Rusiyalı polkovnik Ukraynada öldürüldüRusiya ordusunun polkovniki Viktor İsaykin Ukraynada döyüşlər zamanı öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Mordoviya respublikasının rəhbəri Artyom Zdunov məlumat verib.

“Donbasda keçirilən xüsusi əməliyyat zamanı tapşırığı yerinə yetirərkən həmyerlimiz polkovnik Viktor İvanoviç İsaykin ölüb”, - Zdunov bildirib.
ABŞ Rusiya neftinə embarqo qoyacaqABŞ Rusiya neftinə embarqo qoyulması planı üzərində işləyir.

“Report” xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Dövlət Departamentinin saytında canlı yayımlanan müraciətdə deyib.

“Mən bu axşam elan edirəm ki, biz müttəfiqlərimizlə Amerika hava məkanını bütün Rusiya uçuşları üçün bağlayacağıq”, - Cozef Bayden qeyd edib.

“Putin indi dünyadan heç vaxt olmadığı qədər təcrid olunub", - ABŞ rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, ABŞ Ədliyyə Nazirliyi rusiyalı oliqarxların cinayətlərini araşdırmaq üçün xüsusi işçi qrup toplayır. “Biz Avropalı müttəfiqlərlə onların yaxtalarını, lüks mənzillərini, şəxsi təyyarələrini tapmaq və müsadirə etmək üçün birləşirik. Biz onların əyri yollarla qazandıqları pulların arxasınca gedirik”, - Bayden əlavə edib.
Blinken: "Rusiya BMT-nin İnsan Hüquqları Şurasından çıxarılmalıdır""Rusiya BMT-nin İnsan Hüquqları Şurasından çıxarılmalıdır".

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu təkliflə ABŞ dövlət katibi Entoni Blinken çıxış edib.

Blinken xəbərdarlıq edib ki, Rusiyanın Ukraynadakı cinayətləri hər saat artır.

“İnsan hüquqlarını dəhşətli dərəcədə pozaraq böyük humanitar böhrana səbəb olduğuna görə, BMT üzvü olan dövlətin bu Şurada qalması düzgün deyil”, - ABŞ dövlət katibi qeyd edib.

Blinken, həmçinin xəstəxana və məktəblər kimi mülki hədəflərə raket hücumlarını əsas gətirərək humanitar böhranın getdikcə dərinləşməsi barədə xəbərdar edib.

"Ukraynaya müdaxilə edən Rusiyanın insan hüquqlarını pozması ilə bağlı beynəlxalq araşdırma aparılımalıdır", - amerikalı diplomat əlavə edib.
Ərdoğan Rusiya və Ukraynaya müraciət edib“Bizim çağırışımız həm Rusiyaya, həm də Ukraynayadır ki, atəşlər mümkün qədər tez kəsilsin və həm Rusiya, həm də Ukrayna burada dünya sülhünə yaxşı töhfə versin”.

“Report” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:

“İndi Zelenski çıxış edir və Avropa Birliyi parlamentində ayaq üstə alqışlanırlar. Müsbət irəliləyişdir. “Bir bədbəxtlik min nəsihətdən üstündür” kimi gözəl deyimimiz var, həmişə onu gözləyirlər, amma Türkiyə bunları gözləmir. Türkiyə hər zaman öz mövqeyini saxlayan, hər zaman məzlumun, əzilənin yanında olan ölkədir”.

Türkiyə lideri bildirib ki, NATO üzvləri ancaq zarafat edir. Eyni zamanda Avropa İttifaqı üzvləri də zarafat edir. Rəcəb Tayyib Ərdoğan NATO ilə bağlı mövqeyinin bəlli olduğu Türkiyənin alyansın genişlənməsinə qarşı çıxan ölkə olmadığını vurğulayıb.

"Əksinə, biz həmişə NATO-da genişlənmənin faydalı olacağını müdafiə etmişik və indi də müdafiə edirik. Bu addımları atarkən bunu dünya sülhü üçün istəyirik. "Dünya sülhünə nə qədər töhfə verə bilərik? Ona görə də biz bunu istəyirik, amma Avropa Birliyi mövzusunda bir daha Aİ-yə üzv dövlətlərə deyirəm: - Ukrayna ilə bağlı göstərdiyiniz həssaslığı lütfən Türkiyəyə də göstərin. Yoxsa kimlərsə Türkiyəyə qarşı müharibəyə başlayıb hücum etsə, Türkiyəni də gündəmə gətirəcəksiniz?”, - Ərdoğan vurğulayıb.

“Hazırda Avropa Birliyinə üzv ölkələr arasında müdafiə sənayesində əməkdaşlıq etməli olduğumuz ölkələr var və bu ölkələrin bir çoxu həm də NATO üzvüdür. Onlar NATO üzvüdür, Türkiyə də NATO üzvüdür. Türkiyəyə müdafiə sənayesinə aid iş birliyində olmayan, uzaq duran ölkələr, biz bərabərik, müttəfiqik. Türkiyəyə bu cür avadanlıqları, sursatları niyə vermirsiniz? Bu, bizim həmrəyliyimizin tələbidir, amma vermirlər. Başqa bir müharibənin başlanmasını gözləyirlərmi?

Bunlar səmimi deyillər, NATO üzvləri ancaq zarafat edir. Avropa İttifaqı üzvləri də zarafat edir”, - Türkiyə lideri əlavə edib.


Dünyada koronavirusa yoluxanların sayı 435 milyonu ötübDünyada təsdiqlənmiş koronavirus infeksiyasına yoluxma hallarının sayı 435 milyonu, ölənlərin sayı isə 5,95 milyon nəfəri keçib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən xəbər verir.

Məlumata görə, ÜST 435 626 514 nəfərin yoluxması və 5 952 215 nəfərin ölməsi barədə məlumat alıb. Gün ərzində yoluxanların sayı 1 200 287 nəfər, ölənlərin sayı isə 7 082 nəfər artıb.

ÜST-ə məlumat verilən ən çox təsdiqlənmiş yoluxma halları ABŞ-dadır – 78 212 580. Siyahıda sonrakı yerlərdə Hindistan (42 931 045), Braziliya (28 768 104), Fransa (22 032 795) və Böyük Britaniya (18 886 705) qərarlaşıb. Dünyada COVID-19-dan ən çox ölüm halları da ABŞ-dadır – 941 112. Siyahıda ikinci sırada Braziliya (649 134), üçüncü yerdə Hindistan (514 023) qərarlaşıb. Onu Rusiya (352 446) və Meksika (318 086) izləyir.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Zelenski: “Ukrayna xalqı sona qədər mübarizə aparacaq”“Ukrayna xalqı sona qədər mübarizə aparacaq”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Reuters” və “CNN”ə birgə müsahibəsində deyib. O, qeyd edib ki, Ukrayna nə qədər dözə biləcəyini düşünmür.

Prezidentdən xüsusən Ukraynanın Rusiyanın hücumu qarşısında daha nə qədər dözə biləcəyi soruşulub.

"Bilmirik. Bu barədə düşünmürük. Bu, fəlsəfi sualdır. Vacib deyil. Bu, heç düzgün deyil, biz geri çəkilmirik, mübarizə aparırıq və bu millət sona qədər mübarizə aparacaq, örünün sonuna qədər. Vəssalam. Məsələ rəhbərliyin nə qədər davam edə biləcəyidir, bu, şübhəsiz ki, bizə aid deyil”, - Zelenski cavab verib.

"Əvvəla, biz niyə qalib gəlirik və ya özümüzü niyə müdafiə edirik? Niyə? Çünki biz evimizdəyik. Uşaqları, evimizi qoruyuruq. Bunu səmimi edirik. Və mən hesab edirəm ki, biz özümüzə məxsus olan hər şeyi xalqımız üçün qorumalıyıq. Bu gün qorunmalı olan uşaqlarımızın gələcəyidir”, - Prezident bildirib.
Rusiya Ukraynaya qarşı döyüşməyə dinc sakinləri göndərirRusiya Ukraynaya qarşı döyüşməyə dinc sakinləri göndərir.

"Report bu barədə UNİAN-a istinadən xəbər verir.

Birləşmiş Qüvvələrin Əməliyyat Qərargahının mətbuat mərkəzi feysbukda məlumat yayıb ki, Donbasdakı dinc sakinlər döyüşlərə cəlb edilib.

"Bu gün Donetsk istiqamətində müdafiəçilərimiz Rusiya silahlı birləşmələrinin bir qrup nümayəndəsini əsir götürüblər. Onların Donbas sakinləri olduğu üzə çıxıb: çilingərlər, müəllimlər, sosial işçilər”, - məlumatda deyilir.


Aİ Ukraynaya hərbi təyyarə göndərməkdən imtina edibAvropa İttfaqı ölkələri bir neçə gün əvvəl Ukraynaya vəd edilmiş qırıcılıarı göndərməkdən imtina edib

APA-nın UNİAN-a istinadla məlumatına görə, bu barədə “Politico” nəşri məlumat yayıb.

Polşa, Bolqarıstan və Slovakiya təyyarə göndərə bilməyəcəklərini bəyan edib.

Aİ ölkələri bir neçə gün əvvəl 70 ədəd MİQ-29 təyyarəsi göndərmək barədə xəbəri də təkzib edib.

Bolqarıstanın Baş naziri Kiril Petov ölkəsində kifayət qədər saz təyyarə və ehtiyat hissələri olmadığını bildirib.

Polşa Prezidenti Anjey Duda isə Kiyevə təyyarə göndərilməsinin hərbi müdaxilə ilə nəticələnəcəyini bildirib. Müdafiə naziri Mateuş Moravetski isə ölkəsinin belə planının ümumiyyətlə olmadığını deyib.

ATƏT-in əməkdaşı Ukraynada öldürüldüATƏT-in Xüsusi Monitorinq Missiyasının müşahidəçisi Rusiya ilə müharibədə həlak olub.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Mariya Mezentseva Feysbuk hesabında məlumat verib.

“Rusiyanın Ukraynaya qarşı müharibəsində ATƏT-in bir əməkdaşı həlak olub. O, 45 yaşlı qadındır”, - deputat bildirib.

Bununla yanaşı, deputat bunun harada və hansı şəraitdə baş verdiyini açıqlamayıb.