Erməni politoloq həddi aşdı: İsraili də biz yaratmışıq! - VideoHazırda Ermənistanın bir vaxtlar İsrailin bugünkü dövlətə çevrilməsinə köməyə getmiş ağıllı insanlara ehtiyacı var.

Axar.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Tevos Arşakyan deyib.

“Vaxtilə İsrailin bugünkü dövlətə çevrilməsinə kömək etmiş yüz minlərlə savadlı insanı geri qaytarmaq Ermənistan üçün vacibdir. Biz çox vaxt ölkəmizi İsraillə müqayisə etməyi xoşlayırıq. Eyni zamanda acı bir şəkildə təəssüflənirik ki, hər iki dövlətin tarixi inkişaf yolunda çoxlu ümumi cəhətlər olmasına baxmayaraq, Ermənistan heç vaxt Qafqaz İsraili olmayıb”, - Arşakyan vurğulayıb.

O, cəfəng bir şəkildə iddia edib ki, məhz ermənilərin sayəsində İsrail adlı dövlət yaranıb.
Dünyada koronavirusa yoluxanların sayı 400 milyonu ötübDünyada aşkar edilən koronavirusa yoluxma hallarının sayı 400 milyonu ötüb.

Avrasiya.net xəbər verir ki, bu barədə ABŞ-ın federal və yerli hakimiyyət orqanlarının, eləcə də medianın və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat yayıb.

Çərşənbə günü Bakı vaxtı ilə saat 03:00-a olan məlumata görə, dünyada qeydə alınan COVID-19-a yoluxma hallarının sayı 400 244 031-ə çatıb.

Pandemiya ərzində 5 761 208 xəstə koronavisurdan ölüb.

Koronavirusa 20 milyondan çox yoluxmanın aşkarlandığı ölkələrin siyahısında ilk üçlükdə ABŞ, Hindistan və Braziliya qərarlaşıb.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Beyləqan sakini özünü asdıBeyləqanda 24 yaşlı kişi özünü asaraq intihar edib. Hadisə rayonun Şərq qəsəbəsində qeydə alınıb.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, qəsəbə sakini, 1998-ci il təvəllüdlü Məmmədov Elxan Mehman oğlu yaşadığı evin tövləsində özünü asaraq canına qəsd edib.

Faktla bağlı araşdırma başlanıb.
Rusiyadan etiraf: Əcnəbilər olmasa, bacarmayacağıqRusiyanın inşaat sektorunda əvvəlki iş həcmini qorumaq üçün 1,5 -2 milyon əcnəbi işçiyə ehtiyac var.

Bu barədə Rusiyanın Milli İnşaatçılar Birliyinin rəhbəri Anton Qluşkov deyib.

“Yaranan situasiyadan görünür ki, xarici işçi qüvvəsi olmadan inşaat sektorunda tikintinin öhdəsindən gəlmək mümkün olmayacaq. Yaxın zamanda miqrantlardan imtina mümkün deyil”, - Qluşkov bildirib.
Axtarışda olan tanınmış türk iş adamı öldürüldüTanınmış kiprli türk iş adamı Halil Falyalı silahlı hücum nəticəsində həyatını itirib.

“Ölkə.az” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, evinin yaxınlığında Halil Falyalı və həyat yoldaşının maşınlarının da olduğu konvoya silahlı hücum edilib.

Ağır yaralı olaraq xəstəxanaya çatdırılan H.Falyalının həyatını xilas etmək mümkün olmayıb. Onun sürücüsü hadisə yerində dünyasını dəyişib.

Hücum zamanı Falyalı ailəsinin başqa avtomobildə olduğu və həmin avtomobilə atəş açılmadığı bildirilib.

Qeyd edək ki, Halil Falyalı ötən ilin oktyabrında “quldurluq” və “məcburi saxlama” işi üzrə mühakimə olunaraq həbs edilmişdi. Girne Rayon Məhkəməsində qaldırılan iş təqibsizlik səbəbi ilə geri götürülərək Falyalı dekabrda azadlığa buraxılmışdı.

Xatırladaq ki, Falyalı 2016-cı ildən çirkli pulların yuyulması və narkotik ticarəti ittihamı ilə ABŞ tərəfindən axtarışa verilib.