Fransa hökuməti “Qarabağ”la bağlı qərarını AÇIQLADI“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə səfər oyununu Fransada keçirə biləcək.

Avrasiya.net-in məlumatına görə, Fransa hökuməti Liqa1 təmsilçisinin müraciətini müsbət cavablandıraraq, görüşün ölkədə baş tutmasına icazə verib.

Məsələ burasındadır ki, Ağdam klubunun futbolçularına vurulmuş peyvəndlər Fransada qəbul olunmur. Lakin idmandan məsul nazir nümayəndəsi Roksana Marasinyanu bildirib ki, Rusiya və Çin peyvəndi vurulan idmançılar ölkə ərazisinə daxil ola bilərlər.

Onun sözlərinə görə, xarici idmançılar ölkələrində tam peyvənd təqvimini təqdim etmələri və ciddi sağlamlıq protokoluna əməl etmələri şərti ilə Fransaya buraxılacaqlar. Futbolçular qarşılaşmanın startından 24 saat əvvəl test verməlidirlər. Bu isə o deməkdir ki, “Marsel” – “Qarabağ” matçının “Velodrom” stadionunda keçirilməsinə heç bir maneə qalmayıb.

Qeyd edək ki, Fransadakı görüş fevralın 17-də baş tutacaq. Cavab oyunu isə bir həftə sonra Bakıda keçiriləcək.
Rusiya ABŞ-a meydan oxudu: “Geri çəkilməyəcəyik”Rusiya ABŞ-dan gələn təhdidlərə görə öz maraqlarından geri çəkilməyəcək.

Avrasiya.net xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfirliyindən bildirilib.

“Gərginliyin generatoru Moskva deyil, Vaşinqtondur. Biz geri çəkilmək niyyətində deyilik və Amerikanın sanksiyaları ilə bağlı hədə-qorxuları nəzərə alaraq diqqətdə dayanacağıq",- səfirlik bildirib.

Səfirlik, həmçinin bəyan edib ki, məhz ABŞ “Kiyevdə radikal millətçi dövlət çevrilişini təşviq edib, bunun nəticəsində Krım sakinləri məhv olmaq təhlükəsi ilə üzləşib və Rusiya ilə birləşməyə səs veriblər”.

Eyni zamanda, bəyanatda vurğulanıb ki, Rusiya silahlı qüvvələrini öz ərazisinə köçürmək üçün suveren hüquqa malikdir və bu, heç kəsi təhdid etmir.
“Əbu-Bəkr" məscidinin minarəsi söküldü"Nərimanov rayonu, Ü.Bünyadzadə küç, 766-cı məhəllə ünvanında yerləşən “Əbu-Bəkr" məscidi kəskin qəzalı vəziyyətdə olduğundan Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən burada bərpa-gücləndirmə işlərinin aparılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq tapşırıq verilib".

Avrasiya.net xəbər verir ki, bu barədə APA-ya Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.

Qeyd olunub ki, BŞİH-nin qurumları tərəfindən burada təmir işlərinə başlanılıb: “Ərazidə aparılan mühəndis-geoloji işlər və ilkin araşdırmalar zamanı müəyyən olunub ki, məscidin tikintisi zamanı ciddi konstruktiv səhvlərə yol verilib, burada tikinti normalarına riayət edilmədiyindən məscidin binası və minarələrinin biri kəskin qəzalı vəziyyətə düşüb. Bununla əlaqədar məsciddə bərpa-gücləndirmə işlərinə dair layihə smeta sənədləri hazırlanıb, qəzalı minarə sökülüb və artıq yeni layihə əsasında işlər aparılır”
İran nüvə proqramı ilə bağlı danışıqlar yekunlaşırBirgə Hərtərəfli Fəaliyyət Planına qayıdış yönündə İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlar final mərhələdədir və tərəflərin bir neçə həftədən az vaxtı qalıb.

Axar.az xəbər verir ki, bu barədə yerli mediaya ABŞ-ın adı açıqlanmayan yüksək çinli məmuru məlumat verib.

“Hazırda yolun son mərhələsindəyik. Öncədən dediyimiz kimi, bu danışıqlar əbədi davam edə bilməz. Bu, nə proqnoz, nə təhlükə, nə də süni müəyyən edilmiş vaxtdır. Bu, sadəcə, İran və “5+1” ölkələrinə irəli sürülən tələbdir”, - deyə bildirilib.
Biz məğlub olduq, sındırıldıq – SərkisyanBiz kapitulyasiya imzalamağa məcbur olduq, sındırıldıq.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan mediaya geniş müsahibəsində deyib.

Buna baxmayaraq, o, “Qarabağla bağlı danışıqları” bərpa etmək üçün hələ də imkanlar olduğunu, Minsk Qrupunu diriltməyin lazım gəldiyini iddia edib və bildirib ki, hakimiyyətdən bu yolla getməyi tələb etməlidirlər.

O, hakimiyyətin “siyasi dilənçilik”dən qurtarmalı olduğunu deyib və iddia edib ki, Paşinyan doğru olmayan yolla gedir.

Sərkisyan sözlərinin revanşizm kimi qəbul edilməməsini də istəyib.