"Əli Kərimli özünü növbəti dəfə biabır edib"“Biz dəfələrlə bildirmişik ki, Rusiyada ermənipərəst qüvvələr çox güclüdür. Bu qüvvələr sakit oturmayıblar. İmzalanan 10 noyabr Bəyannaməni pozmağa cəhdlər edirlər. Necə olur ki, Rusiya Müdafiə Nazirliyində olan ermənipərəst qüvvələr Rusiya prezidenti Putinin əleyhinə bəyanatlar verirlər?”

Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev deyib.

Nizami Verdiyevin sözlərinə görə, ölkədə bəzi siyasətçilər bu tipli “xəbərlərə” istinadən fikirlər səsləndirirlər:

“Sonuncu belə “xəbər” Xocalının Fərrux kənd ilə bağlı idi. Xalqın içində çoxdan hörmətini itirən Əli Kərimli bu “xəbərə” istinadən bir status yazıb. Və özünü növbəti dəfə biabır edib. Rusiya Müdafiə Nazirliyinin verdiyi “xəbərdə” anti-Azərbaycan mövqeyi aydın görsənir. Bunu başa düşdük. Bəs sən, Əli Kərimli, niyə bunu təkrarlayırsan? Onda belə çıxır ki, axtardığımız 5-ci kolon üzvlərindən birisən. Sən həmişə 5-ci kolon üzvü olmusan və Rusiya tərəfindən yaradılmış Milli Şuranın ən aktiv üzvüsən”- Nizami Verdiyev qeyd edib.

“Bu adamlar 30 ilə yaxındır ki, xalqı aldadırlar. Bunlara görə müxalifətə inam yoxdur. Bu yalan məlumatlara görə heç vaxt xalqdan üzür istəməyiblər. Əli Kərimli, yazdığın statusu sil və Azərbaycan xalqından üzür istə”- Nizami Verdiyev bildirib.
Azərbaycan generalı Ermənistana xəbərdarlıq edibAzərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini, “Zəfər” ordenli general-leytenant Fuad Rəsulov Ermənistana xəbərdarlıq edib.

O, İctimai televiziyanın efirində yayımlanan "Görünməyən qəhrəmanlar - DTX" adlı sənədli filmdə Ermənistan rəhbərliyinə üzünü tutaraq qeyd edib:

"Azərbaycanın, Azərbaycan Ordusunun gücünü siz hiss etdiniz. 44 gün ərzində ölkə başçısının ətrafında xalqın, ordunun necə birləşdiyini, vahid qüvvə olduğunu siz hiss etdiniz. Hesab edirəm ki, bugünkü gündə hər hansı bir hərbi əməliyyatların keçirilməsi, hər hansı bir revanşist ideyalardan çəkinməlisiniz. Unutmalı deyilsiniz ki, "Dəmir yumruq" hələ də öz işini görür və görə bilər".
KİV: "Ərdoğan Rusiya nümayəndələri ilə Qarabağdakı vəziyyəti müzakirə edə bilər"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna ilə danışıqlar üçün İstanbulda olan Rusiya nümayəndə heyəti ilə Qarabağdakı vəziyyəti də müzakirə edəcəyi istisna deyil.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu diplomatik mənbə bildirib.

“Düzdür, bunun Ukrayna tərəfinə aidiyyatı yoxdur. Amma, ola bilsin, Ərdoğan Rusiya nümayəndə heyəti ilə Qarabağda durumun gərginləşməsinə dair də fikir mübadiləsi aparsın”, - mənbə vurğulayıb.

Qeyd edək ki, hazırda Türkiyənin İstanbul şəhərində Ukrayna və Rusiya nümayəndə heyətlərinin növbəti görüşü keçirilir. Ukrayna nümayəndə heyətinə Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak, müdafiə naziri Oleksiy Reznikov, hakim “Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Araxamiya daxildir.

Rusiya nümayəndə heyətinə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edir. Heyətin tərkibinə xarici işlər nazirinin müavini Andrey Rudenko, Moskvanın Belarusdakı səfiri Boris Qrızlov, Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri Leonid Slutski və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir.

Müzakirələrin 2 gün davam edəcəyi gözlənilir.
“Müharibənin başlayacağını dəqiq tarixinə qədər bilirdik” – DTX rəsmisi“Biz müharibənin başlayacağını, daha dəqiq, ermənilərin provokasiyaya əl atacağını dəqiq tarixinə qədər bilirdik. Dəqiq bilirdik ki, Ermənistan hansı istiqamətdən, hansı qüvvələrdən istifadə edərək bizə hücuma keçəcək”.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini, “Zəfər” ordenli general-leytenant Fuad Rəsulov İTV-də yayımlanan “Görünməyən qəhrəmanlar – DTX” sənədli filmində Vətən müharibəsinin başlanmasından danışarkən deyib.

Onun sözlərinə əsasən, müharibə başlayan dövrdən etibarən DTX vahid orqan kimi öz işini aparmağa, əks-tədbirlərini görməyə nail olub.

“Biz xüsusi xidmət orqanı olaraq uzun müddət bu müharibəyə hazırlaşırdıq. Həm maddi-texniki bazalarımız, həm mənbələrimiz bunun üzərində köklənmişdi ki, istənilən anda Azərbaycana qarşı müharibə başlaya bilər”, - deyə Fuad Rəsulov əlavə edib.
“Lotu Quli”nin adamını öldürən kriminal avtoritet Bakıda TUTULDURusiyada 2017-ci ildə “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yaxın adamı Cabir Həsənovu qətlə yetirməkdə təqsirləndirilən, kriminal aləmdə “Yeraz Camal”, “Piter Camal” kimi tanınan Camal Həsənov tutularaq istintaqa təhvil verilib.

APA xəbər verir ki, Rövşən Lənkəranskinin yaxın adamı hesab edilən Camal Həsənov uzun müddət axtarışda olub.

O, Bakıda 2021-ci ilin oktyabrında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Camal Həsənova Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Baş Prokurorluğun İstintaq İdarəsində onun barəsində aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, “Yeraz Camal” Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev, "qanuni oğru" Hacı Beyləqanski ilə birlikdə 2017-ci ildə İstanbulda “Lotu Quli”yə qarşı sui-qəsd etməkdə şübhəli bilinərək tutulub. Bir müddət sonra məhkəmə onları sərbəst buraxıb.

Rusiya mətbuatında gedən məlumatlara görə, “Lotu Quli”nin öldürülən adamı Cabir Həsənov Rövşən Lənkəranskinin qətlində iştirak edib. Bu səbəbdən də “Yeraz Camal” qisas məqsədilə Rusiyanın Sankt-Peterburq şəhərinə gedərək Cabir Həsənovu güllələyərək qətlə yetirib.

Bu işdə Camal Həsənova 43 yaşlı Azərbaycan vətəndaşı Nazim Nüsrətov köməklik edib. O, bunun müqabilində 50 min rubl alıb.

Qətldən bir müddət sonra Nazim Nüsrətov tutulub və məhkəmənin hökmü ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib.
DTX erməni hərbçiləri belə tələyə salıb - VİDEO“Müharibə zamanı qanunsuz erməni silahlı birləşmələrinin komandirlərinin, onların əsgərlərinin telefon nömrələri bizə bəlli idi. Onlar bizim bir çox kibermüdaxiləmizi görüb bunun nəticələrindən sarsıldılar. Buna görə də interneti kəsdilər və yalnız SMS vasitəsilə məlumatlanırdılar”.

Bu barədə İTV-də yayımlanan “Görünməyən qəhrəmanlar – DTX” sənədli filmində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşı bildirib.

“Biz erməni komandirlərin adından bütün əsgərlərə erməni dilində hərbi əmr göndərdik. Səhərə yaxın saat 4-də erməni dilində göndərdiyimiz mesajda belə yazılmışdı: “Dörd yolda toplanın və təzə əmr gələcək. Konfidensiallıq baxımından əmr açıqlanmır”, - deyə DTX nümayəndəsi əlavə edib.

O qeyd edib ki, ermənilər deyilən zamanda həmin məntəqəyə toplaşıblar:

“Bundan sonra pilotsuz uçuş aparatlarımız hərbi əməliyyatları yerinə yetirdi”.
Rus ordusu bu şəhərdən 40-60 kilometr geri çəkildiUkrayna müdafiə qüvvələri rus qoşunlarını Krivoy Roqdan 40-60 kilometr geriyə sıxışdırıblar.

Bu barədə Krivoy Roq hərbi administrasiyanın rəhbəri Aleksandr Vilkul bildirib.

“Ukrayna Silahlı Qüvvələri bölgədə daha bir neçə yaşayış məntəqəsini azad edib, təmas xətti Xerson vilayəti ərazisinə keçirilib. Döyüşlər nəticəsində Ukrayna hərbçiləri düşmənin texnikasını ələ keçirib. Krivoy Roqda vəziyyət sabitdir. Gördüyünüz kimi, şəhər yaşayır və işləyir”, - Vilkul bildirib.
Kiyevdə vurulan raket baş nazirin evinə düşdüKiyevin Darnitski rayonunda vurulan rus raketi fərdi evlərin üzərinə düşüb. Zərər çəkən evlərdən biri Ukraynanın keçmiş baş naziri Vitold Fokinə məxsusdur.

Axar.az xəbər verir ki, Fokin bu məlumatı mediaya təsdiqləyib.

“Bəli, evimə ziyan dəydi. Bu mənə çox pis təsir edir, çünki indi Moldovada olan dostumun yanında qalıram. Mən də evə getməyə hazırlaşırdım, amma məlum oldu ki, gedəcək yer yoxdur, çünki pəncərə və qapılar sındırılıb. Ona görə də şərti olaraq onu plyonka ilə örtməyənə qədər geri qayıda bilmərəm. Düşünürəm ki, evi təxminən bir həftəyə hazırlayacağıq ki, ora qayıda bilim. Evə dəyən ziyanı digər şəhərlərimizin vəziyyətilə müqayisə etmək olmaz. Mariupol mənim anamın şəhəridir. Bütün bunları görəndə göz yaşlarını saxlamaq mümkün deyil”,- o bildirib.