"Bu gün Azərbaycan təhlükəsiz və sabit dövlət imicinə malik bir ölkədir"Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri


Əziz və dəyərli Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları!

Xalqa və dövlətə sədaqətlə xidmət edən, milli maraqların və mənafelərin keşiyində layiqincə dayanan, Azərbaycanın təhlükəsizliyi əleyhinə yönəlmiş təhdidlərin, müxtəlif cinayətkar qəsdlərin qarşısının alınmasında əzmkarlıq nümayiş etdirən milli təhlükəsizlik orqanlarının yaranmasının 103-cü ildönümü tamam olur. Ölkəmizdə sabitliyin, qanunçuluğun, hüquq qaydalarının təminatında özünəməxsus rolu və yeri olan bu strukturun bütün əməkdaşlarını bu münasibətilə təbrik edir, çətin və şərəfli işlərində uğurlar arzulayıram.

Məlumat üçün qeyd edim ki, Azərbaycanda ilk milli təhlükəsizlik orqanı 1919-cu il martın 28-də yaradılıb. Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi (kvartirmeyster) təşkil edilib. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1 noyabr 1991-ci il tarixdə Milli Təhlükəsizlik Nazirliyi yaranıb. Ümummilli Lider Heydər Əliyevin 23 mart 1997-ci il tarixli Fərmanı ilə 28 mart - Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub. Uğurlu milli təhlükəsizlik siyasətinin əsası Ümummilli Lider tərəfindən qoyulmuş və hazırkı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir.
Sovet dövründə bu qurum əvvəlcə Fövqəladə Komissiya ("ÇK") adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının ("NKVD") tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. 1967-ci ilədək respublikanın təhlükəsizlik orqanlarına qeyri-azərbaycanlılar rəhbərlik ediblər. Həmin il general Heydər Əliyev Azərbaycan DTK-nın sədri təyin olunub. Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyətə başlaması bu orqanın tarixində milli prioritetlərin müəyyənləşməsi kimi xarakterizə edilən yeni dövrün başlanğıcı olmuşdur. Heydər Əliyev xalqına qarşı törədilən haqsızlıqları, başlıcası isə gedən prosesləri, sovet reallıqlarını iç tərəfdən tam aydınlığı, olduğu kimi görmüş, həmin dövrdən də qarşısına yalnız Azərbaycan naminə çalışmaq kimi yüksək məqsəd qoymuş, möhkəm, mətin və sarsılmaz iradəli şəxsiyyət kimi formalaşmışdır. Danılmaz faktr ki, Ümümmilli Liderin bu fəaliyyəti müstəqilliyimizin təmin olunmasında müstəsna rol oynamışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 23 may 2007-ci il tarixdə təsdiq edilmiş mühüm strateji sənəd olan Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası qəbul edilmişdir. Həmin sənədə əsasən Azərbaycan Respublikasının Milli Təhlükəsizlik siyasətinin əsas istiqamətləri müəyyənləşdirilmişdir. Konsepsiyaya əsasən: “Suveren dövlət kimi, Azərbaycan Respublikası daxili və xarici siyasət vasitələrindən istifadə edərək mövcud təhlükəsizlik mühitində təhdidlərin nəzarət altında saxlanılmasına və aradan qaldırılmasına, habelə ölkənin milli maraqlarının təmin edilməsinə yönəlmiş milli təhlükəsizlik siyasətini formalaşdırır və həyata keçirir.

Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti xarici və daxili təhlükəsizlik arasında mövcud ayırıcı xətləri əhatə edən və adekvat çoxfunksiyalı tədbirlər tələb edən təhdidlərin müxtəlif ölçülü xarakterini nəzərə alır”.

Dövlətçiliyin əsas atributlarından biri də, təhlükəsizlik mühitinin yaradılması, uzunmüddətli strateji hədəflərin əldə edilməsində qarşıya çıxan maneələrin və təhdidlərin aradan qaldırılmasıdır.

Təhlükəsizlik siyasətinin əsas komponentini 2 kateqoriyaya ayırmaq olar.

Milli və dövlət təhlükəsiliyinin təmin olunması (xarici və daxili amillər nəzərə alınmaqla )

Təhlükəsizliyi təhdid edən halların aradan qaldırılması (xarici və daxili amillər nəzərə alınmaqla )

Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsas komponentləri kimi təhlükəsizliyin xarici siyasət vasitələri ilə təmin edilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, Avropa və Avro-Atlantik strukturlara inteqrasiya, beynəlxalq təhlükəsizliyə töhfə, beynəlxalq təşkilatlarla əməkdaşlıq, regional əməkdaşlıq və ikitərəfli münasibətlər, region ölkələri ilə əməkdaşlıq, qeyri-region ölkələri ilə əməkdaşlıq və sair istiqamətləri özündə ehtiva edir.

Xüsusilə bir məsələni qeyd etmək istəyirəm milli təhlükəsizlik siyasətimizin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmiş müdafiə qabiliyyətinin möhkəmləndirilməsi daimi cənab Prezident İlham Əliyevin diqqət mərkəzində olmuşdur.
Azərbaycan Respublikasının müdafiə qabiliyyəti ölkənin milli maraqlarını təmin etmək üçün əsas amillərdən biridir.

Azərbaycan Respublikasının müdafiə siyasəti milli resurslara və mövcud təhlükəsizlik vəziyyətinə əsaslanan, demokratik nəzarət altında olan müdafiə qabiliyyətinin inkişaf etdirilməsinə və saxlanmasına əsaslanır. Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkənin müdafiə qabiliyyətinin əsasını təşkil edir.

Azərbaycan Respublikasının milli müdafiə siyasətinin əsasını aşağıdakılar təşkil edir:

- bütün ölkələrlə dinc yanaşı yaşama;
- digər dövlətlərin suverenliyinə və müstəqilliyinə hörmət və onların daxili işlərinə qarışmama;
- mövcud dövlət sərhədlərinin bütövlüyü və onların dəyişməzliyi;
- beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi;
- hərbi quruculuqda konkret qüvvələr nisbətini nəzərə almaqla zəruri müdafiə kifayətliliyi məfhumunun dəstəklənməsi.

Təsadüfi deyil ki, 44 günlük tarixi Zəfər Müharibəsindən sonra cənab Prezident İlham Əliyev ölkənin müdafiə qabiliyyətinin daimi möhkəmləndirilməsini xüsusi ilə vurğulamışdır.
Konsepsiyada əksini tapmış informasiya, enerji, nəqliyyat təhlükəsizliyi, ətraf mühitin və əhalinin sağlamlığının mühafizəsi siyasəti hazırkı dünyada xüsusi ilə aktuallıq kəsb edir.

Bu gün Azərbaycan təhlükəsiz və sabit dövlət imicinə malik bir ölkədir. Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında görülən işlərin nəticəsində Azərbaycan hazırda dünyada ən sabit ölkələrdən birinə çevrilmişdir. Təbii ki, xalqımızın milli maraq və mənafelərinin, təhlükəsizliyin, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında təhlükəsizlik xidməti orqanlarının xüsusi rolu danılmazdır. Vətənpərvərlik və dövlətçilik ideallarına , Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və bəşəri dəyərlərə hörmət hissi, eyni zamanda ümummilli liderimiz Heydər Əliyevin azərbaycançılıq, dövlətçilik və müstəqillik ideyalarının həyata keçirilməsi istiqamətdəki fəaliyyəti dövlət təhlükəsizliyi orqanlarının keçdiyi yolu daha da şərəfləndirərək cəmiyyətdə müsbət imicin formalaşmasında mühüm amil kimi çıxış edir.

Digər tərəfdən isə möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun canı-qanı bahasına ermənı ordusunun “məğlubedilməz” mifini 44 günə dağıdılmasında, o cümlədən bütün xarici və daxili qüvvələri xalqımızın iradəsi ilə hesablaşmağa məcbur edilməsində, ərazi bütövlüyümüzün bərpa olunmasındakı fəaliyyətinizi də xalqımız yüksək qiymətləndirir.

Möhtəşəm Qələbəmizdən sonra keyfiyyətcə yeni mərhələyə qədəm qoyan Azərbaycanımızın qarşısında hələ görüləcək çox işlər var. Azərbaycan dövlət təhlükəsizliyi orqanları hazırda zəngin tarixinin ən məsuliyyətli dövrünü yaşayır. Bu mərhələ ölkə daxilində və onun hüdudlarından kənarda keyfiyyətcə yeni reallıqlar və maraqlar zəminində cərəyan edən proseslərlə bilavasitə bağlı olmaqla, Azərbaycana qarşı daxili və xarici təhdidlərin konkretləşməsi və sistemləşdirilməsi, milli mənafelərin hərtərəfli və etibarlı təmin olunması üçün kompleks və ardıcıl tədbirlərin həyata keçirilməsi ilə səciyyəvidir. Müasir dövr, həmçinin qloballaşma və inteqrasiya proseslərinin dərinləşməsi, dünyanın coğrafi-siyasi mənzərəsində dəyişikliklərin baş verməsi, bütün beynəlxalq aləmi təhdid edən yeni təhlükələrlə xarakterikdir. Ümid edirəm ki, xalqımızın bütün çətin sınaqlardan çıxmasında həmişə olduğu kimi bu gündə dövlət təhlükəsizliyi orqanlarının əməkdaşları üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək və daima təhlükəsizliyimizi qoruyacaq, dünyada ədalətin təmin olunmasına öz töhfələrini verəcəkdir.

Bir daha gününüz mübarək!
“Putin dünyanın ağası olacaq” – Vanqanın 43 il əvvəl dedikləriGənc yaşlarında görmə qabiliyyətini itirən əfsanəvi görücü Baba Vanqanın Rusiya ilə bağlı proqnozları özünü doğruldur. İllər əvvəl Rusiyanın dünyaya hakim olacağını deyən Vanqa prezident Vladimir Putinlə bağlı ilginc iddia irəli sürüb.

Modern.az xəbər verir ki, Baba Vanqa illər əvvəl Rusiyanın dünyaya hakim olacağını proqnozlaşdırıb və Putinin “dünyanın ağası” olacağını iddia edib.

Vanqanın proqnozları 2018-ci ildə başda İngiltərə mətbuatı olmaqla bir çox media orqanında ortaya çıxıb və mediada gedən xəbərlərdə “Hər şey buz kimi əriyəcək, yalnız biri qalacaq. Vladimirin şöhrəti, Rusiyanın şöhrəti dünyada güclənəcək. Rusiya nəinki sağ qalacaq, həm də dünyaya hakim olacaq”, - deyə o bildirib.

Qeyd edək ki, Baba Vanqa Rusiya haqqında proqnozunu verəndə Putinin cəmi 27 yaşı olub.
Rus ordusu Ukraynadan bu tarixdə çıxacaq - Ekstrasens2022-ci ildə Rusiyanı heç də yaxşı dəyişikliklər gözləmir.

Axar.az xəbər verir ki, bunu məşhur “Bitva ekstrasensov” şousunun iştirakçısı Aleksandr Kantonistov deyib.

Onun sözlərinə görə, martın sonundan aprelin 6-dək Rusiyada Putinə etiraz edənlərin hamısının təmizləmələri aparılacaq. Həmçinin, Rusiyada ab-hava sərtləşəcək, bu da daha çox insanın narazı qalması deməkdir:

“Aprelin ortaları dönüş nöqtəsi olacaq. Bu zaman Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması mümkündür. İyunun əvvəlindən Putin üçün həyatında ən kritik dövr başlayır - onu zəhərləmək və fiziki məhvinə çalışmaq cəhdləri olacaq. Çox güman ki, Putin təqib maniyasını gücləndirəcək. Repressiya güclənə bilər”.

Ekstrasensin iddiasına görə, ölkədə “5-ci kolon” şübhəsi genişlənəcək.

Putinin sağlıq durumu ilə bağlı isə ekstrasens avqust-sentyabr aylarını “olduqca təhlükəli” dövr kimi xarakterizə edib.
Giorgi Gogia sərsəmləyir - Sərraf OrucovSərraf Orucov
Azərbaycan Respublikası Beynəlmiləçi Döyüşçülər Fondunun prezidenti, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı


"Human Rights Watch-ın Avropa və Mərkəzi Asiya " üzrə direktor müavini Giorgi Gogia Azərbaycana qarşı ikili standartlarla münasibət bəsləyərək növbəti dəfə mətbuatda sərsəm çıxışlar edərək fikir bildirmişdir.
Biz də Azərbaycanın əzəli və ayrılmaz tarixi ərazisi olan Qarabağ müharibəsinin canlı şahidləri kimi öz etirazımızı bildirərək, bu quruma birneçə suallarla cavab olaraq bildiriririk ki, axı niyə görə "Human Rights Watch-ın Avropa və Mərkəzi Asiya " üzrə direktor müavini Giorgi Gogia ATƏT-in Ermənistan dövlətinin Azərbaycan ərazisi olan Qarabağı işğalını pisləyərək qeyd şərtsiz işğal etdiyi ərazilərini tərk etmək haqqında qəbul etdiyi 6 bəyannamə və qətnamələrinə ermənilərin 30 il ərzində əməl etmədiyindən, 2020-cil ill 27 , 28, 29 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozaraq başladığları 44 günlük müharibə dövründə Qarabağa aid olmayan Gəncə və Bərdə şəhərlərinə atdığı bombalar və nəticədə Gəncə şəhərində bir qəsəbə darma-dağın olmuş və 10 larla günahsız körpələrdə olmaqla dinc sakin həlak olmuşdur.

Atəşkəsin 30 il dövründə ermənilərin törətdiyi vandalizmi nəticəsində Qarabağın şəfər və rayonlarını xarabalığlara çevirməyindən, orada olan qəbrstanlıqlarında goreşən kimi azərbaycanlıların qəbirlərini eşərək qəbir daşlarını çıxardıb Ermənistana daşımalarından, erməni şərəfsizlərinin müsəlman məçudlırini tövlə kimi istifadə edərək orada donuz saxlamaqları barədə mövqe bildirmədi?

Nəyə görə Human Rights Watch-ın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Gogia 1992 ci ilin soyuq fevral ayında ermənilər tərəfindən evlərindən qovulan və meşələrdə soyuqdan donub həyatlarını itirən azərbaycanlılar barədə, Erməni tərəfinin silahlı quldur dəstələrinin dəfələrlə Qarabağda 10 noyabr Atəşkəs Bəyannaməsin qaydalarını pozaraq ona əməl etmələri barədə bir münasibət bilmədi? İndi durub
Azərbaycan hansı ərazisinə qaz verib vermədiyi barədə böyük qələt edərək ar çəkir.

10 noyabr Bəyannaməsində nəzərdə tutulub ki, Qarabağda qalıb yaşamaq istəyən ermənilər Azərbaycan vətəndaşlığı almaları üçün ərizə yazıb vətəndaşlığı qəbul etməli və Azərbaycan qanunlarına əməl etməlidirlər. Əks təqdirdə vətəndaşlığı almayan erməni heç bir Azərbaycan hüquqlarından isifadə edə bilməyəcəklər. Qarabağda qalmış erməni dığaları isə yenə məkirli siyasətlərini həyata keçirərək Ermənistanın Qarabağda müzla saxladığı quldur. dəstələrinə qoşularaq demək olar ki hər gün atəşkəsi pozurlar. Hələ arsız - arsız Azərbaycan dövlətindən qazlarınınnın kəsildiyini bildirib qaz tələb edirlər. Qarabağda qalıb yaşamaq istəyən ermənilər ya qələt edib Azərbaycan hökümətinin qanunlarına əməl etməli, yada ki,
Azərbaycan ərazilərindən çıxaraq qeyd şərtsiz çıxaraq rədd olub getməlidilər

Azərbaycan Respublikası ərazisində yaşayan heç bir Azərbaycan vətəndaşı qaz kəsilməsi nəticəsində istiliksiz qalmayıb.

Obyektivlikdən çox uzaq olan "Human Watch-ın Avropa və Mərkəzi Asiya" üzrə direktor müavini Giorgi Gogia yazdığı məruzəsi ikili standartlarla ermənilərə xidmət etdiyindən xəbər verir. Biz Azərbaycanda fəaliyyət göstərən Qeyri Hökümət Təşkilatları olaraq
"Human Watch-ın Avropa və Mərkəzi Asiya " üzrə direktor müavini Giorgi Gogia yazdığı məruzəsini yalan və həqiqətə uyğun hesab edərək pisləyirik.

Bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edirFərmayılov Anar Hümbət oğlu
ADPU-nun İncəsənət və fiziki tərbiyyə fakültəsinin
dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru


Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti, son 18 ildən artıq dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin inkişaf modelini dünyaya nümunə göstərdi. Ölkəmizin bütün sahələrinə dövlət dəstəyi əhatəli şəkildə hiss olunur, o cümlədən, gənclər siyasəti və idman sahəsində.Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər.

Beynəlxalq idman qurumları Azərbaycana çox böyük ehtiramla yanaşırlar. Avropa vəİslam Həmrəyliyi Oyunlarının, eləcə də digər nüfuzlu beynəlxalq yarışların ölkəmizdə keçirilməsi bunun təsdiqidir. Göstərilən etimadı doğruldan respublikamız adları çəkilən yarışları yüksək və nümunə olacaq səviyyədə təşkil edərək idmana, sağlam həyata bağlı bir ölkə olduğunu ortaya qoydu.

Bir neçə gün öncə Bolqarıstanda gerçəkləşən Avropa çempionatında gənc güləşçilərimizin ölkəmizi layiqli şəkildə təmsil edərək böyük uğur qazanmaları bunun təsdiqidir. Qeyd olunan tədbirdə gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar. Azərbaycan idmançıları yarışda 16 medal qazandı, onlardan 7-si qızıl medaldır. Yarışda iştirak etmiş 34 Avropa ölkəsi arasında Azərbaycan birinci yerə layiq görüldü. Bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarşıladılar.

Martın 17-də Dövlət başçısı İlham Əliyev Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən məzmunlu nitqi xalqımız və respublikamızın idman ictimaiyyəti tərəfindən maraqla qarşılandı. Azərbaycan idmanında güləşin xüsusi yerə və önəmə malik oldugunu qeyd edən dövlət başçısı ölkəmizin daim bu sahədə ön sıralarda olduğunu qeyd etdi: “Güləş Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə malikdir. Güləş bizim milli idman növümüzdür. Bütün dövrlərdə güclü güləşçilərimiz olubdur, həm sovet dövründə və xüsusilə müstəqillik dövründə. Bizim güləşçilərimiz Azərbaycanı müxtəlif yarışlarda ləyaqətlə təmsil ediblər. Bizim bir çox Olimpiya, dünya, Avropa çempionlarımız var. Əlbəttə, güləşin ənənələri Azərbaycanda kifayət qədər güclüdür və şadam ki, indi gənc nəsil bu ənənələri davam etdirir”.
Şübhəsiz ki, güləş ənənələrinə sadiq, onu layiqincə, təcrübəli şəkildə nəsildən- nəslə ötürə bilən gənclərimiz Azərbaycanı bundan sonra da beynəlxalq arenada aparıcı güləş ölkələrindən birinə çevirəcək və nüfuzunu daha da artıracaq.

Prezident İlham Əliyevin vurğuladığı kimi, bu sahə Azərbaycanın dövlət siyasətində prioritet istiqamətlərdən biridir. Ona görə də ölkəmizdə idmanın kütləviliyini təmin etmək, bölgələrdə inkişafını diqqətdə saxlamaq qarşıya əsas vəzifə kimi qoyulub. Xüsusilə, işgaldan azad edilmiş torpaqlarımızda idman komplekslərinin yaradılması, məskunlaşmadan sonra isə gənclərin bu sahəyə dərindən bağlanmaları mühüm önəm daşıyır. Hazırda bu istiqamətdə layihələr üzərində iş aparılır.

Bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir. Bu barədə danışan ölkə başçımız çıxışında bildirmişdir: "Beynəlxalq yarışlarda iştirak edən bütün idmançıların ürəyində bu duyğular mütləq olmalıdır. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar".
Beləliklə, hazırda qalib ölkənin vətəndaşları olaraq ölkəmizin qalib idmançıları ilə qələbənin xoşbəxtliyini yaşayırıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə davamlı olaraq zəfər bizimlədir.
“Müharibəni uduzsaq, Putin məhv olacaq” – Kremlin ideoloquRusiya lideri Vladimir Putinin müəllimi və məsləhətçisi kimi tanınan professor Aleksandr Duqin Ukraynadakı müharibə ilə bağlı sensasion açıqlamalar verib.

Avrasiya.net Modern.az-a istinadən xəbər verir ki, professorun sözlərinə görə, Ukrayna ordusu müqaviməti ilə rusları dayandırıb, bu səbəbdən Putinin işləri yaxşı getmir.

O diqqətə çatdırıb ki, Rusiyanın qalib gəlməkdən başqa seçimi yoxdur, əks halda məhv olacaqlar.

“Rusiya müharibədə qalib gəlməli idi. Əks halda Rusiya xəritədən silinə bilər. Lazım gələrsə, Rusiya ordusu nüvə silahından istifadə edə bilər. Bu hərbi əməliyyat bizim üçün varlıq və yoxluq məsələsidir. Ya var olacağıq, ya da məhv olacağıq. Hazırda hər şey öz axarı ilə gedir. Məğlubiyyət ehtimalını düşünmürük. Çünki bu baş verə bilməz. Əksi olarsa, nə Putin, nə Rusiya, nə də bildiyim dünya olacaq. Biz əlimizdən gələni edirik, risk almışıq. Ona görə də nüvə hücumu ilə üzləşsək və ya NATO tərəfindən müharibəyə müdaxilə görsək, cənab Putinin nüvə variantı ilə bağlı dediklərinə qulaq asmaq lazımdır. Son nəfəsimizə qədər davam edəcəyik. Qərar artıq verilib və qalib gəlməkdən başqa seçimimiz yoxdur”, - Putinin müəllimi bildirib.
Azərbaycan yığması Maltaya bu dəfə qalib gəlib17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Maltadakı təlim-məşq toplanışında yerli yaşıdları ilə yenidən qarşılaşıb.

Avrasiya.net-in məlumatına görə, yoldaşlıq görüşü Elxan Abdullayevin baş məşqçi olduğu yığmanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

U-17-nin qollarını Əşrəf Ələkbərli 24-cü, Nihad Əhmədzadə isə 45+1-ci dəqiqədə vurub.

Qeyd edək ki, bu komandalar arasında martın 25-də keçirilmiş ilk qarşılaşma 2:2 hesabı ilə bitib.
Belarusda İsgəndər-M-lər Ukrayna ilə sərhədə gətirilirBelarusun Qomel vilayətində “İsgəndər-M” raket sistemlərinin Ukrayna ilə sərhədə doğru hərəkəti müəyyən edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Ukrayna xalqının Rusiyanın hərbi işğalına qəhrəmancasına müqavimətinin 33-cü günüdür. Düşmənin əsas səyləri işğal olunmuş xətlərin saxlanmasına və hücum əməliyyatlarının bərpasına hazırlığa yönəlib”, - məlumatda deyilir.
Salyan sakini evakuatorun altında qalaraq öldüSalyan rayonun Bəşirbəyli kənd sakini, 1993-cü il təvəllüdlü Pünhan Aslan oğlu Abbasbəyli hərəkətdə olan evakuatorun altında qalaraq ölüb.

Hadisə rayonun Qaraçala kəndində qeydə alınıb.

Şirvan rayon sakini, 2003-cü il təvəllüdlü Bilal Bağırov idarəetdiyi evakutorla P.Abbasbəylinin üstündən keçib. Evakuatorun altında qalaraq ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Qeyd edək ki, P.Abbasbəylinin meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Neftçala rayon şöbəsinə təhvil verilib.