Lənkəranda 11-ci sinif şagirdi qəfil öldüLənkəranda 17 yaşlı oğlan qəfil ölüb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Türkəkəran kəndində baş verib.

Kənd sakini 2005-ci il təvəllüdlü, Elvar Fədail oğlu İbrahimzadə yaşadıqları evdə vəfat edib.

Yaxınlarının deməsinə görə, anası oğlunun yatdığı yerdə xırıltısını eşidib. Onu oyatmağa çalışsa da, Elvar qəfil dünyasını dəyişib.

O, ailədə iki oğlandan biri olub. 11-ci sinifdə oxuyan Elvarın əvvəllər səhətində hər hansı bir problemin olmadığı bildirilir.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə yerləşdirilib.

Müayinələrin ilkin nəticələrinə görə, gənc oğlan ürəktutmadan dünyasını dəyişib.
İtkin düşən hərbçimizin axtarışları davam edir - MNKəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azan hərbi qulluqçumuz - baş leytenant Bağırov Fuad Allahverdi oğlunun axtarışı aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə davam edir.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

"Keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında tapılan digər üç hərbçimiz isə artıq helikopterlə təxliyə edilərək Bakı şəhərində yerləşən hərbi hospitala yerləşdirilib.

Hərbi qulluqçularımızın müalicəsi ixtisaslaşdırılmış həkimlərin nəzarəti altında davam edir və onların səhhətində həyati təhlükə yoxdur", - nazirlikdən bildirilib.
Ermənistanı diz çökdürdük, məğlub etdik - PrezidentErmənistan isə döyüş meydanında məğlub olaraq, 10 min fərari verərək, tamamilə biabır olaraq, görün, hansı çirkin əməllərə əl atıb bizi dayandırmaq istəyirdi.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə olan zaman Azərtac-a müsahibəsində deyib.

"Amma Azərbaycan xalqı, hətta bu dağıntılar altından çıxan insanlar, qanın içində olan insanlar, öz yaxınlarını itirmiş insanlar da deyirdilər ki, biz ancaq qabağa getməliyik. Bizi heç kim və heç nə dayandıra bilməzdi. Biz bu günahsız insanların, şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Ermənistanı diz çökdürdük, məğlub etdik. Erməni faşizmini məğlub etdik və ədaləti bərpa etdik", - Prezident vurğulayıb.
Rusiya bir güllə atmadan Ukraynaya zərbə vuracaqRusiya Ukrayna iqtisadiyyatına heç bir hərbi təcavüz olmadan zərbə vurmaq qabiliyyətinə malikdir.

Axar.az xəbər verir ki, bunu “Foreign Policy” nəşrinin şərhçisi Elizabet Brou yazıb.

“Ukrayna ilə bağlı vəziyyətin gərginləşməsi fonunda sığorta bazarı nəhənglərinin ən böyük birliyi olan Birləşmiş Müharibə Komitəsi növbədənkənar iclas çağırmağa hazırlaşır. Ukrayna yüksək riskli yerlər siyahısına daxil edilə bilər. Bundan sonra sığortaçılar adətən sığorta əmsallarını artırırlar və beynəlxalq daşıyıcılar arasında Ukrayna biznesi ilə əməkdaşlıq etmək istəyənləri tapmaq çətin olacaq. Ukrayna limanlarına mal çatdırmaq istəyən şirkətlər sığortaçı tapmaqda çətinlik çəkəcəklər və sığorta olmadan isə biznes çox təhlükəlidir”, - Brou bildirib.
Əliyevdən Ermənistana daha bir xəbərdarlıqErməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə olsun ki, faşizmin yaxşısı, pisi yoxdur.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə olan zaman Azərtac-a müsahibəsində deyib.

"Erməni havadarları, Ermənistanın arxasında dayanan dairələr də bunu bilməlidirlər, dərk etməlidirlər və bizim tarixi missiyamızı qiymətləndirməlidirlər, biz hansı bəlanı məhv etdik. Biz təkcə öz torpağımızı azad etmədik, biz regionu, Cənubi Qafqazı bu vəhşixislətli qüvvələrdən təmizlədik. Yenə də deyirəm, indi onlar artıq boynubükük şəkildə yaşayırlar. Ancaq heç kim qarantiya verə bilməz ki, yenə də baş qaldırmayacaqlar. Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir", - Prezident vurğulayıb.
Njde haqda filmin yayımının dayandırılması... - PrezidentPrezident İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə olan zaman Rusiyada erməni faşist Qaregin Njde haqqında filmin yayımının dayandırılmasına münasibət bildirib.

Avrasiya.net xəbər verir ki, dövlət başçısı məsələ ilə bağlı Azərtac-ın sualına cavab olaraq deyib:

"Mən hesab edirəm ki, ilk növbədə, Rusiya ictimaiyyəti bundan xəbərdar oldu və Rusiya ictimaiyyətinin təkidi nəticəsində bu biabırçı aksiya baş tutmadı. Ancaq o da həqiqətdir ki, ilk dəfə olaraq, bu məsələni siyasi müstəviyə gətirən mən olmuşam. Mən əvvəlki illərdə də dəfələrlə bu erməni faşistləri haqqında öz çıxışlarımda məsələ qaldırmışdım. Beynəlxalq təşkilatlar qarşısında, ölkələr qarşısında məsələ qaldırmışdım ki, faşistlərin qəhrəmanlaşdırılmasına imkan vermək olmaz. Cəllad Njde ilə bağlı mən MDB Zirvə görüşünün birində öz çıxışımda məsələni qaldırdım. Dedim ki, Njdeyə Ermənistanın paytaxtında - İrəvanda qoyulan abidə faşizmin təbliğatıdır. Buna son qoyulmalıdır. Bu adam faşist olub. Bu adam cəllad olub.

Bu adam günahsız azərbaycanlıların və ondan sonra İkinci Dünya müharibəsi zamanı sovet ordusunun əsgərlərini, zabitlərini qətlə yetirib. Bu Njde faşistdir və bunu hər kəs bilməlidir. Ancaq Ermənistanda onun qəhrəmanlaşdırılması gedir. Əgər bu, təkcə əvvəlki faşist hakimiyyətlə bağlı olsaydı, dərd yarı idi. Ancaq əfsuslar olsun ki, indiki Ermənistan hakimiyyəti faşistləri təbliğ edir, onları müdafiə edir. Moskvada ermənilərin diaspor təşkilatının xətti ilə bu dözülməz aksiyanın keçirilməsi heç bir çərçivəyə sığmır. Çünki Rusiya özü faşizmin qəhrəmanlaşdırılmasına qarşı gedən mübarizədə ön sıralardadır, Azərbaycan kimi. Bu məsələ ilə bağlı Rusiya tərəfi ilə dəfələrlə fikir mübadiləsi olub. Prezidentlər səviyyəsində, digər vəzifəli şəxslər səviyyəsində, ictimai təşkilatlar səviyyəsində biz həmfikirik. Faşizmin baş qaldırmasına yol vermək olmaz. İkinci Dünya müharibəsinin tarixi ilə bağlı təhrifetmə cəhdlərinə son qoyulmalıdır. Bu siyasət dünyanı uçuruma aparacaq. Faşizmi qəhrəmanlaşdırmaq olmaz. Amma bir tərəfdən Ermənistan rəsmən bu fikirlərə qoşulsa da, faktiki olaraq Njde kimi faşistin qəhrəmanlaşdırılması ilə bağlı konkret addımlar atır. Bu günə qədər Ermənistanda, İrəvanda faşist Njdenin adını daşıyan küçələr, meydanlar, metro stansiyası var, ona böyük - altımetrlik abidə qoyulub. Bu abidə bu günə qədər sökülməyib.

Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, erməni faşizmi yaşayır. Bəli, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsində biz erməni faşizmini məğlub etmişik. Deyə bilərəm ki, erməni faşistlər indi əvvəlki illərdəki qədər fəal deyillər. Ancaq biz görürük ki, faşizm baş qaldırır, Ermənistanda baş qaldırır. Ermənistanın keçmiş faşist rəhbərləri, uşaq qatilləri Sarkisyan, Köçəryan baş qaldırırlar və yenə də meydan sulamağa çalışırlar. Biz onları məğlub etmişik. Onlar bizim qabağımızda diz çöküblər. Onlar tarixdə fərari kimi qalacaqlar. O cümlədən erməni xalqının tarixində Serjik Sarkisyan və Robert Köçəryan fərarilər kimi qalacaqlar. Çünki Azərbaycan Ordusu Şuşaya yaxınlaşdıqca onlar Xankəndidən qorxaqcasına, dovşan kimi qaçmışdılar. Amma indi Ermənistanda baş qaldırırlar, Rusiyada baş qaldırırlar. Rusiyanın paytaxtında erməni diaspor təşkilatının xətti ilə belə biabırçı aksiyanın təşkili dediyim sözlərin sübutudur. Biz erməni faşizmini məğlub etdik, ancaq o, məhv edilməyib. Biz bundan sonra da çalışacağıq ki, erməni faşizminin bütün təzahürlərini yer üzündən silək və buna gücümüz çatır.

Ancaq gərək digər ölkələr də, beynəlxalq ictimaiyyət də bu məsələdə həmrəy olsun. Erməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə olsun ki, faşizmin yaxşısı, pisi yoxdur. Erməni havadarları, Ermənistanın arxasında dayanan dairələr də bunu bilməlidirlər, dərk etməlidirlər və bizim tarixi missiyamızı qiymətləndirməlidirlər, biz hansı bəlanı məhv etdik. Biz təkcə öz torpağımızı azad etmədik, biz regionu, Cənubi Qafqazı bu vəhşixislətli qüvvələrdən təmizlədik. Yenə də deyirəm, indi onlar artıq boynubükük şəkildə yaşayırlar. Ancaq heç kim qarantiya verə bilməz ki, yenə də baş qaldırmayacaqlar. Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir".
Bakı Avropa Liseyi koronavirusa görə yenidən bağlanıbBakıda daha bir ümumtəhsil müəssisəsi koronavirusa görə distant tədrisə keçib.

"Report" xəbər verir ki, Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə Bakı Avropa Liseyində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 7 gün müddətinə dayandırılıb.

Qeyd edək ki, lisey ötən ilin noyabr ayında da eyni səbəblə distant təhsilə keçmişdi.

59 yaşlı qadın itkin düşübHacıqabulda 59 yaşlı qadın itkin düşüb.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon sakini, 59 yaşlı Svetlana Hümmətova yanvarın 27-də səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Svetlana Hümmətovanın əlamətləri belədir: boyu 165 sm., orta bədən quruluşlu, saçlarının rəngi ağ, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxan zaman əynində qara rəngli qış gödəkçəsi, qara yubka və qara ayaqqabı olub.

"Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Hacıqabul Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.
Qərb Poroşenkonu "ehtiyatda" saxlayırUkraynanın keçmiş Prezidenti Pyotr Poroşenko Vaşinqtona lazımdır və Ukraynanın hazırkı lideri Vladimir Zelenskiyə alternativ kimi “ehtiyatda" saxlanılır.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Suzdaltsev deyib.

Ekspertin fikrincə, Poroşenko gələcəkdə yenidən prezident postunu tuta bilər:

"İndi Poroşenko Zelenskiyə ən real alternativdir. Amerikalıların burada heç bir problemi yoxdur, onlar bütün bu mübarizəni öz anlayışlarında "yaxşı" və "çox yaxşılar" arasında savaş kimi görürlər", - ekspert əlavə edib.

Politoloq vurğulayıb ki, Zelenskinin Donbasda Rusiyaya qarşı hər hansı hərbi əməliyyatlara başlaya bilməsi ehtimalı azdır, Poroşenko isə belə hərəkətlər edə bilər:

"Yəni, ona ehtiyac var. Ukraynada isə qərar qəbul edə bilən insanların böyük çatışmazlığı var. Poroşenkonun Rusiyanın əsl düşməni olduğuna inanırlar”.