Kəlbəcərdə itkin düşən zabitin nəşi tapıldıAzərbaycan Ordusunun bir neçə gün öncə Kəlbəcərdə itkin düşən baş leytenantı Fuad Bağırovun nəşi tapılıb.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələrinin şəxsi heyəti və xüsusi texnikanın cəlb olunması, eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində itkin düşən baş leytenant Bağırov Fuad Allahverdi oğlunun nəşi yanvarın 31-i saat 12:30 radələrində tapılaraq, müvafiq qaydada ərazidən təxliyə edilib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verib və səbr diləyib.

Xatırladaq ki, ötən həftə Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd nəfər hərbi qulluqçularımız - baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə istiqaməti itirərək azmışdılar.

Hərbi qulluqçuların tapılması məqsədilə dərhal təxirəsalınmaz tədbirlərə başlanılmışdı. Keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında kiçik çavuş C.Hüseynov, əsgər M.Hüseynov və əsgər Y.Kərimov tapılmış, onlar Kəlbəcərdəki hərbi hospitala yerləşdirilərək həkim nəzarətinə götürülmüşdü.
Vətənpərvər GƏNCLİK gələcəyimizin təminatıdırGənclər siyasətinin təməl prinsipləri tarixi dönəmdə

Azərbaycan ona görə xoşbəxt bir ölkədir ki, onun gəncliyi müstəqilliyimizin əbədi və dönməz olması üçün gələcək hədəflər haqqında düşünür, çalışır, vuruşur, yeri gəldikdə canından belə keçir. Bu cür vətənpərvər gənc nəslin yetişdirilməsi uzunmüddətli davamlı strateji siyasətin nəticəsidir. Bu ideoloji siyasətin tarixinə nəzər salaq. Gənclərə yönəlik siyasətin təməli hələ sovet dönəmindən Ümummili Lider Heydər Əliyevin birinci hakimiyyəti dönəmində qoyulmuşdur desək yanılmarıq. Heydər Əliyevin təşəbbüsü ilə 1970-1985-ci illər ərzində SSRİ-nin 170 qabaqcıl ali məktəblərinə 3500 azərbaycanlı gənc göndərilmişdir. Hərbi sahədə təhsilin inkişafına xüsusi olaraq diqqət yetirilirdi. SSRİ-nin kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından narahatlıq keçirən Azərbaycan rəhbəri gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götürmüşdü.

Heydər Əliyev yetmişinci illərdə Mərkəzi Komitədə təhsillə bağlı müşavirə zamanı təhsil nazirini və ali məktəb rektorlarını dinlədikdən sonra, Ümumqoşun Komandirləri Məktəbinin rəisini çıxışa dəvət edir. Və ona sual verir: “Tələbələr içərisində yerli əhalinin nümayəndələri nə qədərdir?”. Aldığı cavabdan, yəni azərbaycanlıların hərbi təhsilə zəif cəlb olunmasından çox narazı qalan Heydər Əliyev Ümumqoşun Komandirləri Məktəbinin rəisini çox kəskin surətdə məzəmmət edir və ona konkret tapşırıqlar verir. Bir müddətdən sonra eyni məzmunlu müşavirədə Heydər Əliyev Ümumqoşun Komandirləri Məktəbinin rəisini yenə xitabət kürsüsünə dəvət edərək bu mühüm işin gedişi, xüsusilə yerli əhalinin faizi ilə maraqlanır. Müəyyən irəliləyiş olmasına baxmayaraq, yenə narazı qaldığını bildirdi. Heydər Əliyev: "Yerli əhalinin nümayəndələrini təyyarəçilik məktəblərinə göndərmək lazımdır. Təyyarəçilər hazırlamaq lazımdır. Bu günlərdə kosmonaftlar dəstəsinin tərkibi ilə maraqlandım. Dəstəyə bir nəfər də olsun azərbaycanlının cəlb olunmamasından narazılığımı bildirdim. Mənə məlumat verdilər ki, kosmonaftlar dəstəsinə ancaq təyyarəçilik məktəblərini bitirənləri götürürlər. Bu məsələ ilə də maraqlandım. Aydın oldu ki, SSRİ-nin təyyarəçilik məktəblərində Azərbaycanın yerli əhalisinin bir nəfər də olsun nümayəndəsi təhsil almır. Bəs siz hara baxırsınız?!".

Azərbaycanın gələcək inkişafına yönəlmiş strateji əhəmiyyətli bütün işlərə Heydər Əliyev şəxsən özü başçılıq edirdi. Bir sözlə, daim xalqının gələcəyini düşünən böyük Azərbaycanlı hələ o vaxtlar zamanı qabaqlayaraq XXI yüzilliyin Azərbaycanı üçün güclü kadr potensialı yaradırdı. Ümummili Lider Heydər Əliyev özü bu məsələlərə belə qiymət verir.

Heydər Əliyev: “Azərbaycanın Sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır!”
Heydər Əliyevin Azərbaycan gəncliyinə yönəlmiş starteji siyasi fəaliyyətinin qayəsini onun müstəqillik dönəminin kadr potensialının artırılmasına xidmət edir. Heydər Əliyev: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir!”

Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması və müstəqillik dövründə müasir çağırışlara cavab verən yeni gənclər siyasətinin strateji hədəflərini və əsas prioritetlərini müəyyən etdi.

Heydər Əliyev gənc nəslin düzgün tərbiyə edilməsində gənclər siyasətinin bir inzibati təsisat ətrafında birləşdirlməsinin zəruriliyini nəzərə alaraq, 26 iyul 1994-cü ildə Gənclər və İdman Nazirliyini yaratdı. Nazirlik yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirməyə başladı. Bu siyasətin davamı olaraq 26 yanvar 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, 2 fevral tarixində Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı. Forum müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsinə təkan oldu. Həmçinin Heydər Əliyevin 22 iyun 1996-cı il tarixli Fərmanı ilə istedadlı gənclərə Azərbaycan Respublikası Prezidentinin şəxsi himayəsini, onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi.

AZƏRBAYCAN GƏNCLƏRİ GÜNÜ

Ulu Öndərin 2 fevral 1997-ci il tarixli Fərmanı ilə fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb;
Heydər Əliyev: “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”

Gənclərə strateji siyasətin davamlılığı məqəsədi ilə qanunvericlik bazasının möhkəmləndirilməsi ilə bağlı ardıcıl olaraq Ulu Öndər tərəfindən yeni Fərmanlar imzalanırdı. 29 iyul 1999-cu il tarixli “Dövlət gənclər siyasəti haqqında” Fərman və 9 aprel 2002-ci il tarixli “Gənclər siyasəti haqqında” Qanun da bu ardıcıllığın davamıdır. Sözügedən qanunların qəbul edilməsi ilə bu sahədə qanunvericilik bazası möhkəmlənir və dövlətin gənclər siyasəti daha da düzgün istiqamət alırdı.
“Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir” gənclərə yönəlik bu fikriləri səsləndirən Heydər Əliyev öz starteji məqsəd və hədəflərini aydın şəkildə göstərir. Dahi siyasətçi başqa bir kəlamında “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” söyləyirdi.

Uğurlu siyasi varis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Heydər Əliyevin gənclərə yönəlik siyasətini daha da dinamik şəkildə davam etdirdi.

Prezident cənab İlham Əliyev 16 aprel 2007-ci il tarixli Sərəncamı ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı"nı təsdiq etməklə ölkənin gələcək kadr potensialının intellektual gənclikdən keçdiyinə diqqət çəkməyə çalışdı.

GƏNCLƏR GÜNÜNDƏN GƏNCLƏR İLİNƏ

Ümummili Lider Heydər Əliyev Azərbaycanda gənclər gününü təsis etdi, siyasi varisi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2007-ci il ölkədə “Gənclər ili” elan edildi. Bununla da Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, gənclərin xidmətlərinin qiymətləndirilməsinə yönəlik siaysət daha da möhkəmləndi.

Prezidentin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasətinin elmi-nəzəri əsaslara bağlılığının, əməli nəticəliliyinin, davamlılığının daha bir əyani sübutudur.

Prezident İlham Əliyevin gənc idmançıların yetişdirilməsinə yönəlik siyasəti də öz uğurlu nəticələrini verməyə bilməzdi. Təsadüfi deyil ki, beynəlxalq yarışlarda qazanılan idman nailiyyətlərimizin sayı ildən-ilə artır. Azərbaycanın "Rio-2016" XXXI Yay Olimpiya Oyunlarında 18 medal qazanaraq bu göstəriciyə görə 14-cü yerdə qərarlaşması bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bundan başqa, milli komandamızın ölkəmizdə yüksək səviyyədə keçirilən "Bakı-2015" I Avropa Oyunlarında ikinci, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutması, şahmatçılarımızın üçüncü dəfə Avropa çempionu olmaları Azərbaycan gənclərinin son illərdə idman sahəsində qazandıqları uğurların əyani göstəriciləridir.
Müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafı, postneft dövrünün başlanması, eyni zamanda Azərbaycan dövlətinin də gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütməsinin zəruriliyini nəzərə alaraq dövlət başçısı bu siyasəti təmin etmək məqsədilə 26 yanvar 2015-ci il tarixdə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq etməklə bir daha diqqəti bu istiqamətə yönəltmiş oldu. Həmçinin Prezident İlham Əliyev gənclərimizin dini ekstremizm, separatizm, beynəlxalq terrorizm kimi təhlükəli, zərərli təsirin altına düşməsinin qarşısını alan yeni iş metodlarının tətbiqi zərurəti ilə əlaqədar "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının təsdiq olunmasına dair Sərəncam imzalamışdır.

Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan danışarkən 2 iyul 2013-cü tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsini qeyd etməmək mümkün deyil. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə 10000 (on min) manat məbləğində pul mükafatının verilməsi yaradıcı gəncliyə böyük dəstəkdir.

Gəncə şəhərinın 2016-cı ildə Avropa Gənclər Paytaxtı adına layiq görülməsi də gənclərlə bağlı uğurlu siyasətin nəticələrindən hesab etmək olar. Prezident İlham Əliyevin 24 fevral 2016-cı il tarixində “Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalaması sözügedən tədbirlərin layiqli keçirilçməsinə dövlət dəstəyinin təzahürüdür.
Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilən “Yüksəliş” müsabiqəsi də intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasına gözəl bir tövhədir.

“KÖNÜLLÜ İLİ” TÖHFƏSİ

Şübhəsiz ki, müasir Azərbaycan gəncliyinin formalaşmasından danışarkən Könüllülər hərakatı və Birinci Vitse Prezident Mehriban Əliyevanın müstəsna xidmətlərindən danışmamaq mümkün deyil.
Ölkəmizin “ASAN Könüllüləri” Təşkilatı, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “İslahat Könüllüləri” Təşkilatı, “Nəqliyyat Könüllüləri” Proqramı, Könüllülük Proqramı, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” Təşkilatı, “Eko könüllüləri” Qrupu, Könüllülər Proqramı, Qrupu, “Gənc Könüllülər” Hərəkatı, "Azərbaycan Diaspor Könüllüləri" Proqramı, "Ədliyyə Könüllüləri" İctimai Birliyi, "Könüllü Qida Nəzarətçisi" “eSAS” Könüllülük proqramı və digər könüllü təşkilatlarında birləşən yüz minlərlə Azərbaycan gəncliyi özlərinin sağlam gələcəklərini, təməllərini məhz burada qoyurlar. Könüllülər həmçinin ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq yarışlar olan “Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəliyi Oyunları, “Formula-1” yarışlarında misilsiz rol oynayıblar. Birinci Vitse-Prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda ilk dəfə Könüllülük Həftəsinin keçirilməsi və 2020-ci ilin “Könüllü ili” elan edilməsi ilə bu hərakat daha geniş vüsət aldı. Azərbaycan gəncləri öz şəxsi iradəsi ilə, heç bir maddi qarşılıq gözləmədən ölkəmizin inkişafı və tərəqqisinə töhfə vermək məqsədilə könüllülük fəaliyyəti ilə məşğul olurlar. Sonrakı mərhələdə isə könüllülər əsas kadr potensialına çevrilirlər.

BİZ BİRLİKDƏ GÜCLÜYÜK!” DEVİZİ İLƏ GƏNCLƏR VƏ KÖNÜLLÜLƏR !

Son illər bütün dünyanı bürüyən pandemiya təhlükəsinin ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban Əliyevanın çağırışına cavab olaraq Azərbaycan könüllüləri hökumətə dəstək fəaliyyətində iştirakları ilə xüsusi rol oynadılar. Pandemiyanın ilk başladığı günlərdə “Könüllü Qonşu”, “Böyüklərimizi qoruyaq” və digər aksiyalara start verildi. Aksiyalar çərçivəsində könüllülər ölkəmizin dörd bir yanında yaşlı vətəndaşlarımızın təhlükəsizliyinin qorunması məqsədilə onların evlərini tərk etməmələri üçün ərzaq və dərman kimi zəruri ehtiyaclarını operativ şəkildə həll edərək, köməklik göstərdilər. O cümlədən iş yerlərini itirmiş, ehtiyacı olan ailələrə də ərzaq və digər yardımların edilməsində yaxından iştirak etdilər. Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyi pandemiya dövründə genişmiqyaslı yardım layihələri həyata keçirdi. Könüllülər bütün bu sözügedən aksiyalarda böyük həvəslə iştirak edib, “Biz Birlikdə Güclüyük!” şüarını rəhbər tutaraq belə bir çətin dönəmdə dövlətin yanında oldular, cəmiyyətə fayda verdilər və xalqımızın birlikdə daha güclü olduğunu bir daha sübut etdilər. Azərbaycan könüllülərinin 44 günlük Vətən müharibəsi dövründə göstərdikləri fəaliyyət nəticəsində ölkəmizin haqlı səsinin dünyaya çatdırılmasına, bir çox məhşurların dəstəyinə nail olundu. Bundan başqa müharibə və post-müharibə dövründə şəhid və qazi ailələrinə edilən maddi və mənəvi yardımlar, bu insanların çətin günlərində könüllülərimizin də münasibəti sayəsində dövlətimizin vətəndaşın yanında olduğunu hiss etdirdi.

UĞURLU SİYASƏTİN BƏHRƏSİ

Hər bir siyasət öz nəticəsinə görə qiymətləndirilir. Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycanın gənclər siyasəti möhkəm təməllər üzərində qurulub. “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” söyləyən Prezident İlham Əliyev gənclərlə özünün arasında qarşılıqlı etimadın olduğunu göstərir. Başqa bir çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirmişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.”

İlham Əliyev: “Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər!”

44 günlük Zəfər müharibəsinə münasibətdə cənab Prezident tərəfindən səsləndirdiyi “Biz bu vəziyyətlə barışmadıq və mən dəfələrlə deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi” fikriləri Azərbaycan gəncliyinin vətənsevər ruhda yetişdirilməsi istiqamətində aparılan siyasətin doğruluğunu bir daha təsdiq etdi! Azərbaycan gəncliyi gələcəyimizin təminatçısıdır! Yeni zirvələrdə Sizləri görmək ümidi ilə Gənclər gününüz mübarək!

Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika
və ekologiya komitəsinin sədri
Biz kimik? FCC MMC2017-ci ilin iyun ayından bəri öz uğurlu fəaliyyəti ilə rəqiblərini üstələməyə başlamış FCC MMC şirkəti yuyucu və dezinfeksiya edici məhsulların, bəzi qida sahəsi məhsullarının, eləcə də antifriz, parnik məhsulları kimi kimyəvi preparatları və bunların xammallarının tədarükü ilə məşğuldur.

İmport istiqamətləri arasında İran, Rusiya, Türkiyə, Çin, Cənubi Koreya, Malayziya, Yaponiya, Almaniya, İngiltərə üstünlük təşkil etsə də, demək olar ki, dünyanın bir çox digər ölkələri ilə də sıx əlaqələri mövcuddur və lazım olduğu təqdirdə bu ölkələrlə də sağlam biznes münasibətlərinin qurulmasında çətinlik yaşamayacaqdır.

Hal-hazırda əsas tədarük etdiyi xammal və kimyəvi məhsullar arasında öz satış həcminə görə SLES, LABSA, Kaustik soda, Natrium Hipoxlorid, Qliserin, Citric turşusu, Monoetilen qlikol, Editronik turşusu, Fosfor turşusu, Etil Asetat, Natrium Karbonat, Natrium Perkarbonat və s. üstünlük təşkil edir.

5 ildən kiçik bir fəaliyyət müddətinin olmasına baxmayaraq, bazardakı bir çox çoxillik rəqibləri ilə ciddi rəqabət apara bilməsi şirkətin düzgün və davamlı yol xəritəsi ilə addımladığının sübutudur.

Yusif Nəbiyev
Ermənistanda sürücülər ayağa qalxdılarErmənistan Respublika Meydanında sürücülər avtomobil sığortası tariflərinin artırılmasına etiraz olaraq aksiya keçirir.

Avrasiya.net xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Sürücülərdən biri deyib ki, bu qanunsuzluğa son qoyulmalıdır.

"Sığorta şirkətləri niyə buna qarışır, Büronun monopoliyası var ki, onlar sui-istifadə edirlər", - sürücü Artak Xaçatryan deyib.
Onun fikrincə, polis, əslində, sığortaçıların büdcəsini doldurmaq üçün işləyir. İndiki dəyişikliklərə müqavimət göstərilməsə, gələcək daha da pis olacaq.
Rusiyada hərbçi əsgər yoldaşını güllələyərək öldürübRusiyada hərbçi əsgər yoldaşını güllələyərək öldürüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarından bildirilib.

Hadisə Moskva vilayətinin Troise-Selso kəndində yerləşən Hava Hücumundan Müdafiə Qoşunlarının hərbi hissəsinin silah otağında baş verib.

Hadisəni törədənin kimliyi açıqlanmayıb. O, Rusiya ordusunda müqavilə əsasında xidmət edirmiş.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırma aparılır.
Qabanyan: 153 min erməni vətəndaşlıqdan imtina etdiErmənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bu günlərdə bəyan edib ki, qiymət artımına baxmayaraq, Ermənistanda insanlar daha yaxşı yaşamağa başlayıblar. Bu, ölkə vətəndaşlarının problemlərinə qeyri-adekvatlıq və nifrətin simbiozudur; bu, xalq ilə məzələnməkdir.

Axar.az xəbər verir ki, bu fikirlərlə erməni siyasi icmalçı Ambarsum Qabanyan çıxış edib.

O deyib ki, Kerobyan reallıqla əlaqəsini itirib:

"O, bir növ çox tənbəl, hiyləgər, çirkin, görməmiş və axmaq bir cəmiyyətə sahib olduğuna inanmağa başlayıb. Nazir unudub ki, Dünya Bankının hesablamalarına görə, keçmiş SSRİ respublikaları arasında Ermənistan işsizliyin səviyyəsinə görə birinci yeri tutur! Budurmu “yaxşı yaşamaq”?

Ötən il Rusiya 50 minə yaxın ermənini vətəndaşlığa qəbul edib. Bu, son illər üçün rekord rəqəmdir və dövlətimizdə həyat buna işarə edir ki, hamı buradan qaçmaq istəyir.

Son illərdə 153,8 min Ermənistan vətəndaşı Rusiya pasportu alıb”.
Ucarda şagird damarını kəsdi - Nazirlik məsələni ARAŞDIRIRUcar rayonunun Qaradağlı kənd məktəbində kənd sakini, 13 yaşlı Z.Ə.-nin (qız) sinif yoldaşı N.D. (qız) tərəfindən təhqir edilməsi və döyülərək xəsarətlər yetirməsi barədə məlumat yayılıb. Məlumata görə, bu hadisədən sonra Z.Ə. intihara cəhd edib və bilək nahiyəsini kəsib.

Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda məsələ araşdırılır, nəticəsi barədə ictimaiyyətə məlumat evriləcək.

Qeyd edək ki, faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Bəzi KİV-lərdə yer alan məlumatalara əsasən, Z.Ə. bir deyil, bir neçə şagird tərəfindən təhqirə məruz qalıb.

İddialara görə, N.D.-nın digər uşaqları da öyrətməsi nəticəsində onların bir qismi Z.Ə.-yə qarşı müəyyən xoşagəlməz hərəkətlər ediblər.
“Karapapak Fight Club”-dan növbəti peşəkar boks gecəsiAzərbaycan Peşəkar Boks Federasiyasının dəstəyi və “Karapapak Fight Club & Promotion”-un təşkilatçılığı ilə Azərbaycanda növbəti dəfə peşəkar boks üzrə reytinq döyüşləri baş tutub.

"Karapapak Fight Club & Promotion" xəbər verir ki, gecənin açılışını “Karapapak Fight Club & Promotion”-un prezidenti Aqil Acalov edib. O, yarış iştirakçılarını salamladıqdan sonra bildirib ki, bu cür reytinq döyüşlərinin keçirilməsində məqsəd ölkəmizdə peşəkar boksçuların yetişdirilməsi, həmçinin onların bu cür döyüşlərlə təcrübə qazanmaqlarını təmin etməkdir.
Gecədə yüngül, orta və ağır çəki dərəcələrində yeddi döyüş keçirilmişdir. Baş tutmuş bütün döyüşlər boksçuların reytinq qeydiyyatına əlavə olunmuşdur.

Beləki “Karapapak Fight Club & Promotion” Peşəkar Boks Federasiyası tərəfindən rəsmi olaraq qeydiyyata alınmış və lisenziya əldə etmiş təşkilatdır və bu təşkilat tərəfindən keçirilən döyüşlərdə boksçuların əldə etdikləri uğurlar “BoxRec” tərəfindən tanınaraq onların reytinq cədvəlinə əlavə olunur.

Qeyd edək ki, bu “Karapapak Fight Club & Promotion” tərəfindən keçirilən ilk beynəlxalq tədbir deyil. Təşkilat bundan əvvəl də bu cür tədbirlərin təşkilatçısı olmuşdur və irəlidə də davamlı olaraq bu cür tədbirlər təşkil etməyi planlaşdırır. Baş tutmuş sözügedən tədbir pandemiya qaydalarına uyğun olaraq tamaşaçısız təşkil edilsə də, gələcəkdə pandemiyanın bitəcəyi zamanlarda şou xarakterli döyüş gecələrinin keçirilməsi də planlaşdırılır.


Qərbin sərt təpkisi, ukraynalıların mübarizliyi rus şovinizminin qarşısını alacaqmı?Uzun illər Qərbin dişsiz siyasəti, yumşaq sanksiyaları rus şovinizminin irəliləməsinə təkan verdi. və bu amillər Rusiyanın imperiya iddialarını daha da artırdı. Bu gün artıq ABŞ da, Qərb də anlayır ki, bu çox qorxulu tendensiyadır. Rusiyanın böyük iddiaları, hətta Kremldən bəzi siyasətçilər tərəfindən gorbagor olmuş SSRİ-yə bənzər qorxunc planların cızılması keçmiş sovet respublikarındakı xalqların narahatlığını artırıb. Təbii ki, böyük təlatümlər, itkilər hesabına qazanılmış müstəqillik hər bir xalqın əvəzolunmaz sərvətidir. Bundan heç kimin vaz keçməyəcəyi şübhəsizdir.

Hazırda Ukrayna problemi ilə bağlı Qərblə Rusiya arasında davam edən intensiv danışıqların mahiyyətində o durur ki, Rusiyanın belə planları birbaşa onun özünə ziyan vuracağı ehtimalı böyükdür. Artıq Şimal qonuşuz da yaxşı anlayır ki, 2008-ci ilin avqust ayı deyil. Xatırladırıq ki, o zaman Gürcüstanın işğalına, sonrakı dönəmlərdə Ukraynada bəzi ərazilərin Rusiya tərəfindən ilhaqı ilə bağlı dünya dövlətləri yalnız ənənəvi bəyanat səsləndirməklə kifayətlənmişdilər. Bu gün dünya tamamilə dəyişib. Onu da anlamaq olar hazırda Avropanın qaz asılılığı Rusiyanın təzyiq vasitələrindən biridir. Müşadilər göstərir ki, Avropa dövlətləri qaz təzyiqinə böyun əymək fikrində deyillər.

Digər bir zəruri məsələ ondan ibarətdir ki, ukraynalılar birmənalı şəkildə xarici təcavüzə qarşı səfərbər olmaqdadırlar. Həm hərbi, həm psixoloji baxımdan onlar bütün hazırlıqlarını davam etdirirlər. Ən müasir silahlarla təmin edilən Ukraynanın sona qədər dirəniş göstərəcəyi realdır. Nəhayət Rusiyanın böyük əhali kütləsinin belə qarşıdırmalara, öz övladlarını ölümə göndərməyə razılıq verəcəyi inandırıcı deyil.

Görünən odur ki, yeni dünya düzənində bütün proseslər Rusiyanın əleyhinə işləyir. Böyük itkilər, öz iqtisadiyyatına zərbə vurmaq, dünyada antirus meyllərinin gücləndirilməsi Rusiyaya dögurdanmı lazımdır? Yəqin ki, Kreml bu sualları saf-çürük edəcək. Narahatlıq doğuran, dünyanı sabitliyə və yaxud təlatümə aparacaq çox maraqlı proseslərin astanasındayıq.

Əkrəm Bəydəmirli