Azərbaycanda keçmiş dəmiryolçu özünü güllələyərək intihar etdiSalyanda intihar hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Salyan şəhər 20 Yanvar küçəsində yaşayan 88 yaşlı Əliyev Ramiz Əkbər oğlu özünə ov tüfəngi ilə atəş açaraq intihar edib.

Bildirilir ki, uzun illər dəmiryolçu kimi çalışmış və maşinist vəzifəsində işləmiş Ramiz Əliyev xeyli vaxt imiş ki, tək yaşayırmış.

Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.
Tağıyevin abidəsini zədələyən şəxslər saxlanıldıXeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsini zədələyən şəxslər saxlanılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

"Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər yetirən şəxslər polis tərəfindən gecə ilə müəyyən olunaraq saxlanılıb. Heykəlin qoparılan elementi heykəltəraşın iştirakı ilə yerinə bərpa edilib", - o deyib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sosial şəbəkələrdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin zədələnməsi barədə görüntülər yayılıb. Belə ki, heykəldə əks olunan təsbeh sındırılıb. Polis ötən gün axşam saatlarından olayla bağlı araşdırmalara başlamışdı.
Rəisi Moskva yolunda: Putinlə nələri danışacaq?Rusiya Prezidenti Vladimir Putinin Moskvada İran Prezidenti İbrahim Rəisi ilə keçirəcəyi görüşün gündəliyi açıqlanıb.

Bu barədə məlumat yayan Kremlin mətbuat xidməti prezidentlərin ikitərəfli əməkdaşlığın bütün məsələlərini, o cümlədən ticarət-iqtisadi sahədə birgə layihələrin həyata keçirilməsini, eləcə də aktual beynəlxalq və regional mövzuları müzakirə etməyi planlaşdırdıqlarını bəyan edib.

Bundan başqa, İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək.

Öz növbəsində İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə də bildirib ki, Rəisinin Rusiyaya gözlənilən səfəri Tehranın balanslaşdırılmış xarici siyasətinin davamıdır.

Qeyd edək ki, Rəisinin Moskvaya səfərinin gələn həftənin çərşənbə günü baş tutacağı gözlənilir.
Binəqədidə bir ailənin 3 üzvü dəm qazından zəhərlənibBakıda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Sulutəpə qəsəbəsində 1984-cü il təvəllüdlü Əfəndiyev Orxan Oktay oğlu, onun həyat yoldaşı 1991-ci il təvəllüdlü Əfəndiyeva Elnaz Muradəli qızı və ailənin 13 yaşlı övladı Əfəndiyev Oktay Orxan oğlu yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.
Vaksinasiya prosesində fəal iştirak etməliyikSon iki il ərzində dünyanı ağuşuna alan Korona bəlası hələ də canlar almaqda davam edir və aparılan son statistikalar dünya üzrə ölüm və yoluxmaların saylarının rekord səviyyədə olduğunu xəbər verir. Ümumiyyətlə, pandemiyanın başlamasındn dərhal sonra, Ölkə Rəhbəri İlham Əliyevin ciddi tapşırıqlarına əsasən Azərbaycanda görülən tədbirlər öz səmərəliliyini göstərir. Elə bu səbəbdən Azərbaycan bu xəstəlikdən itkilərin az olduğu ölkələr siyahısındadır.

Hazırda dünya boyu 51 milyondan çox insan koronavirus infeksiyasının aktiv daşıyıcısıdır. Son yoluxmalarda “Omicron” ştamı dominantlıq təşkil edir. Yoluxma sayına görə dünya ölkələrinin siyahısına ABŞ, Hindistan, Braziliya, Böyük Britaniya, Fransa, Rusiya başçılıq edir.

Koronavirus pandemiyasının “Omicron” ştamı meydana çıxdıqdan sonra bu infeksiyaya yoluxanların sayında dünya boyu ciddi artım müşahidə edilir. Açıqlanan son məlumatlardan belə bəlli olur ki, ötən müddət ərzində 325 milyona yaxın şəxs koronavirusa yoluxub, 5,5 milyondan artıq insan bu infeksiyadan həyatını itirib;
Virusa yoluxanların sayında qeydə alınan yeni rekordlar dünyanın bir çox ölkələrində səhiyyə sisteminin yüklənməsinə gətirib çıxarır. Azərbaycanda dünyanın bir çox ölkələri, o cümlədən Qərb dövlətləri ilə müqayisədə koronavirusla bağlı vəziyyət məqbul səviyyədədir.

İnfeksiyanın yayılmasını şərtləndirən daha bir məqam bir çox ölkələrdə vaksinasiya prosesinin zəif olması, xüsusən də üçüncü – “buster” dozanı vurduranların sayının azlığıdır. Bundan başqa, qış tətilindən sonra pandemiyanın yeni dalğası hətta peyvəndləmə nisbəti yüksək olan ölkələri də əhatə edir. Buna səbəb gigiyenik və digər təhlükəsizlik tədbirlərinə riayət edilməməsidir. Ümumdünya Səhiyyə Təşkilatı bu fonda yaxın 6-8 həftə ərzində Avropa əhalisinin yarısından çoxunun “Omicron” ştammına yoluxacağını proqnozlaşdırır.

Pandemiyanın endemik xarakter alması üçün Ümumdünya Səhiyyə Təşkilatı peyvəndləmə prosesinin daha sürətlə getməsinin vacibliyini bəyan edir. Lakin son vəziyyətin təhlili bu xüsusda hələ də ciddi problemlərin olduğunu üzə çıxarır. Ümumdünya Səhiyyə Təşkilatı dünya əhalisinin 70 faizinin 2022-ci ilin ortalarına qədər peyvənd olunması strategiyasını müəyyən etsə də, bu hədəfə çatmaq mümkün görünmür. Əsas səbəb koronavirusla bağlı “peyvənd millətçiliyi”nin davam etməsidir.

Qeyd etdiyimiz kimi Azərbaycan bu xəstəlikdən itkilərin az olduğu ölkələr siyahısındadır. Real vəziyyət göstərir ki, ölkəmizdə yoluxma sayı sürətlə artarsa, bunun öhdəsindən gəlmək üçün ölkədə bütün imkanlar mövcuddur. Hazırda xəstəxanalarda kifayət qədər çarpayı ehtiyatı var, reanimasiyalar ağır xəstələr üçün hər cür tibbi avadanlıqlarla təmin olunub; Ölkəmizdə hazırda 46 xəstəxana koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Aktiv daşıyıcılar olan xəstələr üçün ümumilikdə hazırda 10 min çarpayı ayrılıb və hazırda onlardan cəmi 10 faizi doludur.

Aparılan hesablamalar göstərir ki, Azərbaycanda vaksinasiya prosesi də uğurla gedir və 8 yaşdan yuxarı olan əhalinin təxminən 65 faizi artıq peyvəndin hər iki dozasını alıb. Eyni zamanda, “buster” dozanı vurduranların sayı 1,7 milyonu keçir. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyona yaxınlaşır. Yaranmış vəziyyətdə Azərbaycan dünyanın bir çox ölkələrində olduğu kimi pandemiya səbəbindən yenidən sərt qapanmalara ehtiyac görmür.

Bununla belə ölkəmizdə peyvəndləmə prosesi yenə yüksək fəallıqla davam etdirilməlidir. Nəzərə alınmalıdır ki, yoluxuculuq qabiliyyəti yüksək olan “Omicron” ştamı artıq Azərbaycanda da qeydə alınıb. Belə olan halda, vətəndaşların daha məsuliyyətli davranması zəruri şərt kimi çıxış edir.

Kütləvi yoluxmalardan qorunmaq, vəziyyəti stabil saxlamaq üçün insanlar vaksinasiya prosesində fəal iştirakla yanaşı, gigiyenik qaydalara, sosial məsafənin qorunmasına daim riayət etməlidirlər. Çünki vaksinasiya yoluxmanın qarşısını almır. Peyvəndləmə sadəcə, infeksiyaya yoluxan zaman xəstəliyin ağırlaşmasının qarşısını alır, onun həyat üçün təhlükəsini aradan qaldırır.

Daha bir önəmli məqam odur ki, ABŞ-da aparılan araşdırmaya əsasən, “Omicron” ştamı “Delta” ilə müqayisədə yüngül fəsadlar yaradır. Sürətlə yayılan “Omicron” əksər hallarda daha yüngül keçir, əvvəlki ştamlarla müqayisədə ağır pnevmoniyanın inkişafına daha az rast gəlinir. Lakin xəstəliyin peyvənd edilən insanlarda yüngül keçməsi müşahidə edilir. Bu səbəbdən peyvəndləmədə iştirak mütləqdir;
“Omicron” və təkrar xəstələnmə hallarından əldə edilmiş immuniteti güclü olanlar daha çox yayına bilir. Həmçinin tam vaksin olunmuşların xəstələnməsi hallarına da daha az rast gəlinir. Qorunma səviyyəsinin artırılması üçün vətəndaşların “buster” doza peyvəndlənməsi bu fonda zəruri hesab olunur;
Peyvəndləmə prosesində fəal iştirak, gigiyenik və təhlükəsizlik qaydalarına riayət edilməsi cari il ərzində Azərbaycanda koronavirus pandemiyasının endemik xarakter almasına gətirib çıxara bilər. Azərbaycan əhalisində sözügedən infeksiyaya qarşı yüksək immunitet səviyyəsi müşahidə edilən ölkələr sırasında yer alır. Dünya miqyasında da qəbul edilir ki, Azərbaycan koronavirusla mübarizədə nümunəvi addımlar atan ölkələrdən biridir. Məhz buna görə də 2022-ci ildə dünyanı lərzəyə gətirən korona bəlasından da ən az itki ilə (ölüm sayı) çıxan ölkələrin siyahısında ön sıralarda yer alacağıq. Bunun üçün biz xalqının, millətinin, ümumiyyətlə hər bir vətəndaşının qayğısına qalan Ölkə Rəhbərimiz, Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına borcluyuq.

Qəmzə Yusubova
“Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyinin sədri
Saakaşvili ilə bağlı prokurorluğa müraciət olunduGürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müdafiəçiləri Dövlət Müfəttişliyi Xidmətini onun həbsxanadan xəstəxanaya köçürülməsi ilə bağlı materialları dərc etməyə çağırıblar.

Axar.az xəbər verir ki, Mixail Saakaşvilinin vəkilləri müvəkkillərinə psixiatrik ekspertiza təyin edilməsi və onun işgəncə işi üzrə zərərçəkmiş kimi tanınması xahişi ilə prokurorluğa müraciət ediblər.

Məsələ barədə danışan eks-prezidentin vəkili Nika Qvaramiya köçürülmə zamanı qeydə alınan protokollarla tanış olmağın vacib olduğunu söyləyib:

"Biz məlumatın bir hissəsini Dövlət Müfəttişliyi ilə mübadilə edirik, lakin bizim üçün əlçatan olmayan materiallar var".

Eyni zamanda vəkil Saakaşvilinin iş üzrə zərərçəkmiş kimi tanınacağını gözləmədiyini də deyib.
Bakıda valideyn uşaq evinin tərbiyəçisini DÖYDÜBakıda uşaq evinin tərbiyəçisi valideyn tərəfindən döyülüb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən 3 saylı Uşaq Evində tərbiyəçi köməkçisi işləyən 1982-ci il təvəllüdlü G.Nağıyeva valideyn tərəfindən döyülüb. G.Nağıyevanın dediyinə görə, onu Günay adlı valideyn döyüb.

Zərərçəkən xəstəxanaya və polisə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.
Tağıyevin abidəsi zədələndi, polis araşdırma aparır - FotoHacı Zeynalabdin Tağıyevin abidəsinin zədələnməsi araşdırılır.

Avrasiya.net xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin zədələnməsi barədə görüntülər yayılıb. Belə ki, heykəldə əks olunan təsbeh sındırılıb.