Avropanın ən yaxşı futbol liqası açıqlanıbBeynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropanın ən yaxşı liqasını açıqlayıb.

"Report" IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə Premyer Liqası "köhnə qitə"də bütün çempionatları qabaqlayıb.

İkinci pillədə İtaliya A Seriyası qərarlaşıb. İspaniya La Liqası isə üçüncüdür.
Paşinyan onu Ermənistana yeni prezident seçmək İSTƏYİRErmənistanın yeni prezidenti baş nazir Aparatının rəhbəri Araik Arutyunyan ola bilər.

Modern.az xəbər verir ki, Ermənistanın “ArmLur.am” saytının hökumətə yaxın mənbələrdən əldə etdiyi məlumatda bildirilir ki, artıq bir neçə gündür hakimiyyətdə olan “Mülki müqavilə” partiyasının deputatları arasında “qaynar müzakirələr” gedir.

Məsələ ondadır ki, partiyada əksəriyyət Araik Arutyunyanın namizəd olmağını istəmir.

Mətbuata sızdırlan məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyan isə Araik Arutyunyanı prezident postunda görməkdə israrlıdır. Qeyd edilir ki, parlamentdəki “Mülki müqavilə” fraksiyası baş nazirin qərarını geri götürməsi üçün mübarizə aparır.

Hökumətdəki mənbələr bildirib ki, hakim partiyadan olan deputatlar Arutyunyanın məsələni gündəmdən çıxarmağın yollarını axtarırlar. İddia olunur ki, Araik Arutyunyan hələ 2018-2019-cu illərdə elm və təhsil naziri, 2019-2020-ci illərdə elm, təhsil, mədəniyyət və idman naziri postlarını tutarkən rəhbərlik etdiyi sahələri bərbad vəziyyətə salıb. Bu səbəbdən də o, Ermənistan cəmiyyətində çox pis səciyyələnir.

Nazir olduğu zaman təhsil sisteminin bütün proqramlarını iflasa uğratmaqda suçlanan, hökumətdə və hakim komandada az qala hamı ilə düşmən münasibətdə olduğu söylənilən A.Arutyunyanın özünün də prezident kürsüsünə can atdığı vurğulanır.

Hakim partiyada isə çoxları düşünür ki, onu prezident etmək cəfəng addım ola bilər. Amma bəziləri Paşinyanı seçimindən çəkindirə biləcəklərinə də inanmırlar.

“Bununla belə, hazırda hakim partiyanın parlamentarları nəfəslərini tutub Nikol Paşinyanın koronavirusdan sağalmasını gözləyirlər ki, onunla canlı təmas qurub başqa prezidentliyə namizəd tapmağa cəhd etsinlər”,-deyə sözügedən nəşr yazır.

Maraqlıdır ki, Arutyunyanın əleyhdarlarının özlərinin də prezidentliyə başqa namizədi yoxdur və onlar bu seçimi baş nazir Nikol Paşinyanın etməsini istəyirlər.

Adı prezidentliyə namizədi kimi hallanan Araik Arutyunyan 1979-cu ildə paytaxt İrəvanda doğulub. İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini və Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasını bitirib. Tarix elmləri namizədidir.

2018-2019-cu illərdə elm və təhsil naziri, 2019-2020-ci illərdə elm, təhsil, mədəniyyət və idman naziri olub, 2020-ci ildən baş nazirin böyük müşaviri postunu tutub.

1 iyul 2021-ci ildən hökumət aparatına rəhbərlik edir. Subaydır.

Xatırladaq ki, Ermənistan prezidenti Armen Sərkisyan yanvarın 23-də istefa verdiyini bəyan edib. O, səlahiyyətlərinin az olması, daxili və xarici siyasətə təsir edə bilməməsi səbəbindən istefa verdiyini bildirib.

Ermənistanın yeni prezidentini ölkə parlamenti seçəcək.

Qaydalara görə, namizədlik üçün parlament deputatlarının azı 1/4-nin birinin dəstəyi lazımdır. Namizədin ilk turda prezident seçilməsi üçün deputatların 3/4-nün səsi tələb olunur.

Ermənistan parlamenti 107 deputatdan ibarədir. Onlardan 71-i hakimiyyətdə olan “Mülki müqavilə” Partiyasının deputatlarıdır.

17 yaşlı qız İNTİHAR ETDİBakının Yasamal rayonunda 17 yaşlı qız intihar edib.

Avrasiya.net xəbər verir ki, hadisə yanvarın 28-i səhər saat 7 radələrində baş verib.

2005-ci il təvəllüdlü Gülginar Nuriyeva Şərifzadə küçəsində 14 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən mənzilin pəncərəsindən özünü yerə atıb.

Rayon prokurorluğunda araşdırma aparılır.
Rusiya Ukrayna ilə sərhədə qan tədarük edir - “Avronyus”Moskva müharibə vəziyyətində yaralıları müalicə etmək üçün Ukrayna sərhədinə qan tədarük etməyə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Avronyus” məlumat yayıb.

“Rusiya bölgədəki hərbi hazırlığını tibbi ləvazimatlarla yanaşı, qan ehtiyatlarını tədarük edəcək şəkildə genişləndirib. Bu addım Rusiyanın Ukraynaya müdaxilə etməyə hazırlaşdığı iddialarını gücləndirir”, - məlumatda bildirilib.
Yeni hədəflərə can atmalıyıq! - Komitə sədrindən yeni seçilən Təşkilat sədrlərinə TƏBRİKSadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri


Hörmətli dostlar!
Dəyərli YAP üzvləri!

Yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib və yerli təşkilatlarının sədrlərinin vəzifəyə təyin edilməsi məsələsinə baxılıb.

Yeni seçilmiş Təşkilat Sədrləri !

Sizi yeni təyinatınız münasibəti ilə hər birinizi səmimi-qəlbdən təbrik edirəm!

Ulu Öndərimizdən bizə yadigar qalmış, hamımız üçün doğma olan partiyamıza rayon və şəhər təşkilatlarda sədr təyin olunmaq böyük məsuliyyət və etimaddır. Əminəm bu etimadı və öhdəliyi layiqincə doğruldacaqsınız. Sizə bundan sonrakı siyasi fəaliyyətinizdə bol nailiyyətlər qazanmağı arzu edirəm.

Xalqımızın ən ağır zamanında, dövlətçilik tariximizin xilaskarı və müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyev tərəfindən qurulan Yeni Azərbayan Partiyası tarixin ən keşməkeşli səhifələrindən zəfər və şərəflə keçərək bugünlərə gəlib çıxıb.

Sədrimiz, müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı birlik və həmrəylik göstərərək öz ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etdi. Qazandığımız bu Şanlı Qələbəmiz qürur mənbəyimizdir. Bəli, məhz bu vəhdətin fonunda Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi, mənfur düşmənə sarsıdıcı zərbələr vurub öz tarixi torpaqlarını işğalçılardan azad etdi. Biz qudrətli sərkərdəsi, uzaqgörən lideri olan xalq olaraq, bu tarixi missiyanı yerinə yetirdik. Bu gün bizim Qələbəmiz dünyanın aparıcı ölkələrinin siyasi arenalarında, aparıcı ali məktəblərində öyrənilir. Bu günə qədər qazanılmış uğurlarda Yeni Azərbaycan Partiyasının üzvlərinin də payı var. Lakin biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Yeni hədəflərə can atmalıyıq.

Biz dünya siyasət arenasında xüsusı nüfuza malik bir şəxsiyyətin siyasi davamçıları olduğumuzu heç vaxt unutmamalıyıq. Şanlı Qələbəmizdən sonra dövlət və xalq olaraq qarşımızda yeni mərhələ açılmışdır. Bu konteksdə Partiyamızın VII Qurultayından sonra müasir zamanın tələblərinə uyğun olaraq qarşımızda yeni reallıqlara uyğun yeni tələblər qoymuş və bununla da partiyanın həyatında yeni mərhələ başlanmışdır. Elə bu proseslərin tərkib hissəsi olaraq, Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi qəbul edilmiş və bu yeni qəbul olunmuş Nizamnaməyə əsasən partiyanın yeni strukturu müəyyən edilmişdir. Onuda qeyd edim ki, YAP sədrinin I müavini institutunun yaradılması da yeni strukturun tərkib hissəsi olmaqla yanaşı, hörmətli Mehriban xanım Əliyevanın təyin olunması bu yenilənmə proseslərində özünün müsbət töhvəsini göstərməkdədir.

Hörmətli siyasi həmfikirlər!

Təbii ki, Cənab Prezidentin qarşımızda qoyduğu yeni hədəflərə doğru təxirə salınmaz və ardıcıl tədbirlərin atılması uğurla davam ediləcəkdir. Bu baxımdan da partiyamızın yeni seçilmiş rayon rəhbərlərinin və hər birimizin üzərinə tarixi məsuliyyət düşür.

Yeni təyinatla bağlı bütün həmkarlarımı bir daha təbrik edir, uğurlar arzu edirəm! Bu tarixi yolu şərəflə davam etdirmək üçün daima ləyaqət və sədaqətlə yorulmadan çalışmalı, eyni zamanda ümummilli lider Heydər Əliyevin siyasi kursuna daima sadiq qalmalıyıq. Unutmamalıyıq ki, bu yol uğur yoludur, nicat yoludur, zəfər yoludur.