hər şey bunun törəməsidir. Mən Rusiya Federasiyasının nümayəndələri ilə müxtəlif səviyyələrdə davam edən danışıqlar prosesi ilə bağlı hesabatları məhz bu əsasda nəzərdən keçirirəm. Onlar hələ də ərazimizdədir. Şəhərlərimizin atəşə tutulması davam edir, Mariupol mühasiyərə alınıb. Raket və hava zərbələri dayanmır".

Dövlət başçısı qeyd edib ki, bunlar reallıqdır: "Bunlar faktlardır. Ona görə də Ukrayna Silahlı Qüvvələri, kəşfiyyatı, dövlətin müdafiəsinə qoşulan hər kəs bu gün yaşamağımızın yeganə qarantıdır, xalq, dövlət olaraq.

Bəli, danışıqlar platformasından eşitdiyimiz siqnalları müsbət adlandıra bilərik. Lakin bu siqnallar Rusiya mərmilərinin partlayış səslərini boğmur”, - Prezident bildirib.
Putinlə Zelenskinin görüşü hazırlanırUkrayna və Rusiya prezidentləri Volodimir Zelenski ilə Vladimir Putin arasında görüş üçün sənədlər hazırlanıb.

Bu barədə Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Mixailo Podolyak bildirib.

“Sənədlər paketi artıq hazırdır. Biz artıq prezidentlərin görüşlərini hazırlamağa başlaya bilərik. Təbii ki, biz bunu mümkün qədər tez etmək istəyirik”, - deyə Podolyak vurğulayıb.
Avropadan Rusiyaya rədd cavabıAvropa Komissiyası Rusiyadan mavi yanacağın tədarükünün rublla ödənilməsini mümkün hesab etmir.

Bu barədə Avropa İttifaqının enerji komissarı Kadri Simson “Twitter” hesabında yazıb.

“G7-nin energetika nazirləri və Avropa Komissiyası Rusiya Prezidenti Vladimir Putinin qaz tədarükünün rublla ödənilməsi tələbini rədd etdilər. Buna görə də G7 tərəfdaşları öz ölkələrində yerləşən şirkətləri bu cür tələblərlə razılaşmamağa çağırır”, - deyə Aİ rəsmisi bildirib.
Ukraynaya hərbi yardım davam edəcək - PentaqonABŞ və müttəfiqləri Ukraynaya hərbi yardımı davam etdirəcəklər.

Bunu Pentaqon sözçüsü Con Kirbi deyib.

O qeyd edib ki, son 8 il ərzində ABŞ və müttəfiqləri Ukrayna ordusuna əhəmiyyətli dərəcədə yardımlar edib:

“Biz onların təhlükəsizlik ehtiyaclarını ödəmək üçün gələcəkdə də bu cür yardımları davam etdirəcəyik".
Döyüşçülərimizin əhval-ruhiyyəsi yoxdur - Kadırovdan şokUkraynada müharibə zamanı yaxın insanlarımı itirmişəm.

Axar.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında yazıb.

"Yaxınlarımı itirdim. Yaralılar, eləcə də orada döyüşənlərin bu gün əhval-ruhiyyəsi yoxdur. Mən onlara dedim: Narahat olmayın, şeytanların qaçmasına icazə verməyəcəyik, onları məhv edəcəyik", - deyə Kadırov bildirib.
Ermənistan millisinin baş məşqçisi tarixi məğlubiyyətə görə üzr istəyibFutbol üzrə Ermənistan millisi yoldaşlıq oyununda böyük hesabla uduzub.

"Report"un məlumatına görə, səfərdə Norveç yığması ilə qarşılaşan Xoakin Kaparrosun baş məşqçi olduğu kollektiv qapısından 9 cavabsız top buraxıb.

Ermənilər 17-ci dəqiqədə azlıqda qalıblar. Arman Ohanesyan qırmızı vərəqə alaraq meydandan qovulub. Norveçin heyətində qolları Coşua Kinq (3), Erlinq Holann (2), Aleksandr Sörlot (2), Kristian Torstvedt və Mats Deli vurublar.

Bu, Ermənistan seçməsinin tarixində ən ağır məğlubiyyətdir. Kaparros qarşılaşmadan sonra keçirilən mətbuat konfransında nəticəyə görə üzr istəyib: "Hesab hər şeyi deyir. Rəqib bizdən güclü idi. Məğlubiyyətdə futbolçumuzun meydandan qovulmasının da rolu var idi. Fikrimcə, bu, sərt qərar idi. O andan etibarən komandamız sanki meydanda yox idi. Məsul şəxs kimi azarkeşlərimizdən üzr istəməliyəm".