DMX yanında İctimai Şuranın təşəbbüsü ilə turizm sahəsinin aktual aspektləri müzakirə olunubAzərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın tabeliyində fəaliyyət göstərən Turizm məsələləri üzrə işçi qrupunun üzvlərinin iştirakı ilə “Turizm miqrasiya mobilliyinin növü kimi” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə turizm sektorunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və şirkətlərin, həmçinin təhsil müəssisəsə və elmi mərkəzlərin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan İctimai Şuranın sədri Azər Allahverənov görüşün məqsədi barədə məlumat verib, müzakirəyə çıxarılan turizm qanunvericiliyi sahəsində yeniliklər, turizm sahəsinin inkişaf etdirilməsi, bölgələrdə dayanıqlı turizm və daxili miqrasiya potensiallarının artırılması və digər aktual məsələlərə toxunub.

Tədbirdə çıxış edən “Sağlamlıq və Termal Turizmə Dəstək” İctimai Birliyinin sədri Ruslan Quliyev bütün dünyada olduğu kimi pandemiyanın Azərbaycanın turizm sektoruna ciddi ziyan vurduğunu qeyd edib. Xüsusilə vurğulanıb ki, də regionlarda fəaliyyət göstərən turizm obyektlərinin uzun müddət fəaliyyətsiz qalması səbəbindən infrastruktur dağıdılıb, turizm obyektlərində çalışan peşəkar heyət məcbur qalaraq digər sektorlara keçməli olublar. Amma buna baxmayaraq, hazırda turizmin yenidən dirçəldilməsi üçün geniş imkanların olduğu vurğulanıb.

Azərbaycanda qeyri-neft sektorunda böyük potensiala malik olan sahələrdən birinin məhz turizm olduğunu və bu sektorun daha çox gəlir gətirən sahələrinin inkişaf etdirilməsinin əhəmiyyəti barədə danışan “Kənd və Yaşıl Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Qəhrəman Yusupov, “Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək” İctimai Birliyinin sədri Taleh Əliyev, “Skal İnternational” Beynəlxalq Turizm Peşəkarları İttifaqının Bakı Klubunun prezidenti Ceyhun Aşurov, “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Nərminə Qəribova və digər iştirakçılar ölkəmizdə turzm sektorunun potensialının təhlil olunması və bu sahədə aktual məsələlərin araşdırılması, turizm xidmətlərinin əlçatanlığı və onlara güzəştli vergi sistemlərinin tətbiqi, xarici turistlərin cəlb olunması üçün əlverişli mühitin yaradılması və bu müstəvidə fəaliyyətlərin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi, tədbirlərin birgə təşkili və digər təkliflərlə çıxış etiblər.

DMX yanında İctimai Şuranın Turizm məsələləri üzrə işçi qrupunun rəhbəri Habil Niftalı tədbirdə səsləndirilən fikirlərin vahid sənəd halına salınmasının və aidiyyəti dövlət qurumlarına təqdim edilməsinin vacibliyini qeyd edib və növbəti mərhələdə keçiriləcək tədbirlər barədə məlumat verib.

Müzakirəyə çıxarılan məsələlərə münasibət bildirən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev turizm sahəsi ilə əlaqəli şəkildə fəaliyyət göstərən aidiyyəti dövlət qurumları arasında mövcud əlaqələndirmə işləri barədə danışıb və tədbir iştirakçıları tərəfindən verilən sualları ətraflı cavablandırıb.
İctimai Birliyin eşitmə məhdudiyyətli üzvləri hərbi hissəyə səfər edib “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.02.2022-ci il tarixindən “Jest dilində Vətən və vətənpərvərlik mövzusu” vətən müharibəsi iştirakçılarının tanıdılması və vətənpərvərlik mövzusunda tədbirlərin təşkili” adlı layihəsini dörd ay davam etdirəcək.

Layihə rəhbəri Cəmilə Çingizqızı xəbər verib ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Jest dilində Vətən və vətənpərvərlik mövzusu” vətən müharibəsi iştirakçılarının tanıdılması və vətənpərvərlik mövzusunda tədbirlərin təşkili” adlı layihəsinin məqsədinə uyğun, lazımi orqanlara müraciət əsasında, Daxili İşlər Naziri general-polkovnik cənab Vilayət Eyvazovun göstərişi və Daxili Qoşunların Komandanı general-leytenant cənab Şahin Məmmədovun tapşırığı ilə eşitmə və nitq məhdudiyyəti olan gənclərin Daxili Qoşunların hərbi hissəsinə ziyarəti təşkil olundu.

Vətənpərvərlik mövzusunda olan layihə çərçivəsində, eşitmə məhdudiyyəti olan gənclərlə hərbi hissəyə səfərin məqsədi, əsgərlərin necə hərbi xidmət keçdikləri, qəhrəmanlıqları, Azərbaycanda olan hərbi texnika, silah-sursat və s.haqqında əyani məlumatlandırma və vətənpərvərliyin aşılanmasıdı.
Daxili qoşunların hərbi hissəsinə səfər zamanı , eşitmə və nitq məhdudiyyətli gənclər bir günlərini hərbi hissə ilə tanışlıq və əsgər olaraq keçirdi. İlk olaraq onlar Daxili Qoşunların muzeyi ilə tanış oldular. Daxili Qoşunların Muzeyi Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanının 09 fevral 2008-cu il tarixli əmri ilə yaradılmışdır. Muzeyin yaradılmasında məqsəd Daxili Qoşunların tarixini, inkişaf mərhələlərini, keçdiyi döyüş yolunu və xidməti - döyüş fəaliyyətində qazandıqları nailiyyətləri tərənnüm etdirir. Gənclərə Jest dilində muzey haqqında geniş izahlı məlumat verildi. Muzeyin 1 ci mərtəbədə yerləşən böyük zalda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Daxili Qoşunların ilk döyüşə başladığı gün 12 mart tarixinin onun yaranma günü kimi qeyd olunması barədə 9 mart 1995-ci il tarixli fərmanı, «Daxili Qoşunların statusu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş Daxili Qoşunların vəzifələri əks olunmuş lövhələr, qaya parçaları üzərində Qoşunların şəxsi heyətinin döyüş əməliyyatlarında istifadə etdiyi silahlar, Daxili Qoşunların Azərbaycan Demokratik Respublikası dövründə «Yardım alayı» adı ilə mövcud olması barədə məlumatlar və eksponatlar, alaya rəhbərlik etmiş tanınmış ictimai-siyasi xadim Yusif Ziya Talıbzadənin həyatı və fəaliyyəti, 1992-ci il tarixdə Daxili Qoşunların canlı qüvvələrinin Ağdərə, Ağdam və digər rayonların müdafiəsi uğrunda döyüşlərə cəlb olunması barədə Daxili Qoşunların Komandanının əmrləri, zirehli texnikanın müşayiəti ilə manqanın hücuma keçməsi və Daxili Qoşunların Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı iştirak etdiyi bölgələr göstərilmiş kompozisiyalar, ilk döyüşə cəlb olunmuş 200 nəfərə qədər şəxsi heyətin və hərbi hissənin komandanlığının adlı siyahısı, Füzuli rayonunun Horadiz sərhədyanı yaşayış məntəqəsi uğrunda gedən döyüşlər zamanı 5 nəfər hərbi qulluqçumuzun düşmən texnikası qarşısından çəkilməyərək qəhrəmancasına həlak olma səhnəsi simvolik olaraq göstərilmişdir. Muzeydə Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının şəkilləri, şəxsi əmlakları və döyüşlər zamanı istifadə etdikləri ləvazimatlar sərgilənir. Eşitmə məhdudiyyətli gənclər həmçinin Daxili Qoşunların hərbiçilərinin Ağdam, Ağdərə və Füzuli rayonlarının müdafiə edilməsində döyüş yolunu əks etdirən foto şəkillər, şəxsi əşyalar, döyüşlər zamanı istifadə olunmuş rabitə avadanlıqları, qanlı məktub, bədənlərindən çıxan güllə, geyim və hərbi sursatlarla tanış oldular.

Muzeydə xalqımızın Ümummilli Lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali baş Komandanı İlham Əliyevin Daxili Qoşunlara göstərdikləri diqqət və qayğını əks etdirən güşə yaradılmışdır. Burada Ümummilli Lider H.Əliyevin "Daxili Qoşunların statusu haqqında" Qanunun təsdiq edilməsi barədə Fərmanı, Daxili Qoşunların hərbi qulluqçularının mükafatlandırılması haqqında fərmanları, müdrik kəlamları, həyat və failiyyətini əks etdirən kitablar, Prezident İlham Əliyevin 12 mart 2005-ci il tarixdə Daxili Qoşunların hərbi hissələrinə səfərləri əks etdirən fotoşəkillər, ordu quruculuğu haqqında söylədiyi kəlamlar, fərmanlar, sərəncamlar və digər eksponatlar haqqında da gənclərə geniş məlumat verildi. Bildirmək istəyirəm ki, ümumilikdə Daxili Qoşunların muzeyində iki kompazisiya və 650 ədəd eksponat yer almışdır.

Azərbaycanda olan silahlar haqqında məlumat alan gənclər üçün silahların sərgisi təşkil olundu və silahlara toxunaraq, onun ağırlığını hiss etmək şansı da verildi. Daha sonra hərbi texnikaların sərgisi təşkil olundu. Gənclərə Daxili qoşunların hərbi texnikaları haqqında geniş məlumat verildi və hərbi texnikalara əyani baxışa şərait yaradıldı. Daxili qoşunların əhilləşdirilmiş əməliyyat itləri ilə tanışlıq, itlərin müxtəlif əməliyyatları, maniyyələri aşmaları, əsgərlər tərəfindən gənclərimizə əyani olaraq nümayiş etdirildi. Həmçinin eşitmə məhdudiyyətli gənclərimizə, əsgərlərin yatdıqları çarpayıda yatmaq , dərs otaqlarına baxış, onlarla birgə yemək yeməyə də şərait yaradıldı.

Bu layihənin icrasında “Mən Əsgərəm” adlı kiçik video rolikin də çəkilişi nəzərə alınıb. Bu çəkilişi reallaşdırmaq üçün hərbi hissə komandiri və hərbi hissə təlim tədris üzrə polkovnik-leytenantı gənclərə hərbi forma verilməsini və çəkilişə məxfi sahələri qorumaq şərti ilə şəraitin yaradılmasına göstəriş verdi. Bu video rolik eşitmə məhdudiyyətli gənclərin xəyali hərbi hissədə olmalarını əks etdirir. Bildiyimiz kimi məhdudiyyətli gənclər hərbi xidmətə çağrılmır və xidmətdə olmurlar. Eşitmə məhdudiyyətli gənclər bir çox hadisələrdən məlumatsız olur və ya düzgün informasiya almırlar. Eşitmə məhdudiyyərli gənclər üçün gözlə görünən əyani baxış çox önəmlidir. Bu layihədə əyani tanış olduqları bütün məlumatlar gənclərin yaddaşına həkk oldu. Hərbi xidmətin nə olduğunu, əsgərlərin ciddi rejimdə xidmət etmələrini müşaət edən eşitmə məhdudiyyətli gənclərin sonda bildirdikləri fikir bu oldu “Mən də əsgər olmaq istəyirəm komandir, nə edim?”.

Ali Baş Komandanımız cənab İlham Əliyevin düzgün siyasəti , qəhrəman ordumuz, güclü hərbi texnikalarımız sayəsində 44 gün Vətən savaşında qalibiyyət qazanmış igidləri olan Azərbaycanın bütün vətəndaşları vətənpərvərdir. Azərbaycanın “dəmir yumruğu” var. Bu “dəmir yumruq” altında birləşən Azərbaycan xalqı hər zaman birdir və güclüdür. Bu gücü hər bir kəs hiss etməli, tanımalı və tanıtmalıdır!

Layihəmiz davam edir.
Qubada “Zəfərin fatehləri” adlı layihə çərçivəsində tədbir keçirilibAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Zəfərin fatehləri” gənclər arasında vətənpərvərliyin təbliği adlı layihə çərçivəsində Vətən müharibəsi iştirakçısı olan veteran və qazilərlə görüş keçirilib.

Quba rayonu Alekseyevka kəndində təşkil edilən görüşdə “Vətən müharibəsi” iştirakçısı, “Cəsur döyüşçü”, “Fizulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, eləcə də “Azərbaycan Ordusunun 95 illiyi” və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif olunmuş gizir Zeynal Fərzəliyev, “Fizulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş Heybətqulu Ələkbərov, “Fizulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmiş Vətən müharibəsi iştirakçısı Süleyman Süleymanov, eləcə də 14-29 yaşlı gənclər, gənc müəllimlər iştirak etmişlər.

Tədbirdə çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin icra edilməsində əsas məqsədin gənc nəslə 30 illik Vətən həsrətinə son qoyaraq zəfərimizlə başa çatan Vətən müharibəsinin fatehlərinin təbliği olduğunu qeyd edərək layihəyə dəstək verdiyinə görə agentliyə təşəkkürünü bildirmişdir.

Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçıları 44 günlük zəfərin qazanılmasında keçdikləri ağrılı-acılı, qanlı-qadalı anlardan danışmış, torpaqlarımızın azad edilməsində onların da rolu olduqlarına görə qürur duyduqlarını bildirmişlər.

Digər çıxış edənlər - Quba rayonu Alekseyevka kənd tam orta məktəbinin direktoru İsa Əlixanlı, tarix müəllimi Taleh Bəşirov zəfərin əsas fatehi olan Ali Baş Komandan cənab İlham Əliyevin hərbi dühası sayəsində öz canları və qanları bahasına 30 illik vətən həsrətinə son qoyduqlarına görə müharibə iştirakçılarına təşəkkür etmiş, şəhidlərimizə rəhmət diləmişlər.

Tədbirdə gənclər tərəfindən qazilərə ünvanlanmış sualları cavablandırılmış, yekunda layihə çərçivəsində hazırlanmış vətən müharibəsində şəhid olmuş 50 nəfər qubalı şəhid haqqında məlumatların yer aldığı kitablar bütün iştirakçılara təqdim edilmişdir.

Qeyd edək ki, may ayınadək davam edəcək layihə çərçivəsində gənclərin iştirakı ilə qazilərlə daha bir görüş keçiriləcək, vətən müharibəsinə həsr olunmuş intellektual yarışlar, gənclər arasında tir atıcılığı üzrə turnirlər təşkil olunacaqdır.

Lukaşenko təcili Moskvaya gəldiBelarus lideri Aleksandr Lukaşenko Moskvaya səfər edib.

Bu barədə Belarus mediası məlumat yayıb.

Onun bu gün Rusiya Prezidenti Putinlə görüşəcəyi gözlənilir. Liderlərin müzakirəsinin əsas mövzusu Ukrayna hadisələri, ikitərəfli əlaqələr və iqtisadi vəziyyətdir.
Zelenskidən Rusiyaya XƏBƏRDARLIQ“Mən adekvat ölkənin və adekvat insanların prezidentiyəm. Mənim torpağımda heç bir kimyəvi və ya hər hansı digər kütləvi qırğın silahı hazırlanmayıb”.

Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

O, çıxışında Rusiyaya xəbərdarlıq edib.

“Bütün dünya bunu görür və bilir. Əgər Rusiya bizə qarşı oxşar hərəkətlər etsə, ən sərt sanksiyalarla cavabını alacaq” - deyə Zelenski vurğulayıb.
İŞİD liderinin ölümü təsdiqləndiİraq Şam İslam Dövləti (İŞİD) lideri Əbu İbrahim Əl-Haşimi Əl-Qüreyşinin və sözçüsü Əbu Həmzə Əl-Qureyşinin ölümü təsdiqlənib.

“Reuters” xəbər verir ki, Əbu Əl-Həsən Əl-Haşimi Əl-Qüreyşinin İŞİD-in yeni lideri olduğu elan edilib.

Qeyd edək ki, İraqın keçmiş lideri Səddam Hüseynin ordusunun əsgəri, iki ildən bir qədər çox müddətdə İŞİD-ə rəhbərlik edən Əbu İbrahim Əl-Haşimi Əl-Qureyşi fevral ayında ABŞ xüsusi təyinatlılarının Suriyanın şimalında keçirdiyi reyd zamanı özünü partlatması nəticəsində həlak olub.
Rus ordusunun 60%-i raport yazıb... - Arestoviçİsraildəki vəziyyət çətindir. Əhalinin çoxu bizim tərəfimizdədir, hətta silahla təmin olunmağımızı tələb edirlər. Lakin İsrailin koalisiya hökuməti çox çətin vəziyyətdədir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı israilli tərəfdaşların mövqeyinin dəyişməsi ehtimalını şərh edərkən deyib.

“Onlar daim Rusiyadan asılı vəziyyətdədirlər, özləri belə münasibətlər qurublar. İndi də Rusiya hətta Yaxın Şərqdəki terrorçulara silah verməklə hədələyir. Ancaq seçim etməli olduğunuz zaman həmişə gəlir”, - PA rəsmisi vurğulayıb.

Arestoviç Prezident Vladimir Putinin İsrail qanunvericiləri ilə planlaşdırılan görüşündən gözləntilərindən də danışıb:

"İndi zarafat edirlər ki, Zelenski ABŞ-dakı seçkilərdə iştirak etsəydi, qalib gələrdi. Bizim prezidentimiz indi bütün azad dünyanın lideridir”.

Arestoviç onu da qeyd edib ki, prezident siyasi rəhbərlikdən yan keçməklə dünya xalqlarına birbaşa müraciət etmək hüququnu özündə saxlayır.

Həmçinin Rusiyanın saxta informasiyalarına gəlincə, Aretoviç qeyd edib ki, Rusiya döyüş meydanında qalib gələ bilmədiyi üçün özünü yalanla sınayır:

“Rusiya artıq o qədər yalan danışıb ki, Yaxın Şərqdəki sonuncu eşşək buna inanmır”.

Onun sözlərinə görə, Rusiya ordusunun şəxsi heyətinin 60%-i Ukraynaya döyüşə getməyəcəkləri barədə raport yazıb.
Rusiyanın atəşkəs üçün Ukraynaya 6 şərtiRusiya müharibənin dayandırılması üçün Ukraynaya 6 şərtin dərhal icrasını tələb edir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası diplomatik mənbələrə istinadla məlumat yayıb. Bildirilib ki, bu şərtlərdən 5-nin Ukrayna Konstitusiyası ilə gücləndirilməsi də tələb edilir.

Tələblər isə bunlardır:

1. NATO-dan imtina və neytral statusun elan edilməsi.

2. Rus dili – ikinci dövlət dili olmalıdır. Rus dilinin məhdudlaşdırılması ilə bağlı bütün qanunlar ləğv edilməlidir.

3. Krım Rusiyanın ərazisi kimi tanınmalıdır.

4. Luqansk və Donetsk “xalq respublikaları”nın müstəqilliyi tanınmalıdır və onların ərazisi tam şəkildə qəbul edilməlidir. Əvvəllər Donbasın Ukraynanın nəzarətində olan hissəsindən də Kiyev imtina etməlidir.

5. “Denasifikasiya”. Ultra-millətçilərin, nasist və neonasist partiya və ictimai təşkilatların fəaliyyəti qadağan olunmalı, nasist və neonasistlərin qərhəmanlaşdırılması barədə mövcud qanunlar ləğv edilməlidir.

6. Ukraynanın demilitarizasiyası. Hücum silahlarından tam imtina edilməlidir.