Volodimir Zelenski dünya yəhudilərinə çağırış edibUkrayna Prezidenti Volodimir Zelenski dünya yəhudilərinə çağırış edib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, o, bu barədə videomüraciətində danışıb.

“Paytaxtımıza atılan raketlər göstərir ki, Rusiyadakı bir çox insana Kiyev tamamilə yaddır. Onlar paytaxtımız, tariximiz haqqında heç nə bilmirlər. Onlar bizim tariximizi, ölkəmizi silmək, hamımızı məhv etrmək barədə əmr alıblar. İndi dünya yəhudilərinin səssiz qalmaması, baş verənlərə reaksiya bildirməsi çox vacibdir”, - dövlət başçısı bildirib.
Moldova sərhədinə yola salınıbUkraynada yaranmış gərgin vəziyyətlə əlaqədar 100 nəfərdən çox Azərbaycan vətəndaşı Odessadan Moldova sərhədinə yola salınıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev bildirib ki, bu müddətdə soydaşlarımız Odessadakı Azərbaycan Evində saxlanılıb, onların bütün ehtiyacları qarşılanıb.

Ukrayna-Moldova sərhədində onlar Azərbaycanın müvafiq dövlət orqanlarının nümayəndələri tərəfindən qarşılanacaq və uyğun şərait yaranan kimi Bakıya təxliyə olunacaqlar.

Rövşən Quliyev Ukraynadakı azərbaycanlıların taleyinə diqqətlə və həssaslıqla yanaşdığı üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
Vətən müharibəsində iştiraka görə təltif olunacaq şəxslərin siyahısı 15 günə hökumətə təqdim ediləcəkVətən müharibəsində iştiraka görə təltif olunacaq şəxslərin siyahısı 15 gün müddətində hökumətə təqdim ediləcək.

Bununla bağlı Baş nazir Əli Əsədov “Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında” Azərbaycan Prezidentinin 2022-ci il 10 fevral tarixli 3144 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə sərəncam imzalayıb.

Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 3088 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən “Müharibə veteranı” adının verilməsi ilə əlaqədar Nazirliyin Mərkəzi elektron informasiya sisteminə adları daxil edilmiş şəxslərin siyahısını on beş gün müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan, 2020-ci il 27 sentyabr tarixinədək “Müharibə veteranı” adı almış şəxslərin siyahısını təsdiqedici sənədlərlə (müharibə veteranı vəsiqələrinin surəti, hərbi biletlərin surəti, ezamiyyət vəsiqələrinin surəti, əmrlərdən çıxarışlar, şəxsiyyət vəsiqələrinin surəti və s.) birlikdə, həmin şəxslərin yerinə yetirdikləri tapşırıqlara dair ətraflı arayış (hər bir şəxsə münasibətdə ayrı-ayrılıqda) əlavə edilməklə on beş gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Sərəncamın nəzərdə tutulmuş dövlət orqanları istisna olmaqla digər mərkəzi, habelə yerli icra hakimiyyəti orqanları, eləcə də Azərbaycan Prezidentinin yaratdığı publik hüquqi şəxslər və dövlətə məxsus digər hüquqi şəxslər Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin onuncu abzasında göstərilmiş ərazilərdə ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlarının və mülki işçilərinin siyahısını təsdiqedici sənədlərlə (hərbi biletlərin surəti, ezamiyyət vəsiqələrinin surəti, əmrlərdən çıxarışlar, şəxsiyyət vəsiqələrinin surəti və s.) birlikdə, həmin şəxslərin ön cəbhədə yerinə yetirdikləri tapşırıqlara dair ətraflı arayış (hər bir şəxsə münasibətdə ayrı-ayrılıqda) əlavə edilməklə on beş gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinə həvalə edilib və imzalandığı gündən qüvvəyə minir.
Ukrayna yeni “Bayraktar”lar aldıUkrayna Türkiyədən yeni "Bayraktar" pilotsuz uçuş aparatları (PUA) alıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib.

"Artıq Ukraynaya yeni "Bayraktar"lar gətirilib. Avropa bizə lazım olan müdafiəni verir. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm”, - deyə nazir bildirib.
Ukrayna Rusiyanın itkilərini açıqlayıbMüharibənin yeddinci gününə olan məlumata əsasən, Rusiya ordusu döyüşlərdə təxminən 5840 nəfər itki verib.

Avrasiya.net xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

"Birgə Qüvvələr Əməliyyatı zonasında Rusiyanın 30 təyyarəsi, 31 helikopteri, 211 tankı, 862-dən çox hərbi texnikası, 9 hava hücumundan müdafiə sistemi, 40 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 3 PUA, 2 qayıq, 355 avtomobil texnikası məhv edilib. Yüzlərlə hərbçi əsir götürülüb", - deyə nazirlik Rusiyanın itkilərini açıqlayıb.

Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyi Ukraynaya qarşı döyüşlərdə itkilər verdiklərini təsdiqləyib, lakin rəqəmlər ictimaiyyətə təqdim olunmayıb.
“Rus hərbçiləri hücumdan çəkinir”  - Müdafiə naziri“Rusiya işğalçıları hansısa yolla öz bölmələrinin döyüş effektivliyini saxlamağa çalışır. Amma getdikcə onların vəziyyəti pisləşir”.

Bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib.

“147 saat müdafiə hər şeyi deyir. Hadisələrin mahiyyəti dəyişir. Rus işğalçıları öz bölmələrinin döyüş qabiliyyətini birtəhər saxlamağa çalışırlar. Amma bu getdikcə pisləşir. Bunu dəfələrlə rus əsgərləri və qruplaşmalarının əsir götürülməsi sübut edir. Rusiyada məhbusların və qurbanların yaxınları etiraz aksiyası keçirməyə başlayıb”, - nazir deyib.
UAR-da yaradılan operativ qərargahın nömrəsi dəyişibDiasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan hökumətinin tapşırığı ilə digər dövlət qurumları ilə koordinasiyalı şəkildə işləyərək, Ukraynada yaşayan soydaşlarımızın təxliyəsi üçün bütün imkanlarını səfərbər edib.

Komitədən verilən məlumata görə, Ukraynada çoxlu sayda azərbaycanlıların yaşadığını nəzərə alaraq, Ukrayna Azərbaycanlıları Radasında operativ qərargah yaradılıb. Qərargahın nömrəsi dəyişib. Həmvətənlərimiz aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərlər:

Ukrayna Azərbaycanlıları Radası (Kiyev) +380 (98) 949 70 38
Rusiya Xarkova desant qoşunu çıxardı: Döyüş başladı!Rusiya Xarkov şəhərinə desant qoşunu çıxarıb, Ukrayna döyüşçüləri onlarla döyüşə girib.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

"Rusiya desantları Xarkova enib. İşğalçılar xəstəxanaya - Şimal Regionunun Hərbi Kliniki Tibb Mərkəzinə hücum ediblər. İşğalçılarla ukraynalı müdafiəçilər arasında döyüş başlayıb", - məlumatda deyilir.

"Ukraynanın Operativ Silahlı Qüvvələri" Teleqram kanalının məlumatına görə, hücum şəhər və bölgədə hava həyəcanı xəbərdarlığının elan edildiyi anda baş verib.

Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Həbri əməliyyatların gedişində hər iki tərəfdən xeyli sayda hərbçi həlak olub və ya yaralanıb. Müharibə xüsusən Ukraynaya fəlakətlər bəxş edib. Bu ölkənin yüzlərlə dinc sakini həlak olub və yaralanıb, şəhərlərin infrastrukturuna ciddi ziyan dəyib.
Ruslar texnikalarını Xarkovda qoyub qaçdı – FotoRus ordusu mənəvi cəhətdən sınıb, əsgərlər ya Ukrayna hərbçilərinə təslim olurlar, ya da texnikalarını atıb piyada qaçırlar. Hara qaçdıqlarını heç kim bilmir.

Bu barədə UNN portalı məlumat yayıb.

Məlumata görə, bu dəfə rus hərbçiləri öz texnikalarını Xarkov vilayətinin Bezruki kəndində tərk edərək, qaçıblar. Xarkov yaxınlığındakı döyüşdə isə Ukrayna ordusu Rusiya Silahlı Qüvvələrinin 200-cü motoatıcı briqadasına məxsus 6 ədəd T-80 tankını ələ keçirib.
Ruslarla danışan ukraynalı deputat yoxa çıxdıUkraynanın Xarkov vilayətinin Kupyansk şəhərində martın 1-də şəhərin Rusiya qoşunları tərəfindən işğalına qarşı keçirilən mitinqdə şəhər şurasının deputatı Nikolay Masliy yoxa çıxıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu barədə yerli “Nyusrum” nəşri məlumat yayıb.

Etirazçıların sözlərinə görə, Rusiya hərbçiləri əvvəlcə deputatı danışıq üçün kənara çağırıblar. Sonra atəş açmağa başlayıblar və tüstülü mərmi atıblar. Bundan sonra Masliyi heç kim görməyib.

Onun yerini tapmaq üçün edilən bütün cəhdlər uğursuz olub.

Qeyd edək ki, Kupyanskın sakinləri küçələrə çıxaraq rus əsgərlərindən şəhərləri tərk etməyi tələb ediblər. Sakinlər Ukraynanın bayraqlarını qaldırıb, Ukraynanın dövlət himnini oxuyub, “Kupyansk Ukraynadır” şüarını səsləndirib və Rusiya hərbçlərin maşınlarına tərəf qaçıblar. Sakinlər hadisənin videogörüntülərini sosial şəbəkələrdə yayımlayıblar.