Şəhid ailələri və qazilərin problemləri araşdırılacaq“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qazilərin, şəhid ailələrinin sosial problemlərinin araşdırılması və həllinə dəstək“ adlı layihənin icrasına başlayıb.

Layihənin icra müddəti 4 ay və məqsədi qazilərin, həmçinin şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərinin sosial problemlərinin araşdırılması, aradan qaldırılmasının yollarını taparaq, həllinə dəstək verməkdən ibarətdir.

Layihə rəhbəri Esmira Orucova bu barədə məlumat verərək qeyd edib ki, qazilərin və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması məsələsi Azərbaycan hökumətinin prioritet istiqamətlərindən biridir: “Onların sosial problemlərinin həlli Prezident İlham Əliyevin və Birinci Vitse- prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı qazilərə diqqət və qayğının ölkəmizdə yüksək səviyyədə olmasına baxmayaraq, bu kateqoriyadan olan insanların problemlərinin tam aradan qaldırılması hələ də mümkün deyil. Elə bu səbəbdən də ən çox diqqət və qayğıya ehtiyacı olan adı çəkilən qrupun rastlaşdığı sosial ppoblemlərinin aşkarlanması istiqamətində tədqiqat aparmaq, mövcud olan məsələləri aşkara çıxarmaqla dövlətin həyata keçirdiyi sosial siyasətə dəstək olmağı özümüzə borc bilirik”.

E.Orucova bildirib ki, layihə çərçivəsində Ağdam, Ağcabədi və Tərtər rayonlarında qazilər, şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvləri ilə sorğular keçiriləcək: “Problemlərin müzakirə olunması və onların həlli yollarının müəyyənləşdirilməsi məqsədi ilə adı çəkilən şəxslərlə dövlət qurumları və QHT – lərin görüşləri keçiriləcək. Sonda ictimai birlik tərəfindən təklif və tövsiyələr hazırlanıb, müvafiq qurumlara müraciətlər olunacaq”.
Gəncədə tələbələrin evi soyulduGəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxsin kimliyi məlum olub.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, aparılan araşdırmalar nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Bünyadzadə yanvar ayının 31-də tələbələrin yaşadığı mənizlə daxil olaraq mənzil sakinlərini əlindəki bıçaqla hədələyərək ümumi dəyəri 4000 manat olan qızıl-gümüş və mobil telefonu quldurluq yolu ilə mənimsəyib.

Saxlanılan şəxs istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.
Bakıda Pakistan vətəndaşı itkin düşdüBakıda Pakistan vətəndaşı itkin düşüb.

Hadisə yanvarın 31-də paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, Pakistan vətəndaşı, 1982-ci il təvəllüdlü Mahmud Nasir Asif Muhammad oğlu yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

Hadisə ilə bağlı onunla eyni ünvanda yaşayan həyat yoldaşı hüquq-mühafizə orqanlarına müraciət edib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.
Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldıBaş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi və bu sahə üzrə aidiyyəti rayon prokurorlarının köməkçiləri tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə Balakən və Qəbələ rayonlarının ərazilərində yerləşən qum-çınqıl yataqlarında yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması ilə qanunsuz hasilatın aparılması barədə məlumatlar yoxlanılıb.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Mütəxəssislərin iştirakı və xüsusi texniki vasitələrin köməyi ilə ərazilərə baxış keçirilib, ölçülər götürülüb, hesablamalar aparılıb, müvafiq dövlət qurumlarının reyestrlərində olan məlumatlar təhlil edilib, aidiyyəti şəxslərin izahatları alınıb və müvafiq dövlət qurumlarına verilən sorğulara cavablar toplanılıb.

Müəyyən edilib ki, Balakən Kərpic İstehsalı Müəssisəsi MMC və Redstone MMC-nin vəzifəli şəxsləri 1 milyon 137 min manat, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Əsgər Əsgərov tərəfindən Balakən rayonu ərazisində 774 min manat, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Nizami Abdullayev tərəfindən isə Qəbələ rayonu ərazisində 71 min manat dəyərində qanunsuz qum-çınqıl hasilatı aparılıb.

Qeyd olunan faktlar üzrə Cinayət Məcəlləsinin 188.1 (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə 3 cinayət işi başlanılaraq istintaq olunması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.
Bir ailənin 5 üzvü dəm qazından zəhərləndiGəncədə zəhərlənmə faktı qeydə alınıb.

Avrasiya.net-in məlumatına görə, 1982-ci il təvəllüdlü Vüsal Zeynalov,1985-ci il təvəllüdlü Elyanə Vəliyeva, 2008-ci il təvəllüdlü Ülvi Zeynalı, 2015-ci il təvəllüdlü Asya Zeynalı və 2007-ci il təvəllüdlü Ayşə Zeynallı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal xəstələrə tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.(Apa)
Ukrayna bu ölkələrlə Rusiyaya qarşı birləşdiUkrayna, Polşa və Britaniya yeni ittifaq yaratmaq qərarı verdi.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal deyib.

O bildirib ki, bu ittifaq regional təhlükəsizliyi təmin edəcək:

“Ukrayna-Polşa-Britaniya əməkdaşlığını nəzərdə tutan yeni regional formatın ən qısa zamanda rəsmən elan ediləcəyini gözləyirik. Rusiya təcavüzü davam edir. Bu səbəbdən üçtərəfli sənədi imzalayacağıq”.

Qeyd edək ki, belə bir "siyasi əməkdaşlıq formatı"nın yaradılacağını Zelenski də elan etmişdi.
Yanvarın 23-dən Olimpiadada 300-ə yaxın yoluxma qeydə alınıbYanvarın 23-dən bəri Çin rəhbərliyi Pekin Olimpiadasına gələn insanlar arasında 300-ə yaxın koronavirusa yoluxma faktı qeydə alıb.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sessiyası zamanı Pekin 2022-nin Təşkilat Komitəsinin tibbi ekspert qrupunun sədri Brayan Makkloski məlumat verib.

Aşkar edilmiş yoluxma hallarının dəqiq sayı 287-dir. Fevralın 2-də 55 yoluxma faktı aşkarlanıb: 29-u hava limanında, 26-sı Oyunların bütün iştirakçılarının yaşadığı ərazidə.

Qeyd edək ki, Olimpiya Oyunlarının açılışı fevralın 4-də olacaq.
Rusiya S-400 komplekslərini Belarusa gətiribİttifaq dövlətinin reaksiya qüvvələrinin sınağında iştirak edən S-400 “Triumf” zenit-raket kompleksi Belarusa gətirilib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Kompleksin şəxsi heyəti Belarusun Brest vilayətindəki poliqona yürüş etməli olacaq. Təlim tapşırıqlarının icra edildiyi yerə çatdıqda Rusiya hərbçiləri mühəndislik avadanlığı və start mövqelərinin kamuflyajını edəcək, həmçinin avadanlıqlara texniki xidmət göstərəcəklər.

S-400 raket sistemi Belarus və Rusiyanın Vahid Regional Hava Hücumundan Müdafiə Sisteminin bir hissəsi kimi hava hücumundan müdafiə üçün döyüş növbətçiliyini icra edəcəklər.
Kasetli bombanın partlaması nəticəsində ölən çobanın FOTOSUXəbər verdiyimiz kimi, ötən gün Yevlaxda hərbi sürsatın partlaması ərazidə qoyun otaran çobanın ölümünə səbəb olub.

Avrasiya.net-in məlumatına görə, Vətən müharibəsi zamanı ermənilərin atdığı kasetli bombanın qalığının partlaması nəticəsində həlak olan 1996-cı il təvəllüdlü İsmayıl Mikayılov Kəlbəcərdən keçmiş məcburi köçkün olub.

Ailə üzvləri İsmayılın ölümündən axşam saatlarında xəbər tutub. Belə ki, heyvanlar otlaq sahədən həyətə çobansız qayıdıb. Bunu görən ailə üzvləri əraziyə yollanıb və İsmayılın bədbəxt hadisə nəticəsində öldüyünü görüblər.

Qeyd edək ki, İ.Mikayılov ailəli idi, iki övladı var.
“Biz Qazaxıstanda yaşayan azərbaycanlıların birliyinin daha da möhkəmlənməsinə çalışırıq”Fəxrəddin Məhərrəmov: “Qazaxıstanda son baş verənlərdə soydaşlarımıza hər hansı narahatçılıq olmayıb”

Bu ilin əvvəli Qazaxıstan üçün heç də yaxşı başlamadı. Orada başlayan sosial etirazlar sonradan iğtişaşlara çevrildi. Əsas gərginlik də Alma-atıda oldu. Bununla bağlı çoxlu versiyalar yazıldı. Amma bizim üçün önəmli məsələlərdən biri də Qazaxıstansakı soydaşlarımızla bağlı oradakı vəziyyətdir. Qazaxıstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqının prezidenti Fəxrəddin Məhərrəmov “Diaspornews.az”a özəl açıqlamasında bildirib ki, Qazaxıstanda bu son baş verənlərdə soydaşlarımıza hər hansı narahatçılıq olmayıb: “Qazaxıtsanda baş verən etiraz aksiyaları, eləcə də iğtişaşlarda bizim soydaşlarımız iştirak etməyib. Çox şükür, burdakı soyadaşlarımızın hər hanısı narahatçılığı yoxdur. Yəni dağıntılar zamanı azərbaycanlılardan kiməsə maddi ziyan da dəyməyib. Artıq burada həyat öz axarına düşüb. Biz də hər zamanki kimi öz diaspor fəaliyyətimizi davam etdiririk”.

Fəxrəddin Məhərrəmov öz fəaliyyətləri haqqında da məlumat verib: “Öncə qeyd edim ki, Qazaxıstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqı Qazaxıstanda yaşayan azərbaycanlıların mədəni dəyərlərinin qorunub saxlanmasını təmin etmək və təbliğ etmək məqsədi ilə Azərbaycan milliyyətindən olan vətəndaşların birliyidir. Əsas vəzifəmiz Qazaxıstan xalqları arasında millətlərarası münasibətlərin və dostluğun möhkəmləndirilməsi, sosial, millətlərarası və dinlərarası münaqişələrin qarşısının alınmasıdır. Biz ünvanlı sosial yardımın verilməsi, işə düzəlməyə köməklik edir, Qazaxıstanda yaşayan aztəminatlı azərbaycanlılara dəstək oluruq.

Milli incəsənət festivallarının, sərgilərin, ənənəvi bayramların, mərasimlərin, aksiyaların, konfransların keçirilməsi, gənc nəslin xalqın adət-ənənələrinə hörmət ruhunda yetişdirilməsi, gənc nəslin ictimai-siyasi və mədəni həyatda iştirakına cəlb edilməsi, sosial layihələrin həyata keçirilməsi işinə də yardımçı oluruq.

Təşkilat öz fəaliyyətini millətlərarası münasibətlər sahəsində sabitliyin möhkəmləndirilməsinə yönəldir. Adət-ənənələrin, dil və mədəniyyətin inkişafı, xalq yaradıcılığının inkişafı kimi sahələrdə təşkilat üzvləri televiziya və radio proqramlarında, dəyirmi masalarda, konfrans və forumlarda, konsertlərdə iştirak edirlər. Forumlar, konsertlər, fleşmoblar, reklam çarxlarının çəkilişində iştirak etmək, korrupsiyanın qarşısını almaq və onlara sıfır dözümlülük göstərmək məqsədilə Qazaxıstanın müxtəlif şəhərlərində müxtəlif təşkilatlarla görüşlər keçirilib. Biz Qazaxıstanda yaşayan azərbaycanlıların birliyinin daha da möhkəmlənməsinə çalışırıq”.

Qazaxıstanda Azərbaycan dilinin qorunub saxlanılması məqsədilə Azərbaycan Dilinin Öyrənilməsi Mərkəzi açılıb

Fəxrəddin Məhərrəmov deyib ki, Qazaxıstanın hər yerində təşkilat üzvləri məktəblilərlə görüşlər keçirir, burada mədəniyyətimiz təbliğ edirr, işləri və fəaliyyətləri haqqında danışırlar: “Onlar CICA ölkələrinin Müstəqillik Sarayında keçirilən Milli Mədəniyyət Mərkəzlərinin Vətəndaş Forumunda iştirak ediblər. Latviyadan olan “Missiya Sibir – 2018” ekspedisiyası ilə görüşlər ediblər. Tayland Krallığının nümayəndələri ilə təcrübə mübadiləsinə dair görüş olub. Şəhər və respublika dəyirmi masalarında və görüşlərdə iştirak ediblər.
Həmçinin “Güldənə Ber, Astana” ekoloji aksiyasında iştirak etdik. Ümumiyyətlə, biz hər il aksiyada iştirak edirik. Qazaxıstan paytaxtının ad günündə doğulanların hamısına hədiyyə verilir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü hər il qeyd edirk. İl ərzində Qazaxıstan Xalqları Assambleyasının nümayəndələri ilə görüşlər keçirilir”.

Həmsöhbətimiz bu gün Qazaxıstanda fəaliyyət göstərәn Bazar günü məktəblərinin fəaliyyəti haqqında da danışıb: “Tədris ili ərzində tələbələrə açılış dərsləri, viktorinalar keçirilir, digər etnomədəni mərkəzlərin bazar günü məktəblərində oxuyurlar. Şagirdlər müxtəlif şəhər yarışlarında iştirak edirlər. Şagirdləri tarixlə tanış etmək üçün muzeylərə, sərgilərə, mədəniyyət parklarına baş çəkirlər.Sağlam həyat tərzinin təbliği məqsədilə şagirdlər idman seksiyalarına, ippodroma gedirlər. Şagirdlərimizin nailiyyətləri: bütün şagirdlər Azərbaycan dilində səlis danışır, yazır, oxuyur, bazar günü məktəbləri arasında hər il keçirilən şəhər müsabiqələrində iştirak edir, orada mükafatlar qazanır, yaradıcılıq mahnı və rəqs müsabiqələrində çoxlu sertifikatlar və diplomlar alırar.

Yeri gəlmişkən, Azərbaycan dilinin qorunub saxlanılması məqsədilə Azərbaycan Dilinin Öyrənilməsi Mərkəzi açılıb. Dərslərdə təkcə Azərbaycan milliyyətindən olan vətəndaşlar deyil, digər etnik qrupların nümayəndələri də iştirak edir. Dərslər cədvələ uyğun keçirilir”.

“Qazaxıstanın regionlarında vasitəçilik və hüquqi maarifləndirmə işi fəal şəkildə aparılır”
O qeyd edib ki, Qazaxıstanın bölgələrində rəqs və vokal-instrumental ansambllar fəaliyyət göstərir: “Rəqs ansamblı Novruz bayramı, Müstəqillik günü, Qazaxıstan xalqlarının birliyi günü, Qafqaz mədəniyyəti günü, Şəhər günü, Konstitusiya günü və s. şəhər və respublika tədbirlərində iştirak edirik. Tədbirlərdə iştiraka görə ansambllara diplom, təşəkkürnamə və sertifikatlar təqdim olunub.

Bütün bunlarla yanaşı, Qazaxıstanın regionlarında vasitəçilik və hüquqi maarifləndirmə işi fəal şəkildə aparılır. Məqsəd vasitəçilikdən əhali arasında sülhün və harmoniyanın qorunması üçün bir vasitə kimi istifadə etməkdir. Təhsil mühiti və sağlamlıq və gənclərdə vasitəçiliyin inkişaf etdirilməsi məqsədilə Qazaxıstanın 20-dən artıq qurumu ilə memorandum imzalanıb. Qeyd edim ki, şəhər məktəblərində üç vasitəçilik otağı açılıb. Əhalinin məlumatlandırılması və ictimai vasitəçiliyin təşviqi məqsədilə şəhər komandaları və tələbələrlə görüşlər keçirilib. 26 nömrəli məktəbin bazasında sağlamlıq imkanları məhdud, serebral iflic və digər xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələr üçün “İnklüziv təhsildə vasitəçilik” adlı sosial layihəyə start verilib.

Astananın Sarıarka rayon akimliyində Azərbaycan Etnomədəni Mərkəzinin ictimai vasitəçiləri və digər etnomədəni mərkəzlərin nümayəndələri, şəhərin fəal sakinləri cəlb edilməklə vasitəçilik ofisi açılıb. Həmçinin dəyirmi masalar keçirilib”.

Yeri gəlmişkən, Azərbaycan dilinin qorunub saxlanılması məqsədilə Azərbaycan Dilinin Öyrənilməsi Mərkəzi açılıb. Dərslərdə təkcə Azərbaycan milliyyətindən olan vətəndaşlar deyil, digər etnik qrupların nümayəndələri də iştirak edir. Dərslər cədvələ uyğun keçirilir”.

“Qazaxıstanın regionlarında vasitəçilik və hüquqi maarifləndirmə işi fəal şəkildə aparılır”
O qeyd edib ki, Qazaxıstanın bölgələrində rəqs və vokal-instrumental ansambllar fəaliyyət göstərir: “Rəqs ansamblı Novruz bayramı, Müstəqillik günü, Qazaxıstan xalqlarının birliyi günü, Qafqaz mədəniyyəti günü, Şəhər günü, Konstitusiya günü və s. şəhər və respublika tədbirlərində iştirak edirik. Tədbirlərdə iştiraka görə ansambllara diplom, təşəkkürnamə və sertifikatlar təqdim olunub.

Bütün bunlarla yanaşı, Qazaxıstanın regionlarında vasitəçilik və hüquqi maarifləndirmə işi fəal şəkildə aparılır. Məqsəd vasitəçilikdən əhali arasında sülhün və harmoniyanın qorunması üçün bir vasitə kimi istifadə etməkdir. Təhsil mühiti və sağlamlıq və gənclərdə vasitəçiliyin inkişaf etdirilməsi məqsədilə Qazaxıstanın 20-dən artıq qurumu ilə memorandum imzalanıb. Qeyd edim ki, şəhər məktəblərində üç vasitəçilik otağı açılıb. Əhalinin məlumatlandırılması və ictimai vasitəçiliyin təşviqi məqsədilə şəhər komandaları və tələbələrlə görüşlər keçirilib. 26 nömrəli məktəbin bazasında sağlamlıq imkanları məhdud, serebral iflic və digər xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələr üçün “İnklüziv təhsildə vasitəçilik” adlı sosial layihəyə start verilib.

Astananın Sarıarka rayon akimliyində Azərbaycan Etnomədəni Mərkəzinin ictimai vasitəçiləri və digər etnomədəni mərkəzlərin nümayəndələri, şəhərin fəal sakinləri cəlb edilməklə vasitəçilik ofisi açılıb. Həmçinin dəyirmi masalar keçirilib”.