Azərbaycanda iki məktəblini maşın vurduBiləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Avrasiya.net "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Əsgərabad kəndində baş verib.

Belə ki, kənd sakinləri 2005-ci il təvəllüdlü Əmirov Kənan Nizami oğlunu və 2005-ci il təvəllüdlü Qəhrəmanov Coşqun Ələddin oğlunu "VAZ 2107" markalı minik avtomobili vurub.

Məktəblilər ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
Ermənilər Tovuz istiqamətində mövqelərimizi atəşə tutduErmənistan silahlı qüvvələrinin bölmələri yanvarın 27-si saat 20:58-dən 23:00-dək dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Avrasiya.net-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb.

Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və hərbi texnika baxımdan itki yoxdur.

Əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altındadır.
Cəlilabadda dava ölümlə BİTDİCəlilabad rayonu Uzuntəpə kənd sakini 1997-ci il təvəllüdlü Mirzəxan Gəncəliyevin yanvarın 22-də almış olduğu xəsarətlər nəticəsində yanvarın 27-də xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Cəlilabad rayon prokurorluğundan Avrasiya.net-ə verilən məlumatda bildirilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərəçəkmişin qonşusu Həzrət Əliyevin şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı bıçaqla Mirzəxan Gəncəliyevə xəsarətlər yetirməsi nəticəsində sonuncu almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Həzrət Əliyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə istintaq davam edir.
Bu məktəb də koronaya görə bağlandıBakıda 26 nömrəli tam orta məktəbin fəaliyyətini bu gündən distant təhsil formasında davam etdirəcək.

Bu barədə Avrasiya.net-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı məktəbdə əyani tədris prosesinin 7 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verilib.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.
Dünyada koronavirusdan ölənlərin sayı 6 milyona ÇATIRDünyada koronavirusa yoluxma hallarının sayı 360 milyonu, ölənlərin sayı isə 5,62 milyonu keçib.

Avrasiya.net xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Hazırda yoluxma sayı 360 578 392 nəfər təşkil edir. Koronavirus infeksiyasından 5 620 865 nəfər ölüb. Gün ərzində yoluxanların sayı 3 395 352 nəfər, ölənlərin sayı 10 176 nəfər artıb.

Pandemiyanın bütün dövrü üçün maksimum göstərici yanvarın 26-da qeydə alınıb, belə ki, 24 saat ərzində 3 962 990 yoluxma halı aşkar edilib.

Ən çox yoluxma halları ABŞ (71 812 665), Hindistan (40 371 500) və Braziliya (24 311 317) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Rusiyaya göndərilən daha bir təklif üzə çıxdıBuxarest Vaşinqtonun Moskvaya göndərdiyi sənəddə Rusiya ilə bağlı təkliflərin hazırlanmasında iştirak edib.

Axar.az xəbər verir ki, bu barədə Rumıniyanın dövlət radiosu məlumat yayıb.

Qeyd olunub ki, mövcud böhranın aradan qaldırılması üçün Moskvaya göndərilən sənəddə Rumıniya və ABŞ şəffaf mexanizmin yaradılmasını - Rusiya, Rumıniya və Polşada ballistik raket sistemlərinin qarşılıqlı yoxlanılmasını təklif ediblər.
“Azərişıq” əməkdaşı faciəvi şəkildə öldüYanvarın 27-i saat 13 radələrində Salyan rayon sakini, 1987-ci il təvəllüdlü Namus Miriyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Avrasiya.net-ə Salyan Rayon Prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Azərişıq ASC-nin Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin Salyan elektrik şəbəkəsinin Qaraçala şəbəkə sahəsində elektrik montyoru işləyən Namus Miriyev rayonun 1-ci Varlı kəndində elektrik naqilini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hazırda faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif: Axar
Səs yazısı yayılan məktəb direktoru danışdıXəbər verdiyimiz kimi, ötən gün Ağstafa rayonunun Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın həmin məktəbin müəllimindən rüşvət istəməsi ilə bağlı səs yazısı yayılıb.

Avrasiya.net xəbər verir ki, məsələ ilə bağlı direktor Mətanət Məmmədova Bakupost.az-a açıqlamasında bütün bunları qeyri-etik hal, hörmətsizlik kimi dəyərləndirib.

O bildirib ki, məktəb direktoru olaraq rüşvət istəməyimlə bağlı yayılan səs yazısını qeyri-etik hal hesab edirəm, neçə illərdən bəri pedaqoji fəaliyyətimə olan hörmətsizlik kimi dəyərləndirirəm:

“Məktəbin müəllimi Vüsalə Məmmədovanın (dediyinə görə kimsə şərti adla paylaşım edib) Feysbukda etdiyi paylaşım qanunsuzdur və heç bir halda qanunauyğun fəaliyyət hesab edilmir. Bu səs yazısı sırf böhtandır və mənə qarşı şantajdır. Cinayət Məcəlləsinin 155 və156-cı maddəsinin tələblərini pozaraq ictimai rəydə mənimlə bağlı mənfi rəy formalaşdırmaqdır.

Bir məktəb direktoru kimi rəhbərlik etdiyim pedaqoji kollektivə, hər tədris ilinin sonunda yetirmələrinin sədasının nüfuzlu ali məktəblərdən gəlməsində əməyi olan müəllimlərimizə yanlış münasibətdir. Neçə illik təcrübəsi olan bir direktora ədalətsizlikdir, onun ali təhsili olmayan bir müəllim tərəfindən məruz qaldığı şantajdır, qərəzdir”.

Qeyd edək ki, baş verənlərlə bağlı Təhsil Nazirliyi tərəfindən araşdırma aparılır.