
Bundan əvvəl Müdafiə Qərargahının rəisi Toni Radakin nazirlər üçün brifinq keçirərək, Ukraynanın Rusiya qüvvələrinə qarşı vuruşmaq cəhdindən əraziləri saxlamağa və geri qaytarmağa keçməsi ilə münaqişənin “daha ənənəvi müharibəyə” çevrildiyini deyib.
Onun sözlərinə görə, Böyük Britaniya Ukraynaya dəstəyin “yeni mərhələsinə” keçir və hökumət onun hansı hərbi texnika ilə təmin edə biləcəyini nəzərdən keçirir.
"Ukrayna ordusu təkcə iri şəhərləri saxlamır, rusları geri çəkilməyə məcbur edir. Bununla əlaqədar, dəstəyimiz də dəyişməlidir", - kabinetdəki mənbə bildirib.