Rus əsgərlərin vəhşiliyi: yeniyetməyə təcavüz etdilərİşğalçıların öz doğmaları ilə danışıqlarını əks etdirən səs yazısı yayılıb.

Axar.az xəbər verir ki, səs yazısını Ukrayna Təhlükəsizlik Xidməti ələ keçirib.

Səs yazısında rus əsgərlərinin qadınları, hətta 16 yaşlı qızı zorladığı, mülki şəxsləri güllələdiyi haqda öz xanımına danışdığı eşidilir.

Əsgərin xanımı olduğu ehtimal edilən qadın bu söhbətdən dəhşətə gəlir, “bu ki vəhşilikdir” deyir.
Yaşlı kişi özünü binadan atdıGəncə şəhərində intihar hadisəsi baş verib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib.

İlkin məlumata görə, təxminən 60-70 yaşlarında kişi özünü binanın beşinci mərtəbəsindən ataraq intihar edib.

Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.

İlkin məlumata əsasən ,intihar edən şəxs uzun sürən xəstəlikdən əziyyət çəkib.
Azərbaycanlı zabit ailəsi ilə birlikdə itkin düşdü - FotoUkraynanın Mariupol şəhərində yaşayan azərbaycanlı Ruslan Musayev ailəsi ilə birlikdə itkin düşüb.

Avrasiya.net xəbər verir ki, bu barədə Report-a R.Musayevin qohumu Sabina Abdullayeva məlumat verib.

Onun sözlərinə görə, Ruslan Musayevlə sonuncu dəfə martin 1-də əlaqə saxlayıblar:

“Ruslan və ailəsi ilə sonuncu dəfə martin 1-də telefonla danışmışıq. Həmin gündən sonra o, həyat yoldaşı Alyona Musayeva və azyaşlı oğlu Dəmir Musayev barədə məlumatımız yoxdur. Ruslan Mariupol şəhərinin Polis İdarəsinin zabitidir. O, polisdəki nümunəvi xidmətinə görə dəfələrlə fərqlənib və mükafatlar alıb”.

S.Abdullayeva qeyd edib ki, R.Musayevin atası Ukrayna polisində çalışıb və hazırda təqaüddədir:

“Ruslanın atası Berdyansk şəhərindədir. Eyni zamanda Ruslanın bacısı da hazırda polisdə çalışır. O da bir neçə həftə idi ki, itkin düşmüşdü. Lakin martin 24-də tapıldı”.
BEST OF INDIA - Hindistan məhsullarının ən böyük eksklüziv ticarət sərgisi bu gün açıldı26 mart 2022-ci il tarixində 16:00 –da M.Hüseynov küçəsi, 26A ünvanında yerləşən Bakı İdman Sarayında BEST OF INDIA - Hindistan məhsullarının ən böyük eksklüziv ticarət sərgisinin 8-ci buraxılışının Hindistanın Azərbaycandakı səfiri cənab B. Vanlalvavna, Azərbaycan Respublikası Ekologiya Nazirinin müavini cənab Firdovsi Əliyev və Yun və Yun Məhsullarının İxracının Təşviqi Şurasının sədri cənab Sanjeev Dhir tərəfindən birgə rəsmi açılışı oldu.

Açılış mərasimində Azərbaycanda İxracın və İnvestisiyaların Təşfiqi Fondunun, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının nümayəndələri də iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Hindistanın səfiri B.Vanlalvavna tədbirin Hindistanın müstəqilliyinin 75-ci ildönümünü münasibətilə Azadi Ka Amrit Mahotsav təşəbbüsü çərçivəsində keçirilən geniş tədbirlər silsiləsinin bir hissəsi olduğunu vurğuyıb.

O qeyd edib, Hindistanın Azərbaycanla iqtisadi əlaqələrini şaxələndirməsi üçün böyük potensial var, belə ki, Azərbaycanda Hindistan məhsulları və xidmətləri üçün yaxşı imkanlar mövcuddur. Pandemiyaya baxmayaraq, iki ölkə arasında iqtisadi əlaqələr genişlənməkdə davam edir, səfir bildirib. O, 2021-ci ildə Hindistan və Azərbaycan arasında ümumi ticarət dövriyyəsinin ötən il ilə müqayisədə 27% artdığını və bu sərginin iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinə töhvə verəcəyinə ümidvar olduğunu bildirib.

Tədbirdə çıxış edən Nazir müavini Firdovsi Əliyev ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli qarşılıqlı etimadın bütün sahələrdə əməkdaşlığın inkişafı və dərinləşməsi üçün yeni imkanlar yaratdığını vurğulayıb. O əlavə edib ki, ölkələrimiz arasında böyük iqtisadi potensial, hüquqi baza, əlverişli investisiya mühiti mövcuddur. O, bu ticarət tədbirinin və sərgisinin belə imkanların təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, onun davamlı olaraq təşkil olunacağına ümid etdiyini bildirib.

Yun və Yun Məhsullarının İxracının Təşviqi Şurasının sədri cənab Sanjeev Dhir Hindistanın yun məhsulları üçün Azərbaycanda böyük potensialın olduğunu bildirib. O vurğulayıb ki, Hindistan məhsulları həm keyfiyyət, həm də kəmiyyət baxımından qlobal miqyasda rəqabətədavamlı olduğundan bu bazarda Hindistanın yun və digər tekstil məhsullarının, eləcə də əl işləri məmulatlarının payını artırmaq olar.

Sərginin 9 günü ərzində Hindistanın 60-a yaxın şirkəti düyü, çay, ədviyyatlar, hədiyyələr, əl işləri, ev mebeli kimi yüksək keyfiyyətli məhsul və xidmətlərini nümayiş etdirəcək. Sərgi 2022-ci ilin martın 26-dan aprelin 3-dək saat 11:00-dan 19:00-dək davam edəcək. Sərgiyə giriş ödənişsizdir.

Əsl Hindistan çayının dadına baxılması üçün sərgi salonunda Səfirlik tərəfindən təşkil olunan stend çoxlu sayda ziyarətçi cəlb edir. Sərgidə Hindistan turizmi, mədəniyyəti, eləcə də Hindistanda investisiya imkanlarına dair təqdimat videoları da nümayiş etdirilib. Sərginin açılış günündə ziyarətçi sayı gözləniləndən qat-qat çox idi. Ənənəvi hind rəqsləri, Bollivud mahnıları ifaları və xına (Mehndi) stendləri böyük marağa səbəb olub.





Azərbaycan analarının səsiXarici ermənipərəst beynəlxalq təşkilatlar 30 il Qarabağ bölgəsində ermənilər tərəfindən Xocalı, Malıbəyli, Quşçular, Ağdam, Gülablı və digər bölgələrdə mülki əhaliyə qarşı zorakılıq,qırılma, edam, məcburi təxliyə, ekoloji terror, məscidlərin dağıdılması, suyun kəsilməsi, raket atəşinə tutulması, girovların işkəncəyə məruz qalması və digər vandalizm aktlarına suskunluq göstərdikləri halda, qaz kəmərinin qəzasını, araşdırmadan şouya döndərdikləri, öz amplualarına uyğun istifadə etməyə çalışdıqları Azərbaycan analarını çıxış etməyə vadar etdi. Azərbaycanın haqq səsini görməzdən, bilməzdən gəlməyin! Şəhər və kəndlərimizi talan edib, yer üzündən silməyə çalışan ermənilərin maliyyə dəstəyi ilə qərəzli çıxışlarınız bizə tanışdır. Qaz problemindən öz mənafeiniz üçün istifadə etməyə çalışmayın. Qızışdırıcı missiyanızdan əl çəkin. Biz, Azərbaycan anaları Dünyanı Sülhə səsləyirik!

Bahar Qasımova

102 illik tarixi, 75 mindən çox qadını birləşdirən "Azərbaycan Qadınları Respublika Cəmiyyəti İctimai Birliyi adından
“Bizi nüvə silahı ilə hədələyirlər” – Ukrayna lideri"Nüvə silahından istifadə bütün dünya üçün təhlükəlidir".

Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski onlayn formada qatıldığı Doha Forumunda deyib.

O bildirib ki, Rusiyanın Ukraynadakı müharibədən sonra dayanacağı sual altındadır:

"Rusiyanın müstəmləkəçilik tələbləri heç vaxt bitməyib. Rusiya sülh olmayan dövrlərin geri qayıtmasını istəyir. Siz öz xalqınız arasında ədalətin olmasına çalışırsınız, lakin biz isə 31 gündür ədalət axtarırıq. Mən Birləşmiş Millətlər Təşkilatının köməyini yüksək qiymətləndirirəm, lakin bu, ədaləti təmin etməyə yetmir. Rusiyanın Ukraynaya qarşı etdiyi ədalətsizlikdir. Nüvə silahı ilə qorxudur və hədələyirlər. Onlar təkcə bir xalqı deyil, bütün dünyanı nüvə silahı ilə hədələyirlər. İndi dünyada nüvə və ya kimyəvi silahlardan istifadə edilərsə, nə etmək olar, bu məsələlər müzakirə olunur".
Rusiya tankları Slavutiçə girib, şəhər meri qaçırılıbRusiya texnikası Ukraynanın Slavutiç şəhərinin ərazisinə daxil olub.

“Report” UNİAN-a istinadən xəbər verir ki, dünəndən Rusiya qoşunlarının şəhəri atəşə tutması barədə məlumatlar yayılırdı və şahidlərin sözlərinə görə, artıq onlar Slavutiç ərazisinə daxil olublar. Lakin onların yerli hökumət binasına basqın edib-etmədikləri məlum deyil.

Sosial şəbəkələrdə də Rusiya tanklarının hərəkət etdiyi video yayımlanıb. Hadisə şahidlərinin lentə aldığı kadrlarda insanlar istiqamətində atəş açıldığının səsləri eşidilir.

Yüzlərlə vətəndaş hələ səhər saatlarından Ukraynanın böyük bayrağını açaraq şəhərin mərkəzində etiraz aksiyası keçirib.

Kiyev Regional Hərbi İdarəsinin rəisi Oleksandr Pavlyuk səhər saatlarında rus qoşunlarının havaya atəş açdığını və insan izdihamı olan yerlərə səs qumbaraları atdığını bildirib.

O əlavə edib ki, rusiyalı hərbçilər şəhər meri Yuri Fomiçevi qaçırıblar. Şəhər şurası öz işini davam etdirir.
KİV: “Rusiya “Hizbullah”ın 800 muzdlusunu döyüşlərə cəlb edir”Martın 29-da 200 “Hizbullah” muzdlusunun Rusiya tərəfində Ukrayna ilə müharibə üçün Belarusa göndərilməsi planlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın “Novaya qazeta” nəşri yazıb.

Bildirilib ki, Rusiyaya bağlı “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) nümayəndələri silahlı “Hizbullah” qruplaşması ilə yaraqlıların Ukraynaya göndərilməsi ilə bağlı danışıqlar aparıblar.

Məlumata görə, tərəflər Ukraynaya döyüşmək üçün 800 “Hizbullah” döyüşçüsü göndərmək barədə razılığa gəliblər. Hər bir döyüşçünün aylıq 1 500 ABŞ dolları məbləğində maaş alacağı vurğulanıb. Həmçinin bu qərara bonus olaraq “Hizbullah” və dolayısı ilə İran böyük razılaşmalar üçün müəyyən imtiyazlar qazana bilər.

Qeyd olunub ki, bu görüşdən qısa müddət sonra “Hizbullah” Suriyanın Hums əyalətinin Quseyr şəhərində səfərbərlik bürosu açıb.

Bundan əlavə, artıq Suriyanın Hələb, Yəbrud və Seyyidə-Zeynəb şəhərlərində “Hizbullah” yaraqlılarını səfərbər etmək üçün üç əlavə şöbə açılıb. Dördüncü şöbə isə Livanın paytaxtı Beyrutda açılıb.

Yerli KİV-in məlumatına görə, yaraqlıların Ukraynaya göndərilməsinin birinci mərhələsi martın 29-u çərşənbə axşamına planlaşdırılır. 200 muzdlunun Dəməşqdən Belarusun Qomel vilayətindəki hərbi hava bazasına köçürüləcəyi iddia edilir.

Ukraynaya qarşı müharibədə iştirak etmək üçün döyüşçülər Əl-Abbas və Əl-Radvan taborlarından cəlb edilir.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Ukraynadakı müharibəyə Suriyanın bir hissəsinə nəzarət edən Bəşşar Əsədin və Livanın “Hizbullah” qruplaşmasının muzdlularını cəlb etdiyini bildirmişdi. Bununla belə, “Hizbullah”ın lideri Həsən Nəsrullah Baş Qərargahın bu məlumatını təkzib etmişdi.

Qeyd edək ki, Livanın İran dəstəkli hərbiləşmiş təşkilatı və siyasi partiyası “Hizbullah” dünyanın bir sıra ölkəsində terror təşkilatı kimi tanınır.
Rusiya Prezidenti Vladimir Putin “Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatın iştirakçılarının döyüş veteranları kimi tanınması haqqında” qanunu imzalayıb.

Modern.az xəbər verir ki, sənədə əsasən dövlət xüsusi əməliyyat zamanı həlak olan və yaralanan rusiyalı hərbçilərin ailələrinə dəstək göstərəck.

Sənəd martın 26-da Rusiyada hüquqi informasiyaların dərc olunduğu rəsmi internet portalında yerləşdirilib.

Qanun rəsmi dərc edildiyi gündən qüvvəyə minir.

Qeyd edək ki, martın 23-də Dövlət Dumasının deputatları Ukraynada xüsusi əməliyyatın iştirakçılarının döyüş veteranı kimi tanınması haqqında qanunu üç oxunuşda qəbul ediblər.