Türkiyəli rektor: Balıkesir Universiteti daima qardaş Azərbaycanın yanındadırBalıkesir Universitetinin rektoru Prof. Dr. İlter Kuş Azərbaycan yaranan Türk Ağsaqqalları Birliyinin yaranması sevindirici hadisədir. Türk dünyasının birliyinə xidmət edən qurumların yaranması təqdirəlayiq addımıdr.

Bu sözləri Balıkesir Universitetinin rektoru Prof. Dr. İlter Kuş bildirib.

“Balıkesir Universiteti Türk Ağsaqqalları Birliyinin təşkilatın təsisçisi Ramin Əhmədovu və bütün qurucuları təbrik edirəm. Bu gün belə qurumların yaranması zəruridir və Türk birliyinin yaranmasına töhfə verən addımlardır.

Balıkesir Universiteti olaraq daima Azərbaycanın yanındadır və bundan sonra da olacağıq. Balıkesir Universiteti Türk birliyinə xidmət edən işləri dəstəkləyir. Bu bizim ali məktəbin əsas xəttini təşkil edir”.
QHT rəhbərliyi Türkiyədə Fahrettin Altunla görüşüb - FotolarAnkarada səfərdə olan QHT Agentliyinin rəhbərliyi Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunla görüşüblər.

Qonaqları salamlayan Fahrettin Altun Agentliyin Türkiyəyə səfərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. F.Altun iki ölkənin vətəndaş cəmiyyəti qurumlarının ortaq fəaliyyətləri barədə fikirlərini bölüşərək, 2022-ci il “Şuşa ili” çərçivəsində Azərbaycan və Türkiyə QHT-lərinin birgə əməkdaşlığının gücləndirilməsi və onlar arasında ortaq fəaliyyətin çox vacib olduğunu qeyd edib.

Agentliyin rəsmisi Vüsal Quliyev Fahrettin Altuna qəbula görə təşəkkürünü bildirirək, Türkiyənin vətəndaş cəmiyyəti təsisatları ilə çalışan aidiyyəti dövlət qurumları və QHT-lərin əlaqələrinin daha da gücləndirilməsinin vacibliyini qeyd edib. V.Quliyev Azərbaycan və Türkiyə QHT Platformasının yaradılması barədə fikirlərini bölüşərək, bu təşəbbüsün iki qardaş ölkənin vətəndaş cəmiyyəti qurumları və onların birgə fəaliyyətləri üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə Agentliyin icraçı direktoru Aygün Əliyeva, Azərbaycanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov və hər iki qurumun nümayəndə heyətləri iştirak edib.

Qeyd edək ki, görüş barədə məlumat Türkiyə Respublikası Prezident Administrasiyasının Komunikasiya İdarəsinin veb saytında yerləşdirilib.






Hafiz Məmmədovun həbs müddəti açıqlandı“Bakı” futbol klubunun keçmiş prezidenti Hafiz Məmmədov barəsində həbs qərarı verilib.

Dövlət Vergi Xidmətindən Axar.az-a verilən məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Məmmədov Hafiz Məcid oğlunun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanıb.

Başlanmış cinayət işi çərçivəsində Hafiz Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığından, onun barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması ilə bağlı axtarış haqqında qərar qəbul edilib.

Yasamal rayon məhkəməsinin qərarı ilə Hafiz Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

Tanınmış iş adamı, “Bakı” futbol klubunun sabiq prezidenti Hafiz Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Unikal xəbər verir ki, Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və Hafiz Məmmədovun barəsində 2 ay 15 gün müddətinə (aprelin 12-dək) həbs qətimkan tədbiri seçilib.

Rusiya XİN: "NATO-nun 5 qeyri-nüvə ölkəsində ABŞ-ın 200-ə yaxın atom bombası var"“NATO üzvü olan 5 qeyri-nüvə ölkəsində ABŞ-ın “B61” ailəsinə aid 200-ə yaxın atom bombası yerləşir”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Yayılmama və silahlanmaya nəzarət məsələləri üzrə idarəsinin direktoru Vladimir Yermakov a müsahibəsində bildirib.

“Biz israr edirik ki, NATO-nun birgə nüvə missiyası fəaliyyətini təcili olaraq dayandırmalı, Amerikanın nüvə silahları ABŞ-ın milli ərazilərinə qaytarılmalıdır. Onu infrastrukturunu və fəaliyyətini təmin edən qurumlar isə ləğv edilmədir. Bu, bizim ABŞ-a təhlükəsizliklə bağlı təkliflərimizdəndir”, - o deyib.

QHT sədrindən Nazirliyə tövsiyə: Yaradılacaq qurumun adı dəyişdirilsin!Məlum olduğu kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi qurum yanında Məktəblilərin İctimai Şurası yaradılması və sənədlərin qəbulu haqqında elan verib.
Belə bir İctimai Şuranın yaradılması nə qədər qanunvericiliyə uyğundur.

Mövzu ilə bağlı QHT.az-a danışan “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, nazirliyin atdığı addım yanlışdır.

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şura var və yeni formatda 2-ci bir qurumun yaradılması qanuna ziddir. Elanda qeyd olunur ki, - Şuraya 13-17 yaşlı məktəblilər öz namizədliyini irəli sürə bilər. Halbuki ictimai İştirakçılıq haqqında qanunvericiliyin tələbinə görə Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir vətəndaşı ictimai şuranın üzvü ola bilər. Göründüyü kimi bu məsələdə də qanunvericiliyin tələbi pozulur.

Son dövrlər bəzi qurumlar ictimai nəzarət və ictimai şura adı ilə manipulyasiya etməyə cəhd edir.
Mən anlayıram nazirlik hansısa maraqlı təşəbbüslə çıxış etmək istəyir. Bu yolverilməzdir. Lakin forma və metod düzgün seçilməyib. Tövsiyə edirəm ki, nazirlik yaradılacaq qurumun adını dəyişdirsin.”
Məşhur oteldə intihar - Damarlarını DOĞRADIBakıda hoteldə intihara cəhd olub.

Avrasiya.net Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Məmməd Araz küçəsində yerləşən “Green” hoteldə qeydə alınıb.

Bakı şəhər sakini 29 yaşlı Toğrul Rəhim oğlu Rəhimli intihar məqsədilə şüşə ilə hər iki qolunu doğrayıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Polis nəzarətində olan məktəb direktoru qaçdıBakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) rüşvət almaqda təqsirləndirilən sabiq məktəb direktoru Cavad Səfərovun barəsində axtarış elan edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Report-a hüquq mühafizə orqanlarından məlumat verilib.

O, Azərbaycan Cinayət Məcəlləsinin 311.3.3-cü (Külli miqdarda rüşvət alma) maddəsi ilə axtarışa verilib.

Qeyd edək ki, vətəndaş Ruxsarə Babayeva Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmiş C.Səfərov barədə hüquq mühafizə orqanlarına müraciət edib. O bildirib ki, C.Səfərov məktəbə işə düzəlmək üçün ondan rüşvət alıb. Məktəb direktoru bu müraciət əsasında saxlanılıb.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma zamanı C.Səfərovun əvvəllər direktor vəzifəsini icra etdiyi 22 saylı tam orta məktəbin təsərrüfat işləri üzrə müdiri vəzifəsinə təyin edilməsi ilə bağlı ona müraciət edən tanışı R.Babayevadan xidməti otağında 6 000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə və həmin məbləğin 5 500 manatını almaqla xadimə vəzifəsinə təyin edib faktiki olaraq təsərrüfat işləri üzrə müdir vəzifəsini icra etməsinə qanunsuz olaraq şərait yaratmasına əsaslı şübhələr müəyyən edilib.

Daha sonra onun barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

C.Səfərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim İradə Həsənzadənin icraatına verilib. Lakin o, məhkəmə proseslərinə gəlməyib və barəsində axtarış qərarı çıxarılıb. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işinin icraatı dayandırılıb.
Bakı polisi Tural Sadıqlını axtarışa verdiBakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Avropada yaşayan azərbaycanlı mühacirlər - bloger Sadıqlı Tural Əlövsət oğlu və jurnalist Hüseynov Fikrət Nurəli oğlu barəsində axtarış elan edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Report-a hüquq mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, T.Sadıqlı barəsində Azərbaycan Cinayət Məcəlləsinin 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), F.Hüseynov barəsində isə 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 318-1.2-ci (Qanunsuz miqrasiyanın təşkili), 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışa verilib.

Qeyd edək ki, T.Sadıqlı Almaniyada, F.Hüseynov isə Niderlandda yaşayır.
Dneprdə Azərbaycan multikulturalizmi təqdim olunubYanvarın 25-də Ukrayna-Azərbaycan Mədəniyyət və Biznes Mərkəzində Azərbaycan multikulturalizminə həsr olunmuş tədbir keçirilib.

Avrasiya.net xəbər verir ki, görüş zamanı Azərbaycan multikulturalizmi konsepsiyası haqqında məlumatlandırıcı videoçarx təqdim olunub.

Tədbiri Dnepropetrovsk vilayəti Azərbaycanlıları Konqresinin sədri Nəcəf Əhmədov açaraq gənclər üçün layihələrdən, həmçinin təşkilatın ümumi fəaliyyətindən danışıb. O, gələcək layihələr və tədbirlər haqqında məlumat verib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi Qonçaruk Marina çıxış edərək tələbələrin Azərbaycan multikultiralizmi haqqında daha çox məlumat əldə edə biləcəkləri layihələrdən danışıb.

Filologiya elmləri namizədi, dosent Gennadi Onişenko çıxışında tələbələrin multikulturalizm mərkəzinin fəaliyyətinə marağını qeyd edib.

Dnepr Milli Texniki Universitetinin “Mühasibat uçotu və audit” kafedrasının müdiri, professor, iqtisad elmləri doktoru Marina Paşkeviç tələbələrin Azərbaycan mövzularında gənclər üçün keçirilən müsabiqələrdə fəal iştirakından danışıb.

Tələbələr Azərbaycan multikulturalizmi və Mərkəzin proqramları ilə bağlı suallar veriblər, həmçinin Ukrayna-Azərbaycan layihələrindəki fəallıqlarından danışıblar.


Seymur Şıxəliyev
Putin Türkiyəyə səfər edəcək“Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə səfərlə bağlı dəvətini qəbul edib”.

Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

“Epidemioloji vəziyyət və liderlərin iş qrafiki imkan verən kimi, Putin Türkiyəyə səfər edəcək”, - o bildirib.